.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » TARİX

    İmam Həsən Müctəba əleyhissəlamın həyatı

    İmam Həsən Müctəba əleyhissəlamin həyati
    Məzlumların köməkçisi
    Misilsiz bir bəxşiş
    Müaviyə ilə sülhün (atəşkəsin) səbəbləri
    Sülhün səbəbləri İmamın öz dilindən
    Sülh müqaviləsinin mətni
    Nəyə görə İmam Həsən (əleyhissəlam) sülh İmam Hüseyn
    (əleyhissəlam) isə qiyam etdi?
    İmam Həsən əleyhissəlamın həyatı barədə qısa məlumat
    Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.
    İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.
    Məzlumların köməkçisi
    İslam dinində (İslam nöqteyi-nəzərindən) varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyırlar. Dərin mənəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmalıdırlar. İslam peyğəmbəri və dini rəhbərlər (İmamlar) bu barədə nə təkcə sifarişlər etmiş hətta hərə öz zamanında insansevərliyin və zəifpərvərliyin bir nümunəsi olmuşlar.
    İkinci İmam elm təqva zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin fağır və imkansızların pənahı ehtiyacı olanların ümid yeri idi. Belə ki bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi İmam (əleyhissəlam) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (əleyhissəlam) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə utanmağa icazə verməzdi.
    Süyuti öz kitabında yazır:«Həsən ibn Əli (əleyhissəlam) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O alicənab səbirli vüqarlı mətin səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət idi.»
    İbrətamiz incəlik
    İmam Həsən (əleyhissəlam) bəzi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki bu miqdar pulu bir yerdə bağışlamaq camaatı heyran qoyardı. İmam əleyhissəlamın bu cür külli miqdarda pulu bir dəfəyə bağışlamasının bir incəliyi o idi ki İmam (əleyhissəlam) ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi. İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. Həmçinin, bu pulla əlinə sərmayə də gətirə bilərdi. İmam Həsən (əleyhissəlam) kasıba onun bir günlük ehtiyaclarını ödəyən miqdarda pul verməyi rəva görmürdü. Belə olan halda, həmin şəxs məcbur olub gündəlik yeməyi üçün ona-buna əl uzatmalı idi. Bu səbəbə görə də Həzrət Həsən (əleyhissəlam) kasıba çoxlu pul verərdi.
    Elm və fəzilət ailəsi
    Bir gün Osman məscidin kənarında oturmuşdu. Kasıb bir kişi ondan kömək istədi. Osman çıxarıb ona bir dirhəm pul verdi. Kişi Osmana dedi: "Məni elə bir adamın yanına göndər ki mənə bir az çox kömək etsin.” Osman məscidin bir küncündə əyləşmiş İmam Həsən (əleyhissəlam) və Abdullah ibn Cəfərə tərəf işarə edib kişiyə dedi ki orada oturmuş cavanların yanına get və onlardan kömək istə. Kişi onların yanına gəlib kömək istədi. İmam Həsən (əleyhissəlam) buyurdu: "Ancaq üç halda başqalarından maddi kömək istəmək olar: Boynunda diyə (qan bahası) olub onu ödəyə bilmədikdə; külli miqdarda borclu olub qaytarmaq iqtidarında olmadıqda və ehtiyac içində olub əli heç bir yerə çatmadıqda. İndi bu üç şeyin hansı biri sənə üz vermişdir?” Kişi cavab verdi ki mənə də məhz bu üç şeydən biri üz verib. İmam Həsən (əleyhissəlam) çıxarıb əlli dinar (bir dinar on dirhəmə bərabərdir) pul kişiyə verdi. Bunu görən İmam Hüseyn (əleyhissəlam) da qırx doqquz dinar daha sonra Abdullah ibn Cəfər qırx səkkiz dinar kişiyə verdilər.
    Kasıb kişi qayıdarkən Osmanın yanından keçirdi. Osman kişiyə dedi: "Nə oldu?” Kişi cavab verdi ki səndən pul istədim verdin ancaq heç soruşmadın pulu nəyə görə istəyirəm. Ancaq o üç nəfərin yanına gedəndə, onlardan biri (İmam Həsən (əleyhissəlam)) istəyimin səbəbini soruşdu. Mən də cavab verdim. Sonra onların hərəsi mənə bu qədər pul verdi. Osman dedi: "Bu ailə elm hikmət çeşməsi fəzilət və yaxşılıq mənbəyidir. Onlar kimisini nə vaxt tapa bilərsən?
    Misilsiz bəxşiş
    İmam Həsən (əleyhissəlam) bütün qüdrətini yaxşı və Allah bəyənən yollarda sərf edər Allah yolunda çoxlu miqdarda pul bəxşiş edərdi. Tarixçilər və alimlər o Həzrətin şərəfli həyatı haqqında misilsiz bir bəxşiş qeyd etmişlər ki bu da heç bir rəhbərin həyatında gözə dəymir. İmamın bu hərəkəti o Həzrətin əliaçıqlığından əlavə onun dünyanın aldadıcı naz-nemətinə olan etinasızlığını da göstərir. Tarixçilər yazırlar: «İmam Həsən Müctəba (əleyhissəlam) ömründə iki dəfə bütün mal-dövlətini üç dəfə isə mal-dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir.»
    Vasitəli köməklik
    İmam Həsən əleyhissəlamın şəxsiyyətinin böyük və ali olması bir nəfər imkansız şəxsin onun evindən əliboş geri qayıtmasına icazə vermirdi. İmamın birbaşa və bilavasitə kömək etməyə imkanı olmadıqda, vasitəli şəkildə imkansızların ehtiyacını ödəməyə çalışardı. O, müxtəlif yollarla tədbir görüb ehtiyacları ödəyər və müşkülatı həll edərdi.
    Belə rəvayət olunur ki, bir gün Həzrətin cavanlıq dövrlərində ikinci xəlifənin zamanında kasıb bir kişi onun (ə) yanına gəlib kömək istədi. İş elə gətirmişdi ki həmin vaxt İmamın pulu yox idi. Digər tərəfdən də kasıb kişinin onun evindən əliboş geri qayıtması İmam əleyhissəlamı utandırırdı. Buna görə İmam Həsən (əleyhissəlam) kişiyə buyurdu:
     Səni məqsədinə çatmaq üçün bir yerə göndərsəm razı olarsan?
     Hara?
     Bu gün xəlifənin qızı rəhmətə getmişdir xəlifə qızına əza saxlayır hələ heç kəs ona gəlib başsağlığı verməmişdir. Xəlifənin yanına get və sənə öyrədəcəyim ifadə ilə ona başsağlığı ver. Sən bu yolla öz məqsədinə nail olarsan.
     Xəlifəyə necə başsağlığı verim?
     Xəlifənin yanına gedib belə de: "Əlhəmdu lillahilləzi sətərəha biculusikə əla qəbriha və la hətəkəha biculusiha əla qəbrik.» İfadənin mənası belədir: "Həmd olsun Allaha ki səni qızının qəbri üstündə oturmaqla onun həyasını saxladı və onu sənin qəbrin üstündə oturmaqla həyasını aparmadı.» Yəni qızın səndən qabaq dünyasını dəyişib torpaq altında yatmışdırsa bu atasının sayəsindədir. Yox əgər sən ondan tez ölsəydin ola bilərdi ki onun həyası getsin.
    Kasıb kişi İmam əleyhissəlamın dediyi kimi də etdi.
    Məhəbbətlə dolu olan xəlifənin qəlbində böyük təsir göstərdi və onun kədərini qəm-qüssəsini azaltdı. Xəlifə əmr etdi ki kişiyə bəxşiş versinlər. Sonra xəlifə kişidən soruşdu: "Bu sözləri sən özündən dedin yoxsa səni bir öyrədən var?” Kişi cavab verdi ki xeyr bunları mənə Həsən ibn Əli (əleyhissəlam) öyrətmişdir. Xəlifə dedi: "Doğru deyirsən o fəsahətli və şirin sözlər mənbəyidir.”
    İmam Həsən əleyhissəlamın Müaviyə ilə bağladığı sülhün səbəbləri haqqında araşdırmalar
    İmam Həsən əleyhissəlamın həyatının ən əsas və ən mühüm hissəsi onun Müaviyə ilə sülh bağlaması və İmamın məcburi şəkildə xilafətdən eləcə də İslam hökumətindən kənarlaşdırılmasıdır. İmam əleyhissəlamın həyatının bu hissəsi barədə çoxlu söhbətlər olmuş və hətta bu hissə diqqətsiz dostların və qərəzçi düşmənlərin səhvə yol verməsinə səbəb olmuşdur.
    Bəziləri İmam Həsən əleyhissəlamın həyatını və o günkü dövrün hadisələrini mütaliə edərək belə suallar irəli sürürlər ki nəyə görə İmam Həsən (əleyhissəlam) Müaviyə ilə sülh etmişdir? Məgər Əli əleyhissəlamın şəhadətindən sonra o Həzrətin şiələri və ardıcılları onun oğlu İmam Həsən əleyhissəlama beyət etməmişdilər? Yaxşı olmazdımı ki İmam Hüseyn (əleyhissəlam) qaldıran qiyamı, İmam Həsən (əleyhissəlam) elə əvvəlcədən qaldıraydı? Belə olduqda ya qalib gələrdi ya da şəhadəti ilə Müaviyənin hökumətini laxladardı.
    Bu suallara cavab verməzdən qabaq üç məsələyə diqqət yetirmək lazımdır:
    1. İmam Həsən əleyhissəlamın imamətindən qabaqkı mübarizələri
    Tarix şahiddir ki İmam Həsən (əleyhissəlam) çox şücaətli və dözümlü bir insan olmuşdur. Qorxu heç vaxt ona yol tapa bilməmişdir. O İslamın inkişafı yolunda əlindən gələni əsirgəmirdi və daima Allah yolunda cihad etməyə hazır idi.
    İmam Həsən (əleyhissəlam) Cəməl döyüşündə
    İmam Həsən (əleyhissəlam) Cəməl döyüşündə atası ilə bərabər cəbhənin ön xəttində vuruşur və Əli əleyhissəlamın şücaətli və dilavər dostlarını ötərək düşmən ordusuna güclü hücumlar edirdi. Döyüş başlamazdan qabaq isə atasının əmri ilə Əmmar Yasir və Əli əleyhissəlamın bir neçə digər dostları ilə birgə Kufə şəhərinə gəlib əhalini bu döyüşdə iştirak etməyə çağırmışdı.
    İmam Həsən (əleyhissəlam) Kufəyə gələndə, hələ Əbu Musa Əşəri Kufənin Osman tərəfindən təyin edilmiş hökumət başçılarından biri kimi qalırdı. Əbu Musa Əşəri bu vəzifəsindən istifadə edərək Əli əleyhissəlamın ədalət əsasında qurulmuş hökuməti ilə müxalifət edir və şəhər əhalisini Cəməl döyüşündə iştirak etməkdən və o Həzrətə arxa durmaqdan çəkindirirdi. Ancaq buna baxmayaraq İmam Həsən (əleyhissəlam) Kufədən doqquz min nəfərlik ordu yığıb Cəməl döyüşünə getmişdi.
    İmam Həsən (əleyhissəlam) Siffeyn döyüşündə
    İmam Həsən əleyhissəlamın Siffeyn döyüşündə də ordunu səfərbər edib Əli əleyhissəlamın başçılığı altına gətirməkdə böyük rolu olmuşdur. O Həzrət öz mətin və kəskin çıxışları ilə Kufə əhalisini Əli əleyhissəlamın ordusuna qoşularaq xainlər və İslam düşmənlərinə qarşı vuruşmağa dəvət edirdi.
    İmam Həsən əleyhissəlamın haqq yolunda fədailiyi o dərəcədə idi ki Əli (əleyhissəlam) Siffeyn döyüşündə öz səhabələrinə deyirdi ki Həsən və qardaşı Hüseynin (əleyhimassəlam) mübarizə etməkdən qarşısını alın məbada onların ölümü ilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) nəsli kəsilə.
    2. İmam Həsən əleyhissəlamın Bəni-Üməyyə ilə kəskin mübarizələri
    İmam Həsən (əleyhissəlam) haqqı bəyan etməkdə və İslam əsaslarını qorumaqda əsla səhlənkarlıq etməzdi. O Müaviyənin qeyri-İslami hərəkətlərini açıq-aşkar tənqid edir və Müaviyənin ümumiyyətlə, bütün Bəni-Üməyyənin nankor və çirkin sabiqələrini qorxmadan açıb söyləyirdi.
    İmam Həsən əleyhissəlamın Müaviyə və onun əlaltıları ilə o cümlədən Əmr As Ütbə ibn Süfyan Vəlid ibn Ütbə Müğeyrə ibn Şübə və Mərvan ibn Həkəm kimilərlə apardığı kəskin mübahisələri bu iddianın şahididir.
    İmam Həsən (əleyhissəlam) hətta sülh bağladıqdan və Müaviyənin qüdrəti bir az artıb mövqeyi gücləndikdən sonra o, Kufəyə gələndən sonra İmam (əleyhissəlam) minbərə çıxıb sülh bağlamasının səbəblərini söyləyərək Əli əleyhissəlamın ailəsinin üstünlüklərini (fəzilətlərini) bəyan etdi və sonra hər iki dəstənin (həm öz dəstəsinin həm də Müaviyənin dəstəsinin) qarşısında Müaviyənin zəif cəhətlərinə işarə edib onun idarə etdiyi hökuməti aşkar şəkildə tənqid etdi.
    Əli əleyhissəlamın şəhadətindən və İmam Həsən əleyhissəlamın Müaviyə ilə sülh bağlamasından sonra xəvaric (Əli əleyhissəlamın üstünə qiyam çəkib Nəhrəvan döyüşündə məğlub olanlar) bütün qüvvələrini Müaviyənin əleyhinə səfərbər etdilər. Kufədə Müaviyəyə xəbər çatdı ki Hövsəreyi-Əsədi adlı xəvaric başçılarından biri onun əleyhinə qiyam qaldırıb öz ətrafına ordu toplamışdır. Müaviyə öz mövqeyini qoruyub saxlamaq və İmam Həsən əleyhissəlamın ona tabe olduğunu sübut etmək üçün Mədinəyə getməkdə olan İmam əleyhissəlama xəbər göndərdi ki Hövsərənin qiyamını yatızdırıb sonra öz yoluna davam etsin. İmam Həsən (əleyhissəlam) ona cavab göndərdi ki mən müsəlmanların qanının tökülməməsinə görə səndən əl çəkdim (səninlə sülh bağladım). Bu o demək deyil ki mən sən deyənə qulaq asıb başqaları ilə vuruşam. Əgər vuruşmalı olsam hamıdan qabaq birinci səninlə vuruşaram. Çünki səninlə mübarizə etmək xəvariclə vuruşmaqdan daha vacibdir.
    İmam əleyhissəlamın bu cümlələrində mübarizə ruhu açıq-aşkar hiss olunur. Xüsusən İmamın əzəmətlə Müaviyəyə dediyi «səndən əl çəkdim» ifadəsi bu mənanı vurğulayır.
    3. İslamda sülhün qaydası
    Nəzərə almaq lazımdır ki İslam dinində müharibə və cihad haqqında ümumi bir qanun yoxdur. İslam dini müəyyən şəraitdə müsəlmanlara kafirlərə qarşı vuruşmağı əmr etdiyi kimi bəzi vaxtlarda da vuruşmağın bir nəticə verməyəcəyini görüb işi sülhlə həll etməyi əmr edir.
    Biz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) həyatında bu iki halın hər ikisini müşahidə edirik. İslam peyğəmbəri Bədr Ühüd Xəndək və Hüneyndə döyüşürdüsə digər şəraitdə isə qələbəni qeyri-mümkün gördükdə, kafirlərlə sülh bağlayır və müvəqqəti olaraq döyüşdən əl çəkir və bu yolla İslamın inkişafına şərait yaradırdı.
    Peyğəmbərin (səlləllahu əleyhi və alih) Bəni-Zəmrə və Bəni-Əşcə eləcə də (Məkkə əhalisi ilə) Hüdeybiyyə sülhü bağlaması buna bir nümunədir.
    Buna əsasən, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) o günlər bəziləri üçün məlum olmayan ali məsləhətlərə görə düşmənlə müvəqqəti sülh bağladı İmam Həsən (əleyhissəlam) da Allah tərəfindən dini rəhbər seçildiyi üçün hadisənin bütün cəhətlərindən başqalarından daha yaxşı xəbərdar idi. Buna görə də, özünəməxsus uzaqgörənliyi ilə İslam cəmiyyətinin xeyrini sülhdə görüb sülh bağlayır.
    Bu mövzu (İmam Həsən əleyhissəlamın sülhü) pis mənada başa düşülməməlidir. Əksinə o Həzrətin elədiyi hərəkət eynilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) (Hüdeybiyyə sülhündə) elədiyi hərəkət kimi nəzərə alınmalıdır.
    İndi isə İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini və onun tarixi əhəmiyyətini yaxşı anlamaq üçün tarixi səhifələməli və bu məsələni əsas tarixi faktlara istinad edərək araşdırmalıyıq.
    Qısa olaraq deməliyik ki əslində İmam Həsən (əleyhissəlam) öz istəyi ilə sülh etmədi əksinə o sülh etməyə məcbur oldu. Yəni vəziyyətin və şəraitin yaxşı olmaması və bir çox digər səbəblər üzündən elə bir vəziyyət yarandı ki sülh etmək İmam Həsən (əleyhissəlam) üçün zəruri bir məsələyə çevrildi və o Həzrət sülh etməkdən savayı başqa bir çarə görmədi. Belə ki kim o Həzrətin yerində olub həmin şəraitdə olsaydı sülhdən başqa çarəsi olmazdı. Çünki İslam hökumətinin həm xarici şəraiti həm də İraqın daxili vəziyyəti və habelə, İmamın ordusu döyüşə hazır deyildi. İndi isə bu məsələləri ayrı-ayrılıqda araşdıraq.
    Xarici siyasət nöqteyi-nəzərindən
    O vaxtkı xarici siyasət nöqteyi-nəzərindən müsəlmanların bir-biri ilə vuruşması İslam aləminə heç bir fayda verməyəcəkdi. Çünki İslamdan güclü zərbələr alan Şərqi Roma imperiyası bu məğlubiyyətlərin əvəzini çıxmaq və özünü İslam nüfuzundan azad etmək üçün münasib bir fürsət axtarırdı. İmam Həsən əleyhissəlamın Müaviyə ilə vuruşmaq istədiyini eşidən Roma imperiyasının başçıları belə fikirləşdilər ki öz məqsədlərini həyata keçirmək üçün ən yaxşı fürsətdir. Buna görə də, müsəlmanlardan əvəz çıxmaq böyük bir ordu ilə İslam ölkəsinə hücum etmək qərarına gəldilər. Belə bir vaxtda vəzifəsi İslamın əsasını qorumaq olan İmam Həsən (əleyhissəlam) kimi bir şəxsiyyət bu təhlükəni İslam ölkəsindən dəf etmək üçün ruhu sıxıntılı və düşüncəsiz insanların tənələri ilə nəticələnməsinə baxmayaraq sülhü qəbul etməkdən başqa bir yol seçə bilərdimi?
    Görkəmli tarixçi Yəqubi yazır: «Müaviyə (İmam Həsən əleyhissəlamla sülh bağlayıb) Şama qayıdandan sonra ona xəbər çatdı ki Roma imperatoru İslam ölkəsinə hücum etmək məqsədilə böyük və nizamlı bir ordu ilə Romadan çıxmışdır. Müaviyənin belə böyük bir ordu ilə üzləşməyə imkanı olmadığından onlarla sülh bağlayıb yüz min dinar Şərqi Roma imperatoruna verməli oldu.»Bu tarixi sənəd göstərir ki iki müsəlman dəstənin bir-biri ilə döyüşmək istədiyi bir vaxtda onların müştərək düşməni - Roma imperiyası bu fürsətdən istifadə edib onlara hücum etməyə hazırlaşmışdı. Təbii ki belə bir vəziyyət də İslam ölkəsini çox ciddi bir təhlükə ilə üzləşdirirdi. Əgər belə bir vaxtda İmam Həsən (əleyhissəlam) qoşun çəkib Müaviyə ilə vuruşsaydı bu döyüşdə nə İmam Həsən (əleyhissəlam) qalib gələcəkdi nə də Müaviyə. Əksinə bu döyüşdə qalib gələn tərəf Şərqi Roma imperiyası olacaqdı. Ancaq bu təhlükə İmamın uzaqgörənliyi tədbir və güzəştə getməsi nəticəsində dəf oldu. İmam Baqir (əleyhissəlam) İmam Həsən (əleyhissəlam)ın sülhünə irad tutan bir nəfərə buyurdu ki əgər İmam Həsən (əleyhissəlam) sülh etməsəydi İslamı böyük təhlükə gözləyirdi.
    Daxili siyasət nöqteyi-nəzərindən
    Hamıya məlumdur ki hər hansı bir rəhbər və ya başçı döyüş meydanında düşmənə qalib gəlmək istəyirsə gərək güclü və hazırlıqlı orduya malik olsun. Lakin belə bir orduya malik olmadan döyüşə girmək biabırçı məğlubiyyətdən başqa heç bir nəticə verməyəcək. İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini daxili siyasət nöqteyi-nəzərindən araşdırdıqda, gözə çarpan əsas səbəb məhz belə bir ordunun olmamasıdır. Çünki İraq camaatının xüsusilə də Kufə əhalisinin İmam Həsən əleyhissəlamın dövründə nə ruhən döyüşə hazırlığı var idi nə də ordu təşəkkül tapa bilmişdi.
    Mənbə:İmam Həsən Müctəba əleyhissəlamın həyatı (Müəllif:Mehdi Pişvayi)
    Категория: TARİX | Добавил: Islam313 (04.10.2012)
    Просмотров: 450 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -