Şəxsiyyət anomaliyasının nişanələri:
- xasiyyəti tez- tez dəyişər.
- ictimai rabitələri gərgin olar.
- ictimai inziva.
- qəfildən əsəbləşər.
- başqalarına bədgüman olar.
- dost tapmaqda çətinlik çəkər.
Şəxsiyyət anomaliyasının üç növü vardır:
1. Qəribə təfəkkürə malik olar.
a) Bədbinlik.
Başqalarına bədgüman olmaq, başqalarının sizə ancaq zərər vuracağını
düşünmək, başqalarına qarşı düşmənçilik etmək - bədbinliyin əlamətidir.
b) Qeyri-adekvatlıq.
Qəribə paltarlar geyinmək, qəribə təfəkkürə malik olmaq, yersiz
həyəcanla cavablar vermək, başqalarına qarşı laqeyd olmaq –
qeyri-adekvatlığın əlamətlərindəndir.
2. Həddən artıq həyəcanlı olmaq.
a) Ziddi-ictimai anomaliya.
Başqalarına laqeyd olmaq, daima yalan danışmaq, qanunla daima
problemdə olmaq, başqalarının hüququnu tapdalamaq, kobudcasına rəftar
etmək, özünün və başqalarının təhlükəsizliyini düşünməmək.
b). Sərhədləri keçmək.
Təhlükəli rəftara malik olmaq, rabitə qurmaqdan qaçmaq, təklikdən qorxmaq.
c) Nümayişi sevmək.
Başqalarının diqqət mərkəzində olmaq istəyi, həddən artıq həssas olmaq, zahirinə görə həddən artıq narahat olmaq.
d) Özünə vurğun olmaq.
Özünü başqalarından üstün hesab edər, özünü cazibəli hesab edər,
istedadlarına görə mübaliğə edər, başqaları tərəfindən təriflənməsini
gözləyər, başqalarının hisslərinə əhəmiyyət verməz.
3. Fikirləri vahiməli olar.
a) İnsanlardan qaçmaq.
Danlamağa qarşı həssas olar, ictimai inziva, xəcalətli olmaq, utancaqlıq.
b) Bağlılıq.
Başqalarına həddən artıq bağlı olmaq, başqalarına təslim olmaq, başqalarının himayəsinə möhtac olmaq.
c) Vasvasılıq.
İfratçılıq, şəraiti kontrol etməyə meyl etmək, dəyərsiz əşyaları tullaya bilməmək.
Hər bir insanın şəxsiyyətini onun fikirləri, rəftarları
formalaşdırır. Uşaq olan zaman iki amil vasitəsilə formalaşır: irsi
zəminələr, həyat mühiti.
İrsi zəminələr valideyn vasitəsilə insana keçmiş olur.
Ətraf mühit isə böyüdüyü mühitdir, yəni ailə üzvləri ilə və başqaları
ilə rabitə qurmağın keyfiyyəti. Yəni validenləriniz hansı şeyləri
xoşlayır və hansı şeyləri bəyənmir, sizin rəftarınıza təsir edər.
Şəxsiyyət anomaliyasının gətirdiyi fəsadlar:
- iztirab.
- yemək yeyən zaman ifrat etmək.
- intihar hissi.
- özünü əzməyə meyllik.
- rabitələrdə problemli olmaq.
- ictimai inziva.
- işdə və məktəbdə problemlə üzləşmək.
Bəs bu cür xəstələr necə müalicə oluna bilər?
Özünüzdə müalicə üçün stimul yaradın. İdman edin, davamlı olaraq
mütəxəssisə müraciət edin, məsuliyyətlərinizi azaldın, bir dəftərə öz
hisslərinizi yazın və onu təhlil edin. Ümumi tədbirlərdə iştirak edin,
düzgün yemək proqramı təşkil edin və kifayət qədər yatmağa çalışın.
Hədəfinizə diqqət edin, stressinizi azaltmaq üçün sakit mühitlərdə
olmağa çalışın. Gündəlik işlərinizi yaddaş edin.
Hazırladı: Məşhədi Xanım,
/Deyerler.org/