Peyğəmbərin bütün döyüşlərinin müdafiə yöünmündə olduğunu aydınlaşdırmaq üçün hər bir döyüşü ayrıca nəzərdən keçirək:
1. Bədr döyüşü
Həzrətə
qəbul etdirilən ilk döyüş Bədr döyüşü idi. Bu döyüşün səbəbi Qüreyş
müşriklərinin müsəlmanlara şiddətli işgəncələr verməsi idi. Onlar hicrət
etmək istəyən, dinlərini və canlarını qorumaq üçün qaçan şəxsləri həbs
edib, işgəncələr verir, şirk və bütpərəstliyə qaytarmaq istəyirdilər.
Müşriklər Peyğəmbərin səbr əmri aldığını savaş və qan tökməyi
xoşlamadığını düşündüklərindən daha çox üsyankarlıq göstərir, hətta
müsəlmanların karvanlarına hücum etmək istəyirdilər.
Peyğəmbər (s)
onları bu işlərdən çəkindirmək üçün öz gücünü göstərib qorxutmaq istədi.
Belə ki, çəkindirici plan cızıldı. Onların Şama doğru hərəkət edən
ticarət karvanına hücum etmək qərara alındı. Məqsəd bu idi ki, müşriklər
müsəlmanlara qarşı işgəncələrdən çəkinsinlər və onlara Məkkədən hicrət
etməyə icazə versinlər.
Həzrət (s) 313 nəfərdən ibarət səhabələrinin
Şamdan Məkkəyə doğru gedən Qüreyş karvanı ilə qarşılaşmasını istədi.
Qəbilənin rəisi Əbu Süfyan bu işdən xəbər tutan kimi xalqı xəbərdar edib
karvanı müsəlmanların əlindən qurtarmaq üçün Məkkəyə adam göndərdi.
Onlar (at, qılınc, zireh) kamil döyüş vasitələri və min nəfərlik qoşunla
müsəlmanlarla savaş üçün Məkkədən xaric oldular.
Qüreyş döyüşçüləri
Peyğəmbər (s) səhabələrinin qabağından qaçdılar. Lakin Qüreyş bununla
kifayətlənməyib Allah rəsulu ilə döyüşmək qərarına gəldi. Peyğəmbər də,
onlarla savaşa hazırlaşdı. Həzrət öncə onlarla döyüşdən daşındı və
onların savaşmadan Məkkəyə qayıtmasını arzuladı. Həzrət Ütbə ibn
Rubəy`ənin savaşda tərəddüd etdiyini bilib buyurdu: "Xeyirli bir şəxs
varsa, o, qırmızı dəvənin sahibidir; Yə`ni Ütbə! Ona itaət etsəniz doğru
yola çıxacaqsınız.” ("Biharul-ənvar”, 19-cu cild, səh.224)
Peyğəmbər
(s) tə`kidlə insanların qanının qorunmasını istəyirdi. O, öz
səhabələrinə buyurdu: "Həqiqətən, mən bildim ki, Bəni-Haşimdən olan bir
dəstə kişi və digərləri Məkkədən zorla xaric ediliblər. Onların bizimlə
döyüşə heç bir marağı yoxdur. Buna görə də hər kim Bəni-Haşimdən bir
nəfər görsə, onu öldürməsin. Eyni zamanda hər kəs Əbül-Bəxtər ibn Haşimi
görsə qətlə yetirməsin . . . " ("Biharul-ənvar”, 19-cu cild, səh.301)
Maraqlıdır
ki, Peyğəmbər (s) və onun səhabələri Qüreyş karvanına hücum etmədi,
karvandakı mallar qarət olunmadı. Beləliklə, onlar sağ-salamat Məkkəyə
qayıtdılar. Bu isə həzrətin (s) yalnız onları qorxutmaq məqsədində
olduğuna sübutdur.
2. Bəni-Qinqa döyüşü
Həzrət
Məhəmməd (s) Mədinəyə hicrət etdikdə İslama və müsəlmanlara qarşı
yəhudi təhlükəsi ilə rastlaşdı. Öncə peyğəmbər (s) onlarla (Bəni-Nəzir,
Bəni-Qurəyzə və Bəni-Qinqa qəbilələri) sülh müqaviləsi bağladı. Belə
şərt kəsildi ki, hiylə qurulmasın və müsəlmanlara qarşı düşmənlərlə
həmkarlıq edilməsin. Lakin Bəni-Qinqa qəbiləsi Bədr döyüşündən sonra
həzrətə (s) hiylə qurdu. Onlar müşriklərə məktublar yazdılar. Peyğəmbər
(s) onlarla savaşdı və qalib gəldi.
Onlar şəhərlərindən köçmək üçün
həzrətdən (s) icazə istədilər. Həzrət (s) onlara icazə verdi.
("Ərrihlətul-mədrəsiyyə”, səh.198) Xəyanət etdiklərinə görə onları qətlə
yetirməyə haqqı olmasına baxmayaraq peyğəmbər (s) onların heç birini
öldürmədi.
3. Ühüd döyüşü
Müşriklər
Bədr döyüşündə məğlub olub, atalarını, övladlarını və qardaşlarını
itirdikdən sonra, Əbu-Süfyan və Qüreyş sərmayədarlarından Mədinəyə hücum
edib intiqam almaq və adamlarını geri götürmək üçün onlara kömək
etmələrini istədilər. Əbu Süfyan və sərmayədarlar bu savaşla razılaşıb,
üç min nəfərlə Mədinəyə doğru hərəkət etdilər. . .
Bu döyüşdə də müsəlmanlar yalnız İslamı və özlərini müdafiə etmək üçün savaşdılar; Çünki savaşa başlayan müşriklər oldu.
4. Əhzab döyüşü
Bu
döyüşün səbəbi Bəni-Nəzir yəhudilərinin bir hissəsinin Mədinədən
Məkkəyə hərəkət edib Qüreyş Allahın rəsulu ilə döyüşə də`vət etməsi idi.
Onlar Qüreyşə dedilər: "Biz tezliklə müsəlmanların kökünü kəsmək üçün
sizin yanınzda olacağıq . . . "
Yəhudi və müşriklərin gücü müqabilində peyğəmbər (s) Salmanın təklifi ilə Mədinənin ətrafında xəndək qazılmasını göstəriş verdi.
Bu
arada savaş olmadı, qan tökülmədi. Yalnız Qüreyşdən bir neçə atlı, o
cümlədən Əmr ibn Əbdəvid xəndəyi keçib müsəlmanlardan mübariz istədi. Bu
zaman Əmr ibn Əbdəvidin qarşısına çıxmağa cür`ət edən yeganə kəs imam
Əli (ə) oldu. Həzrət Əli (ə) onu qətlə yetirdi. Bundan sonra isə bütün
müşriklər baş götürüb qaçdılar. ("Irşadi mufid”, səh.54)
Bu döyüş də müdafiə yönümlü idi.
5. Bəni-Qureyzə döyüşü
Xəndək
döyüşü Qüreyşin məğlubiyyəti, Əhzab qoşununun qaçması və yəhudilərin
kənara çəkilməsi ilə başa çatdı, peyğəmbər (s) və müsəlmanlar Mədinəyə
qayıtdılar. Həzrət (s) Bəni-Qurəyzə yəhudilərini əhdlərini pozub, hiylə
qurduqlarına görə ədəbləndirməyi qərara aldı. Çünki onlar Bəni-Nəzir
qəbiləsi ilə əhd bağlamışdılar ki, Əhzab döyüşündə peyğəmbərə (s)
xəyanət edib, müşriklər tərəfindən peyğəmbərlə (s) döyüşə başlasınlar.
Onlar öz alçaq niyyətlərini həyata keçirib əhdlərini pozandan sonra
müsəlmanlara hücum edib, Mədinədəki evlərində qarətə əl atdılar.
Buna
görə peyğəmbər (s) onları mühasirəyə aldı. Bəni-Qurəyzə qəbiləsinin
adamları Xəzrəcin rəisi Sə`d ibn Məazın hakimlik etməsini istədilər.
Çünki onlar İslamdan öncə onunla birlikdə and içmişdilər və Sə`d ibn
Məazın asan hökm verəcəyini güman edirdilər. Peyğəmbər (s) Sə`din
hakimlik etməsi ilə razılaşdı və onlarla savaşmadı. Lakin Sə`d onlara
ölüm hökmü verdi. Əgər peyğəmbərdən (s) Mədinədən e`tibarlı bir yerə
köçmək üçün icazə istəsəydilər, Həzrət (s) onlara icazə verərdi. Necə
ki, Bəni-Qinqa və Bəni-Nəzir qəbiləsinə icazə verdi. Əgər Sə`d onlar
üçün şəfaət istəsəydi, peyğəmbər (s) onları azad edəcəkdi. Çünki həzrət
(s) (fəsad yaranmadıqda və bağışlamaq zəiflik hesab olmadıqda) Bəşərin
xeyirini, bağışlamağı və sülhü üstün tuturdu. ("Ərrihlətul-mədrəsiyyə”,
Bəlaği, səh.199)
6. Bəni-Mustəliq döyüşü
Allah
rəsuluna xəbər çatdı ki, Bəni-Mustəliq qəbiləsi Haris ibn Əbi-Zirarın
rəhbərliyi ilə müsəlmanlara qarşı döyüşə hazırlaşırlar. Həzrət (s)
qoşunla birlikdə onlara tərəf hərəkət etdi. Düşmənlərə məxsus Morəysi
adlı bulağın kənarında onlarla qarşılaşdılar. Döyüş başlandı. Bir
dəstənin ölümündən sonra düşmənlər qaçdılar.
Bu savaşda Haris ibn Əbi
Zirarın qızı əsir götürüldü. Atası onu azad etmək üçün fidyə ünvanında
peyğəmbərə (s) bə`zi şeylər gətirdi. Lakin həzrətin (s) hikmətli
rəftarını və mövqeyini müşahidə etdikdən sonra Haris, iki övladı və
qövmünün bir hissəsi İslamı qəbul etdilər. ("Biharul-ənvar”, 20-ci cild,
səh.289, 290)
Bu döyüş də müdafiə nümunələrindən hesab olunur.
7. Hüdeybiyyə sülhü
Hicrətin
6-cı ili ziqə`də ayında İslamın Girami peyğəmbəri (s) 700 nəfər kişidən
ibarət olan səhabələri ilə həcc və Allah evini təvaf etmək üçün Məkkəyə
doğru hərəkət etdi. Həzrət Məkkə camaatını onların sülh məqsədi ilə
gəlişinə əmin etmək üçün qurbanlıq nişanəsi olaraq 70 dəvəni karvanın
qarşısında yerləşdirdi.
Məkkə əhalisi onların gəlişindən xəbər tutan
kimi həzrətin qarşısını kəsib, savaşa hazırlaşdı. Onlar həzrətdən (s)
Mədinəyə qayıtmalarını istədilər. Həzrət onlarla müdara edib istəklərini
qəbul etdi. Şərt kəsildi ki, gələn il Məkkəyə gələ bilsinlər.
Beləliklə, həzrət göstəriş verdi ki, həmin yerdə dəvələri qurban kəsib
qayıtsınlar. ("Ərrihlətul-mədrəsiyyə”, səh.200) Baxmayaraq ki, həzrət
(s) zorla Məkkəyə daxil ola bilərdi!
8. Xeybər döyüşü
Bəni-Nəzir
qəbiləsi Mədinədən köçdükdən sonra Xeybərdə məskunlaşdı. Lakin onlar
sakit oturmayıb, daim peyğəmbərlə (s) döyüşmək, onu öz təsəvvürlərinə
uyğun məhv etmək üçün plan cızırdılar. Onlar Əhzab döyüşündə müşriklərə
və kafirlərə kömək edib fitnə törədirdilər. Buna görə də peyğəmbər
hicrətin 6-cı ilinin arxırlarında onlarla döyüşdü. Həzrət onların
qalalarını (Naim, Qəmus-Bəni Əbil-Həqiq, Səb ibn Məad və digər Xeybər
qalalarını) fəth etdi. Yalnız Vətih və Səlaləm qalasının əhalisi
peyğəmbərdən (s) həyatlarının qorunmasını və kömək üçün icazə istədilər.
Həzrət (s) də onlara icazə verdi. ("Ərrihlətul-mədrəsiyyə” səh.200;
"Biharul-ənvar”, 21-ci cild, səh.3)
9. Məkkənin fəthi
Hüdeybiyyə
sülhündə Xəzaə qəbiləsi peyğəmbərlə (s) əhd bağladı. Bəni-Bəkr qəbiləsi
isə Qüreyşlə əhd bağladı. Bəni-Bəkr və Qüreyş namərdcəsinə Xəzaə
qəbiləsinə hücum etdi. Bu qəbilənin adamlarından biri kömək məqsədi ilə
peyğəmbərin (s) yanına gəldi. Həzrət (s) hicrətin 8-ci ilində Bəni-Bəkr
və Qüreyşin bu əməlinə qarşı və müdafiə məqsədi ilə on min nəfərlik
qoşunla Məkkəyə doğru hərəkət etdi. Qüreyş və onlarla birlikdə əhd
bağlayanlar bu hadisədən qorxub, həzrətlə savaş üçün zəif olduqlarını
anladılar. Beləliklə, savaşdan əl çəkib, geri qayıtdılar. Lakin onların
pis rəftarlarına görə həzrət intiqam almadı. Əksinə, Məkkəyə daxil
olandan sonra onlarla mehriban rəftar edildi. ("Ərrihlətul-mədrəsiyyə”,
səh.200; "Biharul-ənvar”, 21-ci cild, səh.104)
10. Mutə və Təbuk döyüşü
Peyğəmbərin
(s) Bilqada, Ərəb və Rum qoşunları ilə döyüşmək üçün Şam tərəfə qoşun
göndərməsi və Təbuka doğru ordunun hərəkəti onların Allahın peyğəmbəri
və İslamla düşmənçilik edib hörmət saxlamalarına görə idi. Eyni zamanda
onlar peyğəmbərin (s) tövhidə də`vət məktublarını gətirən elçiləri
öldürürdülər. Baxmayaraq ki, məktub gətirən elçilərin toxunulmazlığı
daim qorunan adətlərdən idi. Bu işə yalnız elçi göndərənə qarşı üsyan
edənlər əl atırdı. Buna görə də peyğəmbər (s) müdafiəyə hazırlaşıb,
tövhid və doğru yola də`vəti hədələyən üsyançılarla vuruşurdu.
("Ərrihlətul-mədrəsiyyə”, səh.201) Tam arxayınlıqla demək olar ki,
peyğəmbərin (s) bütün döyüşləri müdafiə yönümündə olmuşdur. Həzrət
düşmənlərin hiylələrini puça çıxarmaq üçün və onunla savaşanlarla
vuruşurdu. Eyni-zamanda həzrət (s) heç bir döyüşdə savaşa birinci
başlamamışdır. Bu isə tarixin şəhadət verdiyi gerçəklikdir.