Məsələn, sovet dövründə Cəbrayıl rayonunda üzümçülük, taxılçılıq,
baramaçılıq, heyvandarlıq inkişaf etmiş kənd təsərrüfatı sahələrindən
sayılıb. 1992-ci ildə rayonda 60 min ton üzümçülük, 252 ton barama, 22
min ton taxıl ət, süd, yun istesal orlunub.İqtisadiyyata dəyən zərər
aqrar və istesal sahəsindəki ziyanla bitmir. Aparılan hesablamalara
görə, işğal altında 14 mindən çox daşınmaz əmlak qalıb. Təkcə şəxsi
evlər yox, dəyərinin hesablanması mümükün olmayan mədəni tarixi abidələr
də işğal altındadır. Cəbraylın Ermənistan silahlı qüvvələri tərəfindən
tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129
tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə,
Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb
edilmiş ehtiyatları 2937 min m3 olan Tulus tuf; ümumi ehtiyatları 5434
min m3 olan 2 Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min m3
olan kərpic istehsalına yararlı Qaracallı gil; ehtiyatları 6644 min ton
olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü,
ehtiyatları 1325 min ton olan Minbaşlı gəc; ehtiyatları 5226 min ton
olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı; ehtiyatları 4130 min
kub m. olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan
Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon
yataqları vardır.
Cəbrayıl şəhərində diametri 250 sm, hündürlüyü 30 m, yaşı 500 il olan
1, Hacılı kəndində diametri 350 sm, hündürlüyü 30 m, yaşı 700 il olan 1
və diametri 800 sm, hündürlüyü 45 m, yaşı 1600 il olan 6, Karxulu
kəndində diametri 90 sm, hündürlüyü 25 m, yaşı 200 il olan 1, Funqalı
kəndində diametri 450 sm, hündürlüyü 30 m, yaşı 900 il olan 1 və
diametri 370 sm, hündürlüyü 30 m, yaşı 750 il olan 1, Horovlu kəndində
diametri 400 sm, hündürlüyü 30 m, yaşı 800 il olan 1, Işıqlı kəndində
diametri 400 sm, hündürlüyü 25 m, yaşı 800 il olan 1 ədəd Şərq çinarları
qorunurdu.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi
memarlıq abidəsi, geniş sahələri əhatə edən qiymətli ağac növlərindən
ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi
flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət
guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları
tərəfindən dağıdılmış və məhv edilmişdir.
Karxulu kəndindəki yaşıllıqlardan əsər-əlamət qalmamış, yol
kənarlarında olan qoz və digər qiymətli ağaclar, eləcə də Cəbrayıl
şəhərindəki 800 il yaşı olan və təbiət abidəsi kimi qorunan çinar ağacı
kəsilib məhv edilibdir. Araz çayı vadisindəki bütün ağaclar yandırılıb,
həmçinin, çoxyaşlı iri diametrli qoz ağacları material kimi doğranaraq
müxtəlif məqsədlər üçün Ermənistana daşınır və xaricə satılır.
23 avqust 1993-cü ildə ümumi sahəsi 139393 hektar olan rayonun qərb
hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən zəbt
edilib
Həmin gün ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb
hissəsindən (50 kənd) 125368 hektar ərazi ermənilər tərəfindən zəbt
edilib. Füzuli rayonunun işğalı ilə Azərbaycan iqtisadiyyatına 5, 5
milyard manat ziyan vurulub.
Hələ sovet dövründə Füzuli rayonunda üzümçülük, taxılçılıq,
hevandarlıq, baramaçılıq inkişaf etmiş kənd təsərrüfatı sahələrindən
sayılıb. Məsələn, təkcə 2006-cı ildə Füzulinin işğal altında olmayan 500
kv.km-lik ərazisində 25601 ton taxıl, 12800 ton şəkər çuğunduru, 10000
ton tərəvəz, 782 ton meyvə istehsal edib. 2004-2007 ci illərdə Füzuli
rayonundan olan 887 nəfər daimi işlə, 1900 nəfər isə mövsümi işlə təmin
olunub.Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar
daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar)
əhəngdaşı; kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara
malik Kürdmahmudlu gil; ehtiyatları 13053 min kub m. olan Quruçay
qum-çınqıl qarışığı yataqları vardır.
Özünəməxsus təbiəti olan Füzuli rayonunun İşıqlı kəndində diametri
250 sm, hündürlüyü 25 m, yaşı 500 il və diametri 450 sm, hündürlüyü 25
m, yaşı 900 il olan 2, Böyük Bəhmənli kəndinin İranla sərhəd ərazisində
diametri 100 sm, hündürlüyü 20 m, yaşı 200 il olan 1, Seyidəhmədli
kəndinin "İbə piri” adlanan sahəsində diametri 520 sm, hündürlüyü 30 m,
yaşı 1400 il və diametri 250 sm, hündürlüyü 25 m, yaşı 550 il olan 2,
Mandılı kəndində diametri 180 sm, hündürlüyü 45 m, yaşı 400 il 1 və
diametri 150 sm, hündürlüyü 40 m, yaşı 300 il olan 5 ədəd Şərq çinarları
təbiət abidəsi kimi pasportlaşdırılıb və işğaladək mühafizə olunub.
1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində
hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, təbaşir və yura
dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı
sularının ehtiyatı 193 min m3/gün həcmində hesablanmışdır.Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş
Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri
müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə
rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına
dair aşağıdakı faktları aşkarlayıb: Geniş meşə massivləri ilə örtülü
olan Dövlətkarlı kəndində ağaclar bütünlüklə qırılıb.
Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib.
Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük
yaşıllıqlar tamamilə qırılıb. Ərgünəş meşəsində 500 hektar ərazi
yandırılıb. Füzuli rayonunun işğalı ilə 10-15-ci əsrlərə aid 25 tarixi
abidə işğal altında qalıb. Əhalisinin sayı 108500 nəfər olan Füzuli
rayonundan olan məcburi köçkünlər ölkənin 50 şəhər və 1250 kəndində
məskunlaşıb. Məcburi halda müvəqqəti olaraq müxtəlif yerlərdə
məskunlaşan məcburi köçkünlər doğma torpaqlara qayıdacağı günü
səbirsizliklə gözləyir. /anspress/