Tarixin "qara ləkələri”ni yada salarkən öz
təcavüzkar siyasəti ilə həm ermənlərin, həm də qonşu millətlərin
arasında nifaq salan "daşnakstyun” partiyasının fəaliyyəti gözlərimiz
qarşısında bir daha canlanır. Kökü 19-cu əsrin sonralarına gedib çıxan "daşnakstyun”
erməni federativ inqilab partiyası 1890-ci ildə Tiflisdə yaradılıb. Bu
partiyanın qurucuları Xristofor Mikayekyan, Simon Zavoriyan, Hovanes
Loris-Melikyan və Levon Sarkisyan idi. Partiyanın əsas qayəsi
Azərbaycanın Dağlıq-Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu
torpaqlarında "Böyük Ermənistan” dövləti qurmaq idi. 1892-ci ildə
Tiflisdə ilk qurultayını keçirən "daşnakstyun” türklərə qarşı
sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu
qurultaydan sonra "daşnakstyun”, türk və kürd millətinə mənsub insanları
hər yerdə, hər bir şəraitdə öldürmək və sözündən dönən erməni
xainlərini aradan götürmək əmrini vermişdi.
Daşnakların təcavüzkar siyasəti, səpdikləri milli ədavət toxumu və
əsassız ərazi iddiaları çoxları tərəfindən tənqid olunub. Bütün bunlara
baxmayaraq son dövrlərdə onlar müxtəlif vasitələrlə bir çox ölkələrdə
özlərinə çoxlu himayədarlar, həmfikirlər tapmış, öz çirkin əməllərini
həyata keçirməyə başlamışdılar. Bu etnik terrorizm dinc əhaliyə, sivil
dünya normalarına qarşı çıxması və xüsusi qəddarlığı ilə seçilir. Erməni
terrorizminin əsas obyektləri ilk növbədə metro, avtobus, körpülər,
təyyarələr, diplomatik təsisatlar, həmçinin, dinc əhalinin cəmləşdiyi
ərazilərdir.
Yarandığı ilk gündən düşmənçilik siyasəti yeridən bu partiya kütlənin
siyasi geriliyindən məharətlə istifadə etmişdir. Əhalinin milli
duyğuları ilə oynayan və onu ələ salan bu partiya daim öz maraq və
mənfəətləri üçün çalışırdı.
1970-ci illərin ortalarında
daşnaqlar bir sıra müstəqil terror təşkilatları yaradıblar. Onların
içərisində daha aktivi ASALA olub. 1973-cü ildə yaradılan bu təşkilatın
qərargahı Beyrutda yerləşir. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali
İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində
"Böyük Ermənistan” qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan
vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Afinada 1980-ci ildə
qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə
götürən ASALA-nın lideri Akop Akopyan olmuşdur. Akopyan 01. 08. 80-ci
ildə "Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə bildirmişdir: "Bizim
düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir”.
"Daşnakstyun”un xaricdə hazırlanan daşnak missionerləri barədə ideya
rəhbərlərindən biri demişdir: "Ölkəyə göndərilənlərin 90 faizi, ola
bilsin ki, məhv olsun, lakin on faizi gedib yerinə çata bilər.
Bu o demək deyil ki, bizim məqsədimiz ölmək, məhv olmaqdır, hər halda
on nəfərdən biri gedib sağ-salamat vətənə çatar və bizim ideyalarımızı
yayıb genişləndirə bilər. (Tuben, erməni inqilabçısının xatirələri,
ermənicə, Los Anceles, 1952 s. 59).
İndinin özündə Azərbaycan kəndlərinə silahlı basqınlar edən erməni
ekstremistləri ələ keçərkən boyunlarını büküb "biz neyləyək, zorla
göndərirlər, məcbur ediblər” demələri də məhz həmin daşnak təliminin
güzgüsüdür. Fantastik ideyaları olan "dənizdən-dənizə Ermənistan”
ideyası olduqca təcavüzkar bir ideyadır.
1918-ci ilin dekabrında Borçalı
torpaqlarını ələ keçirmək üçün Gürcüstanla Ermənistan arasında qırğın
törətdilər. Qarabağ, Şərur, Zəngibasar və başqa yerləri iddia etməklə
Azərbaycana qarşı müharibəyə başladılar. 1919-cu ildə ABŞ, İngiltərə və
Fransa nümayəndələri ərazi və başqa məsələləri müzakirə etmək üçün
müşavirə keçirdilər.
1920-ci il, sentyabrın
axırlarında erməni-türk savaşı başlandı. Bu anlamsız qırğının qarşısını
almaq istəyən siyasi təklifləri daşnaklar nəzərə almadılar və beləliklə
bu, daşnak partiyası üçün böyük biabırçılıqla nəticələndi.
Son illər Qafqazda baş verən olayların, faciələrin kökünün
törədiciləri də məhz bu təxribatçılardır. Son dövrlərin çox dəhşətli,
insanlığa yaraşmayan qırğınları da daşnak cəlladlarının işidir.
Fransa həbsxanasından azadlığa buraxılmış ABŞ vətəndaşı, məşhur
beynəlxalq Monte Melkonyan Ermənistanda 1990-ci ildə peyda olub və qısa
zamanda Dağlıq Qarabağa göndərilib. ASALA-nın rəhbəri, qaniçən terrorçu
Monte Melkonyan məşhur beynəlxalq terrorçu Karlosun ("Şakal”) tələbəsi
olub. Livanın Belkaa yüksəkliyində terrorçuların hazırlıq məktəbində
təlimlər keçən Melkonyan öz həmfikirləri arasında partlayıcı qurğular
üzrə mütəxəssis kimi tanınırdı.
O, rəhbərlik etdiyi terrorçu təşkilatlar vasitəsilə öz təcrübəsini
Dağlıq Qarabağda həyata keçirməyə başladı. Nəticədə Dağlıq Qarabağdan
bir milyona yaxın Azərbaycanlı öz doğma yurdlarından zorla qovuldu.
1993-cü ildə Azərbaycan ordusunun hissələri ilə döyüş zamanı Monte
Melkonyan öldürüldü. Yerevanda terrorçunun dəfnində prezident də daxil
olmaqla, demək olar ki, "demokratik” Ermənistanın bütün rəsmi liderləri
iştirak edirdilər. Melkonyan Ermənistanın milli qəhramanı elan olundu.
Ermənistan Müdafiə Nazirliyinin təxribat mərkəzlərinin biri indi
terrorçunun adını daşıyır.
Müxtəlif KİV-lərin materiallarına əsasən, erməni terrorçuları tərəfindən törədilən bəzi terrorlar haqqında qısa məlumat:
10 Avqust, 1990-ci il: Tbilisi-Ağdam marşurutu ilə hərəkət edən avtobus partladılır. Nəticədə 20 nəfər ölür, 30 nəfər isə yaralanır.
9 Yanvar, 1991-ci
il: Laçın-Şuşa yolunda terrorçular tərəfindən "Molodyoj Azərbaycana”
qəzetinin müxbiri Salatın Əsgərova və Sovet ordusunun 3 zabiti
güllələnir.
Rəsmi Yerevan müxtəlif qrupları silahlandırmaqla (o cümlədən paketlə) 20 noyabr, 1991-ci
ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında törədilmiş terror
aktına görə bilavasitə məsuliyyət daşıyır. Vurulmuş Mİ-8 vertolyotunda
sülhməramlı missiya ilə regiona gedən Azərbaycan dövlət iş adamları,
rusiyalı müşahidəçilər, Qazaxstan Daxili İşlər Nazirinin birinci müavini
və vertolyotun bütün ekipajı həlak olublar.
1992-ci
ilin fevralında erməni terrorçuları Xocalı üzərində terror aktı həyata
keçirdilər. 7000 nəfər əhalisi olan Xocalıda xarici "mütəxəssis”lərin,
Rusiya hərbi birləşmələrinin iştirakı ilə keçirdikləri iri miqyaslı
terrorda 1000 nəfərdən çox dinc sakin vəhşicəsinə qətlə yetirildi.
28 yanvar, 1992-ci
ildə Qarabağ səmasında Ağdam-Şuşa reysi ilə hərəkət edən mülki
nəqliyyat vertolyot "torpaq-hava” raketi ilə vurulub. 41-sərnişin,
həmçinin ekipaj üzvləri həlak olublar. Qeyd edək ki, həlak olanların
əksəriyyəti hərbi əməliyyatlar zonasından evakuasiya olunmuş qadın və
uşaqlar idi.
18 mart, 1994-cü
ildə Xankəndi yaxınlığında erməni terrorçuları tərəfindən beynəlxalq
hava dəhlizində İran hərbi-hava qüvvələrinə məxsus, Moskvadan Tehrana
hərəkət edən "Qerkules” təyyarəsi vurulub. Nəticədə təyyarədə olan İran
diplomatları və onların ailələri (34-nəfər) həlak olub. İran tərəfi
terror hadisəsində əli olan şəxsləri müəyyən etməyə cəhd göstərsə də,
heç bir nəticə əldə olunmadı. Qarabağ ərazisində özünə sığınacaq tapmış
terrorçular yenə də cəzasız qaldılar.
Erməni terrorçuları Azərbaycan ərazisi ilə məhdudlaşmayaraq, öz fəaliyyətlərini yaxın regionlara-xüsusilə Rusiyaya keçirdilər.
30 may, 1991-ci
ildə Xasavyurd (Dağıstan) stansiyasının yaxınlığında Moskva-Bakı
sərnişin qatarı partladılır. Nəticədə 11-nəfər həlak olur, 22-nəfər isə
yaralanır;
31 iyul, 1991-ci
ildə Temurtau (Dağıstan) stansiyasının yaxınlığında Bakıya doğru
hərəkət edən qatar partladılır. 16 nəfər ölür, 20 nəfər isə yaralanır.
8 yanvar, 1992-ci ildə Krasnovodsk-Bakı bərəsi partladılır. 25 nəfər həlak olur, 88 nəfər yaralanır.
28 fevral, 1993-ci
ildə Qudermes (Çeçenistan) stansiyasının yaxınlığında Kislovodsk-Bakı
sərnişin qatarı partladılır. 11 nəfər ölür, 18 nəfər yaralanır.
1 fevral, 1994-cü ildə Bakı dəmir yolu vağzalında Kislovodsk-Bakı sərnişin qatarı partladılır. 3 nəfər həlak olur, 20 nəfərdən çoxu yaralanır.
13 aprel, 1994-cü ildə Rusiyada "Daqes-tanskiyi oqni” stansiyasında Moskva-Bakı sərnişin qatarı partladılır. 5 nəfər ölür, 3 nəfər yaralanır.
Qeyd edək ki, həlak olan və şikəst qalan insanların əksəriyyətini Azərbaycanın mülki vətəndaşları təşkil edir.
1992-ci
ilin aprelində "Sadval”ın 17 aktiv üzvü təxribat əməliyyatlarını
aparmaq üçün Ermənistanın Nairi rayonunun Lusaker qəsəbəsində təlim
keçiblər. 1994-cü ilin martında onlar tərəfindən Bakı Metropolitenində
partlayış aktı həyata keçirilib. Nəticədə 14 nəfər həlak olmuş, 42 nəfər
yaralanmışdır.
3 iyul, 1994-ci
ildə Bakı Metropolitenin "28 may” və "Gənclik” stansiyaları arasında
elektrik qatarının ikinci vaqonunda partlayış baş verir. Terror aktı
nəticəsində 13 nəfər həlak olur, 42 nəfər yaralanır. Dövlətə külli
miqdarda maddi və mənəvi ziyan dəyir.
Erməni terrorizmi bütün Qafqaz destabiləşmə faktorudur. Bu faktor
təkcə Azərbaycanın maraqlarına qarşı yönəlməyib. Bu faktor həmçinin
Türkiyə, ABŞ, Gürcüstan və digər ölkələrə qarşıdır. Gürcüstan KİV-in
yaydığı məlumata görə, prezident Eduard Şevardnadzeyə qarşı təşkil
olunmuş sui-qəsddə bu ölkənin vətəndaşlarından olan erməni
terrorçularının əli olmuşdur.
Bu saydığımız terrorlar erməni terror təşkilatı tərəfindən törədilmiş cinayətlərin kiçik bir nümunəsi idi.
Nəriman MƏHƏMMƏDOV
|