Bu gün isə cahliyyət dövründə yaşamırıq. Ancaq atalar yenə də oğlan
övladlarına sevinir və qız övladlarına görə qəmgin olurlar. Halbuki qız
övladının nə qədər bərəkət gətirdiyini yaxşı bilirlər.
Qız övladlarının nə qədər bərəkətə malik olduğuna aid çox sayda hədis vardır. Onlardan bəzisinə işarə edək.
İmam Sadiq (ə) bir kişini görür ki, qızı olduğu üçün çox narahat
olur. Həzrət (ə) ona buyurur: "Əgər Allah-Təala sənə desə ki, Mən sənin
üçün seçim, yoxsa sən seçirsən, nə deyərdin?” Dedi: "Deyərəm ki,
Allahım, Sən özün seç!” Buyurdu: "İndi Allah sənin üçün seçmişdir, (niyə
narahatsan?)”.
Həzrət Xızrın (ə) Allahın əmri ilə öldürdüyü uşaq oğlan uşağı idi.
Quran buyurur: "Beləliklə, Rəbblərinin onlara paklıqda (ruhunun küfr və
itaətsizlikdən pak olması baxımından) daha yaxşı və mərhəmət və
mehribanlıqda daha yaxın (olan bir övlad) əvəz verməsini istədik”.
("Kəhf” 81). Allah bu oğlanın yerinə onlara qız övladı verir. O qızın
nəslindən 70 peyğəmbər dünyaya gəlir”.
Əban ibni Təğləb deyir: "İmam Sadiq (ə) buyurur: "Qızlar həsənə və
oğlanlar nemətdirlər. Həsənəyə görə mükafat verilər. Ancaq nemətə görə
sorgu-sual olunar”.
Allahın Rəsulu (s) buyurur: "O kəsin üç qızı olar, onların qəm və şadlığına dözərsə, Qiyamət günü onu atəş və əzabdan qoruyar”.
Əyyub ibni Nuh deyir: "Yəhya ibni Zəkəriyyanın həyat yoldaşı hamilə
idi. Yəhya Əbul Həsənə (ə) məktub yazır ki, Allaha dua etsin ki, ona
oğul övladı əta etsin. Həzrət (ə) cavabında yazır: "Halbuki, qız
oğlandan yaxşıdır”. Həyat yoldaşı qız uşağı dünyaya gətirir.”
İkinci xəlifənin dövründə bir nəfər başqasına dava açır ki, mənə 400
dirhəm borcludur. Dava xəlifənin yanına gedib çıxır. Borclu olan kişi
deyir: İndi mənim heç nəyim yoxdur. Ancaq həyat yoldaşım hamilədir və
inşaallah qız övladı dünayaya gətirəcəkdir. Mənə bərəkət çatacaqdır və
mən də sənin borcunu qayatarcağam. Çünki Peyğəmbər (s) buyurub:
"Allah-Təala hər kimə qız övladı verərsə, ona mal və dinində bərəkət əta
edər”.
Xəlifə bu sözü eşidən zaman kişiyə deyir: Mən sənin borcunu verərəm.
Əmr edir və həmin pulu gətirirlər. Borc yiyəsinə deyir ki, götür. Həmin
şəxs deyir: "Mən də Peyğəmbərdən (s) bu xəbəri eşitmişəm. Ancaq
unutmuşdum. İndi ki, bu kişi həmin xəbəri mənim yadıma saldı, mən bu
borcumu ona bağışlayıram”.
İnsanın dəyərini onun cinsiyyəti təyin etmir. Əsl meyar saleh övlad
olmaqdır. Çünki saleh olmayan övlad valideyni dünya və axirətdə xar
edər.
Həzrət Peyğəmbər (s) buyurur: "İsa ibni Məryəm (ə) bir
qəbiristanlığın yanından keçir və orada bir nəfərə əzab verirdilər. Bir
il sonra yenə həmin yerdən keçir. Görür ki, ona artıq əzab vermirlər.
Buyurur: "Pərvərdigara! Keçən il bu qəbiristanlıqdan keçirdim, qəbir
sahibinə əzab verirdilər. İndi ki, buradan keçirəm, ona əzab vermirlər”.
Allah Təala ona vəhy edir: "Ya Ruhullah! Onun saleh oğlu var ki,
yolları düzəldir, yetimlərə pənah verir. Mən də oğlunun etdiyi işlərə
görə onu bağışladım”.
Beş dua vardır ki, Allahdan gizli qalmaz: "1. İmamın və adil rəhbərin
duası. 2. Məzlumun duası. Allah Təala buyurur ki, mütləq intiqamını
alacağam. 3. Saleh övladın ata və anası üçün etdiyi dua. 4. Saleh
valideynin övladı üçün etdiyi dua. 5. Möminin mömin qardaşı üçün etdiyi
dua”.
Beləliklə deyə bilərik ki, Allah bizə hansı övladı verirsə-versin,
fərqi yoxdur, əsl meyar onun saleh övlad olmağıdır. Mömin ancaq saleh
övlada malik olaraq, Allahın qarşısına alnıaçıq çıxa bilər.
(Tebyan/ Deyerler.org)