.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    ƏRƏ QARŞI MİSİLSİZ EŞQ
    ƏRƏ QARŞI MİSİLSİZ EŞQLayiqli qadınların bəyənilən xüsusiyyətlərindən biri də ərlərinə qarşı misilsiz eşq-məhəbbət bəsləməkdir. Bu məsələ o qədər təsirli və əhəmiyyətlidir ki, böyük din fəqihləri bu xüsusiyyəti nikahın əsas şərtlərindən biri hesab etmişlər. Bu xüsusiyyət olmadan ərin qarşılıqlı məhəbbəti və aram ruhu mümkün deyildir. Qəti şəkildə demək olar ki, ərinə həqiqi mənada aşiq olan qadın heç vaxt onun sözündən çıxmaz.

    Ailə həyatının əsası mehr-məhəbbət əsasında qurulmuşdur. Allah taala "Rum” surəsinin 30-cu ayəsində bu həqiqəti aşkar şəkildə bəyan edir. Buna görə də Allah ər-arvad arasında o qədər məhəbbət yaradır ki, onun mislini heç kəsdə yaratmamışdır. İndi sizin diqqətinizi bu barədə bir hədisə cəlb edirik. Əli ibni Hüseyn (əleyhissalam) buyurur:

    "Allah taala qadını əri üçün aramlıq səbəbi qərar vermişdir və bu, həqiqətdə böyük ilahi bir nemətdir.”["Məkarimul-əxlaq”, səh.420]

    Bu hədisdən aydın olur ki, qadın belə bir xüsusiyyətə malik olmazsa, aramlıq mümkün deyildir. Həyat yoldaşı islami əxlaqla, məhəbbət dolu baxışlarla, gözəl və bəzənmiş halda əri ilə qarşılaşarsa, rifahını, imkanlarını və həyat yoldaşının asayişini təmin edərsə, şəksiz ki, onun aramlığını da təmin etmiş olar və nəticədə ailə ocağında mehriban, ürəyiyanar və işgüzar övladlar tərbiyə olunar.

    Ümmü Sələmə deyir: "Zəhra bəxt evinə gedəndə Peyğəmbər Əli və Fatiməni öz hüzuruna çağırdı. Əlinin sağ əlini, Fatimənin sol əlini öz sinəsinə qoyub hər ikisinin alnından öpdü və hər birinin məqamını digərinə tanıtdırdı, məhəbət dolu həyatı onlara tövsiyə etdikdən sonra Fatiməni Əliyə təhvil verdi.”
    Bəli, Əli və Fatimə (əleyhiməssalam) agahlıq üzündən ilə evləndilər, onlar bir-birinin məqam və mənzilətini bilirdilər. Bir-birinə o qədər məhəbbət bəsləyirdilər ki, maddi məsələlər və yoxsulluq onların müqəddəs eşqini zərrə qədər belə azalda bilmədi, ailənin səfa-səmimiyyətində sarsıntılara yol vermədi. Əli (əleyhissalam) möhkəm bir dağ kimi olduğu halda Həzrət Fatimə vəfat edəndən sonra onun hicranında özündən taqətsizlik göstərdi, bütün səbri tükəndi. Allah taaladan səbir istədi. Həzrət o qədər zəifləmişdi ki, köməkçi olmadan hərəkət edə bilmirdi; əmisi Abbas onun əlindən tutub evə apardı.["Cəlaül-üyun”, 2-ci cild, səh.221; "Səfinə”, 2-ci cild, səh.375]

    İmam Sadiq (əleyhissalam) nəql edir ki, islam ordusu Rəsuli Əkrəmlə birlikdə cihaddan qayıdırdı. Mədinə arvadlarından bir çoxu şəhid olmuş ərləri, qohum-əqrəbaları barəsində soruşurdu. Bu zaman öz ailəsindən üç nəfər şəhid verən bir qadın Həzrətin yanına gəlib bir-bir onların barəsində soruşdu. Həzrət atasının və qardaşının şəhadət xəbərini ona verdi. Qadın bu xəbəri vüqarla dinlədi və Allaha şükür etdi, səbirsizlikdən əsər-əlamət görünmədi. Sonra əri barəsində soruşdu. Həzrət onun da şəhid olmasını xəbər verdi. Qadın bunu eşidən kimi bütün qüvvəsi əldən getdi, səbirsizlik etdi, onun böyük müsibətindən xəbər verən "vay, vay!” səsləri ucaltdı. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) o qadının öz ərinə qarşı bəslədiyi müqəddəs məhəbbətdən təsirlənərək buyurdu:

    "Mən onu belə görüncəyə qədər heç də güman etməzdim ki, qadın öz ərinə qarşı bu qədər məhəbbət bəsləsin.”["Kafi”, 5-ci cild, səh.506]

    Bu hədis göstərir ki, ər-arvadın bir-birinə qarşı bəslədikləri eşq-məhəbbət çox müqəddəsdir. Valideyn-övlad arasında olan məhəbbət belə, bu məhəbbətə çata bilməz. Buna görə də islam dini göstəriş verir ki, mehriban və atifəli qadınlarla evlənin, bu cür qadınlar ən yaxşı qadınlardır. Rəsuli Əkrəm (s) buyurur:

    "Qadınların gözəl, layiqli və səciyyəvi xüsusiyyətlərindən biri də budur ki, çox doğan olsunlar və öz ərlərinə qarşı çox məhəbbət bəsləsinlər. Əgər qadın və kişidə islam əxlaqına malik olmaq şərtdirsə, kifayət qədər eşq-məhəbbət də onun bir hissəsidir.["Vəsailüş-şiə”, 14-cü cild, səh.51]

    CƏFƏRİN ŞƏHADƏT XƏBƏRİ

    Yuxarıdakı hədis və hekayətlərdən məlum olur ki, ər-arvadın bir-birinə qarşı məhəbbəti çox şiddətlidir və heç bir məhəbbət ona çata bilməz. İmam Hüseyn (əleyhissalam) və onun həyat yoldaşı Rübab bu müddəanın şahididir. İslam tarixində çoxlu nümunələr göstərmək olar, onun bəzilərini təqdim edirik:

    Mutə müharibəsində islam ordusunun sərkərdəliyi Cəfər ibni Əbitalibə həvalə edilmişdi. O, var-qüvvəsi ilə şücaətlə müharibəyə girişib dini müdafiə etdi. İslam Peyğəmbəri bu müharibədə iştirak etmirdi, amma Mədinədə minbərdə oturub müharibə xəbərlərini (qeybdən) verirdi. Cəfər ibni Əbutalib şəhid olanda və qolları kəsiləndə Həzrət onun ailəsinin yanına gedib onlara əvvəlkilərdən daha artıq nəvaziş göstərdi, uşaqlarını bağrına basdı. Bu zaman Cəfərin həyat yoldaşı Əsma binti Ümeys bu misilsiz nəvazişdən heyrətə gəlib dedi: "Ya Rəsuləllah, elə bilirəm ki, uşaqlarım yetim qalmışlar!” Həzrət buyurdu: "Əgər Cəfər şəhid olubsa da mən onun uşaqlrını qoruyacağam.” Bu zaman Əsma o qədər şivən və nalə etdi ki, Həzrəti heyrətə gətirdi.["Səfinə, 1-ci cild, səh.158]

    BAŞQA BİR HADİSƏ

    Bir gün Cəhişin qızı Rəsuli Əkrəmin yanına gəlib islam qoşununda cihad etməklə məşğul olan ailə üzvlərinin vəziyyətini soruşdu. Həzrət əvvəlcə onun dayısı Həmzənin və qardaşının şəhadət xəbərini verdi. O qadın bu iki şəxsin şəhadət xəbərini eşitdikdə istirca ayəsini ("inna lillahi və inna iləyhi raciun”) oxuyub dedi ki, onların şəhadətini Allahın öhdəsinə qoyuram, çünki onlar Allah yolunda şəhid olmuşlar. Sonra Həzrət onun ərinin şəhid olmasını xəbər verdi. Amma bu dəfə o imanlı qadın əvvəlkilərin əksinə olaraq səbirsizlik göstərdi, iki əlli başına vuraraq fəryad və şivən səslərini ucaltdı. Həzrət onun bu hərəkətini gördükdə buyurdu:

    "Qadının nəzərində heç nə əri qədər dəyərli deyildir.”["Fürui-kafi”, 5-ci cild, səh.506]

    Burada əziz oxuculara üz tutub deyirəm ki, bütün qadın və kişinin ailədə və hətta bütün insanların müxtəlif məqamlardakı müvəffəqiyyətlərinin sirri iki şeydən ibarətdir:

    1-Bütün qadın və kişilər üçün ailənin müxtəlif məsələləri barəsindəki agahlıqları və onların əməldə təsdiq edilməsi, həmçinin sair ictimai işlərdə öhdələrinə qoyulan vəzifələrlə tanışlıq və onların yerinə yetirilməsinə iltizam;

    2-Bu zəmində lazımi ürəyiyanarlıq. Məsələn, Peyğəmbər və İmamların (əleyhimussalam) Allah dərgahında məsiyət, üsyankarlıq, itaətsizlik etməmələrinin səbəbi iki şeydir: Əvvəla, onlar bilirlər ki, günah ziyanlı bir şeydir. İkincisi, onlar Allaha aşiqdirlər, aşiq öz məşuqunun istəyinin əksinə bir iş görməz, onun əmrlərindən boyun qaçırmaz. Yusif (əleyhissalam) dövrünün fironundan istəyir ki, onu iqtisadi işlər üzrə vəzir seçsin. Onun Misrin iqtisadiyyatını öz öhdəsinə götürməsinin səbəbi məhz bu iki şərt əsasındadır.["Yusif” surəsi, ayə:55]

    Həmçinin, Şüeybin qızı atasına təklif edir ki, Musanı işə götürsün. Bunun da səbəbi həmin şərtlər əsasındadır.["Qəsəs” surəsi, ayə:26]

    Qadın və kişi ailə işlərinin sirləri və həyat yoldaşı saxlamağın normaları barədə lazımi agahlıq əldə edib onları öz həyatlarında dəqiq şəkildə icra etsələr və bu məsələlər qarşılıqlı məhəbbətlə yanaşı olarsa, ailədə azacıq çatışmazlıq yaranmaz.

    Əgər qadınlar, ərləri ilə xüsusilə islam əxlaqı əsasında rəftar etsələr, lazımi dərəcədə bəzənib ərlərini razı salsalar, yadların qarşısında hicablı və iffətli olub ərinin mal-dövlətini və sirlərini qorusalar, nəhayət bu kitabda işarə olunan sair vəzifələrə əməl etsələr, onların arasında azacıq da olsa, narazılıq yaranmayacaq, üstəlik onların qarşılıqlı məhəbbəti günbəgün artacaqdır. Amma son dərəcə təəssüflə qeyd etmək lazımdır ki, çoxları islami göstərişlərə deyil, xurafata, sehr və caduya əl atırlar. Əli (əleyhissalam) bu cür şəxsləri kafirlər kimi təqdim edərək onları cəhənnəm əhli və ilahi əzaba layiq hesab etmişdir.["Nəhcül-bəlağə”, 78-ci xütbə]

    Bir qadın Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih)-in hüzuruna gəlib dedi: "Ərim mənə qarşı bədəxlaqlıq edirdi, mən də ona cadu eləmişəm ki, mehriban olsun. Bunun hökmü nədir?” Həzrət buyurdu: "Vay olsun sənə, dinini, imanını puç etmisən! Allahın mələkləri, yer və göy səni lənətləyir.”

    Bütün hüquqlar qorunur.
    Web-saytın materiallarından istifadə zamanı "Cəfərilər"ə istinad (www.ceferiler.com) zəruridir.
    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (27.02.2013)
    Просмотров: 454 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2025
    Сайт управляется системой uCoz
    -