.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » MƏQALƏLƏR

    Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin!..
    Könül Quliyeva: "Psixoloqların gəldiyi qənaətə görə, adın insanın şəxsiyyətinə, formalaşmasına müəyyən təsiri var”

       �
        "Bəzən uşaqlara elə adlar qoyulur ki, bu adlar ya zalım, tarixdə pis iz qoymuş diktatorların adlarıdır, yaxud da heç bir mənası olmayan adlardır”

       �
        Beynəlxalq hüquq normalarında yer alan mövzulardan biri də uşaq haqlarıyla bağlıdır. Qanunvericiliyimizə görə, 18 yaşınadək vətəndaşlar uşaq sayılır və onların da böyüklər kimi bir sıra hüquqları var. Amma araşdırmalar göstərir ki, ölkəmizdə də uşaq hüquqları qanunla qorunsa belə bir çox hallarda pozulur və bu hal daha çox ailələrdə yaşanır. Əhalimizin böyük əksəriyyətinin islam əqidəli olduğunu nəzərə alaraq dinimizin uşaq hüquqlarına münasibətini öyrənmək üçün suallarımızı "Mənəvi Saflıq” jurnalının baş redaktoru, ilahiyyatçı Könül Quliyevaya ünvanladıq.�
        – Dünyəvi qanunvericilikdə uşaq hüquqları yer alır. Bəs islamın da uşaq hüquqlarını müdafiə etdiyini deyə bilərik?
        – Ümumilikdə islam dinində istər canlı, istərsə cansız bütün varlıqların haqları qorunur. Təbii ki, yaradılışın ən ali nümayəndəsi olan insanın haqlarına daha çox önəm verilir. Cəmiyyətin ən çox himayəyə, qayğıya möhtac hissəsi olan uşaqlar da bu məsələdə istisna deyil. Dinimizdə uşaqların aşağıdakı hüquqları var:
        a) Hər bir uşağın yaşama hüququ var. Müasir cəmiyyətdə təbliğ olunan bu hüquq 15 əsr öncə islam dinində öz əksini tapıb. Maraqlıdır ki, dinimizdə uşaq dünyaya gəlmədən öncə belə hələ ana bətnindəykən yaşamaq hüququ əldə edir. Hətta rəbbimiz dünyaya gəlməyən, ana bətnində olan uşaqları öldürməyi qadağan edir. Bəzən valideynlər kasıbçılığı, yoxsulluğu bəhanə gətirərək ana bətnində olan övladlarını qətlə yetirirlər. Allah bu əməli qətiyyətlə pisləyərək, yoxsulluq bəhanəsilə övladını hələ dünyaya gəlməmiş məhv edən valideynlər üçün "Qurani-Kərim”də buyurur: "Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!” (Surə 17, ayə 31).
        b) Gözəl ad qoyulması. Uşağa gözəl və mənalı ad vermək valideynin övlad qarşısındakı vəzifələrindəndir. Bu gün psixoloqların gəldiyi qənaətə görə, adın insanın şəxsiyyətinə, formalaşmasına müəyyən təsiri var. Maraqlıdır ki, bu fikir dinimizdə əsrlər öncə qeyd olunub və uşaq hüquqlarından birinə çevrilib. Sevgili peyğəmbərimizin həyatına nəzər saldıqda görürük ki, islamdan əvvəl ad verilmiş bəzi səhabələrin adları dəyişdirilərək daha anlamlı, gözəl adlarla əvəz edilib. Yeri gəlmişkən, bəzən uşaqlara elə adlar qoyulur ki, ya bu adlar zalım, tarixdə pis iz qoymuş diktatorların adlarıdır, yaxud Allah, Tanrı mənasını ifadə edən adlardır (məsələn, İlahə), yaxud da heç bir mənası olmayan adlardır. Dinimizə görə, valideynin övladına bu cür adlar verməsi doğru sayılmır.
        c) Hər bir uşağın halal ruzi haqqı var. Rəbbimiz hər bir insanın ruzisini verir. Uşaq dünyaya gəldiyi andan Allah anası vasitəsilə ona çox xeyirli və münasib bir qidanı – ana südünü yetirir. Sevgili peyğəmbərimizdən rəvayət olunan bir hədisdə buyurulur: "Körpə üçün ana südündən xeyirli bir qida yoxdur”. Sonrakı mərhələlərdə də dinimiz uşaqların qidalandırılması və zəruri ehtiyaclarının ödənilməsinin valideynin, xüsusilə atanın məsuliyyəti olduğunu bildirir. Bu məsələylə bağlı Həzrəti Məhəmməd (s.ə.s) belə buyurur: "Uşağın atası üzərində olan haqlarından biri də onu halal ruzi ilə qidalandırmasıdır”.
        ç) Tərbiyə hüququ. Övladlarımız Allahın ata-anaya hədiyyəsi və əmanətidirlər. Uşaqlar həm də bizim gələcəyimizdirlər. Onlara gözəl tərbiyə vermək, bir şəxsiyyət kimi yetişdirmək valideynin mühüm vəzifələrindəndir. Uşağı həyata hazırlamaq, ona gözəl əxlaq, elm öyrətmək ata-ananın övladına verdiyi ən gözəl sərvətdir. Bu, ata-ananın valideynlik vəzifəsi, övladın ata-ana üzərində olan bir haqqıdır. Sevgili peyğəmbərimiz buyurur: "Bir ata övladına yaxşı tərbiyədən daha gözəl bir sərvət qoymayıb”. İslam dini elm öyrənməyə çox önəm verir. Dinimizə görə, elm öyrənmək hər bir qadına və kişiyə vacibdir. Bu baxımdan uşaqlar da istisna deyil. Övladlarına elm öyrətmək, onu cəmiyyətə layiqli insan kimi yetişdirmək valideynin vəzifələrindəndir. Həzrət Əli (ə) uşaqların elm öyrənməsi, təlim-tərbiyəsi ilə bağlı buyurur: "Övladlarınızı onların zəmanəsinə uyğun tərbiyə edin”. Yəni burada valideynin üzərinə çox böyük məsuliyyət düşür. Valideyn nəinki öz zəmanəsinin elmlərindən xəbərdar olmalı, hətta gələcək barədə futuroloji proqnoz verməyi bacarmalıdır ki, övladlarını həmin dövrə uyğun şəkildə tərbiyə edə bilsin.
        – "Qurani-Kərim”də uşaqla bağlı hansı ayələr var?�
        – "Qurani-Kərim”də peyğəmbərlərin uşaqlıqları – İsa (ə), Musa (ə), Yəhya (ə), Həzrəti Məhəmməd (s.ə.s) və digər peyğəmbərlərin uşaqlıq dövrlərindən, yetimlərin haqlarından söhbət açan bir çox ayələr mövcuddur.
        – Bu gün cəmiyyətimizdə oğlan-qız ayrı-seçkiliyi salan ailələr var. İslamın belə bir yanaşmaya münasibəti necədir?�
        – Bilirik ki, islam dinindən öncə bütünlükdə dünyada qadına münasibət mənfi idi. Qədim Hindistanda əri dünyasını dəyişən qadın həyat yoldaşı ilə birlikdə basdırılırdı. Cahil ərəblər arasında qadın bir dəvə qədər hörmətə malik deyildi. Qız övladının olduğunu bildikdə bədəvi ərəblər çox utanar və qız uşaqlarını diri-diri torpağa basdıraraq öldürməkdən çəkinmirdilər. Rəbbimiz "Qurani-Kərim”də buyurur: "Onlardan birinə … (qız uşağı) ilə müjdə versən, qəzəbdən boğularaq üzləri qapqara qaralar”. (Surə 43, ayə 17). Təəssüflər olsun ki, bəzən XXI əsrin insanı XV əsr öncə yaşamış bədəvi ərəb kimi övladını öldürməyə razı olur. İslam dini hansı vasitəylə olur-olsun övladlarını öldürən valideynləri qınayır və dinimizə görə, xüsusi zəruri hallar olmadan abort günah sayılır. Bəli, bəzi insanlar forma etibarı ilə dəyişirlər, düşüncə mahiyyət etibarı ilə isə elə keçmişdəki cahil insanlardan fərqlənmirlər. Allah "Qurani-Kərim”də buyurur: "Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini yaradır, istədiyinə ancaq qız, istədiyinə də ancaq oğlan verir. Yaxud hər ikisindən – həm oğlan, həm də qız verir, istədiyini də sonsuz (övladsız) edir. O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!” (Surə 42, ayə 49-50).�
        – İslamda övladın qız-oğlan olmasının fərqi varmı?
        – Təbii ki, islam dininə görə, qız və ya oğlan övladı arasında ayrı-seçkilik salmaq, birini digərindən üstün tutmaq doğru deyil. Dinimizdə uşağın oğlan, yaxud qız olması deyil, əməlisaleh və həm ailə, həm də cəmiyyət üçün xeyirli övlad olması önəmlidir. Həzrəti Məhəmməd (s.ə.s) uşaqlar arasında ayrı-seçkilik salanlar barəsində buyurur: "Allahdan qorxun, uşaqlarınız arasında ədalətli davranın”. İmam Sadiq (ə) isə deyib: "Oğlanlar nemət, qızlar isə rəhmətdir (yaxşılıqdır). Allah nemətlərə görə sorğu-sual edər, yaxşılıqlara görə isə mükafat verər”. Bir çox hallarda milli mentalitetdən irəli gələrək valideynlər oğlan övladının olmasını istəyirlər ki, bu övlad vasitəsilə nəsil davam etdirilsin. Tarixdən məlum olduğu kimi, islam peyğəmbərinin oğlan övladı yox idi və cahil ərəblər onu təhqir edərək sonsuz adlandırırdılar. Lakin Allah "Quran”da "Kövsər” surəsini nazil etməklə cəmiyyətdəki bu kimi səhv düşüncənin qarşısını aldı.�
        – Araşdırmalara görə, uşaqların hüquqları daha çox ailədə pozulur. Bir çox hallarda uşaqlar valideynləri tərəfindən şiddətə məruz qalırlar. İslamın ailədə uşağa qarşı zorakılığa münasibəti necədir?�
        – İslam dini istər ailədə, istərsə də cəmiyyətdə olan hər cür zorakılığı pisləyir. Şübhəsiz ki, uşaqların tərbiyə olunmasında xoşrəftarlıq, mərhəmət, sevgi ən mühüm amildir. Bu cür yanaşma tərbiyədə düzgün şəkildə istifadə olunarsa, ailədə əsl şəxsiyyət yetişdirmək mümkündür. Allah rəsulu buyurur: "Övladlarınıza ehtiram göstərin və onların yanında öz əxlaq və rəftarınızı islah edin”. İslam peyğəmbərinin həyatına nəzər saldıqda onun uşaqlara mərhəmət və sevgi ilə yanaşdığının şahidi olarıq. Aləmlərə rəhmət olan peyğəmbərimiz yol ilə gedərkən hətta azyaşlı uşaqlarla belə salamlaşar, onların əhvalını xəbər alardı. Bir gün islamı yeni qəbul etmiş bir ərəb peyğəmbərin nəvələrini öpdüyünü görüb çox təəccüblənir: "Mənim on övladım var, amma bu vaxta kimi onlardan birini də öpməmişəm”. Peyğəmbər heyrətlə ona deyir: "Belə olar?! Bil ki, mərhəmət göstərməyənə rəhm olunmaz”.
        – Həzrəti Məhəmmədin övladlarına, nəvələrinə münasibəti necə olub?
        – Sevimli peyğəmbərimizin həyatına nəzər saldıqda qız övladlarının üzqarası sayıldığı vəhşi bir cəmiyyətdə öz qız övladını qucağına alaraq əzizlədiyinin, nəvaziş etdiyinin şahidi oluruq. Tarixdən məlumdur ki, peyğəmbər səfərə çıxarkən son vidalaşdığı, geri qayıdarkən ilk görüşdüyü şəxs qızı Fatimə olardı. Bəlkə də bəşəriyyət tarixində peyğəmbərimiz kimi qayğıkeş, mehriban və xoşrəftar baba görünməyib. Peyğəmbər balaca Həsənlə, Hüseyni qucağına alar, onlar yuxuya gedənə qədər gözləyər, nə qədər vacib işi olsa belə nəvələrini narahat etməyə razı olmazdı. Sevinsinlər deyə, kürəyinə alıb evdə dolandırar və "Nə gözəl miniyiniz var” deyə buyurardı. Hətta bir dəfə peyğəmbər minbərdə xütbə söyləyərkən balaca Hüseynin ağladığını eşidir, xütbəsini yarımçıq saxlayaraq minbərdən enir, Hüseyni qucağına alaraq xütbəni beləcə davam etdirir.�
        – Uşağın tərbiyəsində kim əsas rol oynayır?�
        – Dinimizin göstərişlərinə əsasən, uşaq tərbiyəsində həm ata, həm də ana iştirak etməlidir. Maraqlıdır ki, islam dini tərbiyəyə uşaq hələ ana bətnindəykən başlamağı tövsiyə edir. Müasir elmi araşdırmalar da XV əsr öncə islam dininin bu göstərişinin doğruluğunu təsdiqləyir. Çünki ananın hamiləlik zamanı keçirdiyi bütün hiss və həyəcanlar övladına ötürülür. Dinimizə görə, hətta hamiləlik zamanı ananın yediyi qidalar belə uşağın gələcək inkişafında iz buraxır. Odur ki, dini mənbələrdə hamilə qadının "Quran”, dualar oxuması, yaxşı insanlarla ünsiyyətdə olması, pis əməllərdən çəkinməsi tövsiyə olunur. Maraqlıdır ki, hətta bu dövrdə də atanın rolu nəzərə alınır və bir çox ibadətlər, dualar birgə yerinə yetirilir. Sonrakı mərhələlərdə də ata və ana övladlarının tərbiyəsində eyni qədər məsuliyyət daşıyır.�
        – Dinimizə görə, ailədə qərar verilərkən uşağın da fikirləri nəzərə alınmalıdırmı?�
        – Bəli, dinimizə görə, ailədə qərar verilərkən uşaqların da fikri nəzərə alınmalıdır. Bu, həm də uşağın şəxsiyyətinin inkişafı, formalaşması üçün də çox önəmlidir. Lakin təəssüflər olsun ki, milli mentalitetdən irəli gələrək Azərbaycanda uşaqların fikirləri çox zaman nəzərə alınmır və valideynlər öz hökmranlığından istifadə edərək hətta uşaqların fikirlərinə təzyiq göstərirlər.

    Категория: MƏQALƏLƏR | Добавил: moizeler (12.06.2011)
    Просмотров: 642 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -