Bu ay çox fəzilətli aydır. Bu ayın fəziləti
barədə Peyğəmbərin bu sözləri kifayət edir, buyurur: "Şəban ayı mənim
ayımdır və Allah rəhmət etsin o kəsə ki, bu ayda mənə kömək edə".Həzrət
bu ayı axıra kimi oruc tutar, arada fasilə olmadan mübarək Ramazan
ayının orucunu tutmağa başlayardı. Həmçinin, Həzrət buyuyurur: "Hər kəs
bu ayın bir gününü oruc tutsa, cənnət ona vacib olar". İmam Sadiqdən
(ə.s) belə nəql edilmişdir ki, İmam Səccad (ə.s) şaban ayı girdiyi zaman
səhabələrini toplayar və onlara belə buyurardı: "Səhabələrim!
(Dostlarım) bu ayın nə olduğunu bilirsinizmi? Bu şaban ayıdır. Cəddim
Rəsulullah (s) belə buyurub: "Şaban mənim ayımdır, bu ayı
Peyğəmbərinizin sevgisi və rəbbinizə yaxınlaşmaq üçün oruc tutun, canımı
əlində olan Allaha and olsun ki atam İmam Hüseyndən (ə.s) eşitdim ki,
Həzrət Əlidən (ə.s) belə buyurduğunu deyirdi. "Kim şaban ayını
Rəsulullaha (s. a. a) olan sevgisindən ötəri və Allaha yaxınlaşmaq üçün
oruc tutsa, Allah onu sevər öz ikram və ucalığına yaxınlaşdırar və
cənnəti ona vacib edər."
Bu qiymətli ayda edilməsi üçün rəvayət edilən əməllərdə iki qisimdir.
Bir qisimi bu ayın bütün günlərində edilən əməllərdir. Bir qisimi isə bu
ayın bəzi günləri və ya gecələrinə xas əməllərdir.
Şaban Ayının Bütün Günlərində Edilən Əməllər
1- Hər gün yetmiş dəfə bu zikri söyləmək:
"Əstəğfirullahə və əs'əluh'ut-təvbə." Yəni, Allahdan bağışlanma diləyirəm və ondan tövbəmi qəbul etməsini istəyirəm".
2- Yenə yetmiş dəfə bu şəkildə Allahdan bağışlama diləmək:
"Əstəğfirullahəlləzi la ilahə illa huvər-rahmanur-rahim, əl-həyyul-qəyyum və ətubu iləyh."
Mənası: Allahdan bağışlanma diləyirəm. Ondan başqa ilah yoxdur. O rəaman
və bağışlayandır. Diri və qəyyumdur və mən ondan tövbə diləyirəm.
Bəli bu ayda hər gün yetmiş dəfə istiğfar edən kimsə digər aylarda yetmişmin dəfə istiğfar etmiş kimidir.
3- Bu ayda yarım xurmaylada olsa (gücü çatmayanlar üçün) sədəqə vermək çox təkid olunub.
Bu əməli edən şəxsin cəsədini Allah cəhənnəm atəşinə haram edər. İmam
Sadiqdən (ə.s) nəql edilən bir hədisdə İmama (ə.s) Rəcəb ayının orucu
haqqında soruşulduğunda, Niyə Şabanın orucundan qafilsiniz deyə?
buyurdu. Ravi ərz elədi "Ey Rəsulullahın (s) oğlu Şabandan bir gün oruc
tutanın savabı nəqədərdir? İmam (ə.s) buyurudu: And olsun Allaha
Cənnətdir. Ravi yenə soruşdu şaban ayında edilən ən fəzilətli əməl
nədir?. İmam (ə.s) belə buyurdu: Sədəqə və bağışlanma diləməkdir. Kim
şaban ayında bir sədəqə versə Allahı Təala onu böyüdər o cür ki, siz
dəvə balasını böyüdürsünüz və qiyamət günündə Uhud dağı qədər böyümüş
bir halda sahibinə verilər(sədəqəni).
4- Şabanın hər cümə axşamı günü iki rükət namaz qılmaq
Hər rəkətində bir dəfə Fatihə və yüz dəfə İxlas surəsini oxumaq; Namazı
bitirdikdən sonrada yüz dəfə Rəsulullaha (s) və əhli Beytinə (ə.s)
salavat göndərmək. Bu əməli yerinə yetirən şəxsin Allah, dini və dünyəvi
hacətlərini yerinə yetirər. Şaban ayının Cümə axşamı günlərinin orucuda
müstəhəbdir. Bir hədisdə belə rəvayət edilmişdir. Şaban ayının hər cümə
axşamı günü göylər bəzənər və mələklər belə dua edərlər; "Ey Məbudumuz,
bu günü oruc tutanı bağışla və duasını qəbul et." Yenə Nəbəvi bir
hədisdə belə buyurulur; Şabanın Bazar ertəsi və Cümə axşamı günlərini
oruc tutan şəxsi, Allah, iyirmi dünyəvi və iyirmi Uxrəvi(axirət)
hacətini verər."
5- Bu ayda Muhəmməd (s) və Əhlibeytinə (ə.s) çoxlu salavat göndərmək.
6-Bu ayın mühüm əməllərindən biridə hər gün Zəval vaxtı (günorta)
oxunan duadır ki, bu cür başlayır. "Allahummə Salli Əla Muhəmmədin və
Ali Muhəmməd Şəcərətin-nubuvvət"....
7- İbni Xaləveyhin rəvayətinə görə, Həzrət Əli (ə.s) və digər
Əhli Beyt İmamlarının (ə.s) şaban ayında oxuduqları və "Münacatı
Şəbaniyyə" deyə məşhur olan münacatı oxumaq.
Şəban ayının əlamətdar günləri
1-Bu ayda çox mühüm hadisələr və əlamətdar günlər var.
Şəban ayının 3- İmam Hüseyn (ə.s)-ın mübarək doğum günü bu günə təsadüf
edir. Bu gündə oruc tutmaq dualar, ziyarətlər və namazlar ki, bu gün
üçün zikr olunub yerinə yetirməyin çox savabı var. Bu günün əlamətdar
hadisələrinədən biri də "Fotros" adlı mələyin İmam Hüseyn (ə.s)
vasitəsilə nicat tapmasıdır. Biz də edə bilərik bu gündə iki qanadımızı
ruh və əqlimizi İmam Hüseyn (ə.s)- sürtək və ruhumuz göylərdə İmam
Hüseyn (ə.s)- ın nuru vasitəsilə pərvaz edə.
2-Şəbanın on beşi yəni, "Nimeyi Şəban"
Bu günün gecə və gündüzü çox şərafətli və əzəmətlidir. Həzrət İmam Cəfər
Sadiq (ə.s)-dan rəvayətdir ki, İmam Baqir (ə.s)-dan Nimeyi Şəbanın
fəzilətləri barədə soruşdular, İmam (ə.s) buyurdu: "Bu gecə Qədr
gecələrindən sonra ən fəzilətli gecədir. Bu gecedə Allah bəndələrinə öz
fəzlin əta edər və onları öz kərəmi ilə bağışlayar. Bu gecedə Allah
yaxılaşmaq üçün səy və təlaş edin. Bəs bu o gecədir ki, Allah öz
müqəddəs zatına and içib ki, heç bir sayili öz dərgaından əli boş
qaytarmayacaq.
O, cümlədən bu gecənin bərəkətlərindən biri də odur ki, əsrin sultanı
İmam Zaman (ə.s) bu gecənin səhəri dünyaya gəlib və bu aya öz şərafətini
bəxş edib.
Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur.
1.Qüsl
2.Əhya saxlamaq. Namaz qılmaq, dua oxumaq. Rəvayətdə var ki, hər kəs bu gecəni əhya saxlaya qəlbi, qəlblər ölən gün ölməz.
3. İma Hüseyn (ə.s)-ın ziyarəti. Bu əməli yerunə yetirmək günahların
bağışlanmasına səbəb olar. Hər kəc istəsə yüz iyirimi dört min
Peyğəmbərin ruhun ziyarət edə, bu gecədə evin damına çıxa sağa və sola
nəzər edə və oxuya bu ziyarəti: "Əssəlamu ələykə Ya Əba Əbdillah,
Əssəlamu ələykə və rəhmətullahi və bərəkətuh".
Hər kəs harada olmasından asılı olmayaraq İmam Hüseyn (ə.s)-ı bu geceədə ziyarət etsə ona Həcc və Umrə savabı yazılar.
3- Şəbanın axırıncı üç günü
Şəban ayının axırıncı üç günü üçün çox fəzilətlər zikr olunmuşdur. Yaxşı
olar bu axırıncı üç günü möminlər oruc tutalar. Şeyx Səduq (r) İmam
Sadiq (ə.s)-dan nəql edir ki, "Hər kəs Şəban ayının axırıncı üç günün
oruc tuta və Mübarək Ramazan ayına birləşdirə, Allah-təala ona iki ay
ardıcıl tutulmuş orucun savabın yazar."
Sonda Allah-təaladan bu aydan bizləri günahları bağışlanmış şəkildə
çıxmağı lütf etməyin istəyirik. Bizləri bu ayda bağışlayaraq mübarək
Ramazan ayında "Qədr" gecələrin dərk etmək tofiqatın versin. Amin
Qeyd: Bu yazıda "Məfatihul-Cinan" və Mərhum Ayətullah Məliki Təbrizi
Ağanın "Əl-Muraqibət" kitabından istifadə olunmuşdur.Bu ayın əməlləri və
duaları barədə "Məfatihul-Cinan" kitabına müraciət olunsun.
Tural Həsənli |
|