.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    KAMİL İMANA ÇATMAĞIN NƏZƏRİ və PRAKTİKİ YOLLARI
    Cümə söhbətləri

    Mübarək Şaban ayının günlərini yaşamaqdayıq. Mübarək İlahi ziyafətə doğru gedən qatar, artıq yolun yarısına çatır. Eyni zamanda, Şaban ayının çox mübarək mövludlara təsadüf edən günləridir. Əziz Mövlanın - İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) mövludu günlərini yaşayırıq. Bu mübarək isim, özündə ədalət və əmniyyətin bərqərar olunmasını, zülmün aradan getməsini əks etdirir. Müvafiq olaraq, Həzrətin (ə.f.) zühurunun intizarında olmaq - İlahi harmoniyanın bərpası həsrətini çəkmək deməkdir. Uca Allahdan diləyimiz budur ki, cəmi iman əhlinə, cəmi bəşəriyyətə intizar fəlsəfəsini anlayıb, yaşatmaq tofiqini nəsib etsin, inşəallah!

    İNSAN HƏYATININ ƏN ZƏRURİ AMİLİ – ALLAH İLƏ MÜNACAT

    Ötən bəhslərimiz, İmam Səccada (ə) aid olan, Qurani-Kərimdən sonra mənbəsinə görə ən qədim İslamı mətn hesab olunan Səhifeyi-Səccadiyyədə yer almış mübarək "Məkarimul-əxlaq” duası ilə bağlı idi. İnsanın Rəbbi ilə münacatı, Onunla öz dərdini bölməsi - onun həyatının ən zəruri amillərindən biridir. Düşmən hər bir zaman müəyyən bir milləti öz mədəniyyətindən, öz keçmişindən, öz gələcəyindən ayırmaq istəyən zaman onun dua mədəniyyətini əlindən almağa çalışıb. Bu baxımdan, Sovet dönəmindən çıxan xalqımız zahiri məsələlərdə İslamın müəyyən atributlarını saxlasa da, təəssüflər olsun ki, dua mədəniyyəti, münacat mədəniyyəti bir qədər sıradan çıxır. Dua mədəniyyəti aradan gedərsə, İslam yalnız bir mexaniki, zahiri bir din kimi qala bilər.

    İMAM SƏCCADIN (ə) DUASI – AŞURADA OLAN EŞQİN BAŞQA MÜSTƏVİDƏ TƏZAHÜRÜDÜR

    Duada görürük ki, Aşura məktəbinin şahidi, Hüseyn (ə) məktəbinin qanlı qiyamını gözü ilə görən İmam Səccad (ə) qəlbində olan eşqi, məhəbbəti, həmin qanın qoyduğu təsiri dua ilə, münacat ilə insanlara çatdırır. "Məkarimul-əxlaq” duası - dua müstəvisində olan, Aşuradakı eşqin elə özüdür. Bu dua Həzrət Əlinin (ə) dua müstəvisində olan Zülfüqarıdır. Əslində görürük ki, elə bu dualarda bir çox həqiqətlərin, o cümlədən müqəddəs Qurani-Kərimin açılışı verilir. Dua, salavat ilə başlayır. Burada iki dərs götürə bilərik. Birinci tərəf budur ki, Peyğəmbər (s) və onun əziz Əhli-beytinə (ə) salavat göndərmək – bir neçə əsrin məsələsi deyil, İslamın ən qədim mənbələrindən bizə gəlib çıxan bir mədəniyyətdir. İkinci bir tərəf isə bundan ibarətdir ki, salavat ilə başlanan və qurtaran dua, salavat ilə başlanan ibadət və ümumən salavat ilə başlayan bu və ya digər iş olduqca bərəkətli olar. Çünki, bu iki salavat arasında edilən dua mütləq qəbul olunar.

    ƏN KAMİL İMAN NÜMUNƏSİ

    Duanın ilk cümləsində İmam Səccad (ə) Allah Təaladan ən kamil dərəcədə bir iman istəyir. Buradan aydın olur ki, imanın öz dərəcələri var. İmanın az və çox olan səviyyəsi var ki, İmam (ə) da onun ən yüksək dərəcəsini Allahdan istəyir. İman nədir? Yalnız dildə demək, qəlbdə iqrar etməkdir və ya əməldə nəsə etməkdir? Ümumi nəzər bu oldu ki, insanın qəlbində etiqadının olması, dilində iqrar etməsi və əməldə də bunu göstərməsi – cəm şəkildə imandır. İman – Kərbəla səhnəsidir. İman – qəlbində Allahına beyət edən, dilində iqrar edən və Aşurası ilə də bunu yaşadan Həzrət Hüseyndir (ə).

    İmanın İslam ilə də fərqi var. İslam – dildə bunu dini qəbul etdiyini iqrar etmək, şəhadət verməkdir. İmana çatmaq üçün isə insan gərək həm dilində iqrar etsin, həm qəlbində iqrar etsin, həm də rəftarında bunu göstərsin.

    İNSAN GƏRƏK DƏRK ETDİYİNDƏ və BƏZƏN DƏ DƏRK ETMƏDİKLƏRİNDƏ RƏBBİNƏ TƏSLİM OLSUN

    İmanı daha yaxşı tanımaq üçün gərək onun yer tapdığı vücudlara nəzər salaq. Həzrət İbrahim peyğəmbərin (ə) və Həzrət İsmayıl peyğəmbərin (ə) vücudunda biz həqiqi imanın təzahürünü görürük. İman – insanın Allaha tam təslim olmasıdır. İbrahim peyğəmbər (ə) ata kimi və İsmayıl peyğəmbər (ə) övlad kimi öz vəzifələrini icra edir, ən böyük imtahan zamanı imanlarına sadiq qalırlar. İmam Rza (ə) buyurur: "Bilin ki, sübhan olan Allaha itaətin ən yüksək dərəcəsi – həm əqlin dərk etdiyində təslim olmaq, həm də şüurla dərk edilə bilinməyən məsələlərdə təslim olmaqdır”. Mümkündür ki, insan bəzi məsələləri başa düşməsin. Həqiqi təslim olmaq, həqiqi müsəlmançılıq, həqiqi iman – insanın əqlinin çata bildiyi və çata bilmədiyi həqiqətə - Allah Təala tərəfindən gəldiyi halda - təslim olmasıdır. Biz bunu Həzrət İbrahimin (ə) və Həzrət İsmayılın (ə) timsalında görürük.

    XƏSTƏNİN XİLASI – TƏBİBİN DEDİKLƏRİNƏ ƏMƏL ETMƏKDƏDİR

    Həzrət Peyğəmbərin (s) imanla bağlı çox mübarək bir buyuruşu var. Allahın Nəbisi (s) buyurur: "Ay Allahın bəndələri! Siz xəstə kimisiniz. Aləmlərin Rəbbi olan Allahınız bir həkim kimidir. Xəstənin xeyri həkimin bildiyi və onun dediklərinə əməl etməkdədir. Xəstənin xilas olması onun istədiyində deyil”.

    Həzrət Peyğəmbər (ə) ümmətinə ürəyi yanan bir Rəsul (s) olaraq Allah bəndələrini xəstələrə bənzədir və onların dərmanını aləmlərin Rəbbi olan Allahda görür. Bu barədə insanları məlumatlandırır, onlara yol göstərir. Xəstə insan bəzən ona nə lazım olduğunu bilmir. Bəzən boğazı ağrayır, amma o, yenə dondurma istəyir. Xəstə özü özünə resept müəyyən edə bilməz. Ona nə lazım olduğunu təbib bilir. Bəzən, onun xoşuna gəlməyə də bilər, amma bu, onun xeyrinədir. Buna görə də, Allah Təalanın buyurduqlarına həqiqi təslim olmuş şəxs xilas tapmışlardandır. Həkimlərin həkimi, qəlblərin ən yüksək təbibi olan, onu yaradan, onu hər kəsdən yaxşı tanıyan, hər kəsdən çox istəyən Rəbbinin dediklərini edən insan, əlbəttə ki, ən doğru müalicə xilas yolunu tapacaq.

    SEÇİMİN İNSAN İMANINA TƏSİRİ

    Aqil insan bilir ki, onun müalicəsi Allahın əlindədir. Ən kamil müalicə növü də - kamil imandır. Allahın Peyğəmbəri (s) buyurur: "Üç şey ilə iman kamala çatar. Birinci – o insan ki, Allah yolunda və haqq uğrunda hər hansı bir təzyiqdən qorxmaz, o insanın imanı kamala çatar...”.

    Gərək insan Allah yolunda, haqq yolunda bir iş gördükdə heç bir şeydən qorxmasın və çəkinməsin. İmanın zirvəsi budur. Allaha xatir görülən işdə heç bir şeydən çəkinmə olmamalıdır. Allah üçün görülən işdən yüksək bir iş yoxdur ki, insan əlindən nəyinsə çıxmasından qorxsun. Hədisin ardınca buyurulur: "...İkinci – o insanın imanı kamala çatar ki, heç vaxt öz əməllərinə riya qarışmaya...”.

    İnsan bircə bunu başa düşməlidir ki, Allahdan başqa həqiqi mükafatlandıracaq, Allahdan başqa həqiqi təqdir edəcək bir kəs yoxdur. Allahdan başqa heç kim və heç nə yoxdur ki, insan əməlinin bir hissəsini də ona xatir etsin. Xalis olan əməl insanın imanını kamala çatdırar. Allahdan başqa hər şey müvəqqəti və bizim kimi ehtiyaclıdır.

    Əziz İslam Peyğəmbərindən (ə) nəql edilən hədisin son hissəsində buyurulur: "... Üçüncü – o insanın imanı kamala çatar ki, insanın qabağına dünya və axirət ilə bağlı iki məsələ çıxanda, həmin insan axirəti üstün tutar”.

    Bu, ən mühüm nöqtədir. Praktiki icra baxımından çox çətin məsələlərdir. İnsan gərək seçim qarşısında qalanda düzgün seçim etsin. Onun imanının dərəcəsi bu seçimindən asılıdır. Dünya ilə axirət arasında olan insan axirəti seçərsə, o, əbədi səadəti qazanmış olar. Budur çatdırışın əsas qayəsi.

    KAMİL İMAN İSTƏYƏN – ƏXLAQINI GÖZƏLLƏŞDİRSİN

    Nəql edilir ki, Peyğəmbərdən (s) gəlib soruşdular: "Ey Peyğəmbər, istəyirəm imanın ən kamil dərəcəsinə çatım, nə edim?”. Peyğəmbərimiz (s) cavabında buyurdu: "Öz əxlaqını gözəlləşdir, imanını bununla kamilləşdirmiş olarsan”. Rəsullallah (s) hansısa nəzəri bəhslərlə, hansısa riya qatılmış əməllərlə günü keçirməyi məsləhət görmür. Peyğəmbərin (s) göstərdiyi tək yol - əxlaqdır. İnsanın əxlaqı nə qədər gözəlləşəcəksə, o qədər də imanı kamilliyə doğru irəliləyəcək. Əziz İslam Peyğəmbəri (s) heç bir mücərrəd mövzuda danışmır.

    İmam Baqirin (ə) də bu mövzuda çox mübarək bir çatdırışı var. İmam (ə) da bizlərə imanın kamal dərəcəsinə çatmağın yollarını göstərir. İmam Baqir (ə) buyurur: "Üç şey vardır ki, əgər insanda olsa, onun imanı kamal dərəcəsinə çatar. O insan ki, onun razı olduğu şeylər onu batilə aparıb çıxarmaz. İkinci budur ki, o vaxt ki, qəzəblənər, həmin qəzəbi onu haqdan uzaqlaşdırmaz. Üçüncüsü isə budur ki, o zaman ki, qüdrəti olar, özünə layiq olmadığına əl açmaz”. Buradan aydın olur ki, əgər insan öz razılığını, qəzəbini və qüdrətini nəzarətdə saxlaya bilərsə, onun razılığı, qəzəbi və qüdrəti optimal həddindən kənara çıxmazsa, bu zaman imanın ən yüksək dərəcəsinə yetişə bilər. Əslində elə bu, əxlaqı gözəlləşdirmək, əxlaqı lazımi həddə çatdırmaqdır.

