Ağdam
— Azərbaycanın hazırda inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla
ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan rayonu. İşğala
görə Ağdamın yalnız 10 kəndi Azərbaycanın nəzarəti altındadır.
Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.
Sərhəd rayonlar
Tərtər, Bərdə, Ağcabədi, Xocavənd, Xocalı, Kəlbəcər
Tarixi
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.
Ağdam
rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın
mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz
ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın
qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə
qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən
başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki,
Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir.
Tanınmış arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı
arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon
ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə.
IV-VI minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim
əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.
Alim rayonun
digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə
deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta
Tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq,
metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar
edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki,
yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə
malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar
nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd
edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və
Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olmuşdur. XX əsrin
80-cı illərinin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında son
Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir) möhtəşəm
kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən
e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın
qəbri olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda
ibtidai-icma quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin
yaranmasına ən yaxşı əyani sübutdur.
Sonralar Azərbaycanda gedən
tarixi proseslər nəticəsində ilk dövlət qurumları formalaşmağa başlayıb.
Belə dövlətlərdən biri də Şimali Azərbaycanda yaranmış Albaniya quldar
dövləti idi. Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində
26 tayfa var idi ki, bunlardan biri yüksək mədəniyyətə malik olan
Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca məskunlaşmışdılar. Bu
isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda
mühüm rol oynadığını bir daha əyani sübut edir.
Qarabağ müharibəsi dövründə
Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur.
Mövcud
dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan
Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi
ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam
rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar
Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.
1988-ci ilin
son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra
Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə
amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı
məhz Ağdam rayonuna pənah gətirdi.
1992-ci ildə Dağlıq Qarabağı
bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla
kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi.
Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə
Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində
xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq,
Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla
istifadə etdilər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu
hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa
çatdı.
Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri
iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər
və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində
bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı
İbad Hüseynov tərəfindən öldürüldü. Bundan sonra 1994-cü il mayın 12-dək
davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7
km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Qarabag
uğrunda gedən döyüşlərdə 6.000-dən çox agdamlı şəhid olub.2010-cu ilin
noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək
məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar. Onların verdiyi
məlumata görə Ağdamın hazırda işğal edilmiş ərazilərində 360 nəfər daimi
məskunlaşıb.
Coğrafiyası
Dəniz
səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir.
İqlimi əsasən mülayim isti, quraq subtropikdir. Dağətəyi yerləyrdə
yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə
düşür. İllik yağıntı 300-550 mm-dir.
Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.
Ağdam
rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas
zonasında yerləşir. Rayonun sahəsi 1094 kvadratklometr, əhalisi 165 min
nəfərdir (1998-ci il). Coğrafi mövqeyi yaşayış vətəsərrüfat üçün çox
əlverişli şərait yaradır. Rayon əsasən, Qarabağ düzünün dağətəyi
hissəsində yerləşir. Burada düzənlik 40 kvadratkilometr (Ağdam şəhərinin
yuxarısında), 20 kv.kl.m. (Güllücə- Qızıl Kəngərli sahəsində), 13
kv.kl.m. (Ağdam şəhərindən aşağıda) və 10 kv.kl.m. (Qaradağlı -Çəmənli
kəndləri sahəsində) meylliliyə malik olub, 450-500 m mütləq yüksəkliyə
qədər qalxır. Dağlarla düzənlik arasında relyefdə yaxşı təzahür edən
dərin tektonik yarıq keçir.
Bu relyef kəskin keçid əlamətləri
yaradır. Şimal-Şərq istiqamətində qarabağ düzənliyinin yüksəkliyi
tədricən azalır və Ağdam rayonunun Tərtər, Bərdə, Ağcəbədi rayonları ilə
sərhəddində 120-130 m qədər alçalır. Meyilliyin az olması ilə əlaqədar
düzənliyin cəthi çox zəif parçalanmışdır. Erroziya kəsimi yalnız Qarqar,
Xaçın, çayları və onların tərk edilmiş qollarının yataqlarında artır
və6-7 metrə, 10-15 metrə çatır. Relyefin bu xüsusiyyəti bütün ərazini
əkinçilik üçün yararlı olmasını təmin edir, suvarma işlərini və kənd
təsərrüfatı maşınlarının istifadəsini asanlaşdırır, torpaqları erroziya
proseslərindən qoruyur, onların münbütlüyün və məhsuldarlığın artırır.
Səthin
və torpaqların yuyulması başlıca olaraq suvarma ilə əlaqədar olub, çox
cüzidir. Rayon ərazisi Qarqar, Xaçın, Qabartı, Paprəvənd (Gülyataq),
Gülablı çaylarının dərəsi boyunca 15-16 km. Qarabağ silsiləsinin
Şimal-Şərq ətəklərinə qədər uzanır.Bu yerlərdə mütləq yüksəklik 600-700
metrə çatır. Maksimum hündürlük 1365 (Kolanı) metrdir. Rayonun bu
hissəsi, xüsusiilə, Xaçın çayının aşağılarında, Dərbənd çökəkliyində çox
genişlənir. Dağların Ağdam rayonu ərazisinə düşən hissəsində bir sıra
silsilə, tirə və təpələr yerləşmişdir.
Bunlardan ən əsası
Ağdərə ilə Tərnöyüt kəndləri arasında meridiana yaxın istiqamətdə 20
km. Məsafədə uzanan Şahbulaq cilsiləsidir. Silsilə təbaşir dövrünün
əhəng daşlarından təşkil olunmuş və kəskin simmetrik quruluşa
malikdir.Onun Cənub-Qərb yamacları dik və sıldırım, bəzi yerlərdə
keçilməzdir. Şimal-Şərq yamacları uzun və nisbətən mailidir.Silsilənin
su ayrıcı vaxtı ilə depudasiya prosesləri ilə hamarlanmış və sonradan
tektonik hərəkətlərlə müasir yüksəkliyinə qaldırılmışdır. Səthi
genişdir, qədim torpaq təbəqələri saxlayan qalın (15-20 m-rə qədər)
karbonatla gillicə çöküntülərlə örtülmüşdür.
Relyefin belə olması
burda zəngin biçənək və otların yayılmasına səbəb olmuşdur. Silsilənin
ən yüksək yeri (820 m.) onun Şimal hissəsinə müvafik gəlir və Cənub-Şərq
istiqamətində 500m. Qədər alçalır. Silsiləni Xaçın, Qabartı, Gülyataq
çaylarının dərələri kəsib keçir.Dərələrin dərinliyi çayların axım
əmsalına müvafiq olaraq 100-180 m. Arasında dəyişir və maksimum
dərinliyə(180 m.) Xaçın çayında çatır.Şahbulaq silsiləsi Cənub-Şərqdə
Ağdam şəhəri yaxınlığıda kəskin görünür və Çullu, Qiyaslı, Xıdırlı,
kəndləri yaxınlığında nisbi yüksəkliyi 10-15 metrə çatan qayalı təpələr
yaradır. Silsiləni təşkil edən əhəng daşları çox keyfiyətlidir, tikinti
materialı və sement istehsalında xammal kimi istifadəedilir.
Ağdam-Ağdərə
şose yolu silsilənin Şimal-Şərq dabanı boyunca uzanır. Yolun ustündə
karxanalar yerləşir.Şahbulaq silsiləsinin uçub dağılmış hissəsindən
Cənub-Qərbədə inturiziv(maqmatik) kütlənin yaratdığı yüksəklik 913
metrdir, yamacları çox meyilli və kəskin parçalanmışdır.Dağın faydalı
qazıntı(mis, polumetal)saxlaması ehtimal olunur. O, Ağdərə rayonunda
yerləşən və mis, polmetal yataqları olan Mehmanə, Qazançı dağları ilə
eyni zonada yerləşmişdir. Yeddixirman dağı ilə Şahbulaq silsiləsinin
Çobandağ zirvəsi arasında Bozdağ yerləşmişdir. Onunda əsasını inturuziv
kütlə təşkil edir və xeyli hissəsində aşınma qabığı ilə
örtülmüşdür.Ağdam şəhərindən bir qədər Cənub-Qərbdə Qarqar çayı
dərəsində Şahbulaq dağının geoloji əsası qövsvari əyilir, gömülür və
parçalanır.
Alçaq dağlılığının və dağətəyinin burda əmələ
gətirdiyi qövsün qabarıq hissəsi Cənub-Qərbə, Xankəndi çökəkliyinə doğru
yönəlmiş, xeyli alçalmış və Əsgəran keçidini (darvazasını) əmələ
gətirmişdir. Relyefin belə quruluşu Qarabağ düzü arasında hava, rütübət
və istilik mübadiləsini xeyli asanlaşdırır. Qarqar çayının sağ sahilində
yerləşən Mantar (580 m.) dağı və Şelli, Qasımlı, Şıxbabalı kəndlərinin
bağlarında müşahidə edilən və təbaşir əhəng daşından təşkil oıunmuşnisbi
yüksəkliyi 5-15 m. Arasında dəyişən təpələr Şahbulaq silsiləsinin
geoloji davamında yerləşmişdir.
Bu təpələr sırası Mərzili
kəndindən Cənubda yerləşən Qızılqaya tirəsi istiqamətinə yönəlmişdir.
Mərzilidən Cənub-Şərqdə Ağdam Xocavənd yolu üstündə tabaşirin
mergellərindən təşkil olunmuş və mütləq yüksəkliyi 416 m.-ə çatan
Pirəbulaq tirəsi uzanır.Bu tirədən Şimalda mütləq hündürlüyü 100-150 m.
Arasında dəyişən Ergi maili düzü yerləşmişdir. Düzənliyin səthi
müvəqqəti axarlı dərələrin prolyuvi çöküntülərilə örtülmüş və yarğan,
qobu şəbəkəsi ilə zəif parçalanmışdır. Düzənlik qış otlaqları kimi
istifadə olunur. Yetmişinci illərdən başlayaraq bura su çıxarılması ilə
əlaqədar əkinçilik, xüsusilə, yem bitkiçiliyi inkişaf etdirilir. Cənub
istiqamətində yatağını dəyişən Qarqar çayı vastəsilə yuyulmağa məruz
qalmışdır. Yuyulma nəticəsində çay yatağının sağ yaxasında 3-5 m.
hündürlükdə ərazi kəsimi yaranmışdır.
Ağdam rayonu ərazisində
Qarqar, Xaçın, Qabartı, Gülyataq çayları düzənliyə çıxan yerdə
gətirdikləri çığıldaşlı-gillicəli-alluviy və prolyuviy çöküntülərini
çökdürərək öz gətirmə konuslarını yaradır. Qarqar çayı zirvəsi Ağdam
şəhəri yaxınlığında yerləşən və sahəsi 50kv. m. çatan gətirmə konusunu
yaradır. Gətirmə konusu Qaradağlı, Mahrızlı və Zəngişalı kəndləri
yaxınlığında 240-260 m. mütləq yüksəklikdə relyefdə yaxşı müşahidə
edilən pillə ilə qurtarır. Zəngin yeraltı su ehtiyatı olan gətirmə
konusundakı kəhriz lər bu pillədə səthə çıxardılır.
Bu
pillədə Şimal-Şərqdə marfaloji cəhətdən relyefdə zəif təşəkkül tapan
ikinci gətirmə konusu yerləşir və Quzanlı, Kələbədi kəndləri
yaxınlığında Qarabağ kanalına çatar-çatmaz alçaq pillə ilə qurtarır.
Birinci gətirmə konusu formalaşarkən Qarqar çayı bir neçə qol axmışdı.
Onların izləri Ağdam və Ağcəbədi rayon ərazisində indidə müşahidə edilir
(Narrı dərə, Qobu, Sarcalı, Hüsülü, Kəhrizli). Dağətəyi, düzənlik və
gətirmə konusu qalxdıqca Qarqar çayının axını indiki yatağında
cəmləşmişdir.
Çayın yatağının bu istiqamətdə yerini dəyişməsi
Qarqar çay dərininə tektonikyarığı ilə mürəkkəbləşən Hindarx basdırılmış
köndələn sinkilinalının əyilməsi ilə əlaqədar olmuşdur. Gətirmə konusu
səthində Qarqar çayı və onun qollarının dərinliyi 10-15 m. və 6-7 m.
arasında dəyişən erroziya kəsimləri əmələ gətirmişdir. İkinci gətirmə
konusu ərazisində onların dərinliyi 1-3 m.-ə qədər azalır. Xaçın çayı da
Ağdam rayonu ərazisində gətirmə konusları yaradır. Birinci konusun
zirvəsi Qızıl Kəngərli ətəkləri ilə Baş Qərvənd kəndləri yaxınlığında
yerləşmişdir. Sahəsi 30 kv.m. qədərdir.
Xaçın çayının müasir
yatağı gətirmə konusu ərazisində 10-15 m. aşağılarda isə 5-6 m. və 2-3
m. dərinlikdəerrozion kəsimlər əmələ gətirmişdir. İkinci gətirmə konusu
ərazisində onların dərinliyi 1-3 m. qədər azalır. Çay özünün qədim
gətirmə konusunu formalaşdırdıqdan sonra Mirəşelli, Xındırıstan və
Çəmənli kəndləri istiqamətində Cənub-Şərqə axmış, özünün və qarqar
çayının gətirmə konuslarını yuyaraq errozion pillə yaratmışdır. Daha
sonra Xaçın çayı Baş Qərvənd gömülmüş antiklinalının qalxmasının
fəallaşması ilə əlaqədar olaraq Şimal-Qərb istiqamətində meyl edərək
özünə yeni yataq yaratmışdır. Baş Qərvənd kəndi ilə Sultanbud kurqanı
arasındaçayın yatağı çox genişlənir və burda gərgin akkumulyasiya gedir.
Yataq
çaqıldaşların, qumun, gillicənin yığılması nəticəsində çox dayazlaşır
və daşqın zamanı Hüseyinli, Soğanverdilər kəndləri yaxınlığında daşqın
sularının bir hissəsi yataqdan çıxaraq Şimal istiqamətində axır və özünə
yataq əmələ gətirir. Sultanbuddan aşağıda çay 3-5 m.-ə qədər dərininə
kəsilir və cavan alçaq tepras pilləri yaradır. Xaçın çayının ən qədim
gətirmə konusu Şimal-Qərbdə Qabartı, Paprəvənd və başqa çayların gətirmə
konusları ilə birləşərək Şahbulaq silsiləsinin Şimal-Şərq ətəklərində
vahid dalğavari prolyuvial düzənlik törədir.
Bu çayların gətirmə
konusları 240 m. mütləq hündürlüyündə qurtarır və burda Nəmirli,
Seysulan, Qaynax, Azadqaraqoyunlu, Qapanlı kəndləri yaxınlığında
düzənlik təşkil edən, Xaçın və Tərtər çaylarının gətirmə konusları
arasında yerləşən çox az meyilli, bəzi yerlərdə bataqlaşmış, səthi
parçalanmamış konusarası çökəklik təşkil edir. Bu sahədə Qabartı,
Gülyataq çaylarının yataqları yoxdur(axımın çox müvəqqəti olması ilə
əlaqədar). Ona görədə çayların hövzələrində uzun müddətli leysan
yağışları olarkən böyük daşqınlar olur və bütün düzənlikləri basaraq
böyük təlafat verir. Belə daşqınlar 1963-cü ildə müşahidə edilmiş və
düzənlikdə bütün torpaqları, tarlaları yuyub aparmışdır. Ağdam rayonunun
ərazisi quru subtropik iqlim zonasında yerləşmişdir.
Burada
əsasən, qışda quru keçən mülayim-isti iqlim tipi hakimdir. Buiqlim tipi
mülayim nəmliyi, qışının yağıntılı və yumşaq, yayınin isə mülayim-isti
keçməsi ilə səciyələnir.Günəş parıltısının illik miqdarı 2300 saat,
ümumi radiasiya122.5 kkal/sm kv, radiasiya balansı isə 47.1 kkal/cm
kv-dır. Havanın orta illik tempraturu 13.1 dərəcəyə çatır. Qış
mülayimdir, ən soyuq ay (yanvar) tempraturu +1.8 dərəcə ilə -0.2 dərəcə,
ən isti ayı (iyul) orta tempraturu isə + 23-26 dərəcəarasında
dəyişir.Yay aylarında bəzən havanın orta illik mütləq minumum tempraturu
-10 dərəcə olub, il ərzində +8 dərəcə ilə +15 dərəcə arasında dəyişir.
Bəzən
havanın mütləq minumum tempraturu -17 dərəcədən aşağı düşür. İl ərzində
torpaq səthinin orta aylıq tempraturu1-31 dərəcə arasında dəyişir.
Havanın 5 dərəcədən yüksək olan tempraturunun illik miqdarı 4500-4600
dərəcə, 10 dərəcədən yüksək – 4100-4200 dərəcədir. Birinci payız şaxtası
noyabr ayının üçüncü ongünlüyünə, axırıncı yaz şaxtası martın üçüncü
ongünlüyünə düşür.Havanın orta illik nisbi rütubəti 69% olub, il ərzində
50-80% arasında dəyişir. İllik yağıntının miqdarı 400-500 mm.-dir.
Yağıntılar çox bitkilərin vegetasiya dövrünə düşür. Lakin səth
örtüyündən ildə 800-900 mm. Mümkün buxarlanma gedir.
Küləyin orta
illik sürəti 1.8m/san-dən çox olmayıb, əsasən Qərb və Şərq
istiqamətində əsir. Güclü küləklərin (15 m. san-dən cox) illik sayı bir
gündür. Ağ yelli günlərin sayı 20-25 çatır. Qarla torpağın örtülü
günlərinin illik miqdarı10-15 gündən çox olmur. İl ərzində cəmi 1-2 gün
dolu düşür. Ərazi üzrə və il ərzində bu göstəricilər başqa rayonlarda
olduğu kimi müvafik dəyişikliklərə uğrayır. Ağdam rayonu ərazisi hər kv.
km. Sahədə 5-1 lit. san axımı olan az axımlı zonada yerləşir. Burada
çay şəbəkəsinin sıxlığı 0.1-0.4 am/km. arasında dəyişir. İllik axım hər
bir kv. km.-dən 2-5 lit/san; maksimum axım 25-50 lit/san; minimal axım
isə 0.5-1 lit/san. bərabərdir.Rayon ərazisində çaylar tranzit xarekter
daşıyır.
Öz axımlarını bütünlüklə Qarabağ silsiləsində və onun
yamaclarında toplayır, Ağdam rayon ərazisində isə suvarmaya,
filtirasiyaya və buxarlanmaya sərf olunur, heç bir qol qəbul
etmir.Çaylar əksərən az suludur, ilin isti yarısında vegitasiya vaxtı
quruyur.Rayonun nisbətən iri çayları Qarqar, Xaçın və Qabartı
çaylarıdır. Qarqar çayının orta illik su sərfi 3.31m kub/san, orta illik
axımı isə104.4 mln. kub metrdir. Xaçın və Qabartı çaylarında isə bu
axım kəmiyyətləri müvafiq olaraq 1.4 kub met/san və 44.1 mln. kub metr,
0.2 kub met/san və 6.3 mln. kub metrdir.
Çay
şəbəkəsinin sıxlığı və onların su əmsalı göstərir ki, rayonun su
ehtiyyatlarına və onlardan səmərəli istifadə edilməsinə böyük ehtiyac
var.
Ona görə də çayların hər birinin üzərində su anbarının
tikilməsi zəruridir. Hazırda rayon ərazisində yalnız bir su anbarı
var-Xaçın çayı üzərində Dərbənd su anbarı. Ağdam rayonuna Tərtər çayı
üzərindəki Sərsəng su anbarından da su gətirilir. Lakin bunlar rayonun
suya təlabatını tam ödəyə bilmir.
Rayon ərazisində relyef, iqlim
və bitki örtüyünün xüsusiyyətlərindən asılı olaraq şabalıdı torpaqların
müxtəlif növləri, dağ-meşə, qəhvəyi torpaqlar yayılmışdır. Qəhvəyi
torpaqlar rayonun alçaq dağlıq və dağ ətəyi hissəsində, seyrək meşə və
kolluqlar qırılmış və torpaqlar bozqırılaşmaya məruz qalmışdır.
Düzənliklərin dağətəyi hissəsində tünd şabalıdı, ondan aşağıda isə
şabalıdı və açıq şabalıdı torpaqlar yayılmışdır.
Rayonun Ağcəbədi
və Bərdə rayonları ilə sərhəddə yaxın yerlərində boz torpaqlara rast
gəlinir. Ağdam rayonu ərazisində təbii landalar demək olar ki,
bütünlüklə antrapogen landalarla əvəz edilmişdir. Burda taxıl zəmiləri,
pambıq tarlaları, üzümlüklər, meyvə bağları, yem bitkilərinin əkini,
biçənək və örüşlər geniş sahə tutur. Təbii bitki örtüyü yovşanlı-şoranlı
otlu quru çöllərdən, çəmənliklərdən, ağotlu çöllərdən, kollardan, və
seyrək meşələrdən ibarət olmuşdur. Hazırda meşələr yalnız dağ
ətəklərində və alçaq dağlıq yerlərdə yerləşib, 1.7 min hektar sahə
tutur. Sultanbud meşəsi yaxınlığında hazırda qorunan saqqız ağacı, püstə
seyrək meşələri salınmışdır.
Heyvanat aləmi əhalinin sıxlığı və
insannın əmək fəaliyyəti ilə əlaqədar olaraq çox kasaddır.Burada
heyvanlardan çaqqala, tülküyə, dovşana, canavara, sürünənlərə, quşlardan
kəkliyə, çilə, turaca və s. rast gəlinir. Rayon ərazisində faydalı
qazıntılardan əhəng daşı, gil, çakıldaş, qum, gillicə daha çoxdur.
Təhsil ocaqları
Ağdam Muğam məktəbi
İqtisadiyyatı
Ağdam
ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik
bir rayondur. Ağdamda dəzgah avadanlıqları, arekosmik və rabitə
cihazları, metiz – furnitur. Traktor və avtomobil təmiri, asfalt,
konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və
mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları.
Tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və
aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət – xidməti
kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatının mexanikləşdirilməsi və
elektrikləşdirilməsi və Ü. Hacıbəyov adına musiqi texnikumları, Ə.
Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı fəaliyyət göstərirdi. Rayon
ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına
yararlı torpaqlardan ibarət idi. Kənd təsərrüfatının istiqaməti isə
əsasən pambıqçılıq, üzümçülük və heyvandarlıqdır.
Futbol
Əsas məqalə: Qarabağ (futbol klubu, Ağdam)
Ağdamda
futbol komandası 1951-ci ildə yaradılmışdı. Ağdamın yığma komandası
Odessa vilayəti Sadovski şəhərində Azərbaycanı uğurla təmsil edib. Ondan
sonra Patarburnari rayonunda Ağdam komandası 38 klubun kubok yarışında
finala çıxaraq 2-ci yeri tutub. 1953-cü il Ağdam futbol komandası
Müxtəlif illərdə Ağdam futbolunun şərəfini bu idmançılar qorumuşlar:
Hüseyin
Əhmədov (Saşa), Nizami Qurbanov, Rasim Quliyev (Xaçı), Elxan Quliyev,
Allahverdi Bağırov, Adil Əsgərov, Elbrus Abbasov, Adil Nadirov, Nazim
Mehdiyev, Şahin Rüstəmov, Sərdar Abbasov, Vaqif Hüseynov (Qüsü), Rasim
Məmmədov (Kötük), Ramiz Şahmmədov, İsrafil Əliyev (Cırtı), Səttar
Əliyev, Nizami Əliyev, Yaşar Hüseynov, Ənvər Aundov (Şeqi)Müşfiq
Hüseynov(sərçə) Cəmaləddin Əliyev ,Təbriz Həsənov
Tarixi və memarlıq abidələri
Ağdam
rayonunun ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt
abidələri var. Ağdam şəhərində Üzərlik Təpə abidəsi, rayonun
Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu günbəzi (1314-cü il),
Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd
kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr),
Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr),
Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası və s. kimi
tarixi və memarlıq abidələri var.
Ağdamdakı tarixi memarlıq
abidələri müxtəlif tarixi dövrləri əks etdirən nadir nümunələrdir. Bu
maddi-mənəvi abidələr müxtəlif bölgülər əsasında qruplaşdırılmış və hər
biri tarixə əsaslanaraq, "Azərbaycan Respublikasının ərazisində dövlət
mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət
dərəcəsinə görə bölgüsü" adlı kitaba daxil edilmişdir.
Ağdamda abidələr məhv edilməkdədir
Ağdamda
olan dünya əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri sırasına
XIV əsri əhatə edən qiymətli nümunələr daxildir. Məsələn, Ağdamın
Xaçın-Dərbəndli kəndində olan Qulu Musaoğlu türbəsi 1314-cü ilə aid olan
abidədir. Belə bir tarixi dövrü əhatə edən abidələrin işğal altında
olması, ermənilərin Azərbaycanın tarixini saxtalaşdırmaq üçün müəyyən
imkanlar açır.
Tarixi abidələri də – Xanoğlu türbəsi, Qarabağ
xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XIX əsr), Şahbulaq
kimi abidələr Ağdamın minillik tarixindən xəbər verirdi.
Bu gün
bütün bu abidələr də işğal altındadır. Ermənilər Ağdam rayonunda olan
muzeylərdəki eksponatları da talayıb aparmışlar. Belə muzeylərdən
Ağdamdakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban
Pirimovun Xatirə Muzeyi, Ağdam Şəkil Qalereyasının adlarını çəkmək olar.
Bununla belə, 2002-ci ildə Ağdam Tarix Ölkəşünaslıq muzeyi rayonun
işğal altında olmayan Qaradağlı kəndində bərpa edilib.
Hazırda
rayondakı tarixi, mədəni, dini abidələrinin əksəriyyəti erməni
işğalçıları tərəfindən məhv edilmişdir. [8] Rayonun Xaçındərbənd
kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli
kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII
əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid
abidələr, o cümlədən Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun
türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə
dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd
kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər
ziyarətgahlar darmadağın edilmişdir.
Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulmuşdur.
Görkəmli şəxsləri
Tarixən
Ağdam rayonundan bir sıra görkəmli şəxslər çıxmışdır. Elm sahəsində:
fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, AMEA-nın müxbir üzvü, fəlsəfə
elmləri doktoru, professor Zakir Məmmədov, iqtisad elmləri doktoru
Teymur Vəliyev, tarix elmləri doktoru Rəşid Göyüşov, tibb elmləri
doktoru Adilə Namazova, minerologiya elmləri doktoru Xudu Məmmədov; kənd
təsərrüfatı sahəsində: Sosialist Əməyi Qəhrəmanı Sürəyya Kərimova,
Məmməd Məmmədov, Xuraman Abbasova, Məleykə Quliyeva və başqaları;
Mədəniyyət və incəsənət sahəsində: teatr xadimlərindən Heydər Şəmsizadə,
Narıc Məlikova, Məhəmməd Quliyev, Sara Qədimova, xalq artisti Arif
Babayev, Qədir Rüstəmov, Ramiz Quliyev; idman sahəsində: Ceyhun Məmmədov
və başqalarını göstərmək olar. Sovetlər dövründə Dövlət xadimləri
Bahadır Vəlibəyov, ağsaqqallar İldırım bəy Vəlibəyov, İsa Bəylərov,
maarif xadimləri və müəllimlər Səfərəli bəy Vəlibəyov, Cabbar bəy
Vəlibəyov, Surxay Qurbanov, Kamilə Ağdamskaya, energetiklər, Zahid
Vəlibəyov, Surxay Vəlibəyov,Mikayıl Gözəlov
Müharibə iştirakçıları
Qarabağ müharibəsinin ilk şəhidlərini məhz Ağdam rayonu vermişdir (Əli və Bəxtiyar)
II Dünya müharibəsində iştirak edən ağdamlılar
Gəray Vəlibəyov, Surxay Qurbanov, Zahid Vəlibəyov, Yunis Vəlibəyov, Surxay Vəlibəyov, Məhəmmədəli Zeynalov, Musa Zeynalov,
Ağdamdan olan Azərbaycan Milli Qəhrəmanları
Şirin
Mizəyev, Asif Məhərrəmov (Fred), Allahverdi Bağırov, Yelmar Edilov,
Əlabbas İsgəndərov, Faiq Ağayev (milli qəhrəman), Muxtar Qasımov,
Hidayət Rüstəmov, Baxşeyiş Paşayev, Natiq Əhmədov, Fazil Mehdiyev,
İxtiyar Qasımov, Rövşən Hüseynov (milli qəhrəman), Canpolad Rzayev,
Nadir Əliyev (milli qəhrəman), Rövşən Əkbərov
Bütün hüquqlar qorunur. Web-saytın materiallarından istifadə zamanı "Cəfərilər"ə istinad (www.ceferiler.com) zəruridir.
|