1. Qusl etmək.
2. Ən təmiz paltarı geyinmək.
3. Ən gözəl ətirlərlə ətirlənmək.
4. Oruc tutmaq.
5. Bu günün namazını qılmaq.
Bu günün namazı 4 rəkətdir. Bu namaz zöhr, əsr namazları və onların nafilələri qılınandan sonra qılınır.
Birinci rəkətdə "Həmd" surəsindən sonra 10 dəfə "Qədr" surəsini;
İkinci rəkətdə "Həmd" surəsindən sonra 10 dəfə "Kafirun" surəsini;
Üçüncü rəkətdə "Həmd" surəsindən sonra 10 dəfə "Tövhid" surəsini;
Dördüncü rəkətdə "Həmd" surəsindən sonra 10 dəfə "Fələq" və "Nas" surələrini oxumaq lazımdır.
Salamlardan sonra isə şükr səcdəsi edib, aşağıdakı duanı oxuyursan:
اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ الاْوْصِيآءِ الْمَرْضِيِّينَ
Allahım, Məhəmməd və Ali-Məhəmmədə öz salamını göndər
وَعَلى جَمِيعِ اَنْبِيآئِكَ وَرُسُلِكَ بِاَفْضَلِ صَلَواتِكَ وَبارِكْ
Bütün nəbilərinə və rəsullarına ən gözəl salam və bərəkərini ver,
عَلَيْهِمْ بِاَفْضَلِ بَرَكاتِكَ وَصَلِّ عَلى اَرْواحِهِمْ وَاَجْسادِهِمْ اَللّهُمَّ
onlların ruhlarına və cəsədlərinə öz salamatlığını ver.
بارِكْ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَبارِكْ لَنا فى يَوْمِنا هذَا الَّذى فَضَّلْتَهُ
Allahım, bu günümüzdə Muhəmməd və Ali-Muhəmmədə və bizə öz bərəkətini əta et,
وَكَرَّمْتَهُ وَشَرَّفْتَهُ وَعَظَّمْتَ خَطَرَهُ اَللّهُمَّ بارِكْ لى فيما اَنْعَمْتَ بِهِ
Hansı ki, bu günü fəzilətli, kəramətli, şərafətli və əzəmətli etmisən, Allahım, məni nemət verdiyin şeylərdə bərəkli et,
عَلَىَّ حَتّى لا اَشْكُرَ اَحَداً غَيْرَكَ وَوَسِّعْ عَلَىَّ فى رِزْقِى يا ذَا الْجَلالِ
Bil ki, Səndən başqasına sitayiş etmərəm, elə isə Öz nemətini mənim üçün artır, ey Cəlal və Kəramət sahibi.
وَالاِْكْرامِ اَللّهُمَّ ما غابَ عَنّى فَلا يَغيبَنَّ عَنّى عَوْنُكَ وَحِفْظُكَ وَما
Allahım, mənim üçün gizli olanlara dözərəm, amma Sən köməyini məndən kəsmə.
فَقَدْتُ مِنْ شَىْءٍ فَلا تُفْقِدْنِى عَوْنَكَ عَلَيْهِ حَتّى لا اَتَكَلَّفَ ما لا
Allahım, itirdiyiklərimə dözərəm, amma Sən öz köməyini məndən kəsmə.
اَحْتاجُ اِلَيْهِ يا ذَا الْجَلالِ وَالاِْكْرامِ
Yoxsa ehtiyacım olmadığı halda, gərək olmadığı halda əziyyətə düşərəm.
Əgər bu cür edilsə, insanın 50 illik günahları bağışlanar. Bunndan əlavə, bu gün çoxlu sayda "يا ذَا الْجَلالِ والاِْكْرام"
zikrini demək lazımdır.
Mənbə: "Məfatihul-Cinan"
(Arxivdən)