    İNSAN RƏBBİNİ və MƏXLUQATINI TANIMAQLA KAMİL İMANA ÇATAR

    İmam Museyi-Kazımdan (ə) da kamil imana qovuşmaq yolu ilə bağlı çox mübarək hədis var. İmam (ə) buyurur: "Mən insanların elmini dörd şeydə tapdım. Birincisi budur ki, insan Rəbbini tanısın. İkincisi budur ki, insan yaradılış aləmini tanısın. Üçüncüsü budur ki, insan Allahın bu yaradılışında məqsədinin nə olduğunu anlasın. Dördüncüsü isə budur ki, dindən uzaq salan şeyləri bilsin”. İnsanı kamil imana qovuşduran birinci ən mühüm cəhəti - Rəbbini tanımasıdır. Amma təfsirşünaslar qeyd edirlər ki, bu, insan üçün kifayət etmir. Bu sadəcə insanı İlahi təfəkkürü olan bir hala gətirər. İnsan gərək məxluqat aləmini də tanısın. Bu yaradılışda olan istedadları, nemətləri tanıdıqca insanın imanı daha da artar. İnsan yaradılışda olan bu qədər gözəlliklərlə tanış olduqca çox mühüm bir nəticəyə gəlib çatacaq ki, Rəbbimiz bu məxluqatı səbəbsiz yaratmayıb. Bütün bunları tanıyandan sonra insanın qarşısında bir məsələ də çıxır: bütün bunlar niyə yaradılıb? Bunun əhəmiyyətliliyi isə üçüncü məsələdə yer alıb. İnsan Allahın onu nə səbəbə yaratmasını araşdırmalıdır. Bu araşdırma onu əsl hədəfə gətirib çıxaracaq. Səbəbi və hədəfi biləndən sonra, insan nə etməli olduğu barədə düşünəcək. Bunun üçün isə insana peyğəmbərlər (ə), müqəddəs kitablar göndərilib. Rəbb insan üçün hər şeyi müəyyən edib. Gərək sadəcə insan dinini tanısın. Dinini tanıyarsa, ondan uzaq salan məsələləri də tanıyacaq və onlardan uzaqlaşacaq. Sadalanan dörd məsələ olduqda, insanın imanı kamala çatar.

    YƏQİN – ELMİN SİFƏTLƏRİNDƏN BİRİDİR

    Bəhsini etdiyimiz mübarək duanın bir hissəsinə çatanda İmam Səccad (ə) Allahdan ən kamil imanla yanaşı ən kamil yəgin də istəyir. İmam Səccad (ə) buyurur: "İlahi Pərvərdigara, mənim yəginimi ən yüksək yəgin qərar ver”. Yəgin ümumiyyətlə nədir? Buyurulur ki, "Yəgin – elmin sifətlərindəndir. İnsanın qəlbi, anlaması və fəhmi ilə aramlıq və sakitlik halına çatması – yəgindir. Bu baxımdan ki, nəzərdə tutduğu məsələdə tam yəginə çatıb və əmindir”. İnsanın o elminə yəgin deyilir ki, insan onun sayəsində qəlbi və ağlı ilə rahatlıq tapıb. Misal üçün balaca uşağın əminliyi var ki, valideyini onu itələyib maşının altına atmaz. Buna insanın tam yəgini var. İnsanda yəgin halı belə bir haldır.

    YƏQİN - İMANIN ƏN YÜKSƏK ZİRVƏSİDİR

    Əqidədə yəqinin olması olduqca mühümdür. Həzrət Peyğəmbər (s) buyurur: "Qəlbə verilən ən böyük sərmayə - yəqindir”. Anlaşılır ki, insanın qəlbində olan yəqin - ən böyük nemətlərdəndir. Belə ki, insanın öz qəlbində Allahın varlığına, Allah Təalanın göndərdiyi kitablara nə qədər arxayınlığı, yəqini olsa, onun birbaşa əməllərinə təsiri olacaq.

    İman ilə yəqinin bir fərqi varmı? Əsas nəzər budur ki, yəqin imandan daha yüksəkdir. Əgər insanın Axirətə inamı, etiqadı deyil, yəqini olarsa, o heç bir zaman günah etməz. Əslində yəqin – imanın ən yüksək dərəcəsidir.

    Allahım! Bizləri qəlbi yəqin olanlardan qərar ver! Bizləri İmam Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühurunu tezləşdirənlərdən qərar ver! Amin!

    Hacı İlqar İbrahimoğlu,
    ilahiyyatçı-filosof
    İçərişəhər «Cümə» məscidinin imam-camaatı
    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (15.07.2011)
    Просмотров: 800 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -