.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » TARİX

    İmam Həsən əleyhissəlam-Döyüş yorğunluğu

    Döyüş yorğunluğu
    Cəməl Siffeyn və Nəhrəvan döyüşləri həmçinin Əbu Musa Əşəri ilə Əmr As arasındakı danışıqlardan sonra İraq Hicaz və Yəməndə baş verən və bir çox tələfatlarla nəticələnən Əli əleyhissəlamın və Müaviyənin qoşunları arasındakı qırğınlar Əli əleyhissəlamın dostlarının əksəriyyətində yorğunluq əmələ gətirmiş onlar daha döyüşməmək və sülh etmək fikrinə düşmüşdülər. Çünki onlar Əli əleyhissəlamın beş illik hakimiyyəti dövründə başdan-başa müharibələrdə olmuşdular. Digər tərəfdən də onların döyüşü heç də yadelli işğalçılara qarşı deyil əksinə dünən onlarla qardaş olub bu gün Müaviyənin ordusuna qatılmış adamlarla olmuşdu.
    İraq camaatı bəhanələr gətirməklə Şam ordusunun Hicaz Yəmən və İraqda törətdikləri vəhşiliklərinə qarşı vuruşmaq üçün ordunu göndərməkdə tənbəllik edib başlarının dinc olması ilə əslində döyüşdən yorulduqlarını bildirirdi. İraq camaatının Əli əleyhissəlamın yenidən qüvvə toplayıb Siffeyn döyüşünə dəvətini gec qəbul etməsi bu yorğunluğa açıq-aşkar bir nümunədir.
    Doktor Taha Hüseyn Əbu Musa Əşəri ilə Əmr As arasındakı danışıqlardan və Siffeyn döyüşünün sonundakı vəziyyətin gərginləşməsini qeyd etdikdən sonra yazır: «Sonra Əli (əleyhissəlam) Şama hücum etmək qərarına gəldi. Lakin ordusundakı münafiqlər – "Kufəyə qayıdıb işlərimizi səliqə-sahmana salaq ondan sonra bir az da çox qoşunla düşmənin üstünə hücum edərik” – dedilər. Əli (əleyhissəlam) onlarla birgə Kufəyə gəldi və bir daha döyüşə getmədi. Çünki ordusunda olanların hər biri öz evinə dağılışıb şəxsi işlərilə məşğul olmağa başladılar. Döyüşmək üçün o qədər səhlənkarlıq edib süstləşdilər ki Əli (əleyhissəlam) artıq onlara qarşı naümid oldu. Əli (əleyhissəlam) daima onları cihada dəvət edir və bunu dəfələrlə təkrar edirdi ancaq onlar İmamın dəvətini nə eşidir nə də qəbul edirdilər. Hətta iş o yerə çatmışdı ki Əli (əleyhissəlam) bir gün xütbələrinin birində buyurdu: «Öz asiliyinizlə mənim əmrimdən çıxdınız. Hətta iş o yerə çatdı ki Qüreyş dedi: Əbutalibin oğlu şücaətli kişidir ancaq döyüşməkdən xəbəri yoxdur. Allah babalarına rəhmət eləsin kim döyüşməyi məndən yaxşı bilir?»
    Əli (əleyhissəlam) şəhadətə yetişdikdən sonra onun yerinə İmam Həsən (əleyhissəlam) hakimiyyətə gəldikdə, bu məsələ daha da qabarıq surətdə aşkar oldu. Xüsusilə İmam (əleyhissəlam) Kufə camaatını Şam ordusuna qarşı vuruşmağa dəvət edəndə onlar İmam əleyhissəlamın dəvətini çox gec qəbul etdilər.
    Müaviyənin ordusunun Kufəyə tərəf hərəkət etməsi xəbəri İmam Həsən əleyhissəlama yetişdikdə, İmam camaatı məscidə yığdı. Xütbəyə başlayıb Müaviyənin ordusunun səfərbər olmasını camaata çatdırdıqdan sonra camaatı Allah yolunda cihada və batilin tərəfdarlarına qarşı vuruşmağa dəvət etdi. İmam (əleyhissəlam) bildirdi ki səbirli olmaq fədakarlıq etmək və çətinliklərə dözmək lazımdır. İmam Həsən (əleyhissəlam) camaatın ruhiyyəsindən xəbərdar olduğundan onların bu dəvətə qarşı müsbət cavab verməməsindən nigaran idi. Elə belə də oldu. İmam (əleyhissəlam) camaatı döyüşə dəvət etdiyi xütbəni qurtardıqdan sonra hamı sükut etdi İmamın sözlərini təsdiq edən bir nəfər də tapılmadı. Bu hadisə o qədər təəssüfləndirici və acınacaqlı idi ki məclisdə hazır olan Əli əleyhissəlamın şücaətli səhabələrindən biri camaatı bu səhlənkarlıqlarına görə möhkəm danladı və onları yalançı qəhrəmanlar qorxaq və şücaətsiz insanlar kimi qələmə verərək onları İmamla birgə Şam ordusuna qarşı vuruşa çağırdı.Bu tarixi sənəd İraq camaatının döyüşdən nə qədər yorulduqlarını onlardakı mübarizə və döyüş ruhiyyəsinin ölməsini çox yaxşı bəyan edir. Onlar döyüşməyə hazır deyildilər. Nəhayət İmam Həsən əleyhissəlamın yaxın səhabələrindən bir neçəsi camaatı səfərbər etmək məqsədilə çıxışlar etdi. Bundan sonra İmam Həsən (əleyhissəlam) kiçik bir ordu ilə Kufədən çıxaraq şəhərin yaxınlığında Nüxeylə adlı bir yerdə düşərgə saldı. İmam əleyhissəlamın ordusu təzə qüvvələrin gəlib onlara birləşməsi məqsədilə on gün Nüxeylədə qaldı. Nəhayət, dörd min nəfər İmamın başına toplaşdı. Buna görə də, İmam (əleyhissəlam) məcbur olub güclü ordu toplamaq məqsədilə Kufəyə qayıtdı.
    Müxtəlif ünsürlü cəmiyyət
    Yuxarıda deyilənlərdən əlavə, o dövrün İraq camaatı mütəşəkkil və vahid deyildi. Əksinə cəmiyyət müxtəlif ünsürlü və bir-biri ilə zidd olan dəstələrdən təşkil olunmuşdu. Belə ki bəzi vaxtlar bu dəstələr bir-biri ilə heç cür yola gedə bilmirdilər. Bir dəstə çox təhlükəli olan Əməvilər sülaləsinin tərəfdarı digər bir dəstə həm Əməvilərlə həm də İmam Həsən əleyhissəlamla vuruşmağı özlərinə vacib bilən xəvaric dəstəsi başqa bir dəstə müxtəlif yerlərdən gəlib İraqda məskunlaşmış və sayı iyirmi min nəfərə çatan qeyri-ərəb müsəlmanlar başqa bir dəstə də əqidəsi sabit olmayan İmam Həsən əleyhissəlamla Müaviyə arasında hansı birinin üstün olmasında şəkk edən insanlardan ibarət idi. O dövrün İraq və Kufə əhalisi bu dəstələrdən təşkil olunmuşdu. Bunlardan fərqli olaraq digər bir dəstə də Əli əleyhissəlamın həqiqi dostları idi.
    Pərakəndə ordu
    Əhali arasındakı bu dəstələr təbii ki İmam Həsən əleyhissəlamın ordusunda da yayılmış ordunu pərakəndə hala gətirib çıxarmışdı. Buna görə də, xarici düşmənlərə qarşı mübarizədə belə bir orduya arxalanmaq heç cür mümkün deyildi.
    Şiə məzhəbinin böyük ustadı mərhum Şeyx Müfid və başqa tarixçilər İmam Həsən əleyhissəlamın ordusundakı bu təhlükə barədə belə yazırlar: «İraq əhalisi çox gec və süstlüklə İmam Həsən əleyhissəlamın ordusuna qoşuldu. İmam Həsən əleyhissəlamın təşkil etdiyi qoşun aşağıdakı dəstələrdən ibarət idi:
    1) Əli əleyhissəlamın şiələrindən ibarət tərəfdarları;
    2) Xəvaric; (Onlar Müaviyə ilə döyüşmək üçün bütün yollara əl atmışdılar. Onların İmam Həsən əleyhissəlamın dəstəsinə qoşulması Müaviyə ilə düşmənçiliklərinə görə idi.)
    3) Dünyapərəst və mənfəətpərəst şəxslər; Bunlar da özlərinə maddi mənfəət əldə etmək üçün İmam Həsən əleyhissəlamın ordusuna qoşulmuşdular.
    4) İkiürəkli və şəkk edən insanlar; Onların nəzərincə İmam Həsən (əleyhissəlam) kimi böyük bir şəxsiyyətin Müaviyədən elə bir üstünlüyü yox idi.
    5) Nəhayət din xatirinə yox əksinə qəbilə düşmənçiliyinə görə və sadəcə olaraq öz qəbilə başçılarından itaət edib mübarizəyə qoşulanlar.
    Beləliklə də, İmam Həsən əleyhissəlamın ordusu Müaviyə kimi bir düşmənə qarşı mübarizədə lazımi təşəkkülü tapmamış və pərakəndə şəkildə olmuşdu.
    Canlı sənəd
    O dövrün İraq əhalisinin pərakəndəliyini və camaatın döyüşə qarşı süstlüyünü, əslində heç kim İmam Həsən əleyhissəlamın özündən yaxşı bəyan edə bilməz. İmam Həsən (əleyhissəlam) ordusunun irəlilədiyi son məntəqə olan Mədaində çox geniş və ruhlandırıcı bir çıxış etdi. O sözlərinin əsnasında buyurdu: «Bizi Şam əhlinə qarşı (Müaviyənin ordusuna qarşı) mübarizədən heç bir şəkk-şübhə saxlaya bilməz. Biz bundan qabaq da sizin dözümünüz və daxili anlayışınızla Şam əhlinə qarşı mübarizə etmişik. Ancaq bu gün kin-küdurət nəticəsində vəhdət və qarşılıqlı anlaşma sizdən uzaqlaşmış öz müqavimətinizi itirmiş və indi də giley-güzar edirsiniz. Siffeyn döyüşünə gedəndə dininizin mənfəətini dünya mənfəətinizə üstün tutdunuz lakin indi isə dünyanızı dininizdən üstün tutursunuz. Biz indi də keçmişdə olduğumuz kimiyik ancaq siz bizə qarşı keçmişdə olduğunuz kimi vəfadar deyilsiniz. Sizlərdən bəziləri Siffeyn döyüşündə bəziləri də Nəhrəvan döyüşündə öz qohum-əqrəbasını yaxınlarını itirmişdir. Birinci dəstə öz ölülərinə ağlayır ikinci dəstə isə ölülərinin qan bahasını istəyir. Qalanları da bizim əmrlərimizdən boyun qaçırırlar. Müaviyə bizə insafdan uzaq bizim izzət və böyük məqsədimizin əksinə olan bir təklif etmişdir. İndi əgər Allah yolunda ölməyə hazırsınızsa deyin onda mübarizəyə qalxaq və onun bu təklifinə qılıncla cavab verək. Yox əgər sağ qalmaq istəyirsinizsə deyin onda bu təklifi qəbul edib sizin razılığınızı təmin edək.»
    İmam əleyhissəlamın sözləri bu yerə çatanda hamı bir ağızdan biz yaşamaq istəyirik biz sağ qalmaq istəyirik– deyə qışqırdı.
    Döyüş ruhiyyəsindən məhrum olmuş belə bir ordu ilə İmam Həsən (əleyhissəlam) Müaviyəyə qarşı necə mübarizəyə girişə bilərdi? Müxtəlif ünsürlü dəstələrdən təşkil olunmuş və kiçik bir qəflət nəticəsində özləri xətər törədə bilən bir ordu ilə qələbəmi əldə etmək olar? Fərz edək ki İmam Həsən (əleyhissəlam) deyil Müaviyə belə bir qoşuna başçılıq edir o İmam əleyhissəlamın gördüyü bu işdən (sülhdən) başqa bir iş görə bilərdimi?
    Bəli bu səbəblər yığışıb İslam cəmiyyətini qəti təhlükənin iki addımlığına çatdırdı və çox acınacaqlı hadisələr əmələ gətirdi. İndi bunun şərhini sizin nəzərinizə çatdırırıq.
    İmam Həsən əleyhissəlamın ordunu səfərbər etməsi
    Keçmiş və müasir tarixçilər bəzi tarixi hadisələri dəyişdirib onun əksini yazırlar. Onlardan bəziləri belə iddia edirlər ki güya İmam Həsən əleyhissəlamın Müaviyə ilə vuruşmaq məqsədi yox idi. Elə xilafətin ilk günlərindən bu fikirdə idi ki Müaviyədən maddi imkanlar alıb rahat yaşasın. Müaviyə ilə müxalifət edirdisə də, bu imkanları təmin etmək üçün edirdi.
    Əldə olan tarixi sənədlər göstərir ki bu töhmətlər tamamilə yalandır və tarixi həqiqətlərlə heç cür uyğun gəlmir. Çünki əgər İmam Həsən (əleyhissəlam) Müaviyə ilə vuruşmaq fikrində deyildisə, bəs nəyə görə ordu toplayırdı? Halbuki bütün tarixçilər deyirdilər ki İmam Həsən (əleyhissəlam) ordu toplayıb döyüşə hazır oldu. Lakin bir tərəfdən İmam əleyhissəlamın ordusundakı dəstəbazlıq və pərakəndəliklər digər tərəfdən də Müaviyənin xaincəsinə qurduğu hiylələr nəticəsində İmam əleyhissəlamın nizami qoşunu döyüş başlamazdan qabaq və heç bir vuruş olmadan bir-birindən ayrıldı və camaat İmam əleyhissəlamın ətrafından dağıldı. İmam Həsən (əleyhissəlam) da çarəsizlikdən döyüşməyib sülhü qəbul etdi.
    Buna əsasən, İmam Həsən əleyhissəlamın hərəkəti qiyam müharibə elan etmək və ordu toplamaqla başladı sonra da vəziyyəti və İslam cəmiyyətinin şəraitini dərindən yoxlayıb zamanın məsləhətinə uyğun olaraq şərti sülhlə nəticələndi.
    İndi isə oxucuların nəzərini bu barədə daha geniş məlumata cəlb edirik.
    Əhdini danan camaat
    Bir az bundan qabaq deyildiyi kimi İraq və Kufə camaatı sözübütöv və mütəşəkkil deyildi. Əksinə onlar vəfasız etimad edilməyən və hər gün bir bayraq altında yığışan (külək hara əsdi ora meyl edən) mövcud olan vəziyyətdən və zəmanənin qüdrətindən istifadə edən adamlar idi. Elə buna görə də, İmam əleyhissəlamın ordusunda yaranan böhran və hər iki tərəfin öz qoşunlarını səfərbər etməsilə həmzaman Kufənin adlı-sanlı qəbilələrinin başçılarından bir neçəsi İmam Həsən əleyhissəlama xəyanət edərək Müaviyəyə məktub yazıb bildirdilər ki onlar onun hökumətini himayə edirlər. Onlar məktubla Müaviyəni məxficə İraqa tərəf hərəkət etməyə dəvət edərək söz verdilər ki Müaviyə İraqa yaxınlaşan kimi ya İmam Həsən əleyhissəlamı tutub ona verəcək ya da ona sui-qəsd edəcəklər.
    Müaviyə həmin məktubları olduğu kimi İmam Həsən əleyhissəlama göndərib bildirdi ki bu cür insanlara arxalanıb döyüşə necə hazır ola bilərsən?
    Xain sərkərdə
    İmam Həsən (əleyhissəlam) Müaviyə ilə döyüşmək məqsədi ilə Kufəni tərk etdikdən sonra Übeydullah ibn Abbası on iki min nəfərlik döyüşçü ilə ordunun ön hissəsinə özünün ən yaxın dostlarından olan Qeys ibn Səd və Səid ibn Qeysi isə Übeydullaha müşavir və canişin təyin etdi. Belə ki bu üç nəfərdən birinin başına bir iş gəlsəydi, növbə ilə digəri onun işini görməli idi.
    İmam Həsən (əleyhissəlam) qoşunun hərəkət edəcək səmtini müəyyən edib belə göstəriş verdi ki Müaviyənin qoşunu ilə rastlaşdıqda onların hərəkətinin qarşısını alıb İmamı bu işdən xəbərdar etsinlər və İmam da əsas ordu ilə onlara qoşulsun.
    Übeydullah ibn Abbas öz ordusunu hərəkətə gətirdi. Onun ordusu Məskin adlı bir yerdə Müaviyənin ordusu ilə üz-üzə gəldi və Übeydullahın ordusu elə oradaca düşərgə saldı. Az bir zamanda İmama xəbər çatdı ki Übeydullah Müaviyədən bir milyon dirhəm alıb səkkiz min nəfərlə onun tərəfinə keçmişdir.
    Təbii ki bu sərkərdənin xəyanəti vəziyyətin böhran içində olduğu belə bir vaxtda ordunun ruhiyyəsinin zəifləməsinə və İmam Həsən əleyhissəlamın nizami mövqeyinin bir-birinə dəyməsinə çox böyük təsir göstərmişdi. Çox şücaətli imanlı və Əli əleyhissəlamın ailəsinə qarşı vəfalı olan Qeys ibn Səd ordunun sərkərdəliyini öz öhdəsinə götürür və özünün ruhlandırıcı çıxışı ilə döyüşçülərin ruhiyyəsini artırmağa çalışır. Müaviyə onu da pulla ələ almaq istəyir lakin Qeys ona aldanmayıb İslam düşmənlərinin qarşısında axıra qədər durur.
    Xaincəsinə görülmüş hiylələr
    Müaviyə təkcə Übeydullahı ələ almaqla kifayətlənmədi. Eyni zamanda o İmam əleyhissəlamın ordusunu zəiflətmək və ordu arasında şayiə yaymaq məqsədilə öz casus və muzdurlarını İmam əleyhissəlamın başçılıq etdiyi orduya göndərdi. Onlar İmam əleyhissəlamın başçılıq etdiyi orduda belə bir şayiə yaydılar ki Qeys (ön xəttin başçısı) Müaviyə ilə saziş bağlayıb eyni zamanda Qeysin də ordusu arasında şayiə yaydılar ki İmam Həsən (əleyhissəlam) də Müaviyə ilə sülh bağlamışdır. İş o yerə çatdı ki Müaviyə camaatın gözündə zahirən yaxşı olan adamlardan bir neçəsini İmam Həsən əleyhissəlamın hüzuruna göndərdi. Onlar gəlib Mədain düşərgəsində İmam əleyhissəlamla görüşdülər. İmam əleyhissəlamın çadırından kənara çıxdıqda, camaat arasında car çəkdilər ki Allah Peyğəmbər (əleyhissəlam) nəvəsinin vasitəsi ilə fitnəni yatırtdı və müharibəni sakitləşdirdi. Həsən ibn Əli (əleyhissəlam) Müaviyə ilə sülh edərək camaatın qanının tökülməsinin qarşısını aldı.
    Onlar özlərinə qarşı camaatın etimadını doğrultduqlarına görə heç kim araşdırma aparmadan onların sözlərinə inanıb İmam əleyhissəlamın əleyhinə qiyam qaldıraraq o Həzrətin çadırına hücum edib çadırda nə var idisə, hamısını qarət etdilər. Hətta İmam əleyhissəlamı öldürmək fikrinə də düşdülər. Ancaq sonradan hamı dağıldı.
    Xəvaricin xəyanəti
    İmam Həsən (əleyhissəlam) (ordu ilə birgə) Mədaindən Sabata tərəf hərəkət etdi. Yolda gizlənmiş və qabaqcadan İmam əleyhissəlamı güdən xəvaricdən biri o Həzrətə güclü bir zərbə endirdi. İmam Həsən (əleyhissəlam) bu zərbə nəticəsində ağır yaralanaraq çoxlu qan itirdi və zəiflədi. İmam əleyhissəlamın bir neçə yaxın dostu onu yenidən Mədainə qaytardı. Mədaində İmam əleyhissəlamın halı aldığı zərbə nəticəsində çox ağırlaşdı. Bundan istifadə edən Müaviyə vəziyyəti tam ələ aldı. Lazım olan nizami ordunu itirib tək qalmış İmam Həsən (əleyhissəlam) məcbur olub sülh təklifini qəbul etdi. Deməli əgər İmam Həsən (əleyhissəlam) sülhü qəbul edibsə, bundan başqa çarəsi olmayıb. Necə ki Təbəri və digər tarixçilər yazırlar: «Həsən ibn Əli (əleyhissəlam) yalnız ordusu onun başından dağılıb tək qaldığı halda sülhü qəbul etməyə razı oldu.»
    Sülhün səbəbləri barədə İmam Həsən əleyhissəlamın buyurduqları
    İmam Həsən (əleyhissəlam) onun sülhünə etiraz edən bir nəfərin cavabında bu acı həqiqətlərə işarə edərək öz sülhünün səbəblərini belə bəyan etdi:
    «Mən hökuməti Müaviyəyə onunla vuruşmağa heç bir tərəfdarım olmadığından həvalə etdim əgər tərəfdarım olsaydı gecə-gündüz onunla vuruşub işi birdəfəlik həll edərdim. Mən Kufə camaatını yaxşı tanıyıram və onları dəfələrlə sınamışam. Onlar islah olunmayacaq azğın insanlardır. Nə vəfalıdırlar nə də ki, iki nəfəri bir-biri ilə yola gedirlər. Onlar zahirdə bizə itaət edir batində isə bizim düşmənlərimizlə əlbirdirlər.» 
    İkinci İmam öz dostlarının bu süstlüyündən və ona arxa olmadıqlarından çox narahat olmuş və bir gün çox şiddətli bir xütbə söyləmişdir. Xütbədə bəzi məsələlərə işarə edib buyurmuşdur:
    «Nə dinləri nə də abır-həyaları olmayan adamlara təəccüb edirəm! Vay olsun sizlərə! Müaviyə məni öldürmək üçün sizə verdiyi vədələrin heç birinə əməl etməyəcək. Əgər mən Müaviyəyə beyət etsəm öz şəxsi vəzifələrimi indi olduğundan da yaxşı yerinə yetirərəm. Lakin hökumət Müaviyənin əlinə düşsə o qoymayacaq mən öz cəddimin şəriətini cəmiyyətdə icra edim.
    And olsun Allaha, (sizin xəyanətiniz səbəbindən) məcbur olub hökuməti Müaviyəyə təhvil versəm yəqin bilin ki Bəni–Üməyyənin hökumət bayrağı altında heç vaxt üzünüz gülməyəcək və cürbəcür əzab-əziyyətlərlə rastlaşacaqsınız. İndi elə bil öz gözlərimlə görürəm ki sabah sizin uşaqlarınız onların uşaqlarının qapısı qarşısında durub onlardan su çörək istəyəcəklər. Hansı ki həmin su və çörəyi Allah sizin uşaqlarınız üçün qərar verib və sizin uşaqlar onun həqiqi sahibidirlər. Bəni–Üməyyənin uşaqları onları öz qapılarından qovub öz haqlarından məhrum edəcəklər.»
    Daha sonra İmam (əleyhissəlam) əlavə edib buyurdu:
    «Əgər Allah düşmənlərinə qarşı mübarizə etmək üçün silahdaşlarım olsaydı heç vaxt hökuməti Müaviyəyə təhvil verməzdim. Çünki hökumət Bəni–Üməyyəyə haramdır...» 
    Müaviyənin çirkin hökumətinin mahiyyətini yaxşı tanıyan İmam Həsən (əleyhissəlam) bir gün Müaviyənin hazır olduğu bir məclisdə çıxış etmiş və çıxışında buyurmuşdur: «And olsun Allaha nə qədər ki hökumət Bəni–Üməyyənin əlindədir xoş həyat görməyəcəksiniz.»
    Bu tənbəllik səbəbindən və gələcəkdə rahat yaşamaq məqsədilə Müaviyə ilə mübarizə etməkdən boyun qaçıran İraq əhlinə bir xəbərdarlıq idi. Daha onların xəbəri yox idi ki Müaviyənin hökumətində heç vaxt öz arzularına çatmayacaqlar.
    Sülh müqaviləsi və İmam Həsən əleyhissəlamın məqsədləri
    İmam Həsən (əleyhissəlam) yuxarıda qeyd etdiyimiz səbəblərə görə Müaviyə ilə vuruşmağı İslam cəmiyyətinin ali məsləhətləri və İslamın qorunub saxlanmasının zərərinə görüb atəşkəs və sülhü qəbul etmək məcburiyyətində qaldığı üçün öz ali və müqəddəs məqsədlərini mümkün olduğu qədər sülh yolu ilə həyata keçirməyə çox çalışdı. Digər tərəfdən də Müaviyə sülhü bərqərar etmək və qüdrəti ələ keçirtmək üçün hər cür imkanatı İmam əleyhissəlamın ixtiyarında qoymuşdu. Hətta Müaviyə İmam (əleyhissəlam) üçün möhürlənmiş ağ bir kağız göndərib bildirdi ki İmam (əleyhissəlam) ona nə yazsa Müaviyə qəbul edəcək və razılıq əlaməti olaraq qabaqcadan öz möhrünü də vurmuşdu.İmam Həsən (əleyhissəlam) bu fürsətdən necə lazım idisə istifadə edərək İmam əleyhissəlamın ali məqsədlərindən hesab olunan əsas və mühüm məsələləri sülh müqaviləsində yerləşdirdi və Müaviyənin dilindən sülh müqaviləsinə əməl edəcəyinə zəmanət aldı. Tarixi qaynaqlarda sülh müqaviləsinin mətni tam mükəmməl və tərtiblə deyil pərakəndə şəkildə verilmişdir. Hər tarixçi onun bəzi maddələrini qeyd etmişdir. Ancaq bunların hamısını bir yerə yığdıqda, təxminən kamil şəkildə bir müqavilə düzəltmək olar. Kiçik bir baxışda İmam Həsən əleyhissəlamın sülh müqaviləsində qeyd etdiyi məsələlərə və onları həyata keçirməkdə etdiyi israr və təkidə nəzər salmaqla İmam Həsən əleyhissəlamın siyasi mübarizə zamanı düşməndən xal almaq üçün işlətdiyi fövqəladə tədbirini müşahidə etmək olar.
    İndi sülh müqaviləsinin maddələrini ayrı-ayrılıqda araşdırmazdan qabaq beş maddədə cəmlənmiş sülh müqaviləsinin hamısını əziz oxucuların nəzərinə çatdırırıq.
    Sülh müqaviləsinin mətni
    Birinci maddə: Həsən ibn Əli (əleyhissəlam) hökuməti Müaviyəyə o şərtlə təhvil verir ki Müaviyə hökuməti Quran qayda-qanunu və Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsi əsasında idarə etməlidir.
    İkinci maddə: Müaviyədən sonra hökumət Həsən ibn Əli əleyhissəlamın ixtiyarına keçməlidir. Əgər onun (İmam Həsən əleyhissəlamın) başına bir iş gələrsə Hüseyn ibn Əli (əleyhissəlam) hökumət başına gələcək. Həmçinin, Müaviyənin özündən sonra canişin təyin etməyə haqqı yoxdur.
    Üçüncü maddə: Əmirəlmöminin Əli əleyhissəlama namaz qılarkən hörmətsizlik edib onu söyməyin lənətlənməyin qarşısı alınsın və o Həzrət yaxşılıqla yad edilsin.
    Dördüncü maddə: Kufə beytül-malında olan beş milyon dirhəm pul Müaviyənin hökumətinə verilməkdən istisna olunur və həmin pulu İmam Həsən əleyhissəlamın özü lazımi yerlərə sərf edəcək. Həmçinin, Müaviyə beytül-maldan ayrılan payda Bəni Haşimi Bəni Üməyyədən üstün tutmalıdır. Eləcə də Müaviyə Darabegərd şəhərinin xəracının bir milyon dirhəmini Əli əleyhissəlamın rəhbərliyi altında Cəməl və Siffeyn döyüşlərində şəhid olanların ailələri arasında bölüşdürməlidir.
    Beşinci maddə: Müaviyə bütün əhaliyə istər Şam istər İraq istərsə də Hicaz əhalisinə hər hansı millətdən olursa olsun, bir daha təqib etməməsi və əzab-əziyyət verməməsi barədə zəmanət verməlidir. Onları Müaviyənin hökumətinə qarşı keçmişdəki fəaliyyətlərinə görə axtarışa məruz qoymamalı xüsusilə keçmiş kin-kudurətə görə İraq əhalisinə əziyyət verilməməlidir. Bundan əlavə, Müaviyə Əli əleyhissəlamın dostlarını harda olursa olsunlar amanda saxlamalı və onların heç birinə əziyyət etməməlidir. Əli əleyhissəlamın şiələrinin canı malı və pulunun hörməti qorunmalıdır. Onlar əsla axtarışa məruz qalmamalı və onlara zərrə qədər də narahatçılıq yetişməməlidir. Hər kəsin haqqı onun özünə çatmalıdır. Əli əleyhissəlamın şiələrindəki beytül-mal onların özlərində qalmalıdır.
    Həmçinin, Həsən ibn Əli (əleyhissəlam) və qardaşı Hüseyn ibn Əli (əleyhissəlam) və eləcə də, Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsindən olan hər hansı bir şəxs üçün Müaviyə tərəfindən heç bir xətər icad olmamalı, heç bir yerdə onlar üçün qorxu hissi yaranmamalıdır.
    Müqavilənin sonunda Müaviyə maddələrin hamısına əməl edəcəyinə söz verərək Allahı bu işdə şahid tutdu və bütün Şam əyan-əşrafı buna şəhadət verdilər.
    Beləliklə də, İmam Həsən (əleyhissəlam) hələ uşaq olarkən Peyğəmbərin (səlləllahu əleyhi və alih) gələcəkdən verdiyi xəbər həyata keçdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) bir gün İmam Həsən əleyhissəlamı (uşaq olarkən) minbərin başına çıxmış görüb buyurdu: «Mənim bu övladım müsəlmanların ağasıdır. Allah onun vasitəsilə iki müsəlman dəstə arasında sülh yaradacaq.»
    İmam Həsən əleyhissəlamın Müaviyə ilə sülh etməkdə məqsədi
    Dünyanın böyük şəxsiyyətləri ölkə başçıları vəziyyətin öz məqsədləri ilə zidd olduğunu görüb iki yol ayrıcına çatanda, çalışırlar işi elə həll etsinlər ki ziyanı az olsun. Bu da siyasi və ictimai gedişatda bir əsas kimi götürülmüşdür.
    Bu məsələyə əsaslanaraq İmam Həsən (əleyhissəlam) da çalışırdı ki öz yüksək məqsədlərini mümkün qədər təmin etsin. Buna görə də, Müaviyə ilə sülh etmək məcburiyyətində qalanda müqavilənin birinci maddəsinə əsasən, hökuməti Müaviyəyə bu şərtlə təhvil verdi ki Müaviyə hökuməti Quran qayda-qanunları və Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsi əsasında idarə etsin. Məlumdur ki İmam əleyhissəlamın məqsədi qüdrəti ələ almaq və İslam hökuməti təşkil verməklə yanaşı həm də cəmiyyətdə İslam qayda-qanununu qoruyub saxlamaq və cəmiyyətə bu qayda-qanun əsasında rəhbərlik etmək idi. Əgər bu qayda-qanun Müaviyə tərəfindən də icra olunsaydı yenə İmam əleyhissəlamın məqsədi az da olsa təmin olunardı. Buna əlavə olaraq ikinci maddəyə əsasən, Müaviyənin ölümündən sonra İmam Həsən (əleyhissəlam) İslam cəmiyyətinin rəhbərliyini azad şəkildə öz öhdəsinə götürə bilərdi. Müaviyənin otuz yaş İmam Həsən əleyhissəlamdan böyük olduğunu o dövrdə artıq Müaviyənin qocalıq vaxtlarını keçirtməsini və adi halla onun ömrünün sonlarının yaxınlaşdığını nəzərə alanda, bu maddənin adi hesablamalar əsasında İslam və müsəlmanlar üçün nə qədər faydalı olduğu məlum olur. Müqavilənin digər maddələri də bu cür əhəmiyyət daşıyır. Çünki cümə namazında və eləcə də digər namazlarda Əli əleyhissəlamın rəsmi şəkildə heç bir qorxu olmadan lənətləndiyi bu işin bir bidət kimi camaat arasında yayıldığı və Əli əleyhissəlamın şiə və dostlarının eləcə də Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsinin (qohum-əqrəbasının) hər yerdə təqib olunduğu və tutularaq cürbəcür təzyiqlərə məruz qaldığı bir dövrdə bu işlərin bundan belə təkrar olunmayacağı barədə maddə yazıb onu Müaviyəyə qəbul etdirmək və Müaviyənin onlara əməl edəcəyi vədini onun dilindən almağın nə qədər böyük nailiyyət olduğunu inkar etmək mümkün deyil.
    Kufədə toplanış
    Sülh müqaviləsi bağlandıqdan sonra tərəflər (İmam Həsən əleyhissəlamla Müaviyə) hərə öz ordusu ilə birlikdə Kufə şəhərinə gəlib şəhərin böyük məscidində bir yerə toplaşdılar. Camaat gözləyirdi ki indi sülh müqaviləsinin maddələri hər iki tərəfin rəhbərliyinin iştirkı ilə camaat üçün oxunulacaq və daha onun icra olunacağında heç kimin şəkk-şübhəsi qalmayacaqdır.
    Əlbəttə, camaatın bu intizarı heç də yersiz deyildi. Çünki camaat qarşısında çıxış etmək sülh proqramının əsaslarından biri idi. Buna görə də, Müaviyə minbərə çıxıb xütbəyə başladı. Ancaq o nəinki sülhün maddələrinə əməl edəcəyi haqqında söhbət etmədi hətta tənə və təhqirlə dedi: «Mən sizinlə namaz qılıb həcc yerinə yetirmək zəkat ödəmək üçün vuruşmadım. Mən bilirəm ki onsuz da siz bunları yerinə yetirirsiniz. Mən sizinlə ona görə vuruşdum ki sizi özümə tabe edib hökuməti ələ keçirəm.»
    Daha sonra dedi: «Bunu bilin ki Həsən ibn Əli əleyhissəlamla bağladığım sülh müqaviləsinin bütün maddələrini ayağım altına qoyub tapdalayıram və onların heç birinin dəyəri yoxdur.»
    Beləliklə də, Müaviyə İmam Həsən əleyhissəlamla bağladığı sülh müqaviləsini ayağı altına saldı və onu açıqcasına pozdu.
    Müaviyənin cinayətləri
    Müaviyə bu siyasəti yürütdükdən sonra öz işlərini düzəltmək əvəzinə əksinə, cinayətlərini daha da artırdı. O Əli əleyhissəlama əvvəlkindən daha çox hörmətsizlik etməyə başladı. Yaşayışı, Əli əleyhissəlamın vəfalı böyük dost və şiələrinə həddən artıq darısqallaşdıraraq Hicr ibn Ədiyy kimi İslamın böyük şəxsiyyətlərini qətlə yetirdi. Əli əleyhissəlamın şiələrinə yönələn qətl işkəncə və əzab-əziyyəti daha da şiddətləndirdi. Belə ki Əli əleyhissəlamın əksər dostları ya tutulub həbs edilir ya dərbədər düşür ya da öz ev-eşiklərindən uzaq düşüb sıxıntılı mühitdə yaşayırdılar. Müaviyə təkcə Əli (əleyhissəlam) və şiələrinin hörmətinin qorunması maddəsini pozmaqla kifayətlənməyib hətta Darabegərd məntəqəsinin xəracına da müqavilədə olduğu kimi əməl etmədi.
    Təbəri bu barədə yazır: «Bəsrə əhalisi Darabegərdin xəracını verməyib dedi ki bu mal bizim beytül-malın olub və bizə məxsusdur.»
    İbn Əsir yazır: «Bəsrə əhalisi Darabegərd məntəqəsinin xəracını verməkdən boyun qaçırtdı. Onlar bu işi Müaviyənin göstərişi ilə etdilər.»
    Xalqın oyanıb xəbərdar olması
    Bir çox ardıcıl döyüşlər nəticəsində artıq vuruşmaqdan yorulub öz tayfa başçılarının sözü, Müaviyənin təbliğatçılarının hiyləgər tabliğatı və yağlı vədələri ilə sülh etməyə razılaşan camaat nə vaxtsa oyanmalı idi. Onlar döyüşə qarşı yorğunluq göstərməklə Müaviyənin yalan və yağlı vədələrinə inanmaqla və kor-koranə öz tayfa başçılarının sözü ilə sülhü qəbul etməklə necə böyük səhvə yol verdiklərini anlamalı idilər. Bu isə təkcə bir yolla – öz gördükləri işin acınacaqlı nəticələrini görməklə mümkün idi. Bundan əlavə, müsəlmanlar Əməvi hökumətinin əsl və həqiqi sifətini görməli onların cəmiyyətdə yaratdıqları çətinlikləri məhrumiyyətləri ardıcıl axtarışları və zülmləri öz gözləri ilə görməli idilər.
    İmam Həsən əleyhissəlamın və onun ən yaxın dostlarının o həssas dövrdə həyata keçirmək istədiyi məsələ o idi ki bu hadisələri olduğu kimi camaata göstərsinlər camaatın ağıl və düşüncəsi nəticəsində onları Əməvi hökumətinin bu cür acınacaqlı işlərinin əleyhinə qiyama hazırlasınlar. Deməli İmam Həsən (əleyhissəlam) sülh edibsə bu ağır yükü boynundan atmaqdan ötəri sülh etməyib əksinə ona görə sülh edib ki mübarizəni başqa sahədə aparsın. Elə sülhdən sonra baş vermiş hadisələr də bu məsələyə kömək etdi və İraq əhalisini qəflət yuxusundan oyatdı. Təbəri yazır: «Müaviyə (sülh müqaviləsi bağlanandan sonra Kufə yaxınlığındakı) Nüxeylə adlı bir yerdə düşərgə saldı. Bu zaman xəvaricin bir dəstəsi Müaviyənin əleyhinə qiyam edib Kufə şəhərinə daxil oldu. Müaviyə Şam əhalisindən bir dəstəsini onlara qarşı vuruşmağa göndərdi lakin xəvaric onları məğlubiyyətə uğratdı. Bundan sonra Müaviyə Kufə ordusuna xəbər göndərdi ki xəvarici məhv etsinlər əks təqdirdə Kufə əhalisi amanda olmayacaq.»
    Beləliklə, Əli əleyhissəlamın və İmam Həsən əleyhissəlamın ordusunda vuruşmağa razı olmayan İraq əhalisi onların və xəvaricin müştərək düşməni olan Müaviyə tərəfindən xəvariclə vuruşmağa məcbur oldular. Bu da onu göstərir ki camaat Müaviyənin hökumətində arzuladığı sülh və asayişə heç vaxt çatmamışlar.
    Qorxu içində saxlamaq və aclıq siyasəti
    Bundan əlavə, Müaviyə camaata qarşı insaniyyətdən uzaq olan bir siyasət də yeridirdi. Bu siyasəti qorxu içində saxlamaq və aclıq siyasətindən başqa bir şey adlandırmaq olmaz. O bu yolla İraq əhalisini həyat səhnəsindən götürürdü. Müaviyə bir tərəfdən İraq əhalisini hər cür çətinliklər qarşısında qoyur digər tərəfdən də onları öz hüquqlarından məhrum edirdi.
    Sünni məzhəbinin görkəmli alimi ibn Əbil Hədid yazır: «Harada şiə var idisə qətlə yetirilirdi. Bəni–Üməyyə tərəfindən şiə olduğunu ehtimal verən şəxslərin əl-ayaqları kəsilirdi. Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsinə məhəbbəti olanların hamısı ya həbs edilir ya mal-dövlətləri müsadirə olunur ya da evi viran edilirdi. Şiələrə qarşı təzyiqlər o qədər artmışdı ki Əli əleyhissəlamı sevmək nisbəti küfr nisbətindən pis sayılırdı və onun ardınca acınacaqlı əzablar gözlənilirdi. Kin-küdurət doğuran bu siyasətin icrasında Kufə şəhərinin vəziyyəti hər yerdən pis idi. Çünki Kufə Əli əleyhissəlamın şiələrinin mərkəzi hesab olunurdu. Müaviyə Ziyad ibn Süməyyəni Kufənin valisi təyin etdi sonradan Bəsrənin də hökumətini ona tapşırdı. Bir vaxtlar Əli əleyhissəlamın şiələrindən olan Ziyad onları çox yaxşı tanıyırdı. O şiələri harada gizlənmişdilərsə tapıb öldürdüyünü öldürdü bəzilərini hədələyərək əl-ayaqlarını kəsdi gözlərini çıxartdı xurma ağaclarının budaqlarından asdırdı və onları İraqdan didərgin saldı. Belə ki daha şiənin tanınmış şəxsiyyətlərindən heç biri İraqda qalmadı.»
    Kufə və Bəsrədə təzyiqlərin artması
    Yuxarıda qeyd etdik ki İraq əhalisi xüsusən də kufəlilər hamıdan çox təzyiqlərə məruz qalırdılar. İş o yerə çatmışdı ki onlar öz etibarlı inamlı dostlarının evinə get-gəl edib bir gizli söhbət etmək istədikdə, ev sahibinin xidmətçisindən qorxduqları üçün ondan xəbərçilik etməyəcəyi barədə and almayınca sözə başlamazdılar.
    Müaviyə ölkənin bütün valilərinə məktub yazıb onlara tapşırdı ki şiə və Əli (əleyhissəlam) övladlarının şəhadətini də qəbul etməsinlər.
    O məktubların birində belə yazır: «Əgər iki nəfər bir nəfərin şiə olduğuna şəhadət verərsə, dərhal onun adını beytül-maldan silin və onu hüququndan məhrum edin.»
    Növbə ilə altı ay Kufədə altı ay Bəsrədə vali olan Ziyad Bəsrədə olmadığı dövrdə öz işlərini Səmürə ibn Cündəbə tapşırırdı. Səmürə bu müddətdə (altı ayda) səkkiz min nəfəri qətlə yetirdi. Ziyad ona dedi: Qorxmursan ki onların arasında biri günahsız olar? Səmürə dedi: "Onların iki bərabərini öldürsəm də, yenə qorxmaram.”
    Əbu Səvar Ədəvi deyir: «Səmürə bir gün hamısı Quranı əzbərdən bilən qırx yeddi qohumumu öldürdü.»
    Sülh – Aşura hərəkatı üçün zəminə yaradan
    Bu qorxulu hadisələr İraq əhalisini möhkəm oyatdı və əhali Əməvi hakimiyyətinin əsl mahiyyətini az da olsa, tanıdı. Onlar artıq sakit oturmaqdan süst qalmaqdan bezmişdilər. Tayfa başçılarının İmam Həsən əleyhissəlamın sülhündən istifadə edib Müaviyənin «səxavətindən» bəhrələndiyi bir vaxtda İraqın adi əhalisi öz ayaqları ilə tərəfinə getmiş və öz əlləri ilə ona beyət etmiş Müaviyənin zalım hökumətinin əsl mahiyyətini yavaş-yavaş tanımağa başlayırdı.
    Müaviyə Müğeyrə ibn Şübəni Kufəyə Abdullah ibn Amiri isə Bəsrəyə başçı təyin etdi. Osmanın ölümündən sonra Bəsrədən çıxıb getmiş Abdullah yenidən oraya qayıtdı. Müaviyənin özü isə Şama gedib Dəməşqdə ölkə işlərinin tədbirinə başladı.
    İraq camaatı hər dəfə Əli əleyhissəlamın dövründəki yaşayışlarını yada saldıqda, qəmgin olur və Əli əleyhissəlamı himayə etmədiklərinə görə peşmançılıq çəkirdilər. Eləcə də, Şam əhalisi ilə bağladıqları sülhə görə peşman olmuşdular. Onlar bir-biri ilə rastlaşanda, bir-birini danlayır bir-birindən soruşurdular ki görəsən, nə olacaq nə etməliyik? Sülhdən bir neçə il keçməmişdi ki Kufə şəhərinin nümayəndələri İmam Həsən əleyhissəlamı görüb onunla söhbət etmək və onun sözlərinə qulaq asmaq üçün Kufədən Mədinəyə get-gəl etməyə başladılar.
    Bu əsasa görə İmam Həsən əleyhissəlamın sülh dövrü gələcək günə qədər camaatın azğın Əməvi hökumətinə qarşı hazırlıq və döyüş üçün məşq etmək dövrü hesab olur. Elə bir gün ki İslam cəmiyyəti artıq həmin gün mübarizə etmək üçün hazır olacaqdı.
    Mənbə:İmam Həsən Müctəba əleyhissəlamın həyatı (Müəllif:Mehdi Pişvayi)
    Категория: TARİX | Добавил: Islam313 (13.10.2012)
    Просмотров: 402 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -