"Onu atalarımdan, Peyğəmbərdən, Cəbrayıldan, aləmlərin Rəbbindən, hansı ki təkdir və insanları yaradıb, öyrənmişəm"
Günlərin birində İmam Sadiq (ə) Mənsurun məclisinə gəldi, onun
yanında Hindistandan biri var idi və tibbi kitablar oxuyurdu. İmam Sadiq (ə) ona qulaq asdı. Eləki, hindistanlı kişinin oxunuşu sona çatdı, İmam Sadiqə dedi: Ey Əbu Əbdullah! Mənim yanımda olanlardan bir şey istəyirsən? Buyurdu: Yox. Sənin yanında olandan daha yaxşısı mənim yanımda var. Soruşdu: O nədir? Buyurdu:
İstini soyuqla, soyuqu isti ilə, qurunu tər ilə, təri quru ilə dərman
edirəm. Və işi bir dəfəlik Allaha tapşırıram. Peyğəmbərin buyrduğunu
əncam verirəm. Bilirəm ki mədə bütün dərdlərin evi və pəhriz etmək təkcə
dərmandır. Bədəni onun ünsiyyət tutduğu şeyə adətləndirirəm. Hindistanlı kişi dedi: Bəs tibb bundan başqa bir şeydirmi? İmam Sadiq (ə) soruşdu: Bəs güman edirsən ki, tibbi kitablardan bir şey öyrənmişəm? Dedi: Bəli. Buyurdu: And olsun Allaha! Allahdan başqasından bir şey öyrənməmişəm. İndi söylə ki mən tibbi daha mükəmməl bilirəm, yoxsa sən? Dedi: Sən yox, Mən. İmam Sadiq (ə) buyurdu: Səndən bir şey soruşum? Dedi: Soruş.
Buyurdu: Ey hindli! Mənə söylə niyə başda xırda deşiklər və layələr var? Dedi: Bilmirəm. Soruşdu: Niyə tüklər başın yuxarı qismətindədirlər? Dedi: bilmirəm. Soruşdu: Niyə alında tük yoxdur? Dedi: bilmirəm. Soruşdu: Niyə alında xətlər var? Dedi: bilmirəm. Soruşdu: Niyə kipriklər gözlərin üstündədirlər? Dedi: bilmirəm. Soruşdu: Niyə gözlər badam kimidirlər? Dedi: bilmirəm. Soruşdu: Niyə burun iki gözün arasındadır? Dedi: bilmirəm. Soruşdu: Niyə burunun deşiyi altdadır? Dedi: bilmirəm. Soruşdu: Dodaq və bığ niyə ağızın yuxarısındadır? Dedi: bilmirəm. Soruşdu: Niyə qabaq dişlər itidir, yan dişlər enlidir və kəsici dişlər uzundur? Dedi: bilmirəm. Soruşdu: Niyə kişilərin saqqalı var? Dedi: bilmirəm. Soruşdu: Niyə əllərin içində tük yoxdur? Dedi: bilmirəm. Soruşdu: Niyə dırnaqla tükün həyatı yoxdur? Dedi: bilmirəm. Soruşdu: niyə ürək sənubərə oxşardır? Dedi: bilmirəm. Soruşdu: niyə ciyər iki hissədir. Və onun hərəkəti təkcə özünün sabit yerindədir? Dedi: bilmirəm. Soruşdu: niyə ciyər qövsvaridir? Dedi: bilmirəm. Soruşdu: niyə böyrək lobya dənəsi kimidir? Dedi: bilmirəm. Soruşdu: niyə dizlər arxaya getmir? Dedi: bilmirəm. Soruşdu: niyə ayağın altında boşluq var? Dedi: bilmirəm.
Bu vaxtda İmam Sadiq (ə) buyurdu: Amma mən bilirəm. O kişi dedi: bəs onda özün cavab ver.
İmam Sadiq (ə) dedi: başda
deşiklər və qatlar var; çünki içi boş olan hər bir şey əgər bütov
olarsa, daha tez sınar. Əgər bir neçə hissə olarsa ondan da daha tez
sınar. Başın tüklər ona görə başın yuxarı
hissəsindədir ki, tükün kökləri piyi beyinə çatdırsınlar. Və tükün ucu
buxarı beyindən çıxarsın. Və ona çatan soyuqluq və istiliyi dəf etsin. Alında tük yoxdur, çünki gözlərə çatan işığın yeridir. Alında
ona görə qırışlar var ki, başdan tökülən tərləri özündə saxlasın və
onların gözlərə yetişməyinə mane olsun. Necə ki yerdəki arxlar suları
özündə saxlayır. Qaşlar gözlərin üstündədir ona görə
ki, kifayət qədər işığı gözlərə çatdırsınlar. Ey hindli! Məgər
görmürsən ki nur çox olanda əlini gözlərinin üzərinə tutursan, tainki
nuru lazım olan qədər gözlərə çatdırasan. Burun ona görə iki gözün arasındadır ki nuru iki gözə bərabər şəkildə bölsün. Göz
ona görə badama oxşayır ki, çirklər onda cərəyan edib, çölə çıxsınlar.
Əgər gözlər dörd bucaq və ya dairəvi şəkildə olsaydı, nə onun hər
tərəfinə su çatardı, nə də çirk ondan xaric olardı. Burunun
deşiyi ona görə aşağıdadır ki, beyindən gələn çirklər tez aşağı gəlsin
və iylər ondan yuxarı getsin. Amma əgər burunun deşiyi yuxarıda olsaydı,
nə xəstəlik və çirk ondan aşağı gələrdi və nə iy onunla hiss olunardı. Dodaq və bığ ona görə ağızın yuxarısındadır ki, beyındən tökülən üfunətlərin ağıza tökülməsinə mane olsun. Ona görə kişilərdə saqqal var ki, qadınlardan fərqlənsinlər. Və tanınmaq üçün sifəti tam açmağa ehtiyac olmasın. Qabaq dişlər itidir, ona görə ki, bölmək onun vasitəsi ilə əmələ gəlir. Yan dişlər enlidir, çünki çeynəmək onun köməyi ilə olur. Əllərin
içində tük yoxdur, ona görəki onun köməyi ilə hiss edilir. Amma əgər
onlarda tük olsaydı, insan onun qarşısında olan şeyi hiss etdikdə onun
nə olduğunu bilməzdi. Tük və dırnağın həyatı
yoxdur. Çünki onların uzanması çirkinliyə səbəbdir. Onları qısaltmaq
bəyənilmişdir, əgər onlarda həyat olsaydı, insan onları qısaldanda ağrı
hiss edərdi. Qəlb sənubər şəkillidir. Çünki
əksinədir. Ürəyin bir tərəfi nazikdir, buna görə ki ciyərin laybalayı
ilə getsin və soyuqluğu ilə sərinlənsin. Nəticədə beyin onun
istiliyindən yanmasın. Ciyər iki hissədən ibarətdir,
buna görə ki, ürəyin damarları onun təzyiqlərinin laybalayında qərar
tutsun və onun hərəkətinin köməyi ilə sərinlənsin. Ciyər
qövsvaridir. Çünki mədəyə ağırlıq salır və bütünlüklə onun üstündə
qərar tapır, onu sıxır və nəticədə onun içində olan buxarı çölə çıxarır. Böyrək
lobya dənəsi şəklindədir. Ona görə ki, spermanın tökülmə yolu onun
üzvünün nöqtəvənöqtəsidir. Əgər böyrək dörd bucaqlı və dairəvi olsaydı,
ilkin nöqtə spermanın ikinci nöqtəyə yetişməsinə mane olardı. İnsanlar
onun ixracı ilə ləzzət hiss etməzdilər. Çünki sperma bel fəqərə
stunlarından böyrəyə tərəf gəlir. Böyrəkdə qudr kimi açılır-yığılır və
tədricən spermanı sidikliyə tərəf aparır. Kamandan atılan ox kimi
tökülür. Dizlərin açılması arxa tərəfədir. Çünki
insan qabaq tərəfə yol gedir və onun hərəkətini tənzimləyir, amma əgər
belə olmasaydı insan yol gedən vaxtı yıxılardı. Ayağın
altında boşluq var. Çünki hər şey bütünlüklə yerlə bərabər olsa,
dəyirman daşı kimi ağır olar. Əgər ayağın ucu yerdə olsa, bir uşaq da
onu yerdən qaldıra bilər.
Bu vaxt hindli kişi soruşdu: Bu bilik səndə haradandır? İmam Sadiq (ə) buyurdu: Onu atalarımdan, Peyğəmbərdən, Cəbrayıldan, aləmlərin Rəbbindən, hansı ki təkdir və insanları yaradıb, öyrənmişəm.
Sonda hindli kişi dedi: Düz
dedin, məndə şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Və
Məhəmməd onun quludur və rəsuludur. Və Sən də bu zəmanənin imamı və ən
biliklisisən.
islamazeri.az
|