Oruc olmaya-olmaya…
Mübarək Ramazan ayı insanın mələklərlə müsabiqə ayıdır. Çətin gəlir
bu bir ayı Allahın məhdudiyyətlərinə riayət etmək. Amma Allahın aşiq
bəndələri ruyazətdən, nəfsi incidərək tərbiyələndirməkdən ləzzət
alıblar.
Mərhum Şeyx Ənsari haqqında bu mövzuda söhbətlər çoxdur. İsti bir yay
günü mənzilə daxil olan Şeyx su istəyir. Şeyx üçün zirzəmidən sərin su
gətirməyə gedirlər. Şeyx su gələnədək iki rəkət namaz qılmaq qərarına
gəlir. O namaza başlayandan sonra suyu gətirib yanına qoyurlar. Nəcəfin
50 dərəcə istisini, Şeyxin yorğunluğunu və qarşısındakı sərin suyu
təsəvvür edin. O isə suyu gözləmək əvəzində namaza başlayır və namazda
Quranın uzun surələrindən birini oxuyur. Namazı bitirib artıq istisi
dodaq yandıran sudan bir qurtum içib ayağa qalxır.
Bəli! Şeyx Ənsari kimilər öz məhbubları ilə görüş üçün fürsət axtarır və
namazdan feyz alırlar. Susuzluğu unutduran bir ləzzət! Bütün bunlar
həqiqətdir, Allahla ünsiyyətdən faydalanmış böyük insanlar haqqında
həqiqət!
Belə bir mənəviyyatdan pay almaq üçün Allaha dua edək. Belə olsa
ömrümüzün qədrini bilər, Əhli-beyt (ə) yolu ilə Allaha yaxınlaşar və
onların şəfaətinə nail olarıq. http://haqqyolu.com
|