İslam tarixində Muhərrəm ayının onuncu
günü Aşura günü kimi hüzünlə qeyd edilib.Ərəb dilində mənası 10 olan bu gündə müsəlmanlar dunyanın müxtəlif yerlərində Peyğəmbərin (s) övladı İmam Huseynə
(ə) əza saxlayırlar.Bunun səbəbi Hicrətin 61-ci ili Muhərrəm ayının 10-da Kərbəla adlı çöldə İmam Huseynin (ə),
ailəsinin və 72 –nəfərdən ibarət olan səhabələrinin qəddarcasina şəhadətə yetirilməsidir!
Bu cinayətləri Yezid ibni Muaviyənin əmri ilə Ömər ibni Sədin
başçılığı altında göndərilmiş
30000 nəfərdən ibarət olan ordu törətmişdir.Şəhidlərin başlarını kəsib,
bədənlərini doğrayıb atların ayaqları altına qoyublar. Hətta orada olan 6-aylıq
körpəyə belə rəhm etməyiblər! Bu hadisənin baş vermə səbəbi isə İmam Huseynin (ə) özünü xəlifə
elan edən Yezidə beyət etməməsi
idi. Yezid Allahın dinini tanımayan , dinin hökmlərini açıqcasına pozan şərabxor,
zinakar və öz xalqına zülm edən biri idi.
Əgər belə bir zalım xəlifə islam ümmətinə rəhbər olmağa davam etsə idi
İslam dini təhrif olub aradan gedəcəkdi. İslam dinini mühafizə etmək üçün, İmam Huseyn(ə) ölüm ilə təhdid edilməsinə
baxmayaraq Yezidə beyət etməyib və buyurub: «Məni
zəlillikilə (qul olmaqla) ölüm arasında ixtiyar sahibi ediblər. Amma zəlillik
bizdən çox uzaqdır...». «Mən babam
Peyğəmbərin dinini (Yezid kimi birindən) muhafizə edəcəyəm...» .
«Əgər
Yezid kimi birinə beyət olunarsa bu islam dininin sonu olacaq...».
İmam Hüseyn(ə)-ın bu zülmə etiraz etməsi Yezidin həqiqi simasını müsəlmanlara
aşkar edir.Çünki Yezid xəlifəlik məqamı üçün İslam Peyğəmbərinin övladlarını şəhid
edir, qadınlarını isə qul kimi öz hüzuruna gətirir.Bu şəhadət qəflət yuxusunda
olan müsəlmanları oyadır.Müsəlmanlar anlayırlar ki, belə bir zalım şəxs İslam xəlifəsi
ola bilməz.Bu səbəbdən bütün müsəlmanlar qiyam edərək Yezidin hakimiyyətini süquta uğradırlar. İmam Hüseyn(ə)-in qiyamı
insanlıq üçün bir məktəbə çevrilir. Bu məktəbin şüarı budur ki, zalım nə qədər
güclü olsada məzlumun(zülm olunanın) vicdanına(şəxsiyyətinə) hakim ola bilməz.
Öz şəxsiyyətlərini pula satmayan bütün insanlar zəmanələrinin Yezidlərinə qarşı
daima qiyamda olacaqlar!
İmam Hüseyn(ə) isə bu misli görünməz qiyamı ilə İnsanlıq üçün bir
ideyala çevrildi. Necə ki, İslam
Peyğəmbəri (s) Kərbəla hadisəsindən
çox-çox qabaqlar buyurmuşdur: «Həqiqətən, Huseynin qətlinə görə
mömünlərin qəlblərində bir hərarət var (olacaqdır) ki, bu hərarət Qiyamət gününə
qədər soyumayacaqdır». Elə buna görədə Tatarıstan respublikasının paytaxtı kazan şəhərində
yaşayan Azərbaycanlılar Muhərrəm ayının ilk 10 gününü Mərcanə məscidində əza
saxlayırlar. Aşura günündə İmam Hüseyn(ə) qanı ilə bəşəriyyətə diriliş(həyat) bəxş
etdiyi kimi, Azərbaycanlılar da 15 nömrəli şəhər xəstəxanasında xəstə insanlara
öz qanlarını hədiyyə etməklə həyat
verdilər.Biz bu faciəli gün münasibətilə
butun dünya müsəlmanlarına dərin hüzünlə baş sağlığı veririk . Qan vermə
aksiyasını təşkil etdiyi üçün, "Azərbaycan" Reqional İctimai TəşkilatıTatarstan Respublikası Azərbaycan
Milli-Mədəni Muxtariyyətin sədri Sübhan Əhədzadəyə təşəkkür edirik. Hörmətlə Höccətul-İslam vəl-Muslimin İsmayılov Şahsuvar . 2013-11-14 (H.q-1435 – Aşura günu)
|