İrəvan qalasının 500 illiyinə həsr olunmuş www.erevangala500.com tarixi-analitik portalının Bakıda təqdimat mərasimi keçirilib
Təqdimat mərasimində Azərbaycan Prezidenti Administrasiyasının (PA)
İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik
təhlil sektorunun müdiri Fuad Axundov bildirib ki, erməni vandalizmi
hansısa daşı dağıtmaq istəyəndə bilməlidir ki, informasiya
texnologiyaları vasitəsilə sənədli sübutu olacaq.
"İnformasiya
əsrində vandallar başa düşməlidirlər ki, divarı dağıtmaqla qala
dağılmır. İrəvan qalasının tarixinin 600, 700 illiyi də qeyd olunacaq.
Rəssam Frans Rubo tarixi hadisələri dəqiqliklə əks etdirən rəssamdır. O
XIX-cu əsrin axırlarında İrəvan qalasının şəklini çəkib və bu, tarixi
faktdır və dəqiqliklə qalanın simasının necə olduğunu göstərir", - o
deyib.Axundov İrəvan şəhərini İtaliyanın Pompey şəhəri ilə müqayisə
edib.
"Pompey dünyada yeganə şəhərdir ki, 2 min il ərzində öz
simasını dəyişməyib. Əksinə, İrəvan şəhəri yeganə şəhərdir ki, öz
simasını tamamilə dəyişib. Pompey şəhəri vulkan külü altından
çıxarılandan sonra bir daş belə dəyişdirilməyib, amma İrəvanda daş-daş
üstə qalmayıb", - o deyib və qeyd edib ki, İrəvan şəhərinin dağıdılması
həmin şəhərdə məskunlaşanlar üçün tam yad şəhər olması ilə
bağlıdır.Axundov bildirib ki, İrəvan qalası məsələsini 2006-cı ildə ilk
dəfə qaldıran Prezident İlham Əliyev olub. Hər sammitdə dövlət başçısı
bu məsələni qaldıraraq erməniləri təşvişə salır.Tarixçi professor Fəridə
Məmmədova tədbirdə bildirib ki, bir çox beynəlxalq konfranslarda
ermənilər öz uydurma tarixləri barədə danışılarkən sadə suallar
qarşısında aciz qalırlar.
Məmmədova qeyd edib ki, tarixi
sənədlərdə ermənilər tərəfindən "Qandzasar kilsəsi" adlanan tikilinin
Alban hökmdarı Həsən Calal tərəfindən tikilərək öz xalqına ərmağan
edilməsi göstərilir. Tarixçinin sözlərinə görə, ermənilər həmin binada
bütün digər yazıları silərək erməni yazıları həkk ediblər.Suxumi Dövlət
Universitetinin (Gürcüstan) professoru Quram Marxulianın sözlərinə görə,
o ilk dəfə "Ermənistanın paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvan"
yazanda anlamırdılar.
"Onda mən erməni tarixçilərindən soruşuram
ki, "İrəvan" sözünün mənası erməni dilində nə deməkdir? Məsələn,
"Tbilisi" sözü "isti su" deməkdir. Siz "öz şəhərinizin" tarixi adının
mənasını bilirsiniz? Yox, çünki bu, qədim Azərbaycan şəhəridir", -
Marxulian deyib. Onun sözlərinə görə, tarix sübut edir ki, ermənilər bu
torpaqlara köç ediblər.Azərbaycan Müəllif Hüquqları Agentliyinin rəhbəri
Kamran İmanov bildirib ki, dəfələrlə ermənilərin yalanlarının ifşa
olunması istiqamətində hücuma keçməyə ehtiyac var.O qeyd edib ki, erməni
təbliğat maşını absurdu reallıq kimi təqdim etmək istəyir, lakin
dünyada məntiqdən məhrum olmayan insanlar doğrunu yalandan ayıra
bilirlər.
Təqdimat mərasimində Qafqaz və Kiçik Asiya Mərkəzinin
direktoru Şəlalə Həsənova bildirib ki, sayt bir çox əcnəbi ekspertlərin
və tarixçilərin müraciət etməsi üçün rus dilində yaradılıb. Onun
sözlərinə görə, saytın Azərbaycan və ingilis versiyaları da
hazırlanacaq. "Saytın videoçarxına artıq 14 mindən artıq baxış olub", -
Həsənova deyib. O qeyd edib ki, saytda yerləşdirilən xəritədə ermənilər
tərəfindən dəyişdirilmiş azərbaycan toponimləri yerləşdirilib.Tarixçi
professor Rauf Hüseynov bildirib ki, hazırkı Ermənistan ərazisində olan
abidələrin araşdırılmasına ehtiyac var.
islamazeri.az
|