.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » TARİX

    İmam Məhəmməd Baqir (ə)-İctimai-siyasi durum

    İctimai-siyasi durum
    Qeyd etdik ki, İmam Baqir (əleyhissəlam) beş Əməvi xəlifəsinin müasiri olmuşdur. İndi isə İmam Baqir əleyhissəlamın hansı ictimai-siyasi şəraitdə yaşadığını bilmək üçün o Həzrətin müasiri olmuş xəlifələrin idarə sistemindəki xüsusiyyətlərini izah edirik.
    Vəlid ibn Əbdülməlik
    Vəlid ibn Əbdülməlik İmam Baqir əleyhissəlamın müasiri olmuş ilk xəlifədir. Onun xüsusiyyətləri barədə İmam Səccad əleyhissəlamın həyatı bölməsində şərh verdiyimiz üçün burada təkcə bunu əlavə edib deyirik: Vəlidin hakimiyyət dövrü müsəlmanların kafirlərlə mübarizədə zəfər və qələbə dövrü olmuşdur. Onun hakimiyyəti dövründə xilafət ərazisi həm Şərqə, həm də Qərbə doğru genişləndi. Vəlid öz hakimiyyəti zamanı ölkədə hökm sürən asayiş nəticəsində özündən qabaqkı xəlifələrin dövründə ələ gəlmiş qələbələri davam etdirə bildi. Buna görə də, onun hakimiyyət dairəsi Şərq və Qərb istiqamətlərində genişlənərək Hindistanın bir hissəsi, həmçinin, Kabul, Kaşğar, Tus və bir çox digər böyük ərazilər geniş İslam ölkəsinə birləşdirildi. Onun zəfərləri İspaniyaya qədər gedib çatmış, İspan imperiyasının qoşunları Musa ibn Nüseyrin başçılığı altında idarə olunan İslam ordusu ilə mübarizədə məğlub olmuş və bu ölkə müsəlmanların əlinə keçmişdi.(İspaniya, yaxud müsəlmanların Avropada hakimiyyəti, səh. 17-18.)
    Süleyman ibn Əbdülməlik
    Süleyman ibn Əbdülməlikin hakimiyyət dövrü çox qısa olmuşdur. O, üç ildən çox hakimiyyətdə qalmamışdır.(Əl-Kamilu fit-tarix, c.5, səh.11 və 37.)Süleyman hakimiyyətə gəldiyi ilk çağlarda özünü bir az mülayim aparmış, İraq həbsxanalarının qapılarını açdıraraq Həccac ibn Yusif tərəfindən həbsə alınmış minlərlə günahsız məhbusu azad etmiş, Yusif ibn Həccacın maliyyə işlərinə təyin etdiyi şəxsləri işdən uzaqlaşdırıb onun zalımcasına qurulmuş bir çox proqramlarını ləğv etmişdi.
    İntiqam alovu
    Süleyman ibn Əbdülməlikin İraqın günahsız məhbuslarını azad etməsi ötəri bir şey idi. O, sonradan özünün bu metodunu dəyişərək şəxsi hesablar və hissiyyatların təsiri nəticəsində zülm və cinayətə əl atdı. Qəbilə təəssübkeşliyi məqsədilə Müzəri qəbiləsindən olanları təzyiqlərə məruz qoyub onların rəqibləri olan Qəhtani qəbiləsini (Yəmən qəbilələrini) müdafiə edirdi.(Tarixi-sədril-İslam vəd-dövlətül-Əməviyyə, səh.197.) O, həmçinin, tanınmış şəxsiyyətləri və ordu başçılarından bəzilərini öldürərək İspaniya zəfərinin iki cəsur qəhrəmanları Musa ibn Nüseyr və Tariq ibn Ziyada soyuq yanaşıb onları işdən qovdu.(Müxtəsəri-tarixil-ərəb, səh.125.)
    "İslamın siyasi tarixi” kitabının müəllifi yazır: "Süleyman ibn Əbdülməlik öz valiləri barədə xüsusi ölçülər götürürdü. Bəzilərinə məhəbbətlə yanaşır, bəzilərini isə aradan qaldırmaq üçün plan çəkirdi. Hindistan əmiri Məhəmməd ibn Qasim, Mavəraun-nəhrin əmiri Qüteybə ibn Müslim və İspaniya əmiri Musa ibn Nüseyr Süleymanın düşmənçilik etdiyi şəxslərdən olmuşlar.”(İslamın siyasi tarixi (Doktor İbrahim Həsən), c.1, səh.401.)Bu düşmənçiliklərin hamısı şəxsi və qəbilə məqsədləri nəticəsində əmələ gəlmişdi. Təəssüflər olsun ki, burada bu barədə çox söhbət etmək mümkün deyil.
    Hökumət sarayının özbaşınalığı və fəsad işləri
    Süleman ibn Əbdülməlik çox acgöz, qarınqulu, kefcil və gözəllikpərəst bir adam olmuşdur. O, bir neçə adi adamın yediyi qədər yemək yeyərdi. Onun üçün açılmış süfrələr həmişə təmtəraqlı olardı. O, ləl-cəvahiratla bəzədilmiş, qıraqları zərli saplarla toxunulmuş qiymətli paltarlar geyər və bu işdə o qədər ifrata yol verərdi ki, hətta onun aşbazxana işçilərinin onun yanına adi paltarda gedib-gəlməsinə icazə verməzdi. Onlar məcbur idilər ki, onun yanına gedəndə rəngli və üzərində ipək saplarla işlənilmiş paltarlar geysinlər. Hökumət sarayındakı bu gözəllikpərəstlik yavaş-yavaş digər şəhərlərə də gəlib çıxdı, Yəmən, Kufə və İskəndəriyyə şəhərlərində də camaat bu cür paltarlar geyməyə öyrəşdi.(Mürucuz-zəhəb, c.3, səh.175.)
    Ömər ibn Əbdüləziz
    (Süleymanın atası) Əbdülməlik ibn Mərvanın Süleymandan sonra onun vəliəhdinin Yezid ibn Əbdülməlik olması barədə vəsiyyət etməsinə baxmayaraq, Süleyman xəstələnib ölümünün çatmasını bildikdə, bir sıra səbəblər üzündən Ömər ibn Əbdüləzizi öz vəliəhdi təyin etdi. Süleymanın ölümündən sonra məsciddə Ömər ibn Əbdüləzizin xəlifə seçildiyi elan olunduqda, camaat bunu çox təntənə ilə qarşılayıb ona beyət etdi.(Mürucuz-zəhəb, c.3, səh.183.) Ömər ibn Əbdüləziz camaatın narahatçılığını, Bəni-Üməyyənin hakimiyyətinə qarşı olan kin-küdurətini görüb öz işinə başlayan kimi kimsəsizlərə kömək etmək qərarına gəldi və mərkəzin əyalətlərdəki nümayəndələrinə belə bir məktub yazdı:
    "Camaat zülm, haqsızlıq və çətinliklərə məruz qalmışdır. Allahın dini onların arasında əksinə icra olunmuşdur. Keçmiş zalım hakim və valilər icra etdikləri qanun və bidətlərlə haqqı, xeyir işləri və mülayim rəftarı çox az icra etmiş, camaatı boğaza yığmışlar. İndi ötənləri aradan qaldırmaq lazımdır və bu cür işlər bir daha təkrar olunmamalıdır. Bundan sonra kim həcc ziyarətinə getmək istəsə, gərək onun pulunu tez beytül-maldan ödəyəsiniz. Sizin mənimlə məsləhətləşmədən bir nəfəri cəzalandırmağa, kiminsə əlini kəsməyə, yaxud kimisə edam etməyə ixtiyarınız yoxdur.”(Tarixi-Yə’qubi, c.3, səh.50.)
    Özbaşınalıq, fəsad və ayrıseçkiliyə qarşı mübarizə
    Ömər ibn Əbdüləziz bundan əlavə, öz hökumətini təşkil etdikdən sonra hökumətin hesabında olan at və digər minik vasitələrini müzaidə yolu ilə satışa qoyub onların pulunu beytül-malın hesabına köçürtdü və öz arvadı - Əbdülməlikin qızı Fatiməyə əmr etdi ki, atası və qardaşının beytül-maldan ona bağışladığı qiymətli hədiyyələri və zinət əşyalarını beytül-mala qaytarsın. Əks təqdirdə isə onun evindən getməlidir. Fatimə ərinin əmrinə tabe olub beytül-maldan olan qiymətli hədiyyələr və zinət əşyalarını geri qaytardı.(Tarixül-xüləfa, səh.232.)
    Ömər ibn Əbdüləziz nə təkcə öz arvadını ədalət qayda-qanunları ilə tanış etdi, hətta Süleyman ibn Əbdülməlikin bütün əmlakını satıb onun iyirmi dörd min dinar məbləğinə qədər pulunu beytül-malın hesabına qaytardı.(Əl-İmamətu vəs-siyasət, c.2, səh.116.)
    İctimai islahat və özbaşınalığa qarşı mübarizəni öz evindən və xəlifənin ətrafına toplaşmış adamlardan başlayan Ömər ibn Əbdüləziz mübarizə dairəsini genişləndirib Bəni-Üməyyə nümayəndələrini və əmisi oğlanlarını hesab ayağına çəkərək onlara əmr etdi ki. ələ keçirdikləri ümumi malları beytül-mala qaytarsınlar. O, tam qətiyyətlə Bəni-Üməyyə nümayəndələrinin camaatdan güclə aldıqları bütün mal-dövləti onlardan geri alıb əsl sahiblərinə qaytardı və Bəni-Üməyyənin əlini mümkün qədər camaatın yaxasından çəkdi.(Tarixül-xüləfa, səh.232.) Bu məsələ Bəni-Üməyyə nümayəndələrinə çox pis təsir etdi və onlar Ömər ibn Əbdüləzizə qarşı mübarizəyə başladılar. Bu məqsədlə Ömər ibn Əbdüləzizin qohumlarından bir neçəsi onunla görüşüb dedilər: "Qorxmursan ki, qəbilən yığışıb sənə qarşı qiyam qaldırar?” Ömər dedi: "Mən Qiyamət hesabından başqa heç bir şeydən qorxmuram. (Məni qiyamla qorxudursunuz?)”(Əl-Əxbarut-təval, səh.331)
    Mənbə:İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı(Müəllif:Mehdi Pişvayi)
    Категория: TARİX | Добавил: Islam313 (19.12.2012)
    Просмотров: 669 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -