Hacı İlqar İbrahimoğlu Qüds Günü haqqında:
- Mübarək Ramazan ayını və Beynəlxalq Qüds gününü hansı ümumi cəhətlər birləşdirir?
- Mübarək Ramazan ayı ilə Beynəlxalq Qüds gününü arasında bir başa
əlaqə vardır. Çox ciddi vicudi əlaqələri vardır. Əlaqə bundan ibarətdir
ki, mübarək Ramazan ayı mahiyyətcə bizlərdə təqvalılığı artırmaq
üçündür. Qüds günü də məhz təqvalıların günüdür. Mübarək Ramazan ayının
ana məqsədi, ana hədəfi bizdən bəndə yetişdirməkdir. Bu gün bəndələrin
günüdür. Qüds günü Allah bəndəlik edənlərin günüdür. Bu gün böyük İslam
alimlərinin düşüncəsinin məhsuludur.
- Qüds günü İslam inanclısının həyatında necə yaşanmalıdır?
- Ən əsas məsələ budur ki, biz bu günü tarixi bir gün kim yox,
coğrafi, geopolitik bir gün kimi yox, Qüds gününün elə sırf ibadi,
İslami bir gün kimi dərk edək. və necə biz həcci başa vurduqda həccin
yekunlarında zalımlara "yox” deyərək əslində öz tövhidpərəstliyimizi
bildiririk. Mübarək Ramazan ayının da mənəvi səfərinin yekununda Qədr
gecələrindən çıxmış insanın əslində bir "La İləhə İlləllah”
hayqırtısıdır Qüds günü.
- Qüds günü bizim üçün nə anlama gəlir? Həm də "Qarabağı və Qüdsü Unutma!” şüarı baxımından?
- Əslində bu gün dünyada bütün İslam torpaqlarının işğalına yox demə
günüdür. Bu anlamda Qüds günü həm də Qarabağ günüdür. Bu gün təkcə
Fələstin günü deyil, həm də Qarabağ, İraq, Əfqanıstan, Pakistan, Kəşmir
günüdür. Ümumən İslam torpaqlarının hər bir yerində ki, zülm edilir, hər
yerində ki, müsəlmanların haqlarına təcavüz edilir, ümumən insanlıq
adına təcavüz edilir, – Qüds günü həm də bura bağlıdır. Bu mənada bu
günün anlamı yalnız tarixi və coğrafi anlamla yekunlaşmır.
İntizar radiosu