.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    “Vilayəti-fəqih”-in və “mütləq vilayət”-in mənası və dəlilləri
     Bismillahir-rəhmanir-rəhim

    Allahummə salli alə Muhammədin və Ali Muhamməd və əccil fərəcəhum

    Allahu-təalanın izni və tövfiqi ilə bu yazımızda vilayəti-fəqihi nəzəriyyəsinin mənası və fəqihin səlahiyyətləri ilə bağlı bir neçə məqama toxunacağıq. İlk öncə vilayəti-fəqihin mənasını, "fəqihin vilayəti” dedikdə nəyin nəzərdə tutulduğunu şərh etməyə çalışacağıq. Belə ki, fəqihin vilayətinin ümumən vilayətin hansı növündən olmasını bilməmək səbəbilə, istər dost, istərsə də düşmən yanlış və xətaya düçar olmuşdur. Bəziləri "fəqihin vilayəti” məsələsini güya təkvini vilayətmiş kimi qələmə verib bu nəzəriyyə barədə yanlış fikir formalaşdırmağa çalışırlar.

    Bununla yanaşı bu yazımızda vilayəti-fəqih nəzəriyyəsinin etiqad baxımından hansı mövqedə olduğunu da qısa şəkildə izah etməyə səy edəcəyik. Daha sonra isə fəqihin "mütləq” vilayətinin hansı mənaya gəldiyini izah edəcək və buna işarə edən hədislərdən -məqalənin həcmi imkan verdiyi həddə- söhbət açmağa çalışacağıq. Qeyd edək ki, bu mövzuların hər biri bəlkə də müstəqil bir kitabda yazılmaq tələb edir, lakin biz çox qısa və mümkün qədər əhatəli şəkildə məsələ barədə məlumat verməyə çalışacağıq. Bir sıra məqamlarda mövzu ağır olduğundan oxucudan bir qədər diqqət tələb olunur.

    İlk öncə "vilayət”-in növlərini izah edək və göstərək ki, vilayəti-fəqih bunlardan hansı birində daxildir və vilayəti-fəqih dedikdə nə başa düşülür?

    Vilayət iki növdür:

    1-Təkvini vilayət.

    2-Təşrii vilayət.

    1-Təkvini vilayət:

    Təkvini vilayət dedikdə təkvin sahəsində itaət haqqı, əşya və mövcudatların bu cür vilayət sahib olan şəxsin iradəsi qarşısında təslim və ram olması və bunun səbəbilə həmin şəxsin xarici mövcudatlar üzərində təsərrüf edə bilməsi bacarığını nəzərdə tuturuq.

    Təkvini vilayətin mərtəbələri[1]

    Bu vilayətin bir neçə mərtəbəsi vardır. Təkvini vilayətin müəyyən bir mərtəbəsi olur ki, insan burada geniş sahədə təsərrüf etmək bacarığına sahib olmuş olur. Məsələn, daşı ona toxunmadan və yalnızca hərəkət etməsini əmr etməklə yerindən hərəkət etdirə bilir, ağacı onu kəsmədən və ya ona toxunmadan hərəkət etdirir və ya insanın əlinin altından su çeşməsi qaynayır və s. Bu, bəzi mövcudatlar və varlıqlar üzərində olan hakimiyyət və vilayətdir. Burada başqa bir mərtəbə də vardır ki, bu mərtəbəyə sahib olmaqla insan daha da geniş bir sahədə təsir etmə bacarığına sahib olmuş olur. Ümumiyyətlə bu vilayətin mərtəbələrinin müəyyən məhdudlaşdırılmış sayı yoxdur. Çünki siz bir çox mərtəbə saya bilərsiniz, lakin onları sonlandıra bilməzsiniz. Ona görə ki, varlıq aləminin təfərrüatına varmaq bəşər qüdrətinin fövqündədir və ağıl bunları dərk etməkdən acizdir.

    2-Təşrii vilayət:

    Təşrii vilayət iki növdür:

    Birinci: Qanun qoyma haqqı

    Bəzən "təşrii vilayət” dedikdə bu nəzərdə tutulur ki, Peyğəmbər (s) və ya İmam (ə) qanunvericilik (başqa sözlə: şəri hökm təyin etmə) haqqına sahibdirlər. Bu mənada ki, yalnız onlar Allahu-təalanın istədiyi həqiqi şəri hökmü bəyan etmək qüdrətinə malikdirlər və yalnız onlar Allahu-təalanın hökmlərinə səhih mərifət sahibidirlər.

    İkinci: Əmr və çəkindirmə haqqı

    Bəzən isə "təşrii vilayət” dedikdə bu nəzərdə tutulur ki, hakimin əmr edib çəkindirmək hüququ vardır və bu zaman başqaları ona tabe olub göstərişlərinə əməl etməli və qadağan etdiklərindən çəkinməlidirlər.

    "Fəqihin vilayəti”nin mənası

    Bizim söhbət açdığımız "vilayəti-fəqih”dən məqsəd, təşrii vilayətin həmin ikinci mənasıdır; yəni, "vilayəti-fəqih” dedikdə, əmr qoyma və itaət olunma hüququ başa düşülür. Vilayətin digər qisimlərinə gəlincə isə onların "vilayəti-fəqihlə” ilə bir əlaqəsi yoxdur.

    Təşrii vilayətin birinci mənasına gəlincə, bu, fəqihin səlahiyyətlərinə aid deyil və heç kim bunun fəqih üçün sübut olunduğunu deməyib. Əksinə, elə fəqihin özü başqa mükəlləflər kimi ilahi hökmlərin tanınmasında Peyğəmbərlərə (ə) və imamlara (ə) möhtacdır. Buna görədir ki, görürük ki, şəri hökmləri istinbat etməkdən ötrü fəqih dəlillər arasında ictihad və axtarış etməklə özünü min bir zəhmətə salır.

    Təkvini vilayətə gəldikdə isə, o bəhsimizdən xaricdir. O Allahu-təala tərəfdən olan bir nemətidir ki, yaxınlıqları səbəbindən bəzi bəndələrini onunla əzizləmişdir. Belə şəxslər fəqihlərdən də ola bilər, qeyri-fəqihlərdən də. Bu elə bir işdir ki, ondan yalnız Allahu-təala xəbərdardır. Lakin Allah istədiyi zaman biz bəzi əlamətlər səbəbilə belə şəxsləri tanıya da bilərik.

    Deməli, bura qədər deyilənlərdən belə aydın olur ki, fəqihin vilayət dedikdə əmr və nəhy haqqı nəzərdə tutulur. Başqa sözlə, məsum tərəfindən ümumi və ya xüsusi şəkildə təyin edilən fəqih qarşısında digərlərinin vəzifəsi budur ki, onun əmr etdiyinə itaət etsinlər, çəkindirdiyindən də çəkinsinlər. Necə ki, İmam Sadiq (ə) buyurur:

    فإذا حكم بحكمنا فلم يقبل منه فإنما استخف بحكم الله وعلينا ردَّ ، والراد علينا ، الراد على الله وهو على حد الشرّك بالله الحديث

    "Əgər o (fəqih) bir hökm verər də, o hökm ondan qəbul olunmazsa, o zaman Allahın hökmü yüngül tutulmuş olar və bizə qarşı çıxılmış olar! Bizə qarşı çıxan da Allah qarşı çıxmış kafirdir! Belə bir şəxs Allah şərik qoşmaq həddindədir..”[2]

    Bəs görəsən "vilayəti-fəqih-mütləqə” nəzəriyyəsi etiqadda hansı mövqe tutur? Görəsən, bu məsələ kəlam elminə adi bir məsələdir, ya fiqhi bir məsələdir?

    Qeyd edək ki, vilayəti-fəqih məsələsi bir cəhətdən kəlami bir məsələdir digər bir cəhətdən isə fiqhi.

    Məlum məsələdir ki, üsulid-din və ya üsuli-məzhəblə bağlı olan bütün məsələlər kəlam elmində araşdırılır. Lakin məlumdur ki, bir məsələnin kəlami bir məsələ olması o anlama gəlmir ki, hamı mütləq şəkildə ona iman gətirməlidir. Belə ki, cənnət və cəhənnəmin varlığı üsulid-dindəndir və hamı buna etiqad etməlidir. Lakin cənnətin neçə qapısının olub-olmaması etiqad edilməsi vacib olan bir məsələ deyil. Daha dəqiq desək, bir kimsə cənnətin qapısının olub-olmamasını inkar etsə, bu onun dindən çıxmasına səbəb olmaz. Bu hal vilayəti-fəqihə nisbətdə də belədir. Belə ki, vilayəti-fəqih üsuli-məzhəbdəndir. Lakin bir kəsin üzürlü bir səbəbdən bunu inkar etməsi, onun dindən çıxmasına səbəb olmaz. Necə ki, Ayətullahul-Üzma Seyydi Əli Hüseyni Xameneyi (d.z) "əcvibətul-istiftaat” kitabında fəqihin mütləq vilayətinə etiqad etməyən şəxsin həqiqi müsəlman sayılıb sayılmaması barədə verilən suala verdiyi cavabda bu məqama işarə etmişdir:

    "Etiqad və ictihad nöqteyi-nəzərindən həzrəti Hüccətibnil-Həsən (ə.f) qeybdə olduğu dövrdə vəliyyi-fəqihin mütləq hakimiyyətinə (vilayətinə) etiqad bəsləməmək dindən çıxmağa, mürtəd olmağa səbəb olmaz”[3].

    Başqa bir yerdə isə deyir:

    "Vilayəti-fəqihin imamətin əslində əsaslı rolu var və hər kəs buna etiqad bəsləmək barədə sübut gətirsə üzürlüdür, amma ixtilaf, təfriqə salması caiz deyil”[4].

    Başqa bir yerdə də deyir:

    "Vilayəti-fəqih məzhəbin əsillərindən biri olan imamət və vilayət məsələlərindəndir. Amma bu barədə olan hökmlər sair fiqhi hökmlər kimi şəri dəlillərə əsasən çıxarılır. Hər kəsin bu barədə, bu məsələni qəbul etməməyə dair dəlili olsa üzürlüdür”[5].

    Lakin çox təəssüf ki, bəzi fitnəkar və cahil şəxslər bu nəzəriyyəni qəbul etməsələr də fitnə və ixtilaf yaratmaqdan əl çəkmirlər. Halbuki bu əməlləri ilə ümməti və haqq məzhəb arasında birliyi necə sarsıtdıqlarından bixəbərdirlər. Çox təəssüf..!

    Həmçinin, "vilayəti-fəqih mövzusu üsul məsələsi olsa belə, vəliyyi-fəqihin hökmünə riayət etmək, onun vəzifələrini tanımaq baxımından fiqhi bir məsələdir. Bu səbəbdən də fəqihlər öz kitablarında həmin mövzunu araşdırmışlar”[6].

    "Mütləq vilayət” nə deməkdir?

    Bu məsələ barədə xüsusi danışmaq lazım gəlir. Lakin çox qısa şəkildə şərh etməklə kifayətlənəcəyik. Mütləq vilayət deyərkən fəqihin ibtidai cihad kimi bir sıra işlər istisna olmaqla Peyğəmbər (s) və məsum imamın (ə) səlahiyyətlərini yerinə yetirməsi başa düşülür. Başqa sözlə, bu, fəqihin üzərinə düşən bütün vəzifələri tam və mütləq şəkildə yerinə yetirməsi deməkdir. Belə ki, fəqih təkcə ibadət və muəmalat məsələləri ilə maraqlanmalı deyil, həm də ümmətin siyasi, ictimai həyatına da nəzarət etməlidir. Lakin bəzən zalım hakimiyyətlər zamanı fəqih təkcə namaz, dəstəmaz, oruc, təlaq, irs, vəqf və s. kimi ibadi məsələrlə məşğul olmaq məcburiyyətində qalır. Bu zaman o, onun üçün təyin edilən tam (mütləq) səlahiyyətləri icra edə bilmir. Bu səbəbdən də onun hakimiyyəti məhdud, yəni müqəyyəd olur. Deməli, "mütləq vilayət” deyərkən fəqihin öz səlahiyyətlərini tam mənada və mütləq olaraq icra edə bilməsi nəzərdə tutulur. Bu nəzəriyyənin tərəfdarlarının fikrincə, qeyb dövründə məsum İmam (ə) tərəfindən fəqih üçün (istisnalar xaric) özünün bütün səlahiyyətləri təsdiq edilmişdir. Yəni, fəqih təkcə ibadi məsələlərlə deyil, eyni zamanda ictimai və siyasi məsələrlə məşğul olmaldır. Bunu təsdiq edən bir sıra hədis və rəvayətlər mövcuddur ki, daha sonradan qeyd ediləcəkdir.

    "Mütləq vilayət” barədə Ayətullahul-Üzma Seyydi Əli Hüseyni Xameneyi (d.z) deyir: "Cameuş-şərait bir fəqih üçün mütləq vilayət dedikdə məqsəd budur ki, səmavi dinlərin sonuncusu olan, qiyamət gününə kimi qalarlı olan İslam dini hökm dinidir, cəmiyyətin işlərini idarəetmə dinidir. Bu halda İslam cəmiyyəti üçün hökmən vəliyyi-əmr, hakimi-şər` (şəriət hakimi) lazımdır. Həmçinin, ümməti və müsəlmanları düşmənlərdən qorumaq üçün, onların dövlətini qorumaq, onların arasında ədaləti bərqərar etmək, güclünün zəiflərə təcavüz etməsinin qarşısını almaq üçün, onların mədəni təkamülü, siyasi, ictimai inkişafları, rifahları üçün lazım olan vəsaitləri təmin etmək üçün bir nəfər rəhbər lazımdır. Bu işlər əməli olaraq nüfuzetmə məqamında bəzi şəxslərin şəxsi istəkləri, tamahları, mənafeləri, azadlıqları ilə düz gəlmir. Müsəlmanların hakiminə İslam fiqhi əsasında rəhbəriyyətin mühüm işlərini icra edən vaxt vacibdir ki, ehtiyac duyulan vaxt lazım olan icra əməllərini tətbiq etsin. Bu halda onun istəyi, səlahiyyəti (İslamın və müsəlmanların ümumxalq mənafeyi məsələsi qarşıya çıxanda) ümumxalq istəklərinə hakim olmalıdır. Bu da mütləq vilayətin kiçik işlərindəndir”[7].

    Lakin bəzi məlumatsız və ya qərəzli şəxslər tənə vurmaqdan ötrü belə bir fikir formalaşdırmağa çalışırlar ki, güya "mütləq vilayət” fəqihih Peyğəmbər (s) və ya İmam (ə) səviyyəsində olması deməkdir! Güya "mütləq vilayət”-ə etiqad edənlər onları az qala məsum səviyyəsində hesab edirlər! Təbii ki, bu fikir kökündən və tamamilə yanlış bir fikirdir, heç şübhəsiz ki, ya məlumatsızlıqdan, ya da qərəz və ədavətdən qaynaqlanır. Mərhum İmam Rahil (q.s) bu barədə deyir:

    "Qeyd etdiklərimiz yanlış anlaşılmamalıdır. Heç kəs elə düşünməməlidir ki, fəqihin vilayətə yetişməsi onu peyğəmbər və ya imam səviyyəsinə qaldırır. Çünki bizim söhbətimiz mənzilət və ya mərtəbədən barəsində deyil. Bizim söhbətimiz əməli vəzifə barəsindədir. "Vilayət” camaat üzərində hakimiyyət, dövlətin idarə edilməsi və şəriət hökmlərinin icrası mənasını verir. Başqa sözlə, "vilayət” hökumət etmək, ölkənin idarə edilməsi və siyasət anlamını verir. Nəinki bəzilərinin düşündüyü kimi hər hansısa bir xüsusilik və ya imtiyaz anlamına gəlir. Əksinə, bu çox çətin olan əməli bir vəzifədir”[8].

    Fəqihin mütləq vilayətinə isbatı: əqli və nəqli yol

    Əqli yol: Qeyd edək ki, fəqihin mütləq vilayəti (hakimiyyəti) iki yolla: əqli və nəqli yolla isbat oluna bilər. Əgər məsələyə əql müstəvisindən yanaşsaq o zaman aşağıdakı nəticələri çıxara bilərik. Biz əqli dəlillərə misal olaraq aşağıdakıları qeyd edir, daha sonra isə nəqli dəlillərə keçirik. Əqli dəlillər:

    1-"Fərdi və ictimai mənafeləri qorumaq, hərc-mərcliyin qarşısını almaq, cəmiyyətdə asayiş yaratmaq üçün hökumətin və bir rəhbərin mövcudluğu zəruridir”[9].

    2-Ümmət hər bir dövrdə onun işlərini idarə edən, cəmiyyətdə həddləri həyata keçirən, müsəlmanların düşmənlərin hücumlarından qoruyan bir rəhbərə ehtiyaclıdır.

    3-Əgər hüzur dövründə ümmətin işlərini idarə edilməsinə, onların qorunmasına, himayə edilməsinə, aralarındakı mübahisələrin həll edilməsinə, ictimai-siyasi və sosial problemlərinin həllinə bu qədər diqqət yetirilmişdirsə, necə ola bilər ki, bütün bunlar qeyb dövründə bir kənara atılsın?! Sağlam əqlin bu iddianı qəbul etməsi heç bir vəchlə düşünülə bilməz. Əgər bu işlər ümmətin xeyri və yararı üçün lazımlıdırsa, deməli bu məsələdə qeyb və ya hüzur dövrü arasında heç bir fərq yoxdur. Qeyb dövründə də ümmət himayə edilməli, düşmənlərdən qorunmalı, zalımlar susdurulmalı, məzlumlar müdafiə edilməlidir. Qeyb dövründə bu işin üçün ən uyğun şəxs fəqihlərdir.

    4-İstənilən halda ən kamil dövlət məsum imamın rəhbərliyi ilə qurulan dövlətdir. Kamil dövlət qurmaq mümkün olmadıqda mahiyyətcə ona ən yaxın olan bir dövlət qurulmalıdır. "Məsumların hökumətinə əl çatmadıqda, bu hökumətə ən yaxın üsul-idarədən faydalanmaq lazımdır”[10].

    5-Məsum imam qeybdə olduğu dövrdə ya İslam hökmləri sıradan çıxmalıdır, ya da bunların icrası üçün kimlərsə təyin edilməlidir. Məlum məsələdir ki, İslam hökmləri tətil oluna bilməz. Deməli, bu işlərin icrası üçün kimlərsə təyin edilmişdir. Bu məsələyə biz özümüzün "qeyb dövründə inqilab” adlı məqaləmizdə müəyyən qədər toxunmuşuq. İstəyənlər oraya müraciət edə bilərlər. Həmçinin, daha sonra da bu nöqtəyə qayıdacağıq.

    6-Xalqın malı və canı üzərində hakimiyyət Allahu-təalanın şənindəndir. Eyni zamanda bu haqq Allahu-təala tərəfdən Peyğəmbər (s) və imama (ə) verilmişdir. Məsum rəhbərin iştirakı olmayan dövürdə bu işlər ya bir kənara qoyulmalıdır, ya da onların icrası üçün bir şəxs təyin edilməlidir (yuxarıda deyildiyi kimi). Deməli bu iş üçün zəruri şərtlərə malik şəxslər təyin edilməlidir. "Zəruri şərtlərə malik fəqih isə bu iş üçün başqalarından daha layiqlidir”[11].

    Nəqli yol: Fəqihin mütləq vilayətini nəqli yolla isbat etməzdən qabaq hər bir topluluq üçün ümumiyyətlə bir rəhbərin olmasını vacib hesab edən hədislərdən danışmaq istəyirik. Bu növ hədislər isə ona dəlalət edir ki, nizamın qorunması və ixtilafın aradan qaldırılması baxımından insanlar arasında imamət və rəhbərliyin olması zəruridir və bu zərurət hansısa müəyyən bir zamanla məhdudlaşmır. Bu növ hədislərə əsasən, insanlar üçün daim bir rəhbər şəxsin mövcudluğunun vacibliyini başa düşürük. Belə hədislərə misal olaraq aşağıdakıları göstərə bilərik:

    سبع حطوم أكول خير من والٍ غشوم ظلوم، ووالٍ غشوم ظلوم خيرة من فتن تدوم

    İmam Əli (ə) buyurur: "Yeddi vəhşi şir qəddar və zalım bir hakimdən yaxşıdır. Qəddar və zalım hakim isə daim davam edən fitnədən yaxşıdır[12].

    لابدّ للناس من أمير برّ أو فاجر، يعمل في إمرته المؤمن، ويستمتع فيها الكافر، ويبلغ الله فيها الأجل، ويجمع الفيء، ويقاتل به العدو، وتأمن به السبل

    Həmçinin, buyurur: "İnsanlar üçün yaxşı (ədalətli, xeyirxah) və ya facir olmasından asılı olmayaraq mütləq bir başçı olmaldır. Mömin onun hakimiyyəti altında (xeyir) əməllər etməli, kafir də faydalanmalıdır. Allah bu hakimiyyət altında əcəlləri tamam etməlidir. Onun (başçılığı ilə) döyüş qənimətləri toplanmalı, onun (başçılığı) ilə düşmənlərlə döyüşülməli, onunla yollar əmin-amanlıqda olmalıdır[13].

    أنّا لا نجد فرقة من الفرق، ولا ملة من الملل بقوا وعاشوا إلاّ بقيّم ورئيس لما لابدّ لهم منه في أمر الدين، فلم يجزِ في حكمة الحكيم أن يترك الخلق مما يعلم أنه لابدّ لهم منه، ولا قوام لهم إلاّ به، فيقاتلون به عدوهم، ويقسمون به فيئهم، ويقيمون به جمعتهم وجماعتهم، ويمنع ظالمهم من مظلومهم

    Fəzl ibn Şazan bir hədisdə İmam Rıza (ə)-dan nəql edir ki, həzrət (ə) buyurdu: "biz elə bir firqə və ya millət tapa bilmərik ki, rəhbərsiz və başçısız mövcud olub yaşaya bilsin. Ona görə ki, onların (istər) dünya, (istərsə də) din işlərində (bir rəhbərə) ehtiyacları vardır. Hikmət Sahibinin hikmətinə uyğun gəlməz ki, başçı və rəhbərə ehtyacları ola-ola məxluqatı rəhbərsiz qoya. Elə bir rəhbər ki, bəndələr onun başçılığı ilə düşmənlərinə qarşı vuruşarlar, onunla aralarındakı qəniməti bölərlər, elə bir rəhbər ki, onları bir araya toplayar (cəmiyyətlərini dağılmağa qoymaz), məzlumlarını zalımlarından qoruyar”[14].

    İkinci növ hədislərdə məsum imamın qeybdə olduğu dövrdə ümmətə rəhbərlik edən şəxsləirin fəqihlər olduğuna işarə edilmiş, insanların qeyb dövründə onlara müraciət etmələri tapşırılmış, onlar üçün hakimiyyət haqqı təsbit edilmişdir[15].

    1-Belə hədislərdən birincisi "həvadisul-vaqiə” adı ilə tanınan İmam Sahibəz-Zaman (ə)-ın İshaq ibn Yaquba (r.ə) göndərdiyi məktubdur. Şeyx Səduq (r.ə) İshaq ibn Yəqubun belə dediyini nəql edir:

    Muhəmməd ibn Osman Əmridən (r.ə) istədim ki, mənim üçün qaranlıq qalan bəzi məsələlərlə bağlı (İmam Məhdiyə (ə)) bir məktub yollasın. Bundan sonra bir mövlamız Sahibəz-zəmanın (ə) öz xətti ilə belə bir məktub gəldi:

    أمّا ما سألت عنه ـ أرشدك الله تعالى وثبّتك… واما الحوادث الواقعة فارجعوا فيها الى رواة حديثنا فانهم حجتي عليكم وانا حجة الله

    "(Bismillahir rəhmanir rəhim). Allah səni doğru yola müvəffəq edib sabit eləsin, soruşduğun sualın cavabına gəlincə, bil ki… Qarşıya çıxan məsələlərdə bizim hədislərimizi nəql edən kəslərə müraciət edin, onlar mənim sizin üzərinizdə höccətimdirlər və mən də onların üzərində Allahın höccətiyəm”[16].

    İlk öncə "qarşıya çıxan hadisələr”in nə olduğunu araşdıraq. Məlum məsələdir ki, qarşıya çıxan hadisələrdən məqsəd şəri hökmlər deyil. Necə ki, bəziləri bunu yanlış olaraq bu mənada başa düşürlər. Burada sual soruşan, şəri hökmlərdə və məsələlərdə kimə müraciət edəcəyini bilirdi. Belə ki, o dövrdə insanlar hər hansısa bir məsələdə müşkül yarandığı zaman fəqihlərə müraciət edirdilər. Bu barədə məlumat almaq istəyənlər aşağıdakı linkə baxa bilərlər:

    (http://islamveheqiqet.wordpress.com/2013/11/01/qeyb-dovrund%C9%99-kim%C9%99-muraci%C9%99t-ed%C9%99k/)

    Sual soruşan özü İmam (ə)-ın qeyb dövründə yaşayırdı və bu səbəbdən də naiblərlə əlqədə idi. O, öz fətva mərcəsini yaxşı tanıyırdı. Onun sualı məhz ictimai müşküllər və insanların həyatında baş verən yeniliklərlə bağlı idi. Çünki böyük qeyb dövründə qarşıya çıxacaq ictimai yeniliklər, dəyişikliklərlə bağlı İmama müraciət edə bilməyəcəkdi. Bu səbəbdən də belə məqamlarda müraciət edəcək şəxs haqqında sual verirdi. Hədisin ikinci çox mühüm nöqtəsi isə "onlar mənim sizin üzərinizdə höccətimdirlər və mən də onların üzərində Allahın höccətiyəm” sözüdür. Bu məqamda diqqətli olsaq, məsələ bütün aydınlığı ilə ortaya çıxacaq. Görəsən, bu İmamın (ə) buyurduğu "höccət” hansı anlama gəlir? Görəsən, "xəbəri vahid” deməkdir? Bundan nə başa düşürsünüz? Görəsən "Allahın höccəti” yalnız bu mənaya gəlir ki, əgər Sahibəz-Zəman (ə) bizə Allah Rəsulundan (s) bir hədis desə, biz onu qəbul etməliyik, necə ki, Zürarənin xəbərini qəbul edirik? Görəsən, İmam (ə) yalnız şəri məsələləri və hökmləri açıqlamaqda Allahın höccətidir? Əgər Peyğəmbər (s) desə ki, mən Əlini sizə "höccət” təyin etdim, bu o mənaya gəlir ki, "mən sizin aranızdan gedəcəyəm, buna görə də Əlini sizin aranızda xəlifə təyin edirəm ki, şəri hökmləri və məsələləri sizə açıqlasın”? Yoxsa, nə?


    "Allahın höccəti”, bu mənaya gəlir ki, yəni, İmam (ə) bütün işlərdə insanlar üçün müraciət yeridir və Allah onu bu məqama təyin etmişdir. Həmçinin, fəqihlər də belədirlər. Onlar ümmətin mərcələri və rəhbərləridirlər. Allahın höccəti o şəxsdir ki, Allah onu müsəlmanların işlərini yerinə yetirməyə təyin edib və bu səbəbdən də onun bütün hərəkətləri və sözləri müsəlmanlar üçün höccət olur. Bütün işlərdə ona tabe olmaq lazımdır. Zəkat, xüms, həddlər və s. kimi işlərdə onların əmrinə itaətsizlik edə bilməzsiniz. Əgər siz "Allahın höccəti” qala-qala gedib zalım hakimlərə müraciət etsəniz, o zaman bu işə görə Qiyamətdə cavab verməli olacaqsınız! İmamın bu buyuruğuna əsasən, bu gün fəqihlər, necə ki, Allah Rəsulu (s) höccət idi, imamlar (ə) höccəti idi, o şəkildə insanlar üzərində höccətdirlər. Onlar insanların bütün işlərində, müşküllərində və çətinliklərində mərcədirlər. Hökumət işi, camaat üzərində vilayət, onların idarə edilməsi, şəri hüquqların alınması və infaq onlara tapşırılıb. Bir sözlə desək, bu xəbərə əsaəsn, həzrəti İmamın (ə) "onlar mənim sizin üzərinizdə olan höccətimdirlər və mən də onların üzərində Allahın höccətiyəm” sözündən belə nəticə əldə edilir ki, həzrət "Allahın höccəti” deyildikdə özü üçün sabit olan bütün mənanı həmin "fəqihlər” üçün də sabit etmişdir. Beləcə burada fəqihlər ("hücciyyət”in gərəyi olaraq) vəli və rəhbər olmuş olurlar.


    2-Digər bir dəlil isə, "Ömər ibn Hənzələnin məqbuləsi” adlanan rəvayətdir. Biz rəvayətin sənədini araşdırmırıq. Sadəcə bu qədərini demək kifayətdir ki, hədis şiə üləmasının böyük əksəriyyəti tərəfdən qəbul olunduğu üçün ona "məqbulə”, yəni, qəbul olunan deyiblər. Hədisin sənədin səhihliyinin isbatı üçün Seyyid Cəfər Mürtəza Amulinin "Vilayətul-fəqih fi səhihəti-Umar ibn Hənzələ” kitabına baxa bilərsiniz:

    (http://www.alhadi.org/Data/books/Html/wilayat_al_fakih/wilayat_al_fakih.htm)

    Hədisdə deyilir:

    سألت أبا عبدالله عليه السلام عن رجلين من أصحابنا بينهما منازعة في دين أو ميراث، فتحاكما إلى السلطان وإلى القضاة، أيحلّ ذلك؟ قال: "من تحاكم إليهم، في حقّ أو باطل، فإنّما تحاكم إلى الطَّاغوت، وما يحكم له فإنّما يأخذ سحتاً وإن كان حقّاً ثابتاً له, لأنّه أخذه بحكم الطَّاغوت، وما أمر الله أن يُكْفَر به قال الله تعالى يريدون أن يتحاكموا الى الطاغوت و قد امرو أن يكفر به. قلت: فكيف يصنعان؟ قال: ”ينظران من كان منكم ممَّن قد روى حديثنا، ونظر في حلالنا وحرامنا، وعرف أحكامنا، فليرضوا به حكماً، فإنّي قد جعلته عليكم حاكماً،

    Ömər ibn Hənzələ deyir: "Əba Əbdillah (ə)-dan əshabımızdan olub aralarında borc yaxud miras üstündə münaqişə olan iki şəxs barədə soruşdum. Onlar bu vəziyyətdə sultana yaxud qazilərə müraciət edirlər. Soruşdum ki, bu halaldırmı? Buyurdu: "Kim hər hansı haqq yaxud batil bir işə görə onlara müraciət edərsə, nəhy olunmuş tağuta müraciət etmişdir! O onun üçün nə hökm edərsə, həmin şəxs onu götürdükdə süht götürmüş olur. Hərçənd, özü üçün sabit olan bir haqqı (götürmüş) olsa belə. Çünki o onu tağutun hökmü ilə götürmüşdür. Dedim: Bəs əgər ixtilaf etmiş olsalar, necə davransınlar? Buyurdu: Sizin içərinizdən bizim hədislərimizi nəql edənə, halal və haramımıza riayət edənə, bizim hökmlərimizi tanıyana müraciət etsinlər. Hakim olaraq ondan razı qalsınlar. Mən belə bir şəxsi sizlərə hakim təyin edirəm! …”[17]

    Göründüyü kimi, imam (ə) açıq-aşkar şəkildə zalım hakimlərə müraciət etməyi qadağan etmişdir. Bu o deməkdir ki, kim onlara müraciət edərsə, tağuta müraciət etmiş olur. Bu rəvayətin əsl məqsədi, zalım hakimlərin insanların işlərində mərcə rolu oynamasına mane olmaqdır. Bu məqbulə böyük siyasi bir məna daşıyırdı. Belə ki, bunun buyurmaqla imam (ə) zalım hökumətlərə, onların məhkəmə sistemlərinə və digər orqanlarına müraciət etməkdən çəkindirirdi ki, nəticədə imamlar (ə) və onların təyin etdiyi şəxslər üçün yol açılsın. İmamın bu buyuruğuna əsasən, müsəlmanlar üçün yeganə mərcə və müraciət yeri Əhli-Beyt (ə) hədisləri nəql edib halal-harama diqqət edən və hökmləri dəqiq şəkildə tanıyan alimlərdir. Daha sonra İmam (ə) buyurur: "Mən belə bir şəxsi sizlərə hakim təyin edirəm”. Yəni, hamınız ondan hakim olaraq razı olun, ondan başqasına müraciət etməyin. Buradakı "hakimlik” təkcə qəza (məhkəmə) məsələləri ilə məhdudlaşmır. Əksinə içərisinə hakimiyyəti də alan daha geniş bir məna kəsb edir. Rəvayətdəki, ayədən və hədisin özündən belə belə aydın olur ki, imam (ə) fəqihi təkcə məhkəmə işlərinə deyil, həm də hökumət işləri üçün təyin etməmişdir. Bunun isbatı üçün bir çox dəlil göstərmək olar. Lakin biz məqalənin həcmini nəzərə alıb bunlardan sadəcə biri ilə kifayətlənirik. (Maraqlananlar yuxarıda qeyd edilən mənbəyə baxa bilərlər).

    Əgər hədisdən məqsəd, sadəcə olaraq fəqihlərə qəzavət haqqının verilməsi və münaqişələri həll etmək idisə, o zaman hədisdə "aleykum” (عليكم) ifadəsinin işlənməsi doğru olmazdı. Əksinə, daha doğrusu bu olardı ki, ya həmin ifadə ümumiyyətlə işlənməyəydi, ya da əvəzində "bəynəkum” (بينكم) sözləri işlənəydi. Buna görədir ki, görürük ki, Qurani-Kərimdə və digər yerlərdə qəzavət məsələsinə toxunulduqda ya sadəcə fel işlənir (ön qoşmasız), ya da "bəynəkum” və ya "bəynən-nas” kimi zərf mənalı ön qoşmalarla. Nə hökm sözünün önündə və nə də sonrasında "əleykum” sözü işlənməyib. Necə ki, "cəaltu fulanən aleykum cundiyyən” və ya "cəaltu fulanən aleykum cabiyən liz-zəkat” deyə bilməzsiniz, eləcə də "cəaltuhu aleykum qaziyən” və ya "cəaltuhu qaziyən aleykum” deyə bilməzsiniz. Seyyid Mürtəza Amuli bunun izahı olaraq deyir: ""Qəza əleyhi” sözünün mənası budur ki, "bir kəsin istəyinin əksinə hökm verdi və ya onun əleyhinə və ya ziddinə hökm çıxardı”. Eyni hal "cəaltuhu hakimən aleykum” cümləsinə də aiddir. Əgər hədisdəki "hökm” sözü "qəza” (qəzavət) mənasında olsa, onda "cəaltuhu hakimən aleykum”cümləsinin mənasıda eynilə "qəza əleyhi” cümləsinin mənası kimi olacaq. Mənası belə olacaq ki, "onu sizin xilafınıza hökm verən təyin etdim”. Yox, əgər hökm sözü hakimiyyət, hakim mənasında olsa, o zaman bu kəlmənin "alə” ön qoşması ilə işlənməsi doğru olacaq. Böyük şəxsiyyətlər də bu mənanın doğru olduğunu demişlər”. Bu barədə Şeyx Ənsarinin (r.ə), Şeyx Muhəmmədhəsən Nəcəfinin (Sahibi-Cəvahir) (r.ə) fikirlərinə müraciət edə bilərsiniz[18].

    3-Digər bir hədisi isə adına "husunul-İslam” deyə biləcəyimiz Üsui-Kafi kitabında gələn aşağıdakı hədisdir.

    İmam Musa ibn Cəfər (ə) buyurur:

    اذا مات المؤمن بكت عليه الملائكة و بقاع الارض التي كان يعبد الله عليها و أبواب السماء التي كان يصعد فيها بأعماله و ثلم في الاسلام ثلمة لايسدها شئ، لان المؤمنين الفقهاء حصون الاسلام كحصن سور المدينة لها

    "Bir mömin öldüyü zaman səmanın mələkləri ona ağlayar.. İslamda elə bir boşluq yaranar ki, heç bir şey onun yerini doldura bilməz. Çünki fəqih möminlər şəhəri əhatə edən qala divarlarına kimi İslamın qalasıdırlar”[19].

    Kafi kitabındakı eyni babda digər bir hədisdə isə belə gəlmişdir: "Bir fəqih mömin öldüyü zaman…”. Lakin bizim qeyd etdiyimiz hədisdə "fəqih” sözü işlənməmişdir. Bununla belə, cümlədəki "çünki fəqih möminlər…” ifadəsindən belə başa düşülür ki, "fəqih” sözü rəvayətin əvvəlində saqit olmuşdur. İmam Xomeyni (r.ə) bu hədis barədə belə deyir:

    "İmamın buyurduğu "çünki fəqih möminlər İslamın qalasıdırlar” sözü fəqihlər üçün bir təklif anlamına gəlir ki, onlar əqaidi, əhkamı, sistemləri (nizamları) ilə birgə İslamı hifz etsinlər. Bu ifadə İmam tərəfdən tərif və ya öymə mənasında işlənməyib. Və ya bizim aramızda məşhur olan -mənim sənə, sənin mənə "höccətül-İslam” deməyimiz kimi- iltifat mənasında işlənməmişdir.

    Əgər fəqih camaatdan və onların işləri ilə məşğul olmaqdan uzaqlaşıb evinin bir küncündə oturarsa, İslamın qanunlarını hifz etməz, yaymazsa, cəmiyyətin işlərinin islah olunub düzəlməsi üçün çalışmazsa və müsəlmanlara diqqət yetirməzsə, görəsən onu İslamın "qalası” və ya "çəpəri” saymaq olar?

    Əgər desəniz ki, biz İslamı mühafizə edirik, onda mən sizə belə bir sual verərəm:

    -Həddləri icra edirsiniz, İslamın cəza qanunlarını icra edirsiniz?

    -Xeyr.

    Siz burada İslam binasında bir çat əmələ gətirmiş oldunuz. Sizə vacib idi ki, onu tikəsiniz və ya əvvəl vaxtdan çat əmələ gəlməsinə mane olasınız.

    -Sərhəddləri, torpaqları müdafiə edirsiniz? İslam ərazisinin, torpaqlarının salamatlığı və istiqlalı üçün bir iş görürsünüz, onları hifz edirsiniz?

    -Xeyr. Biz Allaha dua edirik ki, özü bunları etsin.

    Burada da binanın başqa bir yer uçulmuş oldu.

    -Sizə əmr edildiyi kimi, Allahın varlıların mallarından fərz etmiş olduğu fəqir haqqlarını toplayıb onları sahiblərinə çatdırırsınız? ”

    -Xeyr! Bu bizim işimiz deyil. İnşəallah bu bizdən qeyrisinin əli ilə həyata keçər.

    Görəsən bu binadan nə qaldı? Bütün bina xarabalığa döndü. Sizin bu vəziyyətdəki halınız Şah Sultan Hüseynlə İsfahanın halına döndü.. Sizin nəyiniz İslamın "qalası”dır? İslamın hansı "qalası”-sınız siz? "Fəqihlər İslamın qalalarıdırlar” sözündən məqsəd budur ki, yəni onlar var gücləri ilə və bacardıqları qədər İslamı hifz etməklə mükəlləfdirlər. İslamın hifzi heç bir şərt, qeyd olmadan ən mühüm mütləq vacibatlardandır”[20]. Bunun üçün isə, heç şübhəsiz ki, fəqhin öz üzərinə düşən borcu yerinə yetirməsi və cəmiyyətə rəhbərlik etməsi gərəkdir. Əks halda İslamın –öz loru dilimizlə desək– hayı gedib vayı qalacaq. Necə ki, bu gün əhalisi müsəlman olan qeyri-İslami dövlətlərdə bunun açıqca şahidi oluruq.

    [1] Buhusun fi vilayətil-fəqih: səh.7

    [2] Müstədrəkul-Vəsail: 17/311, İhticac: 355, Əvailil-liali: 4/78, hədis 69 və s

    [3] Əcvibətul-İstiftaat: səh.19. (Azərbaycan dilinə tərcümə).

    [4] Əcvibətul-İstiftaat: səh.19-20. (Azərbaycan dilinə tərcümə).

    [5] Əcvibətul-İstiftaat: səh.22. (Azərbaycan dilinə tərcümə).

    [6] "Vilayəti-fəqihə bir baxış”, Ayətullah Misbah Yəzdi. səh.54.

    [7] Əcvibətul-İstiftaat: səh.21. (Azərbaycan dilinə tərcümə).

    [8] əl-Hukumətul-İslamiyyə: səh.50.

    [9] Ayətullah Misbah Yəzdi (d.z), "Vilayəti fəqihə bir baxış”, səh.55.

    [10] Həmin mənbə.

    [11] Həmin mənbə.

    [12] Ğürərul-Hikəm: c.1, səh.427, c.2, səh.784, Biharul-Ənvar: c.75, səh.359

    [13] Nəhcül-Bəlağə: xütbə 39, Biharul-Ənvar: c.72, səh.358, Ənsabul-Əşraf: c.2, səh.352, 377.

    [14] Uyunu-əxbarir-Riza (ə): c.2, səh.101, İləluş-şəraye: c.1, səh.253, Məkasib (Şeyx Ənsari): səh.153.

    [15] Bu növ hədislərin izahında mərhum İmam Rahilin (r.ə) fikirlərini qeyd edəcəyik.

    [16] Şeyx Səduq, "Kəmalud-din” (483), Şeyx Tusi, "Ğeybət” (176), Bihar, Əllamə Məclisi (53/180)

    [17] Müstədrəkul-Vəsail: 17/311, İhticac: 355, Əvailil-liali: 4/78, hədis 69

    [18] Bax: Məkasib: səh.154, Cəvahirul-Kəlam: c.40/səh18.

    [19] Kafi: 1/38, hədis 3.

    [20] "əl-Hukumətul-İslamiyyə”, Ruhullah Musəvi Xomeyni (r.ə), səh.65.

    Menbe:http://islamveheqiqet.wordpress.com/
    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (24.02.2014)
    Просмотров: 1063 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -