Bismillahir-rəhmanir-rəhim
Hamıya bəlli olduğu kimi neçə gün öncə zindanda saxlanılan
məsləkdaşlarımızın məhkəməsi idi. Əzizlərimizi uzaqdanda olsa görmək və
məhkəmə gedişatını izləmək məqsədi ilə, məhkəməyə getmişdim. Bir az
təxirlə məhkəmə başladı. Ənənəvi olaraq ayağa qalxın məhkəmə gəlir sözü
ilə ayağa qalxdıq. Hakimləri müşahidə etdiyim ilk baxışda, hər üç
hakimin ömrünün çox hissəsini arxada buraxmış yaşlı insanlar olduğunu
gördüm. Buna sevindim, sevincimə səbəb isə bu insanların saçlarını iş və
həyat təcrübəsində ağartmaları idi. Fikirləşirdim bu yaşlı insanlar
yəqin ki, hakimlik kürsüsündə birinci dəfə oturmayıblar. Demək
qardaşlarımızın işi daha yüksək iş məharəti ilə aparlılacaq, bu isə mənə
böyük əhəmiyyət kəsb edirdi, o səbəbdən ki, günahsız insanın tam
ciddiyyətlə gedən mühakiməsi onu sonda "tam günahsız” kimi ortaya
çıxaracaqdı. Sevindirici ikinci səbəb isə, görünür öz ixtisas sahəm ya
el dili ilə desək öz arşınımla ölçməkdən qaynaqlanırdı. Düşünürdüm
insanlar yaşlandıqca qocalıq, xəstəlik, ölüm düşüncəsi onları cavanlara
nisbətən daha çox özünə məşğul edir. Özünü axirət dünyasına, Allah
qarşısında hesabata daha yaxın görür. Bu isə insanda paklığa və
doğruruluğa hardasa yardımçı ola bilir. Hakimlərə gəldikdə isə, onların
paklıq və doğruluqları hər şeydən öncə ünvanlarında təzahür etməlidir.
Nə isə, nikbin baxışlarımla məhkəmə işinə başladı. Çox çətinliklə
eşidilən sözlər insana XX əsrin əvvəllərindəki səssiz filimləri
xatırladırdı. Bəzən nəfəslərimizi durdurmaqla olsa belə, nəsə eşitməyə
çalışırdıq. Salonda keçənləri düşünmək üçün insandan xüsusi istedad
tələb olunmurdu. Cari senari, baxça uşaqlarına belə gülünc gələcək
qədərində idi. Amma nədənsə bizi güldürmürdü, buna isə səbəb bizim azad
ruhları dünyadan belə böyük olan əziz qardaşlarımızın dəmir barmaqlıqlar
arxasında olmaları idi. Məhkəmə boyu qardaşlarımız və vəkilləri
tərəfindən vəsatət qaldırılır, ittihamçı danışır, hakimlər isə gözləmə
mövqeyində idilər. Günün ikinci yarısında hakimlər qaldırılan
vəsatətlərə biri-birinin ardınca rədd cavabı verərkən sanki məhkəmə
öncəsi nikbin baxışlarımın üzərinə soyuq su tökürdülər. Onlara olan
etimadım günəş önündə olan buz misalı əriyirdi. Elə bil qınaq nöqtəsi
arayırdım, bilmirdim kimi qınayım , özümü ya hakimləri? Diyəsən, hər
ikisin. Özümü nikbin baxışlarıma , hakimləri isə çox rahat surətdə
qardaşlarımızın haqlı tələblərinə rədd cavabı verməyi başarmalarına görə
idi. Bunu "məhkəmə işinə aid deyil” ya "konistitusiyada nəzərdə
tutulmayıb”,- deyə edirdilər. Misal olaraq, ruhani qardaşım Hacı Seyyid
Fəramərzin "mənə silah-sursat və terrorizm şəri yıxanlar, Allahı şahid
tutaraq, Qurani-Kərimə and içərək, mənimlə üz-üzə , gözümə baxaraq
danışsınlar” - deməsini göstərmək olar. Bu vəsatət müvafiq
hesablanmadığından rədd edildi. Görəsən cənab hakim! necə olur prezident
tərəfindən bütün ölkənin müqəddəratı uğrunda "Qurana and içmək” keçərli
olduğu halda həmin ölkənin bir vətəndaşının müqəddəratı barəsində
müvafiq hesablanmır? Yoxsa yalançı şahidlərin Qurana and içməkdən imtina
edib məhkəmədən yayınmağından ehtiyatlanırsız? Bu ki, məncə sizin
marağınızda olmamalıdır. Sizin marağınız ədaləti üzə çıxaran hər hansı
bir detala sığınmaqdan ibarət olmalıdır. Axı siz hakimsiz. Adətən bundan
siz deyil, təqsirləndirilənlər imtina etməlidirlər. O ki, qaldı and
içməkdən yayınan şahidlərə buna narahat olmayın. Nə qədər ki, bu ölkədə
vətən torpağını satanlar, millət malını talayanlar, rüşvətlə yaşayanlar,
hakim adlansalar belə sifarişlə hökm oxumağa məhkum olanlar , bu
diyarın dininə, dilinə qiymət qoymayanlar, ruhani evinə silah atıb
şərləyənlər var. Qurana yalandan and içənlərdə tapılacaqdır. O ki, qaldı
nədən Hacı Fəraməz bu andı tələb edir? Ona görə ki, oxuyub – inandığı
dini təlimlər ona öyrədib ki, Qurana yalan olaraq and içən insanın Allah
bəlasın verir və onu ən ağır müsibətlərə düçar edir. Görünür bu gün
şərlənib həbsə düşən Peyğəmbər sülaləsindən olan bu seyyid ruhani,
rəbbinə sığınaraq onu şərləyənlərə Allahdan bəla diləmək istəyir. Üzümü
qardaşıma tutaraq bu sözləri deyirəm. Seyyid! sənin bütün din
qardaşların sən və səninlə birlikdə olan əzizlərimizi vicdan məhbusları,
günahsız məhkumlar, zülmün əsirləri və əsrin qəhrəmanları kimi
tanıyırlar və sizə zülm edənlərə bir Quran yox, minlərlə Quranı başları
üzərinə alıb qarğışlar yağdırırlar. Yadınıza salım ki, məzlumlar
yardımçısı olan Peyğəmbərimiz bizə öyrədib ki, hər bir məzlum insan
əllərini Allah evi adlanan Kəbənin astanasına qoyaraq ona zülm edənə
qarğış və nifrin edərsə, Allah zalimi az zamanda bəlaya düçar edərək
məhv edər. Qardaşlarım, bizi silah-sursatla şərləyənlər bilməlidir ki,
bizim silahımız əqidəmiz, dayağımız rəbbimizdir. Sizin din qardaşlarınız
qərarlıdırlar hər kəs öz qədərində sizin azadlığınız naminə hərəkət
etsin, hətta bu il sizin azadlığınız Həcc vəqtinə qədər təxirə düşərsə,
inanclı hacılar əllərin Kəbəinin astanasına qoyaraq sizə zülm edənlərin,
sizə qara yaxanların, sizi həbsdə saxlayanların, sizi əzizlərinizdən
ayıranların özlərinə və əzizlərinə qarğış və nifrin edəcəklər. Bir sözlə
məhkəmədə rədd edilən tələbiniz mömin insanlar tərəfindən təmin
ediləcək.
Sərdar Hacıhəsənli İlahiyyatçı
Əli / islamazeri.az
|