.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » TARİX

    İmam Zeynül-Abidin (ə)-Pak və təqvalı olmaq dərsi

         Pak və təqvalı olmaq dərsi
    Elə bilməyin ki, Əməvi xəlifələri Zühri kimilər üçün hazırladıqları planlardan İmam Səccad (əleyhissəlam) üçün hazırlamırdılar. Xeyr, onlar bu cür planlardan çox çəkirdilər, ancaq İmam Səccad (əleyhissəlam) onların bu kələklərinə uymur, hədələrindən qorxmayıb şirnikdirmələrinə aldanmayaraq onlara qarşı etinasızlıq edirdi. Nə vaxt o Həzrəti cəlb etmək fikrinə düşürdülərsə, İmam Səccad (əleyhissəlam) onlara rədd cavabı verirdi. Aşağıdakı iki nümunə bu məsələyə doğru şahiddir:
        Əbdülməlik öz xəlifəlik illərində bir dəfə həccə getmişdi. Həcc mərasimində o təvaf(Kəbə evinin ətrafına dövr vurmaq təvaf adlanır.) edirdi. İmam Səccad (əleyhissəlam) da, onun qarşısında təvafa məşğul idi və Əbdülməlikə heç bir etina etmirdi. İmam Səccad əleyhissəlamı yaxından görməyən və onu tanımayan Əbdülməlik dedi: "Bu kimdir ki, bizdən qabaqda təvaf edir və bizə heç etina etmir?” Dedilər ki, o, Əli ibn Hüseyn əleyhissəlamdır (İmam Səccaddır). Əbdülməlik bir qırağda oturub dedi: "Onu mənim yanıma gətirin!” İmam Səccad (əleyhissəlam) onun yanına gələndə Əbdülməlik dedi: "Ey Əli ibn Hüseyn (əleyhissəlam)! Mən ki, sənin atanın qatili deyiləm, niyə mənim yanıma gəlmirsən?” İmam Səccad (əleyhissəlam) buyurdu: "Atamın qatili onun dünyasını puç etdi, atam isə onun axirətini bərbad etdi. İndi sən də əgər atamın qatili kimi olmaq istəyirsənsə, onda ol!” Əbdülməlik dedi: "Yox, məqsədim budur ki, bizim yanımıza gəlib dünyəvi imkanatdan bəhrələnəsən.” Bu vaxt İmam Səccad (əleyhissəlam) yerə oturub paltarının ətəyini açaraq buyurdu: "İlahi, Öz övliyalarının qədir-qiymətini ona göstər.” Birdən gördülər ki, o Həzrətin ətəyi gözləri qamaşdıran parlaq gövhərlə doldu. Sonra İmam Səccad (əleyhissəlam) buyurdu: "İlahi, bunları götür, bizim onlara ehtiyacımız yoxdur."(Əl-Xəraicu vəl-cəraih, səh.232.)
        Əbdülməlikə xəbər çatmışdı ki, Peyğəmbərin qılıncı Əli ibn Hüseyn əleyhissəlamdadır. (Bu da çox yaxşı şey idi. Çünki Peyğəmbərin yadigarı olduğuna görə fəxr olunası bir şey idi. Üstəlik bir növ hökumət simvolu hesab edilə bilərdi. Bundan da əlavə, o qılıncın İmam Səccad əleyhissəlamda olması Əbdülməliki narahat edirdi. Çünki İmam (əleyhissəlam) bununla camaatı öz ətrafına yığa bilərdi. Buna görə də, Əbdülməlik o Həzrətin yanına adam göndərib qılıncı ondan istədi. Hələ İmam Səccad əleyhissəlama bir məktub da yazıb bildirdi ki, əgər bir işi olsa, xəlifə onu yerinə yetirməyə hazırdır. İmam Səccad (əleyhissəlam) qasidə rədd cavabı verdi. Əbdülməlik təhdidamiz bir məktub yazıb bildirdi ki, əgər qılıncı verməsən, sənin beytül-maldan olan payını kəsəcəyəm. (O vaxt bütün camaat beytül-maldan pay aldığı kimi İmam Səccad (əleyhissəlam) da beytül-maldan pay alırdı.) İmam onun cavabında yazdı: Allah təqvalı bəndələri onların xoşuna gəlməyən şeylərdən qorumağı və gümanlarına belə gəlmədiyi yerdən onlara ruzi verəcəyini Öz öhdəsinə götürmüşdür. Allah Quranda buyurur ki, "Allah, həqiqətən heç bir xaini, nankoru sevməz.” ("Həcc” surəsi, ayə 38. Əyanuş-şiə, c.1, səh.365.)
        5. Əhkam, əxlaqi və tərbiyəvi əsərlərin nəşri
        İmam Səccad əleyhissəlamın öz dövrünün zülm və fəsadlarına qarşı mübarizə metodlarından biri də, İslam hökmlərinin nəşri, əxlaqi və tərbiyəvi məsələlərin bəyan olunması olmuşdur. İmam Səccad (əleyhissəlam) bu sahədə çox böyük addımlar atmışdır. Belə ki, İmam əleyhissəlamın bu xidmətləri alimləri heyran qoymuş və onlar bu işi alqışlamağa məcbur olmuşlar. Şiə məzhəbinin görkəmli alimi Şeyx Müfid bu barədə yazır: "Sünni məzhəbinin fəqihləri ondan (İmam Səccaddan) o qədər elm nəql olunmuş moizələr, dualar, Quran fəzilətləri,halal-haramlar qeyd etmişlər ki, bunların hamısı bütün alimlər arasında məşhurdur. Onları izah etmək istəsək, söhbət çox uzanar...”(Əl-İrşad, səh.260.)
        İmam Səccad əleyhissəlamdan yadigar qalmış əxlaqi-tərbiyəvi təlimlərdən bir nümunəsi "Risalətül-hüquq” adlı bir topludur. İmam burada insanın müxtəlif, istər Allah qarşısında, istərsə də özü və başqaları qarşısındakı vəzifələrini bəyan etmişdir. Əlliyə qədər olan bu vəzifə və hüquqları İmam (əleyhissəlam) əvvəl qısa şəkildə, sonra isə ətraflı izah etmişdir.
    İmam Səccad əleyhissəlamın bəyan etdiyi vəzifələr, insanın boynunda olan haqların ardıcıllığı aşağıdakı şəkildədir:
    1) Allahın haqqı; 2) İnsanın nəfsinin haqqı; 3) Dilin haqqı; 4) Qulağın haqqı; 5) Gözün haqqı; 6) Əlin haqqı; 7) Ayağın haqqı; 8) Qarının haqqı; 9) Övrətin haqqı; 10) Namazın haqqı; 11) Həccin haqqı; 12) Orucun haqqı; 13) Sədəqənin haqqı; 14) Qurbanlığın haqqı; 15) Hökmdarın haqqı; 16) Müəllimin haqqı; 17) Qul sahibinin haqqı; 18) Rəiyyətin haqqı; 19) Şagirdlərin haqqı; 20) Həyat yoldaşının haqqı; 21) Qulun haqqı; 22) Ananın haqqı; 23) Atanın haqqı; 24) Övladın haqqı; 25) Qardaşın haqqı; 26) Qulu azad edənin haqqı; 27) Azad olmuş qulun haqqı; 28) Yaxşı iş görənin haqqı; 29)Azançının haqqı; 30) Pişnamazın haqqı; 31) Həmnişinin haqqı; 32) Qonşunun haqqı; 33) Dostun haqqı; 34) Şərikin haqqı; 35) Malın haqqı; 36) Borc sahibinin haqqı; 37) Həmsöhbətin haqqı; 38) Düşmənin insana olan haqqı; 39) İnsanın düşmənə olan haqqı; 40) Müşavirə edənin haqqı; 41) Müşavirəçinin haqqı; 42) Nəsihət istəyənin haqqı; 43) Nəsihət edənin haqqı; 44) Böyüyün haqqı; 45) Kiçiyin haqqı; 46) Dilənçinin haqqı; 47) Kömək istəyənin haqqı; 48) İnsanı sevindirənin haqqı; 49) İnsanı qəmləndirənin haqqı; 50) Həmdinlilərin haqqı; 51) Zimmilərin haqqı.
        6. Kimsəsizlərə yardım
        İmam Səccad əleyhissəlamın həyatının parlaq cəhətlərindən biri də, o Həzrətin o cür acınacaqlı və zülmlə dolu mühitdəki ictimai xidmətləridir. Bu xidmətlər, istər Hirrə faciəsi zamanı kimi Mədinənin böhranlı və qarmaqarışıq günlərində, istərsə də, kimsəsiz və miskinlərin nəvazişə ehtiyacı olub onlara tərəf lütf-mərhəmət əli uzaldılması intizarında olduqları sakitlik günlərdə, o Həzrətin ömrünün sonunadək davam etmişdir. İmam Səccad əleyhissəlamın bu cür seçilən xidmətlərindən nümunələri tarix bəyan edir:
        İmam Səccad (əleyhissəlam) Mədinənin yüz kasıb ailəsini dolandırırdı.(Hilyətül-övliya, c.3, səh.136.)
    Mədinə əhalisinin bir dəstəsi güzəranlarını gecə vaxtı onlara gətirilən yeməklə keçirirdilər. Ancaq yemək gətirənin kim olduğunu bilmirdilər. İmam Səccad (əleyhissəlam) vəfat etdikdən sonra başa düşmüşdülər ki, gecə vaxtı onlar üçün yemək-içmək gətirən şəxs İmam Səccad (əleyhissəlam) olmuşdur.(Kəşfül-ğümmə, c.2, səh.289; Nurul-Əbsar, səh.140.) O, gecələr naməlum şəkildə çörək, yemək və s. şeyləri şəxsən öz çiyninə atır, kimsəsizlərin qapısına aparıb buyurardı: «Gizli verilən sədəqə Allahın qəzəb odunu söndürür.»(Kəşfül-ğümmə, c.2, səh.289; Təzkirətul-Xəvas, səh.327.)
    Mədinə camaatı deyirdi: Əli ibn Hüseyn (əleyhissəlam) öləndən sonra biz gizli verilən sədəqəni əldən çıxartdıq.(Hilyətül-övliya, c.3, səh.136.)
        İmam Səccad (əleyhissəlam) şəxsən un və digər əRizaqla dolu olan kisələri o qədər çiyninə atıb kimsəsizlər üçün aparmışdı ki, onun çiyni əzilərək qabar bağlamışdı. O Həzrətin şəhadətindən sonra ona qüsl verərkən bu qabarlar orada olanların fikrini cəlb etmiş,onun səbəbini soruşduqda, "bu, yemək kisələrini çiyninə atıb kimsəsizlər üçün aparmağın nəticəsidir” cavabı eşitmişdilər.(Hilyətül-övliya, c.2, səh.136)
        7. Tərbiyə ocağı
        İslam dininin meydana çıxdığı bir vaxtda dünyanın hər tərəfində, hətta o dövrün əsas mədəniyyət mərkəzləri olmuş Yunanıstan və Romada da quldarlıq hökm sürürdü. Belə bir quruluşu bir dəfəyə aradan qaldırmaq mümkün olmadığı üçün İslam dini yavaş-yavaş onu aradan qaldırmağa zəminə yaratdı. Bir tərəfdən qul saxlamağı azaldaraq quldarlıq dairəsini məhdudlaşdırdı, digər tərəfdən də qul azad etməyi bir çox günahların kəffarəsi (cəzası) qərar verməklə, qulların azadlığı üçün şərait yaratdı. Üçüncü tərəfdən də, Peyğəmbər (səlləllahu əleyhi və alih) müsəlmanlara tövsiyə edirdi ki, qullarla (bir ailə üzvü kimi) insancasına rəftar etsinlər və onlara əmr etdi ki, qullara da öz yedikləri yeməkdən, öz geydikləri paltarlardan versinlər.
    Bundan əlavə, Peyğəmbər (səlləllahu əleyhi və alih) qul azad etməyi o qədər dəyərli, qiymətli, savablı bir iş kimi qələmə verdi ki, rəvayətlərdə bir çox yaxşı əməllər savab və fəzilət çoxluğu baxımından qul azad etməyə bənzədilmiş, bu yolla müsəlmanlar bu işə (qul azad etməyə) cəlb olunmuşlar. Bunlar hamısı bir yerə toplanıb İslamın quldarlıq haqqında fikrini müəyyən edir.
    İslamın və onun liderlərinin qul və quldarlığa nisbət incə və özünəməxsus rəftarını bu baxımdan təhlil etmək lazımdır. İmam Səccad əleyhissəlamın həyatında da qul azad etmək məsələsi gözə dəyir. Ancaq bu işin səviyyəsi o qədər genişdir ki, onu təkcə böyük hesablamalarla izah etmək olmaz və belə nəzərə çatır ki, İmam Səccad əleyhissəlamın bu işdə ali məqsədləri olmuşdur. Bu sahədə bir az diqqətli olsaq görərik ki, o Həzrətin bu işdə tərbiyəvi–insani məqsədi olmuşdur. Yəni, qulları alaraq onları bir müddət təlim-tərbiyə etdikdən sonra azad edirdi. Onlar da cəmiyyət arasında nümunə olaraq mədəni və tərbiyəvi fəaliyyət göstərir və azad olduqdan sonra da, İmam əleyhissəlamla əlaqələrini kəsmirdilər. Əli ibn Tavus ramazan ayının əməlləri əsnasında yazır: "Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) ramazan ayının son gecəsi iyirmi nəfər (ya bir az çox, ya bir az da az) qul azad edib buyurardı: «Allah-taala ramazan ayının hər gecəsi iftar zamanı olanda Cəhənnəm əhlindən yetmiş min nəfəri, ramazan ayının son gecəsi isə bu ayın bütün gecələrində azad etdiyi qədər qul azad edir. Mən istəyirəm Allah görsün ki, mən dünyada öz qullarımı azad etdim, bəlkə Qiyamət günü O da məni Cəhənnəm odundan azad etdi.» İmam Səccad (əleyhissəlam) heç bir xadimi bir ildən artıq saxlamazdı. İlin əvvəli, ya ortasında evə gətirdiyi xadimi Fitr (orucluq) bayramı gecəsi azad edər, sonrakı il onun yerinə bir başqasını gətirib onu da növbəti ramazan ayında azad edərdi. Bu iş o Həzrətin ömrünün axırınadək davam etmişdir.
        İmam Səccad (əleyhissəlam) qaradərili qulları (onlara heç bir ehtiyacı olmadığı halda) alıb həcc mərasimində Ərəfata gətirir,sonra da Məşərə(Ərəfat və Məşər Məkkədə çöl adıdır.)tərəf gedirdi. Onları azad edərək üstəlik hədiyyələr də verirdi.”(İqbalul-əmal, səh.261.)Yazıçılardan birinin dediyinə görə elə ki, qullar bu məsələdən xəbər tuturdular, əyan-əşrafın qulluqçuluğundan çıxıb gəlib İmam Səccad əleyhissəlama xidmət edirdilər. Zaman keçir, günlər ötür, İmam Səccad (əleyhissəlam) yenə də azad etməyə məşğul olurdu. O, hər il hər ay və hər gün müxtəlif hadisələr münasibəti ilə bu işi təkrar edirdi. İş o yerə çatmışdı ki, Mədinə şəhərində o Həzrətin azad etdiyi qul və kənizlərdən təşkil olunmuş bir dəstə əmələ gəlmişdi.(İmam Səccad əleyhissəlamın həyatı, səh.55. )
        Qeyd etdiyimiz kimi bunlardan belə nəticə çıxarmaq olar ki, İmam Səccad (əleyhissəlam) bu proqramla əslində bir tərbiyə ocağı yaratmışdır. Qulları alıb bir az onlara təlim-tərbiyə keçir, onları azad etdikdən sonra da hər biri tərbiyə olunmuş və başqalarına örnək ola bilən şəxsə çevrilir. Onlar azad olduqdan sonra İmam əleyhissəlamla mənəvi əlaqəni kəsmir, hərə öz növbəsində başqalarına təlim-tərbiyə keçirdi. İmam Səccad əleyhissəlamın o dövrün cəmiyyətini birbaşa təlim-tərbiyə etmək məhdudiyyətlərini nəzərə almaqla o Həzrətin bu təqdirəlayiq işini geniş şəkildə araşdırmaq lazımdır.
          Mənbə:İmam Zeynül-Abidin əleyhissəlamın həyatı (Müəllif:Mehdi Pişvayi)
    Категория: TARİX | Добавил: Islam313 (12.12.2012)
    Просмотров: 520 | Комментарии: 1 | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    1 Ruhid  
    0
    Salam Allah razi oLsun

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -