.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    ŞƏHİD MÜTƏHHƏRİ: “PEYĞƏMBƏR (S) BU GÜN NƏ EDƏRDİ?”
    Fələstin fenomeni ötən əsrin əvvəllərindən indiyədək bir çox İslam alimlərinin, filosoflarının, fəqih və ictimai-siyasi xadimlərin nəzərlərində başlıca diqqət obyektlərdən biri olmuşdur. Öz çıxışlarında ümməti Fələstin mübarizəsini və müqavimətini diri və qalib tutmağa sövq edən belə dühalardan biri şəhid ustad Mürtəza Mütəhhəri olmuşdur. Onun son yüzillikdə elmə, fəlsəfəyə və bəşərə verdiyi misilsiz töhfələr dünya vicdanları və ziyalıları tərəfindən əvəzsiz nailiyyətlər kimi dəyərləndirilməkdədir. Həyatın bütün sahələrdə qəhrəman olan Şəhid Mütəhhəri, Fələstin fenomenində də heç zaman sükut etməmiş və hər zaman Qüdsün azadlığı eşqi ilə yaşamışdır. Şəhid ustadın təqribən 30-35 il bundan öncə söylədiyi bir çıxışında indi də aktual olan problemlərə toxunması onun İslam dərdlərini necə yəqinliklə tanımasından, aydın, parlaq və iti zəkasından xəbər verir. Onun pak və mütəhhər ruhuna bir salavat hədiyyə etməklə həmin çıxışı dəyərli nəzərlərinizə çatdırırıq.
    "Fərz edin əgər Peyğəmbər (s) bu gün həyatda olsaydı nə edərdi? Nə kimi məsələlər onu düşündürərdi? Vallah, vallah, mən and içirəm, Rəsuli-Əkrəm (s) mübarək məzarında bu gün sionistlərin əlindən cana gəlib. Ay canım, bu məsələ gün kimi aydın bir məsələdir, gün kimi aydın. Əgər bunu bir nəfər deməsə, günahdır. Əgər mən deməsəm, vallah, günah eləmişəm. Əgər hər xətib və vaiz deməsə günah edir. İslami nöqteyi-nəzəri qoyaq kənara. Bu nə qondarma tarixdir axı? Fələstin məsələsi bir islami dövlətlə yox, bir millətin taleyi ilə bağlıdır, bir millətin. Bir millət ki, onu zorla öz yurdundan çıxarırlar.

    Sən bunların qondarma tarixinə bax. Sionistlər iddia edirlər ki, 2 min il bundan qabaq bizdən iki nəfər, - biri Davud (ə) və biri də Süleman (ə) peyğəmbər, - bu yerlərdə bir müddət səltənətdə olub. Vəssalam. Siz bu 2 min illik tarixi oxuyun, görün Fələstin torpaqları nə vaxt yəhudilərin olmuşdur? Nə vaxt? Nə vaxt bu ərazilərin çox hissəsi yəhudilərə mənsub olmuşdur? Nə vaxt? Nə İslamdan əvvəl, nə də İslamdan sonra Fələstin onların olmamışdır. O vaxt müsəlmanlar Fələstini fəth edəndə yəhudilərin yox, xristianların ixtiyarında idi. Xristanların müsəlmanlarla bağladığı sülh müqaviləsinin şərtlərindən biri də bu olmuşdu ki, məbadə siz bu torpaqlarda yəhudilərə yer verəsiniz. Və müqavilədə bu maddə də yerləşdirilmişdi. Xristianlar dedilər ki, biz sizinlə yaşamağa hazırıq, amma yəhudilərlə yaşamarıq.

    Deyin, nə vaxt onların olub? Necə oldu birdən-birə gəldi özünə yəhudilərin vətəni adını aldı? Üzümü tuturam bu məsələyə şübhə ilə yanaşanlara. Bir müsəlman kimi danışmaq istəmirəm, məsələyə gəlin adi insan məntiqilə nəzər salaq. Özünü saxta insan hüquqları, azadlıq, nə bilim hümanizm şüarları ilə qulaqlarımızı deşən bu əsrimizin səhifələrini qaraldan səhifələrdən biri də Fələstin məsələsidir. Sionistlərin düşünən beyinləri görürlər ki, yəhudilər dünyanın hər yerində başqa millətlər tərəfindən sıxıntıya məruz qalırlar. Məsələn, Rusiyada acınacaqlı vəziyyətdədirlər, Almaniyada da elə bu cür. Polşada da həmçinin və demək olar ki, dünyanın hər yerində. Məsələni müzakirə edib deyirlər ki, əgər biz dünyanın müxtəlif ölkələrinə pərakəndə şəkildə yayılıb hər yerdə azlıq təşkil edəcəyiksə, aqibətimiz elə belə də olmalıdır. Biz özümüzə mütləq bir yeri mərkəz seçməli və orada yerləşməliyik. Bütün yəhudi milləti, yəni yəhudilər və yəhudi məzhəbində olanlar. Birinci nəzərdə tutduqları yer varsa - Fələstindir və digər yerlərin də fikrində var idilər. Sonra I Dünya Müharibəsi başlayır. Mən burada o zamankı siyasi vəziyyətə qısaca toxunmaq istəyirəm. Siz özünüz bu zəmində yazılmış kitabları mütaliə edə bilərsiniz. O vaxt müttəfiq olan dövlətlərin qoşunları ilə osmanlılar arasında müharibə gedirdi. Mən osmanlılara bəraət qazandırmıram. Amma hər nə də olsa, ədalətsiz də olsa müstəqil, vahid bir dövləti təşkil edirdi. Osmanlıların əlindən cana yığılmış sadəlöhv ərəblər rahatlıqla müttəfiqlərin təhriklərinə müsbət cavab verdilər. İngilislər onlara qəti söz vermişdilər ki, əgər daxildən osmanlılara qarşı vuruşsalar, mütləq onlara müstəqillik verəcəklər. Bu sadəlöhvlər də beləcə müharibəyə qoşuldular. Eyni zamanda ingilislər yenicə təşkil olunmuş sionistlərlə bağladıqları müqaviləni bir az da möhkəmləndirərək onlara dedilər ki, Fələstini veririk sizə. Düz islam dövlətlərinin mərkəzində.

    Birləşmiş Millətlər Təşkilatı yaranır. Burada "ədalətə” siz baxın! BMT öz iclaslarından birində qərar çıxartdı ki, dünyanın bir çox, məxsusən də osmanlılardan ayrılmış millətlər inkişafdan geri qaldıqları üçün onlara mütləq qəyyum təyin olunmalıdır. O qəyyumlar bunları idarə etməlidir. Yəni həqiqətdə osmanlılardan qalmış irsi bölmək istəyirdilər. Elə belə də oldu. Bir hissəsini fransizlara, bir hissəsini də ingilislərə verdilər. İngilisin zəbt elədiyi yerlərdən biri də həmin Fələstin oldu. Dedi mən sizin qəyyumunuzam və sizi himayə edəcəyəm. Rəsmi şəkildə oldu hami. Sonra da gəldi yəhudilərlə müqavilə bağladı. Tarixdə var, Balfor müqaviləsi. Dedi mən bu torpaqları verdim sizə. Kimlərə? Yəni yüz illərdən, min illərdən dünyanın hər tərəfinə yayılmış, özü də müxtəlif irqlərdən təşkil olunmuş sionistlərə!

    Hətta mən özüm də elə bilirdim ki, indiki yəhudilərin hamısı bəni-İsrailin nəslindəndir. Amma indi görürəm ki, tarix bu məsələyə şübhə ilə yaraşır, deyir ki, bu söz yalandır. Əslində indi ki, yəhudilərin çoxu bəni-İsrailin nəslindən deyil. Onları birləşdirən cəhət təkcə məzhəbləri və dinləridir və irqlləri də xalis qalmayıb. Onların dünyanın müxtəlif nöqtələrindən axışıb bu torpaqlara gəlmələrinə səbəb də Qərb dövlətləri tərəfindən hücumlara məruz qalmaları olmuşdur. Və onlar da buna son qoymaq üçün nisbətən əmin bir yer axtarırdılar. Eyni zamanda müqəddəs kitabları da onlara əgər həyatda müxtəlif çətinliklərlə qarşılaşsalar, istədikləri hədəflərə nail olmaq üçün bu yolda hər bir vəsilədən istifadə etmələrinə tam icazə verirdi.

    O vaxt Fələstində əlli mindən artıq yəhudu yaşamırdı. Yəni Fələstində yaşayan yerli yəhudilərin sayı 50 mindən artıq olmazdı və indi də həmin yerli yəhudilərdir ki, həddən artıq çətin şəraitdə yaşayırlar. Avropadan və Amerikadan mühacirət etmiş yəhudilərin törətdikləri cinayətlərə məruz qalanların bir qismi də həmin torpaqlarda yaşamağa haqqı olan yerli yəhudilərdir. Sonra ingilislər onların mühacirəti üçün tədarük gördü və ardı-arası kəsilmədən axın başladı. Onlarda bir tərəfdən başladılar torpaqları almağa. Ərəblərin içərisindən bir qrup ağıllı insanlar buna dözməyib ayağa qalxdılar. Müxalifət edənləri amansızcasına qırıb-çatdılar. Mühacirlərin sayı günü-gündən artdı, artdı, artdı. Elə ki sayları çoxaldı, başladılar hamıya silah paylamağa. Bundan sonra düşdülər yerli müsəlamanların canına. Vurdular, öldürdülər, yurd-yuvalarından çıxartdılar, didərgin saldılar. Bu minvalla Qərb ölkələrindən axın-axın yəhudilər gələməyə başladı.

    Ay canım, sizdən soruşuram. Hər gün adlarını eşitdiyiniz nə bilim Mürşedayan, Qurdamayen, Veleyeskol, hər nə zəhrimar, baxın görün hardan gəliblər axı? İndi iddia edirlər ki, bu torpaqlar bizimdir. Hardan gəliblər? Siz təsəvvür edin, 2,5-3 milyon müsəlman (bu gün üçün – 4,5-5 milyon – "Dəyərlər”) bu gün yaşayışından, ev-eşiyindən ayrılıb didərgin düşüb. Elə bilirsiniz məqsədləri təkcə orada kiçik bir rejim qurmaqdır? Çox səhv edirik, çox! Hamımız səhv edirik! Onlar yaxşı bilirlər ki, balaca bir rejim əvvəl-axır orada çox da ömür sürə bilməyəcək. Məqsədləri böyük İsraildir ki, hətta sərhədləri bizim ölkəmizə kimi gəlib çıxa. Mən ki, bu sionistləri tanıyıram, iddia edəcəkləri ki, sizin ölkəniz də bizimdir.

    Elə bilirsiniz onlar Mədinəni iddia eləmirlər? Mədinəni kənarındakı Xeybərə iddia eləmirlər? Məgər o vaxt Ruzvelt ərəb şahına təklif etməmişdimi gəlin bu torpaqları siz satın yəhudilərə?! Elə bilirsiniz onlar müqəddəslərimiz yerləşən İraqı iddia eləmirlər?!

    Vallah bu məsələyə görə cavab verəcəyik. Məsuliyyət daşıyırıq. Allah and olsun ki, yatmışıq. Mən and içirəm ki , bu gün Peyğəmbərin (s) ürəyini sarsıdan məsələ bu məsələdir. Hüseyn ibni Əlinin (ə) ürəyinə dağ çəkən məsələ bu məsələdir. Əgər biz istəyiriksə özümüzə qiymət qoyaq, əgər istəyiriksə Hüseyn inbi Əliyə saxladığımız əzadarlığa qiymət verək, gəlin fikirləşəyin görək, Hüseyn ibni Əli (ə) bu gün həyatda olsaydı və desəydi ki, mənə əza saxlayın, nə deyərdi? Şüarımız hansı olsun? Əgər Hüseyn ibni Əli (ə) həyatda olsaydı, deyərdi: "Mənə əzadarlıq saxlamaq istəyirsinizsə, mənə görə sinə-zəncir vurmaq istəyirsinizsə, sizin bugünkü şüarınız FƏLƏSTİN olmalıdır!” Bu günün Şümrü Moşe Dayanlardır (sionist rejimin o zamankı baş naziri – "Dəyərlər”). Bu Şümr lənətlik 1300 il bundan qabaq ölüb. Sən bu günün şümrünü tanı. Bu gün bu məsələdən bütün müsəlman ölkələri lərzəyə gəlməlidir.

    Hey bizim başımızı aldadırlar ki, bu ərəblərlə yəhudilərin daxili bir məsələsidir. Əgər daxili bir məsələdirsə, bəs onda nəyə görə xaricdən sionistlər hər vaxt onlara pul göndərir? Nəyə görə? Bəs biz müsəlmanlar nə haqda düşünürük? Peyğəmbərin (s) qarşısında nə cavab verəcəyik? Neçə gün əvvəl qəzetdə oxumadınız ki, keçən il dünyanın ayrı-ayrı yerlərində yaşayan sionistlər – hal-hazırda İsrail pasportu daşıyan yəhudiləri demirəm – bəli, dünyanın ayrı-ayrı ölkələrində yaşayan yəhudilərdən 500 min dollar yığıb İsrailə göndərdilər. Nə məqsədlə göndərirlər? Göndərirlər ki, "Fantom” (qırıcı təyyarə - "Dəyərlər”) alıb müsəlmanların başına bomba yağdırsınlar. Məgər oxumadınız ki, təkcə Amerikada yaşayan sinistlər gündə 1 milyon dollar rejimə kömək edir?! Bəs biz müsəlmanlar bu barədə nə eləmişik? And olsun Allaha, özümü müsəlman adlandırmağa xəcalət çəkirəm. Bəs biz heç bir vəzifə daşımırıq? Heç kömək edə bilmərik? Fələstinlilər müsəlman deyil? Onların əzizləri yoxdur? Onlar öz hüquqlarını qorumaq üçün ayağa qalxmayıblar?

    Kim deyə bilər ki, bu gün yurd-yuvalarından didərgin düşmüş fələstinlilərin öz vətənlərinə qayıtmalarına haqqı yoxdur?! And olsun Allaha, adam onları görəndə ürəyi ağrayır. Mən özüm Məkkə səfərində olanda onların cavanlarını görmüşəm. Adam onlara baxanda fəxr eləyir. Dillərindən düşmürdü "İmammüş-Şühəda! İmammüş-Şühəda!”. Yəni bizim ümidimiz yalnız şəhidlərin qanınadır. "Ümidimiz yalnız şəhidlərin qanınadır”. Onların içərisində elələri var ki, adi paltara möhtacdır. Ayaqyalın vuruşurlar və biz heç bir məsuliyyət daşımırıq?! Mən özüm bir zaman hesablayıb gördüm ki, əgər dünyanın 700 milyon müsəlman camaatı (bu gün üçün 1miiyard 400 milyon – "Dəyərlər”) gündə hərəsi 1 dollar kömək etsələr, ildə təxminən 300 milyard dollara yaxın pul olar!

    Quran oxuyan,
    "Fəzzələllahu mucahidinə bi əmvalihim və əmfusifim. Əlləzinə amənu və hacəru və cahədu fisəbililləhi bi əmvalihi və əmfusihim”. Maddi kömək ki, eləyə bilərik, niyə eləməyək? Allah and olsun, vacibdir! Namaz kimi, oruc kimi vacibdir! Quranda buyurulan bu infaq vacib hökmlərdəndir. Qəbirdə soruşulan suallardan biri də elə bu olacaq ki, müsəlmanlar arasında olan qardaşlıq borcunu necə yerinə yetirdin? Peyğəmbər (s) buyurub ki, "hər kəs bir müsəlmanın "Ey müsəlmanlar, köməyimə yetin” fəryadını eşidib, səsinə səs verməsə müsəlman deyil. Mən onu müsəlman bilmirəm”.

    Nə olar biz də bankda bir hesab açıb gəlirimizin az bir miqdarını onların hesabına keçirək?! Nə olar?! Nə üçün bütün dünya sionistləri israil rejiminə yardım edir və əvəzində dünya ictimaiyyəti tərəfindən diribaş, uzaqgörən və oyaq millət kimi qələmə verilir, amma biz eləməyək? Niyə axı?

    Həmişə hazır və oyaq o millətdir ki, fürsətdən düzgün istifadə etsin. Dərdi tanıtsın, indiki vəziyyətdən xəbərdar olsun. Mən vəzifəmi yerinə yetirdim. Mənim vəzifəm demək idi və Allah bilir ki, mənə bunları deməyə vadar edən yalnız vicdanım idi. Mən öz vəzifəmi və həm də sizin vəzifənizi yaxşı bilirəm. Həmçinin maddi kömək eləməyi özümə borc bilirəm və hər xətib və vaiz üçün bunları deməyi vacib bilirəm”.

    Mehdi Fərəc

    İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

    «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (02.05.2011)
    Просмотров: 480 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -