Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar "Şəhidlər unudulmur" adlı tədbir keçirilmişdir
Cəlilabad rayon " Şəhidlər "məscidinin dini icması tərəfindən
"Şəhidlər" məscidində Xocalı soyqırımının 20 illiyi ilə əlaqədar
"Şəhidlər unudulmur" adlı tədbir keçirilmişdir. İslamazeri.az-ın
verdiyi xəbərə görə, Dini icmanın sədri Hüseyn Məmmədov bildirmişdir
ki, tədbirin keçirilməsində məqsəd xalqımızın ağrılı - acılı günü olan
Xocalı soyqırımının ictimaiyyətdə daha da geniş yer alması, erməni
vəhşiliklərinə qarşı barışmaz mövqe bildirmək və vətənimizin torpaqları
uğrunda canlarından keçən Şəhidlərin yad edilməsidir.
Tədbir
müqəddəs Qurani-Kərim ayələrinin oxunuşu ilə başlamış, tanınmış rayon
ruhanilərini vətənpərvərlik və şəhidlik mövzularına ictimai-dini
baxışları bildirilmişlər. Tədbirə o cümlədən şəhid ailələri, Qarabağ
veteranları və rayon ziyalıları iştirak etmiş, Xocalı soyqırımının
törədən cinayətkarların cəzalandırılmasının vacibliyi vurğulanmışdır.
Mərasim rayon Şəhidlər abidəsinin ziyarəti ilə sona çatmışdır.
islamazeri.az
Foto
|