20
Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını,
torpaq (Qarabağ) uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi
daşıyan mənfur planın tərkib hissəsi idi. ...1990-cı ilin 20 Yanvarından
ötən illəri bir qayda olaraq yalnız kədər, hüzn, matəm (bu əhvalı ifadə
edən sözlərin sırasını daha da uzatmaq olar) kimi qeyd etmişik,
şəhidlərimizin ruhunu ağı və sızıntı ilə anmışıq. Ümumxalq hüzn günü bu
əhval təbiidir. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan
xalqının tarixində, sadəcə, ağı və acı ilə xatırlanacaq gün deyil. 20
Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Unutmamalıyıq ki, həmin
gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin
oyanan günəşinin qırmızı şəfəqini simvolizə edirdi. Xalqımız həmin gün
üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragürahuna
qarşı sinəsini verməyi və deməli, özünün mənliyini və mətinliyini
nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş
etdirdi ki, Azərbaycan xalqı özgürlük mübarizəsinə qalxmaq, pozulmuş
hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə
sahibdir. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk
şəhidlik zirvəsi idi. Ötən illər ərzində "Qanlı Yanvar"ın tarixi,
mənəvi, siyasi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan
dövləti tərəfindən hüquqi qiymət verilib.
Lakin
təəssüf edilməlidir ki, biz indiyədək bu tarixi dünyaya yetərincə
tanıda bilməmişik. Dünya hələ də 1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə Azərbaycanda, onun paytaxtı Bakıda nələrin baş verdiyindən xeyli
dərəcədə səthi informasiyaya malikdir....Həmin
gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin
əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq
hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 mini
göstərir) yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın
hazırlayıb həyata keçirdiyi "Udar" adlı əməliyyatda əsas rolu xüsusi
təyinatlı "ALFA" və SSRİ DTK-nın "A" təxribat qrupları oynayırdı. Sovet
qoşunlarının təcavüzü nəticəsində Bakıda 184 mülki vətəndaş öldürülmüş,
600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin
nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. "Qara Yanvar"ın indiyədək
özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69
cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha
geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz
indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq
olduğu təsnifatı almayıb.
Bu hadisələrə emosiya, kədər, yaxud
mübarizlik səlnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də
soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin,
çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20
Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışmalıyıq. Artıq 18 il
keçib, biz bu istiqamətdə xeyli ləngimişik. Bu hadisələrin beynəlxalq
müstəvidə gərəkən tarixi, siyasi və hüquqi qiymət almamasının səbəbini
faicənin ilk günlərində axtarmaq lazımdır. Hadisədən dərhal sonra
Azərbaycanın o vaxtkı rəhbərliyi nəinki 20 Yanvarın gerçək miqyas və
mahiyyətini dünya birliyinin diqqətinə çatdırmadı, əksinə, yeritdiyi
səbatsız siyasətlə faktiki olaraq Sovet Ordusu birləşmələrinin hərbi
təcavüzünü retuş etmiş oldu. Verilən hər bəyanatda, atılan hər addımda
Moskvaya boylanma, Mərkəzin əhvalının göz önünə alınması aşkar idi.
Digər tərəfdən, 20 Yanvar Azərbaycanda lap əvvəldən siyasi "razborka"
predmeti olub, "Faciənin günahkarları kimdir?" sualına cavab daha çox
Azərbaycanın daxilində axtarılıb, nəinki gerçək ünvanlarda. Məhz 20
yanvara daxili-siyasi konyukturdan yanaşma dünyanın gözündə bu hadisənin
mahiyyətini kiçiltdi. Əksər ölkələr 20 Yanvarın Azərbaycandakı daxili
siyasi mübarizənin, hakimiyyət davasının nəticəsi kimi dəyərləndirdi.
Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən
1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq
hüquqi qiymət verdiyi halda, 1990-cı ilin Yanvar hadisələri Moskvanın
hanısısa ekstremist qüvvələri zərərsizləşdirmək və guya dinc əhalini
qırğınlardan, xaosdan qorumaq üçün atdığı məcburi addım kimi tanındı. O
vaxtkı Azərbaycan rəhbərliyinin bivec və qorxaq siyasəti üzündən 20
Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində (SSRİ-nin mövcud
olduğu dövrdə) də layiq olduğu hüquqi-siyasi təsnifatı almamışdı.
20
Yanvardan sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik
və siyasi təslimçilik nümayişi idi. O vaxt Azərbaycan xalqı adından
Bakıdan verilən yegənə etiraz bəyanatı Şeyxülislam Allahşükür Paşazadə
tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya
dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvar
faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və
M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Həmin günlər Azərbaycan xalqı
adından ən ciddi bəyanatı isə Moskvada yaşayan Heydər Əliyev verdi.
Bilavasitə imperiyanın mərkəzində, dünyanın onlarla KİV təmsilçisinin
qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu.
SSRİ-nin
digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı respublikalarda
baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində
müzakirə edilsə də, 20 Yanvar hadisələri şüurlu şəkildə təhrif edilərək
yanlış yozuma və unutqanlığa məhkum edilmişdi. Bircə faktı vurğulamaq
yetər ki, SSRİ prezidenti M.Qorbaçov Azərbaycanda həyata keçirilmiş
əməliyyata yalnız bir dəfə, 1991-ci ildə, 20 Yanvarın ildönümündə
Azərbaycan xalqına başsağlığı (?) verməklə münasibət bildirmişdi.
Heç
şübhəsiz ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları
sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə
törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza
tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi
Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin,
insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları
pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən
səthi təhqiqatlarda da təsdiqlənir. Onları bir araya gətirib dünyanın
diqqətinə çıxarmaqla, gec də olsa, beynəlxalq müstəvidə 20 Yanvar
barəsində gərəkən rəyin formalaşmasına nail olmalıyıq. 20 Yanvar
Azərbaycan xalqının tarixində təkcə qara çərçivədə anılası gün
olmamalıdır. Biz bu günün gerçək önəmini onun hüzn və şərəfi ilə birgə
yaşamalıyıq. Ən önəmlisi isə bu tarixi, 20 Yanvar faciəsinin Azərbaycan
xalqına qarşı məqsədli qırğın, soyqırımı kampaniyasının bir halqası
olduğunu dünyaya tanıtdırmağı bacarmalıyıq. Ona görə yox ki, dünya da
bizim hüznə şərik olub matəm tutsun. Ona görə ki, dünya Azərbaycanın və
azərbaycanlıların tarixini olduğu kimi dərk etsin. Bu aksiyanın
Azərbaycan üçün, onun beynəlxalq imici üçün heç də formal olmayan
əhəmiyyəti var...
Qanlı tarix İllər, əsrlər ötsə də, bu söz
dəyişməyəcək. Bu, həqiqətən də Azərbaycanın salnaməsinə yazılmış qanlı
tarixdir. "1990.20 Yanvar".Yığıncaqlar,
mitinqlər... Uzun illərin sovet imperiyası boyunduruğundan azad olmaq
istəyi... İnsanlarda sanki bir inam, stimul yaranmışdı...
Axşam
saat 9-dan sonra şəhərin küçələrində şütüyən maşınlardakı meqafonla
insanları - vətənini sevənləri XI Qızıl Ordu meydanına çağırırdılar.
Hamı axın-axın yalnız bir səmtə - Biləcəri yoluna tərəf axışırdı. Lakin
sadə insanların heç biri təsəvvürünə belə gətirə bilməzdi ki, "möhtəşəm"
sovet əsgəri - tankı, hərbi texnikası Bakı nefti ilə təmin olunan ordu
əliyalın xalqa silah tuşlayar, atəş açar...
Faciə törədildi, günahsız insanlar şəhid oldular...
Heç
zaman unudulmayacaq o gündən 18 il keçməsinə baxmayaraq, hərdən
düşünürəm: görəsən, insanlar belə bir dəhşətli faciənin törədiləcəyini
bilsəydilər, yenidən küçələrə axışardılarmı? Bunun cavabını elə o dövrdə
- şəhidlərin dəfni zamanı bütün qoyulan qadağalara baxmayaraq, Azadlıq
meydanından Dağüstü parka, indiki Şəhidlər xiyabanınadək uzanan insan
axını, qorxu, hürkü bilməyən izdiham vermişdi.
O gün gecənin
zülmətindən istifadə edən "şücaətli" rus əsgəri yurddaşlarımızın
əzəmətindən qorxub gizlənmişdi. O gün Moskvada matəm saxlayan Heydər
Əliyevin etiraz səsi bütün dünyaya yayıldı. O gün heç kəs başını aşağı
əymədi. Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə əyildik, nə sındıq.
O gün "Azadlıq!" sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına
əldə etdik... Elə bir gün olmur ki, Şəhidlər xiyabanı adamsız, yalqız
qalsın. Dövlət başçımızın görüşünə gələn xarici qonaqlar da buranı
ziyarət edir, şəhidlərin şərəfinə yandırılan əbədi məşəl qarşısında baş
əyirlər. Axı nə idi o qocaların, körpələrin günahı?!
İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!
Ruhunuz
şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı,
firavan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib.
Hər
birimiz Şəhidlər xiyabanına gedərkən içərimizdə xəfif titrəyiş hiss
edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur.
Başqa cür ola da bilməz!
Yox, bu gün ürəyimiz ağrısa da, biz
ağlamayacağıq! Hər bir şəhid - istər yaşlı, istər gənc, istərsə də körpə
- bizim hər birimizin vüqarıdır. Gəlin vüqarlı olaq!
"Şit” təşkilatı ekspertlərinin hesabatından:
-adamları
xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn,
Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə
vurulmuşdur;
-xəstəxanalar, "təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür;
-adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var;
-"Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.
Həlak
olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar,
şikəstlər də var idi. Qorbaçovun və ətrafındakıların "millətçi
ekstremistlər” adlandırdıqları bunlar idimi?Yanvarın
20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər
tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan
"Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində nə yazırdı: "Fövqəladə
vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar
və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter
daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan
məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı
qaldırmaqdır”...
Qorbaçovun
qısqanclığı və ermənilərin fitvası ilə 1987-ci ildə Sovet İttifaqının
rəhbərliyindən uzaqlaşdırılan, lakin bundan sonra da Moskvanın təqib və
təzyiqlərinə məruz qalan Heydər Əliyev Bakıda törədilən faciənin ertəsi
günü - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə
gəlib mətbuat konfransı keçirdi və kəskin bəyanatla çıxış edərək, sovet
rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü açıq şəkildə pislədi.
Ancaq təəssüf ki, Azərbaycanın o vaxtkı rəhbərləri tamamilə əks mövqe
tutmuşdular və hələ də gözləri Moskvada idi...
20
Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr
boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü
idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində
Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin
ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək
azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ
hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli
torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
1990-cı
ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının
iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin
müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq
səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə
başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20
Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların
müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi
rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam
siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq
şəkildə bəyan edildi...
Bakının
ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and
yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və
Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn
edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan
buranı ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından
keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad
edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə
əbədi yaşayacaqdır.
20 yanvar faciəsi və rabitəçilər çapdan çıxmış kitab belə adlanır
Qanlı
yanvar faciəsindən 18 il keçməsinə baxmayaraq xalqımız həmin günü
şəhidlərin ruhunu ehtiramla yad edir, xatirələrini əziz tutur. Kitab ön
sözdən, «Qan yaddaşı», «Leysandan əvvəl çaxan şimşək», «Tarix
unutqanlığı bağışlamır», «Şəhidlik zirvəsinə ucalan rabitəçilər»,
«Ağrılı- acılı xatirələr», «Qəm karvanı» və s. bölmələrdən ibarətdir.
20 yanvar - qan yaddaşımız!
Azərbaycan
xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20
Yanvar hadisələrindən on səkkiz il keçir. Keçmiş sovet dövlətinin hərb
maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi
terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi
bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin
ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan
tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə
yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində
onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sovet
Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili
qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə
müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana,
Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı
Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da
təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da
təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki
münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə,
Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar
və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi
hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil
edilmişdi.
Bakıya
yeridilmiş qoşun kontingentinə, - bəzi məlumata görə, onun sayı 60 min
nəfərə çatırdı, - "doyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm
psixoloji hazırlıq keçmişdilər ("Şit” təşkilatı müstəqil hərbi
ekspertlərinin hesabatından): sizi Bakıya rusları müdafiə etmək üçün
gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər
Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi)
ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu
ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq
Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot
atəşinə tutacaqlar.
Mixail
Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və
erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları,
hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər”
tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq
üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki
sovet rəhbərliyinin "dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə,
Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox
idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri,
Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi
hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun
komandanlığı da Bakıda yerləşirdi.
Bütün
bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ
Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci
maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə
vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın
"Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının
enerji blokunu partlatdı, respublikada televiziya verilişləri
dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən
xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı.
Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9
nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında
məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika
radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə
çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli
emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət
elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar
Nobel sülh mükafatı (?!) almış Mixail Qorbaçov başda olmaqla sovet
imperiyası rəhbərliyinin rəzil siması bu idi...
Tanklar,
zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi
əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki
küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə
güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn "təcili yardım”
maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində
137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs
edildi.
Faciəmizin üstündən 21 il ötdü
Artıq
21-ci qışdır ki, Azərbaycan xalqı bu hadisəni dərin hüzn içərisində
qarşılayır, müstəqilliyimiz yolunda canlarını fəda etmiş insanların
xatirəsini böyük hörmətlə yad edirlər.
Yəni
Azərbaycanın qan yaddaşında "20 yanvar" faciəsi silinməz iz buraxmış
faciələrdəndir və neçə illərdir ki, məlum hadisənin baş verməsi
ətrafında gedən müxtəlif söhbətlər, yürüdülən fikirlər həmişə diqqət
mərkəzində olub. Bəli, o vaxt azadlığını tələb edən xalqımız imperiya
boyunduruğundan qurtulmaq üçün başdan-ayağa silahlanmış məkrli bir
ordunun üzərinə yeriyib öz haqqını tələb edirdi. İmperiya isə xalqın bu
tələbini beşiyində boğmaqdan ötrü bütün iyrənc üsullara əl atdı. Təəssüf
ki, bu məsələdə özümüzdən olan bəzi naqis, nankor adamlar da onlara öz
yardımlarını əsirgəmədilər. Elə hadisənin kütləvi insan qırğını ilə
nəticələnməsinin səbəblərindən biri də budur. Düzdür, çox vaxt azadlığa
nail olmaq qansız, qurbansız ötüşmür. Lakin heç olmasa daxili
xəyanətkarlıqlar olmasaydı, bəlkə də bu qədər itkilərə məruz qalmazdıq.
Gəlin,
öncə faciənin başlıca səbəbkarlarını, günahkarlarını nəzərdən keçirək.
Təbii ki, burada əsas təqsirkarlar sırasında keçmiş SSRİ rəhbərliyində
təmsil olunan adamlar idi. Başda Qorbaçov, Primakov, Yazov, Rıjkov və s.
olmaqla imperiyanın məlum səlahiyyətliləri sözügedən cinayətə imza
atanlardır. Onların cinayətinə şərik çıxaraq dəstək verənlər arasında
isə Azərbaycanın o vaxtkı birinci katibi Əbdürrəhman Vəzirov və onun
əsabələri də vardı. Beləliklə, bütün bu canilər əlbir, dilbir olub qanlı
olayın cərəyan olunmasına göstəriş verdilər. Vəzirov hansı qələti
etdiyini və xalqın qəzəbinə tuş gələcəyini yaxşı anladığından, canını
götürüb qatil həmkarlarının yanına - Moskvaya qaçdı.
Bunun
özü onun faciənin törənməsində nə dərəcədə günahkar olmasına başlıca
faktorlardan biri idi. Baxmayaraq, onun tərəfdarları həmişə çalışıb ki,
Vəzirovu təmizə çıxarsınlar. Lakin baş cinayətkar Qorbaçov
müsahibələrinin birində bildirmişdi ki, əgər Azərbaycan rəhbərliyindən
çağırış olmasaydı, onlar Bakıya qoşun yeritmək xəyalına düşməzdilər...
Yəni istər vəzirovlar, istər qorbaçovlar olsun, hamısı özünü quruya
çıxarmaqdan ötrü dəfələrlə cəhdlər göstərmiş, günahları bir-birinin
üstünə atmışlar. Ancaq nədənsə heç kim 1990-cı ildə SSRİ Nazirlər
Kabinetinin sədri olmuş bir kəsin - Rıjkovun 1995-ci ildə verdiyi
açıqlamasının mahiyyətinə o qədər də varmaq istəməyib. Qeyd edək ki, bu
adam (Rıjkov) həmin il verdiyi açıqlamasında Azərbaycanın sabiq rəhbəri
Vəzirovla razılaşma əsasında Bakıya qoşun yeritmələrinin və orduya
"xüsusi göstəriş" verildiyini bariz şəkildə bildirib. Onun əcaib
məntiqinə görə, başqa çıxış yolu görmədiklərindən belə bir addım atmağı
qət ediblərmiş... Bu, sabiq imperiyanın aparıcı kəslərindən olan
Rıjkovun dediyi. İndi Qorbaçov, Primakov, Yazov, Vəzirov və ilaxırlar nə
qədər çalışsalar ki, özlərini təmizə çıxarsınlar, inandırıcı olacaqmı?
Əsla yox! Çünki əlahəzrət faktdan heç kim qaça bilməz. Yaxşı olardı, hər
kəsdə etiraf etmək mədəniyyəti olaydı. Ancaq cinayətkarlardan
mədəniyyət gözləməyin özü bir sadəlövhlükdür. Sadəcə olaraq, cinayətkara
öz yerini göstərməyə səy etmək gərəkdir.
Bunlar
bəlli... O dönəmdə özlərini "azadlıq mücahidləri" kimi tanıdan
şəxslərin də faciənin kütləvi qan-qada ilə müşayiət olunmasında rolu az
olmayıb. İmperiya ordusunun hansı xislətdə olduğunu gizlətməklə onlar
əliyalın insanları top-tüfəngin, tankların qabağına sürüklədilər. Bəlkə
həqiqət gizlədilməsəydi, xalq mübarizənin başqa yolunu arayar, müdafiəni
təşkil edər, yaxud hansısa vasitələrlə adekvat cavab verməyə çalışardı.
Onlar isə insanları aldatdılar, obyektiv gerçəkliyin nədən ibarət
olduğunu dandılar. Və son anda aradan çıxdılar. Həmin gecə (19-dan 20-nə
keçən gecə - Ə.) kiminin sədası yeyib-içmək məclisindən, kiminki də
arvadının yanından gəldi... Sonra sözügedən siyasi dələduzlar
arsız-arsız hər şeydən xəbərsiz olduqlarını, heç kimə göstəriş
vermədiklərini, kimsəni harasa səsləmədiklərini bildirdilər. Adamı
yandıran odur ki, belələrinin bir parası bu gün də xalqın başında "qoz
sındırmaq" niyyətindən əl götürmür. Ambisiyalarından, avantüralarından
kənarlaşmaq barədə fikirləşmək belə istəmirlər. Ancaq "el gözü
tərəzidir" deyiblər. Artıq bu tip siyasi macəraçılara heç kim taleyini
etibar etməyəcək, nə də ki, onlara meydan verməyəcəklər. Siyavuş
Novruzov demişkən; xalq bu cür siyasətçiləri çoxdan öz qəlbində dəfn
edib, onlar artıq siyasi ölüdürlər.
Lakin
Azərbaycanın ləyaqətli övladları faciəni törədənləri hər zaman
lənətləmiş, cinayətkarların cəzalandırılması istiqamətində yorulmadan iş
aparıblar. Belə şəxsiyyətlərdən biri və birincisi ümummilli liderimiz,
eks-prezident Heydər Əliyev olub. H.Əliyev hələ Moskvada yaşayarkən,
həyatını böyük təhlükə altında qoyaraq, hadisənin səbəbkarlarına kəskin
etirazını bildirmiş, onlara cinayət işi qaldırılması tələbini irəli
sürmüşdü. Həmçinin imperiyanın başında duranların əleyhinə Rusiyanın
paytaxtında möhtəşəm mitinq təşkil etməklə Azərbaycan xalqının haqq
səsini bütün dünyaya çatdırmağa nail olmuşdu. H.Əliyev Azərbaycanda
siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra da yanvar faciəsini
törədənlərin ədalət məhkəməsi qarşısında cavab verməsi üçün əlindən
gələni etmiş, hadisənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması və
hüquqi qiymət almasından ötrü vacib olan bütün prosedurların yerinə
yetirilməsinə çalışıb. İndi, sadəcə azadlıq qatillərini məsuliyyətə cəlb
etmək üçün müntəzəm şəkildə beynəlxalq məhkəmələr qarşısında iddialarla
çıxış etmək lazımdır. Bununla 20 yanvar şəhidlərinin həm ruhunu şad
edər, həm də borclarını qaytarmış olarıq. Və inanırıq ki, heç bir
cinayət cəzasız qalmayacaq. Qatil qorbaçovlar, vəzirovlar tarixin haqq
divanı önündə cavab verəcəklər. Allah şəhidlərimizə rəhmət,
düşmənlərimizə lənət etsin!
Şəhidlər və Milli Qəhrəmanlar qarşısında baş əyirik...!
1990-cı
ilin Yanvar ayının "Qanlı Şənbə” axşamı. Bu gündə illərdən bəri azad
yaşamağa susayan xalqımızın mərd oğul və qızları azadlıq uğrunda ilk
qəti addımlarını atdılar. Yəni bizim bu günümüz üçün üz canlarını fəda
etdilər.
1990-cı
ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə millətimizin qorxmaz
övladları Sovet İmperiyasının qoşunlarının Bakıya daxil olmasının
qarşısını almaq üçün silahsız, əliyalın sovet tankların qarşısına
çıxdılar. Qarbaçov SSRİ-nin "inkişafı” üçün "Perestroykaya” başlayandan
sonra 70 ildən bəri millətimizin daxildən gələn azadlıq hissləri yenidən
yavaş-yavaş qabarmağa başladı. Baxmayaraq ki, 1930-cu illərdə
Azərbaycan xalqının "qaymağı” olan ziyalılarımızın demək olar ki, hamısı
ermənilərin əli ilə ya sürgün olundu, ya da güllələndi, lakin bu cür
Soyqrımda əsrlərdən bəri canımıza, qanımıza işləmiş azadlıq və millət
sevərlik hissini ürəyimizdən silə bilmədi.
Rəsmi
məlumatlara gürə həmin şənbə gecəsində Bakıya 35 minlik Sovet ordusu
daxil olub. Qorbaçovun əmri ilə SSRİ –nin müdafiə naziri D.Yazov
başçılığı ilə "UDAR” adlı bu əməliyyatda xüsusi təyinatlı "ALFA” və SSRİ
DTK-sının "A” təxribat qrupundan istifadə edilmişdir. Həmçinin bu
əməliyyatda Stavropol və Krasnodar vilayətindən olan hərbçilərdən (bu
viləyətlətdə çoxlu erməni yaşayır) və Əfqanıstan müharibəsinin təcrübəli
hərbçilərindən də istifadə edilmişdir.
Bu
Qanlı gecədə Sovet qoşunları hez bir gunahı olmayan və sadəcə olaraq
azad yaşamaq istəyən silahsız bir millətə qarşı müxtəlif cür
silahlardan, beynəlxalq səviyyədə qadağan olunmuş Kalaşnikov Avtomatı
üçün nəzərdə tutulan 5.45 tipli güllələrdən və digər qadağan olunmuş
kimyəvi vasitələrdən istifadə etmişlər. Rəsmi mənbələrə gürə 1990-cı
ilin yanvar ayının 19-dan 20-sinə keçən gecə Azərbaycancan xalqı 131
nəfər mərd övladını itirdi. Vətənin gələcəyi uğrunda həmin gecə bu vəhşi
ordunun qarşısına çıxan qəhrəman insanlarımızdan 744 nəfəri yaralandı, 4
nəfəri isə itkin düşdü. 400 nəfərdən çox ər igidlərimiz həbs olundu.
20
yanvar gecəsi baş verən faciə, millətimizin tarixinə azadlıq uğrunda
ümummilli savaş kimi daxil oldu. Məhz bu gecədə Azərbaycan xalqı bir
daha dünyaya məncə ən əsası öz-özünə sübut etdi ki, biz ulu bir xalqıq
və istəsək öz silahsız, lakin bir yumruq şəklində birləşən əliyalın
əllərimizlə SSRİ kimi bir nəhəngi diz çökdürə, hətta darmadağın edə
bilərik.(İndi siz özünüz fikirləşin ki, biz bir yumruq kimi birləşmiş
silahlı əllərimizlə nələr edə bilərik...)
На Русском:
В Азербайджане в четверг отмечается двадцать первая годовщина трагедии 20 Января.
Введение
20 января 1990 года, в день, вошедший в историю борьбы за свободу и
территориальную целостность Азербайджана как страница героизма, боевых
частей советской армии, направленных против широких народных масс,
вышедших на улицы и площади Баку, чтобы выразить протест агрессивным
действиям Армении, которая выдвигала территориальные претензии к нашей
стране, против оказываемого ей со стороны руководства бывшего СССР
покровительства, привело к невиданной трагедии в Азербайджане.
В
те трагические дни доблестные сыны и дочери Родины, для которых
свобода, честь и достоинство страны и народа были превыше всего,
пожертвовали собственными жизнями и возвысились до вершины шехидства.
Приведшая
к большим потерям и истреблению безвинных людей трагедия 20 Января
продемонстрировала боевитость, непреклонность и гордость нашего народа,
который, не стерпев предательской по отношению к Азербайджану политики
руководства преступной империи во главе с Горбачевым, стремился к
свободе и независимости. Именно в результате этого мы обрели
независимость, о которой мечтали многие годы, и наша страна добилась
суверенитета.
Несмотря
на то, что после тех кровавых событий прошло много лет, азербайджанский
народ навсегда запомнил ту страшную ночь и выражает свое глубокое
презрение учинившим эту трагедию. Республика ежегодно широко отмечает
День трагедии 20 Января, которая увековечена в кровной памяти
азербайджанского народа, как День всенародной скорби.
Bir daha 20 Yanvar şəhidlərinin önündə baş əyirik,onların ailələrinə başsağlığı veririk..Allah rəhmət eləsin !!
http://islamaz.com
|