İslamazeri.az-ın Cəlilabaddakı əməkdaşı bu barədə məlumat verib.
Fevral ayının 12-də Cəlilabad dindarları, Cəlilabad rayon
Şəhidlər məscidinin dini icmasının sədri və icma üzvləri, keçmiş hicab
məhbusu mübariz ruhani Hacı İlqar Əliyev, Cəlilabad rayon Came
məscidnin axundu Haci Mahmud Əsgərov, Cəlilabad "Milli Qəhrəmanları
Tanıtdırma Birliyi”nin sədri Maşallah bəy və digər tanınmış ruhanilər
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1994-cü il təvəllüdlü Sənan
Dövlət oğlu Əlizadə Fevral ayının 5-də Xocavənd rayonunun Kuropatkino
kəndi yaxınlığında işğalçı Ermənistan silahlı birləşmələrinin atəşkəsi
pozması nəticəsində şəhid olmuş həmyerlilərin 7 mərasimində iştirak
ediblər.
Mərasimdə Hacı Mahmud Əsgərov və Hacı İlqar Əliyev
çıxış ediblər. Hacı Mahmud öz çıxışında şəhidlik məktəbinin banisi
olan İmam Hüseyn (ə) hədəflərindən danışaraq qeyd edib: "Əgər biz bu
gün istənilən şəkildə şəhidlik məqamını dərk etsəydik və öz
şəhidlərimizə sahib çıxsaydıq bizim 20 % torpaqlarımız düşmən işğalında
qalmazdı. Əgər biz bu gün dinimizə, namus və qeyrətimizə sahib
çıxmağı bacarsaydıq hələ də bizim qız, gəlinlərimiz düşmən
əsirliyində qalmazdı. Başımıza gələn bu müsubət və çətinliklərin
əsas səbəbi dinimizdən uzaq düşməyimizdir. Əgər biz nicat tapmaq
istəyiriksə İmam Hüseyn (ə) məktəbini özümüzə nümunə götürməliyik.
Cəmiyyətimizdə dinimizə qarşı baş verən əks təbliğatı və dini
atributlara olan hörmətsizliklər bizi narahat edir. Bir verliş
aparıcısı, əlbətdə o böyük bir adam deyil amma onun televiziya
verlişində milyonlar qarşısında bizim namusmuz olan hicaba torba
deməsi bizim hamımızı xüsusi ilə ruhanilərimizi narahat
etməlidir və edirdə. Bu gün ölkəmizdə hicab problemi öz həllini
hələdə tapmayıb. Əgər bu gün İmam Hüseyn (ə) özü də burda
olsaydı O həzrət də ölkəmizdə olan hicab problemindən danışardı.
Tarix boyu biz bu kimi halların şahidi olmuşuq ki, hər zaman
haqqın səsini boğmaq istəyiblər. 37-ci illərdə ruhaniləri
məclislərdə danışmağa qoymayıblar, amma ruhanilər öz
əzimkarlıqları ilə dinimizi qoruyub bizə çatdırıblar. Allahı and
verirəm öz izzət və cəlalına torpaqlarmızı daxili və xarici
düşmənlərdən azad etməkdə bizə yardımçı olsun. İlahi bizə o
fürsəti birdə ver ki, gedib öz torpaqlarmızı düşmən işğalından
azad edək”.
Daha sonra mübariz ruhani hacı İlqar Əliyev
çıxış edib. Hacı İlqar da ilk öncə şəhidin ata anasına və
şəhidin yaxınlarına Allahdan gözəl səbr etmək arzu edib sözünə
Quran ayəsi ilə başlayıb. Allah Qurani-Kərimdə buyurur ; ÜO şəxslərki
Allah yolunda dünyadan gediblər, onları ölü hesab etməyin, onlar
diridir və Allahın yanında Onun ruzilərindən istifadə edirlər”. O
şəhidlər ki, döyüş meydanında can verirlər, onlara qüsul
verilməz, çünki onların qanları pakdır və pak edicidir. Şəhidin
qanı zahirdə torpaqa axır, amma batində şəhidin qanı insanların
zehninə, təfəkkürünə və damarlarında axan qana qovuşur. Bu vasitə
ilə də şəhid qanı insanları və bəşəri yaşadır. Ona görə də
buyrulur ki, şəhidlər diridirlər. İmam Hüseyn (ə) də bizə əsil
şəhadət məktəbini göstərib. İnsan necə canından, övladlarından,
əhl-əyalından keçməlidir dərsini İmam Hüseyn (ə) məktəbindən
öyrənməlidir. Böyük İslam alimlərindən biri buyurur ki, "Ariflər min
il ibadət edən insanların yolunu bir gecədə gedər, amma
şəhidlər isə ariflərin min ildə gedə bilmədikləri yolu bir
gecədə gedər”. Yəni şəhid arifdən üstündür. Peyğəmbərimiz buyurur;
hər bir kamaldan üstün bir kamal var amma şəhidlikdən üstün
bir kamal yoxdur. Ona görə də bütün Peygəmbərlərin və
imamların arzusu ən üstün kamillik olan şəhidlik olmuşdu. Bəzi
insanlar vətən sözünü düz başa düşmürlər. Bəziləri elə bilir
ki, vətən sağmal inək kimidir, nə qədər ki, vətən torpağından
neft, qaz çıxır vətəndi və onu qorumaq olar. Bunlar vətənə
maddi gözlərlə baxanlardı. Amma şəhid vətənə maddi göz ilə
baxmır, onlar vətənə mənəvi göz ilə baxırlar. Bu torpaqlar
mələklərin nazil olduğu yerdir, bu torpaqlar Peyğəmbərlərin və
İmamların yaşadığı və dini təbliğ etdiyi yerdi, vətən insanların
kamala çatması üçün vasitə olan yerdi, ona görə də bu torpaqlar
müqaddəsdir. Onu qorumağa və bu yolda şəhid olmağa dəyər.
Həzrəti Peyğəmbərimiz buyurur ki, vətəni sevmək imandandır.
Sonra inanclılar şəhidin qəbrini ziyarət ediblər. Şəhidin
məzarı üstə Quran və dualar oxuduqdan sonra, Cəlilabad "Milli
Qəhrəmanları Tanıtdırma Birliyi”nin sədri Maşallah bəy çıxış ederek
qeyd edib ki, Sənan biz nəyə görə bura gəlmişik? Gəlmişik ki, sənə
deyək: "Qoy düşmənlərimiz bilsin. Biz vətənsevərik, biz şəhidsevərik”.
Nə qədər düşmən bizim torpaqları tapdalayırsa biz şəhid verəcəyik. Qoy
dünya bilsin şəhidlər ölməz vətən bölünməz. Bu, bizim hər zaman
şüarımız olub, olacaqda. Torpaqlarmız azad olana qədər biz şəhid
verməyə hazırıq. Mənim Allahdan ən böyük arzu və istəyim
düşmənlərdən qisas almaq olub. Vaxtında vətənsevər ruhanilərimiz
bizə bu şəhidlik yolunu başa salsaydılar bizim torpaqlarmız
işğal olmazdı. Biz səngərdə düşmənlə üz-üzə olanda Azərbaycanlı
qız və gəlinlərimizi gözmüzün qarşısında işgəncə edirdilər. Hələ
də onların səsi qulağımdadır. Bizi köməyə çağırırlar. O zaman
bizim hünərimiz olmadı, döyüşməyə patronumuz və çörəyimiz olmadı.
Bu bir ləkə kimi bizim alnımızda qalıb. Bu gün Şəhid Mübariz,
Şəhid Fərid, Şəhid Əhməd, digər şəhidlərmiz və sən istədizki, bu
ləkəni bizim alnımızdan təmizləyəsiniz və bu yolda canınızı fəda
etdiz. Biz sizin qarşınızda baş əyirik.
islamazeri.az
|