Ruhların
dünya əhli ilə əlaqəsi necədir? İnsan bir aləmdən başqa aləmə keçəndə
əvvəlki aləmdən xəbərdar olur və məlumatlı halda bu dünyaya qədəm basır.
Belə ki, uşaq 9 ay ana bətnində inkişaf edir və dünyaya gələn zaman
anasının hisslərindən və bu dünyaya aid olan bəzi məsələlərdən xəbərdar
halda doğulur. İnsan bərzəx aləminə addım atan zaman da bu dünyada baş
verənlərdən xəbərdar halda o biri dünyaya gedir. Ancaq onu nəzərə almaq
lazımdır ki, bu agahlıq ancaq bu dünyada baş verənlərə aiddir. Ona görə
də bərzəx aləmində olanlar dünya əhli ilə əlaqə yarada bilərlər. Çünki
onların bu aləm haqqında məlumatları vardır. Bu agahlıq insanın iman və
təqva ölçüsünə görə fərqlidir. Yəni, o mömin ki, imanın yüksək həddində
qərar tutur, adi insanların agahlıq həddindən yüksək agahlığa malikdir
deməkdir. (Tebyan)
İmam Sadiq (ə) buyurur: "Mömin öz əhlini görər, əhlində onun məhəbbətinə
səbəb olan şeyləri görər. Ancaq onun xoşuna gəlməyəcək şeyləri görməz.
Kafir də öz əhlini görər, ancaq o şey ki, onu narahat edər və kərahətinə
səbəb olar, onları müşahidə edər. Lakin o şeyləri ki, xoşlayır və sevir
- onları görməz”.
Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: "Möminlərin
bəziləri hər həftə bir dəfə cümə günü öz əhlini ziyarət edər. Bəziləri
öz əməllərinin miqdarına görə onları ziyarət edə bilər".
İmam Sadiq (ə) başqa hədisdə buyurur: "Elə bir mömin və
kafir yoxdur ki, günəş batan zaman əhlini görməyə getməsin. Əgər görsə
ki, əhli yaxşı işlərlə məşğuldur və bu nemətlərə görə Allaha həmd edir.
Kafir görür ki, əhli yaxşı işlərlə məşğuldur, bu, onun üçün nigarançılıq
olar”.
İshaq ibni Əmmar Həzrət Əbülhəsən Musa ibni Cəfərdən (ə) nəql edir:
"Həzrətdən (ə) soruşdum: "Ruhlar öz əhli ilə görüşürlərmi?”. Həzrət (ə)
buyurdu: "Bəli”. Dedim: "Nə zaman görüşürlər?”. Həzrət (ə) buyurdu: "Hər cümə, hər ay və ildə bir dəfə. Möminin məqamından asılı olaraq”.
Soruşdum: "Onlar öz əhlini görməyə gedəndə nə cür olurlar?”. Həzrət (ə)
buyurur: "Onlar lətif qanadları olan quşlar kimi özlərini divarlara
vururlar. Onları xeyirdə və sağlam görəndə sevinirlər. Əgər onları pis
halda görərlərsə, qəmgin olarlar".
Əbdürrəhim Qədir Həzrətdən (ə) nəql edir: "O Həzrətə (ə) ərz etdim: "Möminlər öz əhli ilə görüşürlərmi?”. Buyurur: "Bəli.
Allahdan izn istəyərlər. O da bu möminə izn verər. İki mələk onunla bir
yerdə olar. Bu mömin quş kimi sorağına gələr. Evinə gələr, əhlinə nəzər
salar və sözlərini eşidər”.
Həzrət (ə) buyurur ki, onlar quş kimi gələrlər. Bu, o demək deyildir
ki, möminin ruhu bir heyvan cildində bu dünyaya gələr. Burada Həzrət (ə)
bənzədir və buyurur ki, quşlar sizin evlərinizin divarlarında necə
otururlarsa, bu ruhlar da o cür otururlar. Yəni, onlar bu evə asan
gəlib-gedirlər. Sizin ruhunuz da bu cür rahat gəlib, əhlinizi ziyarət
edər.
Həzrət Peyğəmbər (s) buyurur: "Muhəmmədin
(s) canı əlində olan Allaha and olsun ki, əgər ölünün yerdə qalanları
(yaxınları) ölünün yerini görsəydilər, onun sözlərini eşitsəydilər,
onlar ölüdən qafil olar və özləri üçün ağlayardılar. Ölünü tabutda
aparan zaman ruhu bu tabutun üzərində uçar və dövrə vurar. Davamlı
olaraq, nida edər: "Ey mənim əhlim! Ey mənim övladlarım! Dünya sizinlə
oyun oynamasın, necə ki, mənimlə oynadı. Dünya malını halal və haram
yoldan topladım. Sonra hamısını özümdən başqası üçün xərclədim. Ancaq
cəzası mənim üçündür. Ona görə qorxun".
Beləliklə, deyə bilərik ki, ruhlar bu dünyaya gələ bilərlər. Onlar
imanlarının səviyyəsinə görə bu dünyaya gələr və yaxınlarını görərlər.
/Deyerler.org/