İstiftah"
duası adı ilə məşhur olan bu duanı İmam Sadiq (ə) öz süd anası Fatimə
bint Abdullaha oğlunu zindandan xilas etmək üçün öyrətmişdir. Bu du iki
cür (az fərqlə) rəvayət olunmuşdur. Bu rəvayət Hakim Həsəkaninin
"Fəzailu şəhri Rəcəb" kitabından götürülmüşdür. Həmçinin Şeyx Səduq da
bu duanı rəvayət etmişdir ki, Hakimin rəvayətindən fərqlənir.
Hakim Həsəkaninin rəvayəti: "Xəbər
verdi bizə Hakim Əbu Tahir Məhəmməd bin Əmhəd əl-Cəvriyyu, xəbər verdi
bizə Əbu Yəla Ələvi Həmədani, xəbər verdi bizə Əbu Hüseyn Məhəmməd bin
Hüseyn Dinəvəri, xəbər verdi bizə Yəqub bin Nuəym bin Əmr bin Qərqarətə,
xəbər verdi bizə Cəfər bin Əhməd bin Əbdul Cəbbar Yənbui Mədinə
şəhərində, İbrahim bin Übeydullah bin Əladan ki, o deyir: xəbər verdi
mənə Fatimə bint Əbdullah bin İbrahim ki, dedi: "Əbu Cəfər
Mənsur Dəvaniqi ərim Əbdullah bin Həsən bin Həsən bin Əli bin Əbitalibi
(ə) və iki oğlumu (Məhəmməd və İbrahim) öldürdükdən sonra üçüncü oğlum
Davudu zindana saldı. Bir müddət onsuz yaşadım. Neçə vaxt idi ondan
xəbər ala bilmirdim. Onun nicatı üçün Allah-Taalaya yalvarır və
ağlayırdım. İbadət əhli olanlardan da onun nicatı üçün dua etmələrini
xahiş edirdim. Amma bir faydası yox idi. Bir gün İmam Cəfər
Sadiq bin Məhəmməd (ə) yanına getdim. Bu zaman O xəstə idi və mən onun
üçün dua edib, səhhəti ilə maraqlandıqdan sonra, O (ə) məndən soruşdu:
Ey Ümmü Davud, oğlun Davuddan nə xəbər? (Davud İmam Sadiqin (ə)
xanımlarından süd əmmişdi, yəni İmama (ə) süd oğlu sayılırdı və ya Şeyx
Səduqun yazdığına görə İmam Sadiq (ə) Davudun süd qardaşı idi – Fəzailu
əşhurus-səlasə, s.32, hədis:14). Mən Ona (ə) dedim: Haradadır Davud! Mən uzun müddətdir ondan ayrılmışam. O İraqda zindandadır. İmam
Sadiq (ə) buyurdu: "Bəs niyə "İstiftah" duasını oxumursan? O bir duadır
ki, onunla göyün qapıları açılar. Bu duanın oxuyanın arzu və istəyi
həmin saat qəbul olar. Allah-Taala bu duanın oxuyanın duasının qəbul
edər və onu cənnət əhli edər. İmama (ə) dedim: Bu dua necə oxunur? İmam Sadiq (ə) buyurdu: Ey
Davudun anası! Allahın böyük haram ayı "RƏCƏB" yaxınlaşır. Və o bir
aydır ki, onda dualar qəbul olar. Bu aydan üç günü (13, 14 və 15-ci
günləri) oruc tut. Üçüncü gün (ayın 15-i) zöhr (günorta) vaxtı qüsl ver.
Səkkiz rəkət zöhrün nafiləsini qıl və qunutda çox dua et. Sonra Zöhr
(günorta) namazını qıl. İki rəkət nafilə də Zöhr namazından sonra qıl.
Bu iki rəkətdən sonra da səkkiz rəkət namaz qıl. Sonra Əsr (ikinti)
namazını qıl. Əsr namazını qıldıqdan sonra üzü qibləyə otur və yüz dəfə
"Fatihə" və sonra yüz dəfə də "İxlas (Tövhid)" surəsini oxu. Sonra 10
fədə "Ayətəl-kursi"ni oxu. Sonra "Ənam", "Kəhf", "Yasin", "Saffat",
"Hamim əs-Səcdə", "Hamim əyn-sad-qaf", "Hamim Duxan", "Fəth", "Mulk" və
"İnşiqaq" surələrini oxu. Bundan sonra üzü qibləyə oludğun halda
aşığıdakı duanı oxu: "Sədəqəllahulləzi
la ilahə illa huvəl həyyul qəyyum, zul cəlali vəl ikram, əlləzi ləysə
kəmislihi şəyun və huvəs-səmiul bəsir. Və bəlləğət rusuluhu risalatihi
və ənə bizalikə minəş-şahidin. Əllahummə ləkəl həmdu və ləkəl
məcdu və ləkəl qəhru və ləkən-ni`mətu və ləkər-rəhmətu və ləkəl məhabətu
və ləkəl əzəmətu və ləkəs-sultanu və ləkəl imtinanu və ləkət-təsbihu və
ləkət-təqdisu və ləkət-təhlilu və ləkət-təkbiru və ləkə ma yura və ləkə
ma la yura və ləkə ma fəvqəs-səmavatil ula və ma təhtəs-səra və ləkəl
axirətu və ləkəl ula və ləkə ma tərza minəs-sənai və ləkəl həmdu
vəş-şukru vən-nə`mau. Əllahummə səlli əla Cəbrəilə əminikə əla
vəhyik vəl qəviyyi əla əmrik vəl mutai fi səmavatik və məhalli kəramatik
vəl mutəhəmmili likəlimatik vən-nasiri liənbiyaikəl mudəmmiri əla
ə`daik. Ya mən əla fəstə`la fəkanə bil-mənzəril ə`la. Ya mən qərubə fədəna və dəudə fənə`a və əliməs-sirrə vəxfa. Ya mən ləhut-tədbiru vəl məqadir. Ya mənil əsiru ələyhil yəsir. Ya mən huvə əla ma yəşau qədir. Ya mursilər-riyah. Ya faliqəl isbah. Ya baisəl ərvah. Ya zəl cudi vəs-səmah. Ya
raddə ma fatə. Ya munşirəl əmvat. Ya zəl cəlali vəl ikram. Ya həyyu ya
qəyyum. Ya həyyu hinə la həyy. Ya həyyu muhyil məvta. Ya həyyu la ilahə
illa əntə bədius-səmavati vəl ərz. Ya ilahi səlli əla Muhəmmədin
və ali Muhəmməd. Kəma səlləytə və barəktə və tərəhhəmtə əla İbrahimə və
ali İbrahim. İnnəkə həmidun məcid. Vərhəm zulli, vənfiradi və faqəti və
xuzui bəynə yədəykə, və`timadi ələykə və təzərrui iləykə. Ədukə
duaəl xaziiz zəlilil xaşiil xaifil muşfiqil baisil fəqiril həqir,
əl-aizil mustəciril muqirri bizənbihi, əl-mustəğfir min rəbbihi, duaə
mən əsləməthu siqətuhu və rəfəzəthu əhibbətuhu və əzumət fəciətuhu, duaə
həzinin zəifin məhinin baisin miskin. Əllahummə və əsəlukə bi ənnəkə məlikun muqtədir. Və ənnəkə ma təşau min əmrin yəkun və ənnəkə əla kulli şəyin qədir. Və
əsəlukə bihurmətiş-şəhril həram, vəl bəytil həram vəl bələdil həram vəl
məşəril həram vər-rukni vəl məqam vəl məşairil izam və qəbri nəbiyyikə
Muhəmməd (s). Ya mən vəhəbə li Adəmə Şəysən və li İbrahimə İsamilə
və İshaq. Ya mən rəddə Yusufə əla Yəqub. Və ya mən kəşəfə bə`dəl bəlai
zurrə Əyyub və ya raddə Musa əla ummihi və ya mən zaidəl Xizrə fi ilmihi
və ya mən vəhəbə li Davudə Suləyman və li Zəkəriyya Yəhya. Və li
Məryəmə isa və ya hafizə binti Şuəyb və ya kafilə vuldi Musa. Əsəlukə ən
tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd. Və ən təğfirə li zunubi
kulləha və tucirəni min əzabik və tucibə li rizvanəkə və əmanəkə və
ğufranəkə və cinanəkə və ihsanək. Və əsəlukə ən təfukkə ənni
kullə kulfətin bəyni və bəynə mən yu`zini və təftəh li kullə babin və
tulinə li kullə sə`bin və tusəhhilə əla kullə əsir və tuxrisə ənni kullə
natiqin bisuin və təkuffə ənni kullə bağin və təmnəə ənni kullə zalimin
və hasidin və təkfini kullə aiqin yuhavilu təfriqən bəyni bə bəynə
taətikə və yusəbbitəni ən ibadətik. Ya mən əlcəməl cinnəl
mutəmərridin. Və qəhərə utatəş-şəyatin. Və əzəllə riqabəl mutəcəbbirin.
Və rəddə kəydəl musəllitinə ənil mustəzəfin. Əsəlukə biqudrətikə əla ma
təşa və təshilikə lima təşa, ən təcələ li qəzaə hacəti fima təşa. (Sonra yerə səcdə et, yanaqlarını topağa sürt və de:) Əllahummə ləkə səcədtu və ləkə aməntu, fərhəm zulli və faqəti". Və
çalış gözlərin az da olsa yaşarsın ki, bu duanın qəbul olma
nişanəsidir. Dedkilərimi hifz et. Və bu duanı batil yolda işlədənlərə
öyrətmə ki, onda "İsmi əzəm" vardır. Elə bir "İsmi əzəm" ki, əgər
səninlə istəyin arasına yer-göy və dəryalar fasilə salsada belə onunla
dua etsən qəbul olar və onunla nə istəsən Allah-Taala diləyini verər və
arzularına çatmağı sənin üçün asan edər. Bu dua ilə Allah-Taala sənin
cin və insanlardan olan düşmənlərini sənin üçün zəlil və xar edəcək və
səni onların şərrindən qoruyacaqdır. "Əllahummə səlli əla Mikailə mələki rəhmətikə vəl məxluqi lirə`fətikə vəl mustəğfiri liəhli taətik. Əllahummə səlli əla İsrafilə hamili ərşikə və sahibis-suril muntəzəri liəmrik, əl-vəcilil muşfiqi min xifətik. Əllahummə səlli əla həmələtil ərşit-tahirin və ələs-səfərtil kiramil bərərə və əla məlaikətikəl kiram, ya zəl cəlali vəl ikram. Əllahummə səlli əla əbina Adəmə bədii fitrətik, əlləzi əkrəmtəhu bi sucudi məlaikətik və ibahəti cənnətik. Əllahummə səlli əla ummina Həvvaəl-mutəhhərti minər-rics, əl-mutərəddidəti bəynə məhallis quds. Əllahummə
səlli əla Habilə və Şəysin və İdrisə və Nuhin və İbrahimə və Musa və
Lutin və Davudə və Suləymanə və Zəkəriyya və İsa və İşi`ya və İrmiya və
Daniyalə və Uzəyrin və Şəmunə və Harunə və Yuşə vəl Xizri və Zil-Qərnəyn
və Yunusə və İlyasə vəl Yəsəi və Zil Kifli vəl Həvariyyinə vəl ətbai. Əllahummə
səlli əla Muhəmmədin və əla ali Muhəmməd. Və barik əla Muhəmmədin və
ali Muhəmməd. Kəma səlləytə və barəktə və trəhhəmtə əla İbrahimə və ali
İbrahim, innəkə həmidun məcid. Əllahummə səlli ələş şuhədai vəs
suədai və əimmətil huda vəl əbdali vəl əvtadi vəs suyyahi vəl ibadi vəl
muslihin vəz zuhhadi və əhlil cəddi vəl ictihad və xəssis Muhəmmədən və
əhlə bəytihi bi əfzəli sələvatikə və əfzəli kəramatikə və bəlliğ ruhəhu
təhiyyətən və səlamən və zidhu fəzlən və şərəfən və kərəma, hətta
tubliğəhu ə`la dərəcati əhliş-şərəfi minən-nəbiyyin vəl mursəlin vəl
əfazilil muqərrəbin. Əllahummə səlli əla mən səmməytə və mən ləm
usəmmi min məlaikətikə və ənbiyaikə və rusulikə və əhli taətik və əvsil
sələvati iləyhim və ila ərvahihim vəcəlhum ixvani fikə və ə`vani əla
duaikə. Vəstəşfi bikərəmikə ila kərəmik və bicudikə ila cudik və
birəhmətikə ila rəhmətik və biəhli taətikə iləyk. Əllahummə inni
ədukə bikulli ma səələkə əhədun minhum min məsələtin şərifətin ğəyri
mərdudətin və bima dəəvkə bihi min də`əvtin mucabətin ğəyi muxibə. Ya Allahu ya rəmanu ya rəhimu ya kərimi ya həlimu ya əzimu ya cəlilu ya cəmilu ya kəfilu ya vəkilu ya muqil. Ya muciru ya xəfiru ya muniru ya xəbiru ya mubini ya mudilu ya muciru ya kəbiru ya qədiru ya səbiru ya şəkur. Ya
bərru ya zahiru ya satiru ya muhitu ya qərib. Ya vədud ya həmidu ya
mubdiu ya muidu ya şəhid. Ya muhsinu ya mucmilu ya munimu ya mufzilu ya
qabizu ya basitu. Ya hadi ya mursilu ya murşidu ya musəddid. Ya mu`tu ya
maniu ya dafiu ya baqi ya xəllaq. Ya rəzzaqu ya vəhhabu ya təvvabu ya
fəttahu ya nəffau. Ya nəffahu ya mən biyədihi kulli miftah, ya rəufu ya
ətuf ya kafi ya şafi ya muafi ya vəfiyyu ya muhəymin. Ya əzizu ya
cəbbaru ya mutəkəbbiru ya səlamu ya mo`minu ya əhədu ya səmədu ya fərdu
ya vətru ya quddus. Ya nasiru ya munisu ya baisu ya varisu ya alim. Ya
hakimu ya bariu ya musəvviru ya mustəcibu ya daim. Ya qaimu ya qədimu ya
əlimu ya həkimu ya cəvad. Ya barru ya sarru ya adilu ya fazil. Ya
dəyyan ya hənnanu ya mənnan". (Fatimə dedi) Mən duanı
yazdım və evə döndüm. Rəcəb ayı daxil oldu. İmam Sadiq (ə) buyurduğu
kimi əməl etdim. Gecə yatdım və yuxuda salavat göndərdiyim bütün
peyğəmbərlər, salehlər, şəhidlər və mələkləri gördüm. Peyğmbərimiz (s)
mənə buyurdu: "Ey Ümmü Davud! Bəşarət verirəm sənə ki, gördüklərin
hamısı sənin köməklərindir və sənin üçün istiğfar və dua edir və
istəyinin rəva olacağını sənə bəşarət verirlər. Sənə bəşarət veririəm
ki, Allah-Taala oğlunu hifz edəcək və sənə qaytaracaq". (Fatimə
dedi) Bu zaman yuxudan oyandım. Bu hadisədən az bir müddət (iti yerişli
süvarinin İraqdan Mədinəyə getdiyi vaxt qədər) keçmişdi ki, Davud evə
gəldi. Onun vəziyyətini soruşdum. (Davud) Dedi: "Rəcəb ayının
ortaları idi. Mən ağır dəmirlər arasında zindanda idim. Bu zaman gözümün
önündə üfüq parçalandı və səni namaz qılan halda gördüm. Ətrafında
başları göydə və ayaqları yerdə olan kişilər gördüm. Onların əynində
yaşıl libaslar var idi və sənin üçün dua edirdilər. Bu zaman onlardan
biri ki, gözəl üzü, təmiz paltarı, gözəl ətri var və cəddim Peyğəmbərə
(s) oxşayırdı, mənə dedi: "Ey möminə qadının oğlu! Bəşarət olsun sənə
ki, ananın duası sənin haqqında qəbul oldu". Bu zaman mən özümə gəldim.
Və gördüm ki, Mənsur Dəvaniqinin məmuru qapıda dayanıb. Məni Mənsurun
yanına apardılar. Əmr elədi zəncirləri mənim əl-ayağımdan açdılar. Mənə
hörmətlə yanaşıb, 50000 dirhəm də pull verdi. Və bu gün azad olub
gəldim". Müəllif (Həsəkani) deyir: "Əbu Yəla Ələvi (hədisin
ravisi) Ələvilərdən olan Həmzə bin Məhəmməd bin Əhməd bin Cəfər bin
Məhəmməd bin Zeyd bin Əli bin Hüseyn bin Əli bin Əbu Talibdir (ə).[1] Və
Qazi Əbu Bəkr Əhməd bin Hüseyn Hiyəridən eşitdim ki, Əbu Yəlanın
barəsində belə deyir: "Eşitdim şərif, fəqih, fazil və alim – ki, hüsndə,
əxlaqda və müxtəlif fəzilətlərdə onun kimisini görməmişəm, Əbu Yəla
Həmzə bin Məhəmməd bin Əhməd bin Cəfər... və hədisi rəvayət edir". Hafiz
Hakim Əbu Əbdillah deyir: "O (Əbu Yəla) Peyğəmbər ailəsinin öz
zamanında ulduzu, nəcabət və nəsil baxımından şərəfli və söz, rəftar və
iradə baxımından vüqarlı, alicənab və hörmətli bir adam idi. İslam
Şeyxlərində onun kimisini görməmişəm. 330-ci hicri ilində Nişapura
gəldi. İsa məhəlləsində yaşadı. 346-cı ilin Rəcəb ayının ortasında vəfat
etdi. Cənazəsini Qəzvinə apardılar". Müəllif (Həsəkani) deyir:
"Bu duanı (Ümmi davud = İstiftah) Xorasana o gətirdi. Xorasanın şeyxləri
və tanınmış hədis alimləri bu duanı ondan rəvayət edib, onu
təsdiqlədilər. Və onun kimi səciyyəvi xüsusiyyətlərə malik bir adam heç
vatx yalana və hədis qondramasına müttəhim ola bilməz. Bundan əlavə bu
hədisi başqaları da başqa sənədlərlə nəql etmişdir ki, mən başqa
yerlərdə (kitablarımda) bu sənədləri bir yerə toplamışam. Burada isə bu
qədər kifayət edər. Allah-Taalanın adı bütün hallarda Məhmud
(həmd-sitayiş olunan) və izzətlidir. O bizə kifayət edər və O ən yaxşı
köməkdir. Və Məhəmməd (s) və onun bütün övladlarına Allahın salam və
salavatı olsun". Qeyd: Bu kiçik risalənin
əlyazma nüsxəsi İİR-in Məşhəd şəhərində İmam Rzanın (ə) müqəddəs
hərəminin kitabxanasında 429-cu hicri ilində yazılan kitablar rəfində
12405-ci nömrə ilə mövcuddur. Bu kiçik risalə bir para kitablar ilə
təmir işləri zamanı İmam Rzanın (ə) hərəminin divarında tapılmışdır.
Ehtimal olunur ki, bu nüsxənin sahibi onu oğrular və düşmən
hücumlarından qorumaq üçün burada gizlətmişdir. Bu nüsxəni divarın
arasından hicri tarixi ilə 1389-cu ildə tapıblar, oraya qoyulma tarixi
isə məlum deyildir.
[1] -Bu hədisi Şeyxuş-şəirə və
hafizuş-şiə Şeyx Səduq Məhəmməd bin Əli bin Hüseyn bin Musa bin Babuveyh
(Allahın onun məqamını uca etsin) öz "Fəzilu şəhri Rəcəb" kitabında Əbu
Yəladan beş müxtəlif sənədlə nəql etmişdir.
Bütün hüquqlar qorunur. Web-saytın materiallarından istifadə zamanı "Cəfərilər"ə istinad (www.ceferiler.com) zəruridir.
|