.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin “Qafqazinfo”ya müsahibəsi:

    “40 dəqiqəyə məni “verbovka” etdilər demək gülməlidir”- Hacı Şahin
    “Qadınların kişi paltarı geyinməsi qiyamət əlamətidir”

    Məşədi Dadaş məscidinin imamı, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin “Qafqazinfo”ya müsahibəsi:

    - Məhərrəmliklə bağlı əzadarlıq sosial şəbəkələrdə hər il müzakirələrə səbəb olur, bəzən məsxərəyə də qoyulur. Sizcə, bu məqamda dindarlar da günahkardırmı?

    - Əzadarlıq zülmə etirazın təzahürüdür. Əzadarlığın necə keçirilməsi haqda İslamda məlumat yoxdur. İnsanlar əzadarlıq formasını seçməkdə azaddırlar. Bir şərtlə ki, Kərbəla hadisəsinə kölgə salınmasın. Təəssüflər ki, baş yaran, qan tökən insanlar da var. Bu tip əməllər əzadarlığı gözdən salır. Bəzi insanlar qərəzli olaraq həmin mərasimlərdən məhz bu hissələri qabartmağa çalışırlar. Baş yarma kimi hərəkətləri edənlər isə heç vaxt namaz qılmayan adamlardır. Mən şahidi olmuşam ki, adam özü üçün qayda qoyur, ildə bir dəfə gəlib başını yarır. Əzadarlıq yalnız mərsiyə oxuyub, sinə vurmaqdan ibarət olmalıdır. 

    - Nardaranda əzadarlıq mərasimi keçirilən yerdə İranın bayrağı və dini liderinin fotosu vardı. Bu məsələyə dini yanaşma necədir?

    - O görüntülər bir şəxsin evində yay vaxtı keçirilən Mövlud mərasimindən çəkilib. Bunu qərəzli şəkildə Aşura mərasimi adı ilə yayıblar. Siyasi aksiyaları əzadarlığa çevirməyə ehtiyac yoxdur. 

    - İranın din vasitəsilə Azərbaycana təsir etmə imkanı nə dərəcədədir?

    - Qloballaşma dönəmində dövlətlərin bir-birinə təsiri təbiidir. Sadəcə bizim vəzifəmiz Azərbaycanın dini mühitinə təkcə İranın deyil, digər xarici dövlətlərin təsirini azaltmaqdır. Kənar dövlətlərin Azərbaycan dini mühitinə təsirini o qədər də güclü hesab etmirəm, amma bu təsirlər yox da deyil. Əgər ölkə daxilində dinə məhdudiyyətlər olarsa, xaricdən kimlərsə bu boşluğu doldurmağa cəhd edər. Radikal cərəyanlar da bir çox dövlətlərin təsiri altında olub, Azərbaycana öz maraqlarını tətbiq etməyə çalışırlar. 

    2252.jpg

    - Azərbaycanın şeyxi Allahşükür Paşazadə, İranın dini lideri isə Xamneyidir. Niyə ölkə dindarları Xamneyini Paşazadədən üstün tuturlar?

    - Bütün din alimləri hörmətə layiqdir. Cəfəri təriqətindən olanlar müctehidlərə təqlid edirlər. Nəcəf və Qumda olan müctehidlərə təqlid olunur. Mən hesab etmirəm ki, Azərbaycan dindarları başqa bir dövlətin təsirindədirlər. İnsanların din xadimlərinə hörmətlə yanaşmasını normal qəbul edirəm. Bu insanların müctehidə olan sayğısıdır. Hesab etmirəm ki, Allahşükür Paşazadəyə qarşı inanclı insanlar içində rəğbətsizlik var. Amma müqayisə aparmaq istəməzdim.

    - Sizin növbəti şeyx olacağınız deyilirdi. Bu məsuliyyəti üzərinizə götürməyə hazırsınızmı?

    - Bu barədə yalnız mətbuatdan oxumuşam. Qafqaz Müsəlmanları İdarəsinin şeyxi üzvlər içərisindən seçilir. Biz də QMİ tərəfindən səlahiyyətli nümayəndə seçilmişik. İndidən bu haqda nəsə demək yanlışdır. Şüyxülsilam özü fəaliyyətini uğurla davam etdirir.

    - Allahşükür Paşazadə necə şeyxdir?

    - Hacı Allahşükür Paşazadə uzun illərdir Azərbaycanda dini təmsil edir. Çox nüfuzlu bir şəxsiyyətdir və üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. 

    - Dini Komitənin fəaliyyəti haqda nə deyə bilərsiz?

    - Bu qurum dövlətlə dini icmalar arasında münasibətlərin müsbət məcrada inkişafına layiqincə xidmət edir. Hər bir sahədə nöqsanlar ola bilər. Dinlə dövlət arasında uçurum yaratmağa meyilli olanlar var. Bu münasibətlərin inkişafına birbaşa Dövlət Komitəsi məsuliyyət daşıyır. Son dövrlərdə Komitənin fəaliyyətində ciddi dəyişiklik var. İnanclı insanların dini komitəyə münasibəti müsbət istiqamətdə dəyişib. 

    - QMİ və Dini Komitəyə bu sahə ilə bağlı təklifiniz varmı?

    - Maarifləndirmə işlərinin genişləndirilməsinə ehtiyac var. Telekanallarda dini verilişlərin efirə verilməsi lazımdır. Mən düşünürəm ki, bu istiqamətdə daha çox addım atılmalıdır. Dini ədəbiyyat sahəsində qıtlıq var.

    2253.jpg

    - Azərbaycanda dini kəsimin bu qədər çoxlu təriqətlərə parçalanmasının günahkarı kimdir?

    - İslam daxilində dini təriqətlərin mövcudluğu bir reallıqdır. Bu mənfi hal da deyil. İnsanların dinə fərqli yanaşmaq haqqı var. Bu baxımdan dini təriqətlərin mövcudluğuna normal baxıram. Bu məzhəblər arasında zorakılıq tətbiq edənlərin qanunun gücü ilə qarşısı alınmalıdır. 

    - Təriqətləşmə insanları bir-birinə qarşı qoyur axı...

    - Xristian dini daxilində də bölünmə olub. Bu təbiidir.

    - Buna görə də “Varfolomey gecəsi” olub.

    - Bunlar olub. Bu nəticədən sığortalanmaq üçün düşmənçilik toxumu səpən cərəyanların qarşısı alınmalıdır. Vicdan azadlığı deyib bu tip qurumların fəaliyyətinə şərait yaratmaq olmaz. Azərbaycanda ənənəvi mövcud olan şiə və sünni təriqətləri arasında heç zaman münasibətlər pozulmayıb. Məzhəblər arasındakı fərqli yox, ortaq cəhətlər qabardılmalıdır.

    - Suriyada döyüşüb ölkəyə qayıdan dindarları potensial təhlükə sayırsınızmı?

    - Bəli, bu insanları təhlükə hesab edirəm. Radikallığın Azərbaycanda kökü kəsilməlidir. Bunu qanuni yollarla da etmək olar, amma daha çox maarifləndirmə işləri aparılmalıdır. Radikalların düşüncələri olduqca primitivdir və bunun təsirinə yalnız savadsız adamlar düşür. Ona görə də elmin, təhsil səviyyəsinin yüksəldilməsinə ehtiyac var. Dini də elmi əsaslarla araşdırıb insanlara təqdim edə biləriksə, radikal cərəyanların təsiri altına düşənlərin sayı azalar. Suriyadakı döyüşlərin isə dinə aidiyyatı yoxdur. O cihad deyil.

    - Bəs vəhhabilik Azərbaycan üçün təhlükədirmi?

    - Hal-hazırda vəhhabilik Azərbaycan üçün təhlükə deyil. Çünki onların ciddi sosial dayaqları yoxdur. Amma tam arxayınlaşmağın da tərəfdarı deyiləm. Müvafiq qurumlar diqqətli olmalıdır. Bu cərəyanların arxasında dayanan dövlətlər onlara ciddi maliyyə resursu ilə yardım edirlər. Dini Komitə sədri də bildirdi ki, onların maliyyə mənbələri məhv ediləcək. Bu cərəyanlar Azərbaycanda dövlət qurumlarına da təsir etməyə çalışırılar. 

    2256.jpg

    - Hacı Qaməti vəhhabi hesab edirsiz, ya sələfi?

    - Mənim onunla hər hansı tanışlığım yoxdur. Fəaliyyətini də mətbuatdan izləmişəm. Özünü sələfi adlandırır. Bunu deyim ki, dünyada elə bir insan görməmişəm ki, özünə vəhhabi desin. Vəhhabiliyi təmsil edənlər də özünü vəhhabi adlandırmır, deyirlər belə bir təriqət yoxdur. Halbuki, bu təriqət var. Adı nə olur-olsun, mahiyyət eyni olur.

    - İŞİD və Suriya hadisələri haqda hədis olduğu deyilir. Belə bir hədislər varmı?

    - Axir əz-Zaman haqda danışarkən Həzrəti Mehdinin zühur öncəsi dövrü nəzərdə tutulur. Həmin hədisdə də bu bölgə göstərilir. Mən deyə bilmərəm o hədislər məhz bu hadisələrə aiddir, yoxsa gələcəkdə olacaq oxşar hadisələr üçündür. Amma müəyyən əlamətlər var ki, bu qruplaşmalara uyğun gəlir. Din amilindən sui-istifadə edilməsi, dindar adı ilə insanlara zülm edilməsi həmin əlamətlərdəndir. Burada Suriyanın və Şamın adı çəkilir. Qara bayraqlılar hədislərdə müsbət təqdim edilir, bu İŞİD-ə aid deyil. Bu hadisələrin Həzrəti Mehdinin zühuru ərəfəsində baş verəcəyi haqda danışılır. İndiyə kimi isə saxta mehdilər çox olub.

    - Qiyamətin əlamətləri haqda tez-tez məlumatlar yayılır. Dində nələr qiyamət əlaməti kimi göstərilir?

    - Qiyamətin nə zaman olacağını heç Peyğəmbər də bilmirdi. Sadəcə əlamətlər haqda danışılır. Həccə insanların şan-şöhrət üçün getməsi, qadınların kişi paltarı, kişilərin qadın paltarı geyinməsi, elmi-texniki tərəqqinin inkişafı nəticəsində şərqdə olan insanın qərbdə olan insanı görməsi qiyamətlərin əlamətləri kimi göstərilir. Elmin inkişafı, dindən sui-istifadə edənlər və dinə həqiqətən bağlanan insanların mövcudluğu da bu əlamətlərlərdən sayılır.

    - “Skype” və elmi-texniki tərəqqi Qiyamət əlamətidirsə, niyə noutbukdan istifadə edirsiz?

    - Mən elmi inkişafın tərəfdarlarından biriyəm. Qiyamət isə insanlığın qızıl dövrüdür. Ona görə də bu günün inanclı insanı elmin bütün imkanlarından yararlanmalıdır. Din inkişafı stimullaşdırmalıdır. Mən Axirətə mənfi bir hadisə kimi yanaşmıram.

    - Noyabrın 7-si şəhid Mübariz İbrahimovun dəfn olunduğu gün idi. Dörd il ötsə də bunu xatırlayan çox az adam oldu. Amma 1400 il əvvəl şəhid olan adamlar üçün belə mərasimlərin keçirilməsi nə qədər səmimidir?

    - İnsanları bu mərasimə gəlməyə kim məcbur edir?!

    - Təbliğat ola bilərmi?

    - Uzun illər bunun əleyhinə əks-təbliğat olub. Tarix boyunca qadağalar olub. Deyirlər hakimiyyət davası olub. Mən sual edirəm ki, tarixən çoxlu hakimiyyət davaları olub. Niyə hamısı unudulub, bu savaş yaşayır, dünyanın hər yerində qeyd olunur? Kərbəlada böyük bir fədakarlıq nümunələri olub. 13 yaşlı uşaq İmam Hüseynə deyir ki, haqq yolunda şəhid olmaq mənim üçün baldan da şirindir. Dinin əsas məntiqi budur ki, insan gözü görmədiyinə də sevgi bəsləyir. 

    2258.jpg

    - Siz bir çıxışınızda Kərbəlanın Həccdən üstün olduğunu demisiniz. Bunun səbəbini izah edə bilərsiz?

    - Bizim fikirlərimiz bəzən təhrif olunur. Müqayisə heç də təhqir etmək demək deyil. Dində hətta peyğəmbərlərin bəzilərinin digərlərindən üstün olduğu göstərilir. Bir çox hədislərdə göstərilir ki, möminin hörməti Kəbədən üstündür. Quranda ayə var ki, yaranmışların ən üstünü iman gətirmiş şəxslərdir. Kərbəlanın Kəbədən üstün olması haqda hədislər mövcuddur. Bunu izahı belədir ki, Kərbəla İmam Hüseynin dəfn olunduğu yerdir. Həccdə isə simvolik olaraq bir daş qoyulub və insanlar onun ətrafına dolanır. Kərbəlada isə bunun canlı nümunəsini görürük. 

    - Sizin MTN-nin təsir agenti olduğunuz iddia olunur. Təsir imkanınız nə qədərdir?

    - Mən sadəcə dinə əməl etməyə çalışıram. Hər zaman da Azərbaycan dövlətinə xidmət etmişəm. Hansısa bir dövlət orqanına xidmət etmək isə mənim düşüncəmdə olmayıb. 

    - Siz bir müddət əvvəl saxlanılmışdınız. Məlumat var ki, sizi Məşədi Dadaş məscidindən gecə kimlərsə məcburi aparıb. Ondan sonra mövqeyinizdə dəyişiklik etmisiz. Hətta sizə hakimiyyətin adamı da deyirlər.

    - Mənim mövqeyimdə heç bir dəyişiklik olmayıb. Bir dəfə 40 dəqiqə saxlanılmışam. 40 dəqiqə ərzində məni “verbovka” etdilər, demək gülməlidir. Bu müddət ərzində mənimlə çox xoş davrandılar və heç kimlə də söhbətim olmadı. Bir saat ərzində kiminsə düşüncəsini dəyişmək mümkünsüzdür. Məscidə isə təhlükəsizlik üçün hüquq mühafizə orqanlarının təmsilçiləri gəlib, onlarla görüşmüşük. Bunların hamısı 1-2 saat vaxt aparıb. Məni harasa aparıb uzun müddət saxlamayıblar.

    - Hicab məhbusları ilə bağlı mövqeyiniz necədir?

    - İnsanlar təhsil hüququna malikdir. Eyni zamanda dini etiqad və vicdan azadlığı var. Bu iki haqqı qarşı-qarşıya qoymaq olmaz. Qanunvericilikdə hicab qadağası yoxdur. Həmişə arzu etmişəm ki, hicab məhbusları azad edilsin. Amma bu mənim səlahiyyətimdə olan məsələ deyil.

    - Sizin tərəfdarlarınız artır və artıq gənclər arasında şəxsiyyətinizə pərəstiş edənlər artır. Buna münasibətiniz necədir?

    - Bizi tanıyanlar bilir ki, mən heç vaxt şəxsiyyətimi qabartmamışam. Mənə qarşı ifrat hörmətin əleyhinəyəm. Amma kiminsə məhəbbəti varsa, “məni sevmə” deyə bilmərəm. Ola bilər kimlərsə mənim şəxsiyyətimi bütləşdirir, amma bunun əksəriyyətə aid olduğunu sanmıram. Bunun əleyhinə dəfələrlə danışmışam.

    - Din insanların həyatına niyə bu qədər çox müdaxilə edir? Məsələn, hansı musiqiyə qulaq asacağımızı belə din təyin edir.

    - Din insanların həyatına müdaxilə etmir, doğru yolu göstərir. Din Allahın insana göndərdiyi hidayət proqramıdır. Allah insana yaraşdırmadığı halları din vasitəsilə qadağa edir. Yəni, qadağalar belə Allahın insana məhəbbətinin təzahürüdür. Bəzən övladımızı sevdiyimizdən ona hansısa hərəkətləri qadağan edirik. İnsanlar könüllü şəkildə Allahın qadağalarını qəbul edirlər. Kimlərsə əməl etməsə, azaddır. Dinimiz musiqini tam mənada haram etmir. Yüngül, bayağı musiqiləri din qəbul etmir.

    - Bəs bir kişinin dörd arvad almasına nə ehtiyac var?

    - Din bir şeyə icazə verirsə, bu heç də o demək deyil ki, buna təşviq edir. Tarixən kişilərin müharibələrdə öldürülməsi, qadınların sayının kişilərdən çox olması nəticəsində qarşılıqlı razılıqla evlənməyə icazə verilib. Bunun sosial səbəbi budur ki, qadınlar başsız qalmasın. Mən dinimizin icazə verdiyi şeyi insanlara qadağa edə bilmərəm. Amma mənim fikrimcə, insanlar çoxarvadlılığa təşviq olmamalıdır. Bir ailəyə sahib olmaq kifayətdir. 

    - Siğəni fahişəliklə eyniləşdirənlər olur. Bu barədə nə deyə bilərsiz?

    - Siğə alternativ bir kəbindir. Nisa surəsi 24-cü ayəyə istinad edilir. Peyğəmbər zamanında da siğə edilib. İstisna vəziyyətlərdə daimi kəbinə alternativ kimi qəbul edilib. Siğədən sui-istifadə edənlər çoxdur. Cəmiyyətdə istənilən əxlaq səviyyəsində olan insanlar var. Din əxlaqsızlıqla məşğul olanları çərçivəyə salmaq üçün siğəni təklif edir. Bir qadın və kişi siğə bağladıqdan sonra bir müddət başqası ilə əlaqədə ola bilməz. Uşaq olacaqsa kimdən olduğu bilinsin deyə din bunu çərivəyə salır. Tibbi məsələlər də nəzərə alınır. Siğə pul qarşılığında cinsi əlaqədə olmaq demək deyil. İstisna situasiyalarda müraciət olunan kəbin formasıdır.

    Murad Əhməd

    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (11.11.2014)
    Просмотров: 577 | Рейтинг: 5.0/3
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -