.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » TARİX

    İmam Zeynül-Abidin (ə)-Ümmətin əxlaqının tənəzzülə uğraması

    Ümmətin əxlaqının tənəzzülə uğraması
    Əbdülməlik və oğlu Vəlidin hakimiyyəti dövründə camaatın əxlaqi səviyyəsinin tənəzzülə uğramasını və İslam təlim-tərbiyəsinin kölgədə qalmasını nəzərə aldıqda, İmam Səccad əleyhissəlamın bu nəsihət və moizələrinin əhəmiyyətini görərik.
    Məlumdur ki, təxminən hicrətin otuzuncu ilindən (Osmanın hakimiyyət dövrünün ikinci yarısından) başlayaraq cəmiyyət arasında iqtisadi pozğunluq və əxlaq səviyyəsinin tənəzzülü genişlənməyə başlamış, dövlət xəzinəsindən çoxlu gəliri olan Qüreyş əyan-əşrafı dövrün hakimlərinin bəxşişlərindən istifadə edərək mal-dövlət yığmağa başlamışdılar. Beləliklə də, İslam cəmiyyətində rifahtələblik və sərvət yığımı adət oldu. Varlılar çoxlu mal-qara, arpa-buğda toplayıb, çoxlu qulam nökər və kənizlər, xüsusilə də, gözəlsəsli xanəndə və məclisi zinətləndirən kənizlər xalqın digər təbəqələri arasında da yayıldı. Bu əxlaqi tənəzzül Yezidin hakimiyyəti dövründə öz kuliminasiya nöqtəsinə çatdı. Belə ki, müqəddəs şəhərlər sayılan Məkkə və Mədinə də bu əxlaqi tənəzzüldən geri qalmadı. Məsudi yazır: "Yezidin pozğunçuluğu onun hakimlərinə və ətrafındakılara da keçdi. Onun dövründə Məkkə və Mədinədə oxuyub-çalmaq meydana çıxdı, kef məclisləri quruldu və camaat açıq-açığına şərab içməyə başladılar.” Bu vəziyyət Əbdülməlikin dövründə də davam etdi. Belə ki, Şövqi Dayf Məkkə və Mədinə şəhərlərində rifah və əyan-əşraflığın geniş yayılmasını qeyd etdikdən sonra əlavə edir: "Sanki Hicazın bu iki böyük şəhərini xanəndələr üçün yaratmışlar. İş o yerə çatmışdı ki, nə təkcə adi və avam adamlar, hətta zahid və alimlər də xanəndələrin məclisinə tələsirdilər.”
    Qazı Əbu Yusif Mədinənin bəzi əhalisinə deyirdi: "Ey Mədinə camaatı! Sizin işiniz bu cür xanəndəliklərlə çox təəccüblüdür. Çünki sizdən heç kim, istər hörmətlisi, istərsə də qeyri-hörmətlisi bundan çəkinmir.” Mədinə şəhərinin mühiti elə olmuşdu ki, nə alimlər musiqini qadağan edirdilər, nə də abidlər onun qarşısını alırdılar.
    Bir gün Dəhman adlı bir müğənni bir nəfər mədinəli ilə bir iraqlı arasında olan mübahisədə Mədinə qazısı Əbdüləziz Məxzuminin yanına gəlib mədinəlinin xeyrinə şahid durdu. Qazı onu adil şəxs kimi tanıyıb şahidliyini qəbul etdi. İraqlı şəxs qazıya dedi: "Bu ki Dəhmandır!” Əbdüləziz dedi: "Tanıyıram, tanımasaydım kim olduğunu soruşardım.” İraqlı şəxs dedi: "O, xanəndədir, mahnı ilə məşğul olur və kənizlərə mahnı öyrədir!” Qazı dedi: "Allah məni və sizi bağışlasın, bizdən hansı birimiz mahnı əhli deyilik? Get kişinin haqqını ver.”
    Mədinədə rəqs və mahnı məclisləri qadınlarla kişilər arasında heç bir pərdə olmadan qarışıq şəkildə qurulurdu.
    Təlhənin qızı Aişə kişili-arvadlı musiqi məclisləri təşkil edir və orada İzzətül-meyla adlı müğənni mahnı oxuyardı.
    İş o yerə çatmışdı ki, o dövrün ən tanınmış xanəndələrindən olan Cəmilə adlı bir qadın Məkkəyə səfər edərkən yol boyu onu qarşılamağa o qədər adam çıxmışdı ki, heç bir müfti, alim, hədisçi, təfsirçi, qazı və zahidi qarşılamağa o qədər adam çıxmazdı. Bu səfərin dastanını belə yazırlar: "Cəmilə həcc ziyarəti məqsədi ilə Məkkəyə hərəkət edərkən o dövrün tanınmış kişi xanəndələrindən Həyit, Tüvyes, Dəllal, Bərdulfuad, Nəvmətuz-zuha, Rəfnəd, Rəhmət, Hibətullah, Mubid, Malik, ibn Aişə, Nafi ibn Tunburə, Budeyhulməlih və Nafiul-xeyr (bəziləri onların sayını otuz nəfər qeyd etmişlər), xanəndə qadınlardan isə Fərihə, İzzətül-meyla, Həbbabə, Səllamə, Hulidə, Uqilə, Şummasiyə, Firə, Bülbülə, Ləzzətül-eyş, Suidə və Zərqa onu müşaiyət etmişlər. Cəmilənin karvanı Məkkəyə yaxınlaşdıqda, onları bir dəstə Məkkə əyan-əşrafı və başqa adamlar böyük sevinc içərisində qarşıladılar. Mədinəyə qayıtdıqda da, şəhər əhalisi tərəfindən qarşılandı. Bu vaxt elə hay-küy düşmüşdü ki, Mədinə camaatı qapılarının ağzında dayanıb bu hadisəyə tamaşa edirdi.
    Bu dastan o dövrün Mədinə əhalisi arasında əxlaq tənəzzülünün bir hissəsinin göstəricisidir. Bu səfər zamanı Cəmiləni müşayiət etmiş şəxslər öz dövrlərinin məşhur müğənnilərindən olub bütün aləmə səs salmışdılar. İndi təsəvvür etsək ki, onların hər birinin bir neçə şagirdi olmuş və eləcə də, bəzi xanəndə və rəqqasələrin Cəmiləni müşayiət etməyib şəhərdə qalma ehtimalını inkar etməsək, elə bir rəqəm alınacaq ki, ona inanmaq adama bir az çətin gəlir. Müsəlmanların qibləgahı və İslam hökumətinin təsisçisi olan şəhərdə vəziyyət belə olarsa, Dəməşq, Bəsrə və digər böyük şəhərlərin vəziyyətinin necə olduğunu təxmin etmək olar.
    Əhkamı bəyan etməyin və əsl İslam mədəniyyətini yaymağın labüdlüyü
    Bu acınacaqlı vəziyyətlə yanaşı camaatın İslam təlim-tərbiyəsindən xəbərsiz olduğunu və bidətlərin yayılmasını nəzərə aldıqda, faciənin böyüklüyü daha da aydın olur. Bu zaman yaxşı başa düşəcəyik ki, İmam Səccad (əleyhissəlam) cəmiyyətin bu dərdini başa düşmüş və onları nəsihət və moizə yolu ilə oyadırdı. İndi isə sizin diqqətinizi İslam təlim-tərbiyəsinin kənarda qalmasına və camaatın İslami vəzifələrdən xəbərsiz qalıb bidətlərlə ünsiyyətdə olmasına dair nümunələrə cəlb edirik:
    Bəzi alimlərin dediyinə görə İmam Səccad əleyhissəlamın dövründə Bəni-Haşimdə elə şəxslər var idi ki, namaz qılmağın, həcc ziyarətinin əməllərini bilmirdilər. Ümumiyyətlə, şiələr dini əhkam sahəsində ancaq onun-bunun ağzından eşitdiklərini bilirdilər.
    İslamın əsası olan, hər müsəlmana gecə-gündüz qılınması beş dəfə vacib olan namaz kimi bir əməlin bu sahədə hamıdan çox bilməsi lazım olan Bəni-Haşim qəbiləsi bu vəziyyətdə idisə, indi gör başqa şəhər və məntəqələrin adi müsəlmanlarının dini agahlığı nə dərəcədə idi.
    Tanınmış səhabələrdən olan Ənəs ibn Malik deyirdi: "Peyğəmbər zamanında icra olunan şeylərin heç birindən indi sorağ yoxdur.” Dedilər: "Bəs namaz nədir?” Dedi: "Bəs namazın başına gətirdiyiniz nə idi?”
    Hicrətin səksən yeddinci ilində Vəlid ibn Əbdülməlikin hakimiyyəti dövründə Mədinə hakimi Ömər ibn Əbdüləziz hacıların dəstə rəhbəri kimi həccə getdi, ancaq Qurban bayramının qaydasını düzgün yerinə yetirə bilmədi.
    Məhəmməd ibn Müslim ibn Şəhab Zühəri deyir: "Dəməşqdə Ənəs ibn Malikin yanına gedəndə gördük ki, tək oturub ağlayır. Ağlamasının səbəbini soruşduqda, dedi: "İslam qayda-qanunlarından öyrəndiklərimdən təkcə bu namaz qalıbdır, onu da zay ediblər.”
    Ənəs ibn Malikin dövründən bir az sonra Həsən Bəsri deyirdi: "Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) sizin aranıza qayıtsa, sizə öyrətdiyi şeylərin içindən qiblənizdən başqa heç bir şeyi tanımayacaq.”
    Ümmü Dərda deyir: Bir gün Əbu Dərda evə çox qəzəbli halda gəldi. Ondan soruşdum ki, niyə belə narahatsan? O dedi: Allaha and olsun, Məhəmmədin dinindən bu xalqın arasında namaz qılmaqdan başqa bir şey qalmayıbdır!
    Mənbə:İmam Zeynül-Abidin əleyhissəlamın həyatı (Müəllif:Mehdi Pişvayi)


    Категория: TARİX | Добавил: Islam313 (07.12.2012)
    Просмотров: 374 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -