.

ƏHLİBEYT MOİZƏ-1
Namaz vaxtı-Rusiya
ƏHLİBEYT KİTABXANA
İSLAMİ VİDEOLAR
  • www.İmanmedia.ge
  • CÜMƏ MOİZƏSİ
  • www.Ahlibeyt.az
  • İSLAMİ MP3 SAYTI

  • www.Ehlibeyt-aka.com
  • www.mp3.Ehlibeyt-aka.com
  • QURANİ KƏRİM DİNLƏ
    NAMAZIN QAYDASI
  • NAMAZIN VİDEOSU BAXIN
  • NAMAZ BARƏDƏ KİTAB
  • ƏHLİBEYT MOİZƏLƏRİ
    QAN YADDAŞIMIZ
    MUXTAR NAMƏ

    HADİ TV
  • www.Haditv.com
  • Главная » Статьи » YENİLİKLƏR

    "Oğlumun "İlin adamı" seçildiyini biləndə göz yaşlarımı tuta bilmədim"

    Seyyid Ağakərim İbrahimov: "Bu mənim üçün böyük bir təsəlli oldu"

    Deyirlər, şəhidlər və qəhrəmanlar ölmür. Bu gün Azərbaycanın müxtəlif bölgələrində Şəhidlər xiyabanlarında yüzlərlə şəhidimiz uyuyur. Bu gün söhbət açacağımız şəxs, ölümündən sonra Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adını alan, eləcə də, ANS Şirkətlər Qrupu tərəfindən "2010-cu ilin adamı” elan edilən şəhid Mübariz İbrahimovdur.

     

    Mübariz Ağakərim oğlu İbrahimov: Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbini müvəffəqiyyətlə bitirib və 2006-cı ilin mart ayında Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Müddətli hərbi xidmətini Daxili Qoşunlarda atıcı əsgər kimi başlayan Mübariz İbrahimov 2007-ci il noyabrın 20-də yarımqrup komandiri kimi həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. 2009-cu il sentyabrın 18-də öz arzusu ilə könüllü surətdə yenidən həqiqi hərbi xidmətə qəbul edilərək, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlığı kursunu bitirib, motoatıcı taborun motoatıcı tağım komandirinin müavini kimi cəbhə bölgəsində əsgəri borcunu şərəflə və vicdanla yerinə yetirib.

     

    2010-cu il iyunun 18-də döyüş növbəsini yerinə yetirərkən düşmən qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Talış-Borsunlu istiqamətində gedən şiddətli döyüş zamanı şəxsi rəşadət və şücaət nümayiş etdirib. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olub. Düşmənin çox sayda canlı qüvvəsini məhv edərək həlak olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun nəşi Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli Birgə Bəyanatına əsasən, 2010-cu il noyabrın 6-da doğma Vətənə gətirilib.

     

    Hərbi xidmətdə Mübariz İbrahimov öz vətənpərvərliyi və qorxmazlığı ilə bütün əsgər heyətinə daim örnək olub. İstər döyüş anında, istərsə də hərbi qulluq zamanı gizir Mübariz həm əsgərlərin, həm də zabitlərin hörmətini qazanıb.

     

    Milli Qəhrəmanın qulluq etdiyi hərbi hissənin tağım komandiri Tural Həsənov onun haqqında belə deyir: "O hər gün səhər saat 8:00-da məşq edirdi. Çalışırdı ki, özü ilə bərabər bütün əsgərlərdə idmana maraq yaratsın. Hətta məndə də. Çünki, onunla görüşənə qədər idmana həvəsim yox idi. Məşq edə-edə uşaqlara vətənpərvərlik haqqında danışırdı”.

     

    Əsgər yoldaşı Faiq Hacıyev: "Mən ondan vətəni necə sevməyi, vətənə necə qulluq etməyi öyrəndim. Mübariz Vətənini təkcə, hərbçi kimi yox, bir insan, bir şəxsiyyət kimi sevirdi. Hamıya daim Vətənə xidmət etməyi məsləhət görürdü. Çox istəyirəm mən də Mübariz kimi olum. O bütün Azərbaycan Ordusu, Azərbaycan əsgəri üçün nümunədir”.

     

    Görünür, Mübariz İbrahimov canı qədər sevdiyi Vətən uğrunda öləcəyini bilirdi. Daha dəqiq şəhidlik zirvəsinə yüksəlməyi arzulayırdı. Şəhid olmağı arzulayan Mübariz çalışırdı ki, valideynlərini yavaş-yavaş elə sağ olarkən yoxluğuna alışdırsın. O bir dəfə başqa səslə atasına zəng vuraraq, "Danışan Mübarizin dostudur, o ermənilərin üstünə döyüşə tək getdi, ölməyə getdi" deyib. Dəstəkdə atasının iniltisini eşidərək ürəyi dözməyib, "Ata, mənəm, Mübarizdir, narahat olma, bağışla”, - deyə zarafat etdiyini bildirib.

     

    Milli Qəhrəmanın anası Şamama İbrahimova: "Bir dəfə atası ilə zarafat edərək, yalandan döyüşə, ölümə getdiyini demişdi. O zaman da qorxduq. Ona dedim ki, "Ay oğlum, bizə yazığın gəlsin, niyə bizi qorxudursan? Amma onun zəngini bu günə qədər unuda bilmirik”.

     

    Atası Ağakərim İbrahimov isə Mübarizin evlərinə etdiyi sonuncu zəngi unutmur: "İyun ayının 17-si saat 11-də zəng vurmuşdu. Yaman hirsli idi. Bir az danışdıqdan sonra anasını soruşdu. Dəstəyi anasına verdim”.

     

    Şəhid olacağı son döyüşə hazırlaşan Mübariz bu dəfə anasına istəklərini bildirir: "Əhvalını soruşdum, dedi: "Ana, sən məndən narahat olma. Mənim keyfim lap yaxşıdır. Məndən sonra bol-bol sadağalar payla. Vaxtında ibadətinizlə məşğul olun. Uşaqları da tez evləndir. Yenə mən şübhələnmədim”.

     

    Valideynlərilə danışdığı günün sabahı Mübarizlə bir otaqda yaşamış komandiri Tural Həsənov həmin anları belə xatırlayır: "Saat 22:30 idi. Ermənilər tərəfindən atəşkəs pozuldu. Mən onu əsgərlərin üstündə qoyub qalxdım posta. Güclü olmasa da, atışma gedirdi. 20-25 dəqiqə sonra atışma daha da gücləndi. Əvvəlcə güllə biz tərəfə atılırdısa, sonra ermənilərin içərisində atışma başladı. Özlüyümdə çaşdım. Düşdüm aşağı, kazarmaya çatanda gördüm Mübariz yoxdur. Orada uşaqlardan soruşdum ki, gizir İbrahimov hanı? Dedilər ki, posta qalxıb. Dedim, axı mən postdan gəlirəm, onu görmədim. Yenidən posta qalxdım, amma onu görmədim. Mobil telefonuna da zəng çatmadı. Bölük komandirinə məruzə etdim ki, Mübariz yoxdur. Nə isə ürəyimə damdı. Ürəyimi boşaltmaq üçün avtomatı götürüb içindəki bütün güllələri erməni tərəfinə atdım. Həmin an gözlərim dolmuşdu, özümü pis hiss edirdim. Erməni tərəfinə atəş açarkən də Mübarizin sözləri yadıma düşürdü. Sonra otağa girdim, gördüm paltarları asılqandan asılıb. Cibinə baxdım, gördüm telefonunu da söndürüb qoyub cibinə. Cibində telefonundan başqa məktub da vardı. Çıxarıb oxudum, ailəsinə yazılmışdı. Daha sonra balıncının altına baxdım, orada da cırılmış məktub vardı”.

     

    Milli Qəhrəmanın valideynlərinə yazdığı son məktub: "Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapır. İnşaallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəyəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin!”.

     

    Beləliklə, 18 iyun 2010-cu il tarixində gecə saatlarında gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü Mübariz İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

     

    Mübarizin qəhrəmanlığına dövlət səviyyəsində də qiymət verildi. Prezident İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adını verdi. Prezident bu addımı ilə bir daha erməni tərəfinə ağır zərbə vurdu. Çünki, şəhidimizin cansız bədənini özlərində saxlamaqla qürurlanan erməniləri uzun siyasi müharibədən sonra, prezident İlham Əliyev bir daha məğlub etdi və Milli Qəhrəmanımızın cənazəsini düşməndən aldı.

     

    Milli Qəhrəmanın atası Ağakərim İbrahimov: "Ona Milli Qəhrəman adı verilənə qədər çox narahat idim. Çünki, onun barəsində fikirlər müxtəlif idi. Deyirdilər ki, qanunsuz təmas xəttini keçib, düz etməyib. Yəni, bəziləri qınayırdı onu. Bütün bunlar məni çox sıxırdı. Necə yəni qanunsuz keçib. İnsan da öz torpağında qanunsuz olarmı? Mübarizə ad veriləndən sonra qurbağa gölünə daş atdılar. Belə çıxırdı ki, onun qəhrəmanlığını qəbul etməkdən ötrü söz gərək yuxarıdan deyiləydi. Bunun üçün prezidentimizə təşəkkür edirəm. Atəşkəs dövrüdür, bu ad gecikdirilə də bilərdi. Sağ olsun İlham Əliyev cənabları ki, ona Milli Qəhrəman adını tez verdi. Mən ailəmizin borcunun Mübarizlə bitdiyini hesab etmirəm. Mənim hələ 2 oğlum var”.

     

    Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov heç zaman xalqımızın yaddaşlarından silinməyəcək. Bu gün Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonun mərkəzi küçəsi Mübariz İbrahimovun adını daşıyır. Bundan başqa, Biləsuvar rayonunda 2009-cu ildə tikilən Liseyə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilib.

     

    Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, Döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, Qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu 2010-cu İlin Adamı elan edib.


    Категория: YENİLİKLƏR | Добавил: moizeler (29.01.2011)
    Просмотров: 466 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    ƏHLİBEYT MOİZƏ-2
    QURANİ-KƏRİM [127]
    HƏDİSLƏR [30]
    DUALAR [45]
    İSLAMİ DƏRSLƏR [629]
    NAMAZ [26]
    KİTABXANA [23]
    TARİX [92]
    AZƏRBAYCAN [31]
    CÜMƏ MOİZƏLƏRİ [404]
    MUHƏRRƏM 2015 [81]
    MUHƏRRƏM 2014 [31]
    MUHƏRRƏM 2013 [76]
    MÖMİNƏLƏR ÜÇÜN [110]
    YENİLİKLƏR [46]
    OCAQ NEJAD AĞA [109]
    FİRUĞİ AĞA [57]
    AĞA RƏŞİD [119]
    HACI ŞAHİN [500]
    HACI İLQAR [66]
    Azəricə moizələr [858]
    Azəricə moizələr 2 [163]
    Rusiya-Azəri moizələr [9]
    Turkcə moizələr [27]
    İSLAMİ XƏBƏRLƏR [591]
    İSLAMİ VİDEOLAR [487]
    UMUMİ MOİZƏLƏR [110]
    ƏRƏB DİLİ VİDEO [2]
    İSLAMİ FİLMLƏR [78]
    ROVZƏ VƏ MƏRSİYYƏ [106]
    MƏQALƏLƏR [1559]
    Muhərrəmlik 2015

    QURAN DİNLƏ
  • QURANİ KƏRİM SAYTI
  • CÜMƏ MOİZƏLƏRİ

    İslami saytlar
  • www.Ramazan.313news.net
  • www.Furgan.net
  • www.Kanal-12.az
  • www.İmamzaman.az
  • www.e-Quran.ru
  • www.Medrese.az
  • www.İxlas.az
  • www.Axlaqimaarif.com
  • www.islamveheqiqet.com
  • www.al-Mahdi.ru
  • www.Namaz.ge
  • www.al-Hasan.org
  • www.Quranflash.info
  • www.Caferilik.com
  • www.Əqile.biz
  • www.Nur14.com
  • www.Forooghetohid.com
  • www.zehra-yolu.com
  • www.İslamnuru.org
  • www.Furgan.net
  • www.313-nefer.hol.es
  • www.İslam14.com
  • www.İslammobile.biz
  • www.Ehlibeyt.az
  • www.Ziyaret.az
  • www.Sualcavab.ge
  • www.Shia.az
  • www.Sadeqin.com
  • www.Qlobal.tv
  • www.Az.İslamic-lib.com
  • www.Mihrap.tv
  • www.Maide.az
  • www.Rizvan.net
  • www.Myquran.de
  • www.Nur-Az.com
  • www.Feqih.ws
  • www.Fetva.313news.net
  • www.Hadis.313news.net
  • www.SualCavab.ge
  • www.Zuhurdogru.com
  • www.Erfan.ir/azari
  • www.Sual.nur-az.com
  • www.Besiret.az
  • www.İslamquest.net/az
  • www.Zaer.Hajj.ir/az
  • www.Mesbahyazdi.ir/az
  • www.Tvshia.com
  • www.Az.İslamic-sources.com
  • www.Zuhuradogru.org
  • www.Tekamül.az
  • www.İdrak.info
  • www.Mekteb.net
  • www.Mesumlar.biz
  • www.Axlaqimaarif.com
  • www.Cavab-al.com
  • www.Nardaranpiri.com
  • www.Haditv3.com
  • www.Ceferiler.com
  • www.Ehlibeytalimleri.com
  • www.Sibtayn.com
  • www.Alulbeyt.com.tr
  • www.QURAN.az
  • www.islamaz.com
  • www.İslamadogru.biz
  • www.Aleviansiklopedisi.com
  • www.Muselman.ws
  • www.Gunahkar-bende.ucoz.org
  • www.Xayalmuazzin.com
  • www.İslammektebi.org
  • www.Zeka.az
  • www.Haqqul-islam.tr.gg
  • www.İslamkutuphanesi.com
  • www.Balaghah.net
  • www.Ahlibeyt.az
  • www.az-Zahra.ru
  • www.Shia.ucoz.ru
  • www.Ahlibeyt.ge
  • www.YabnazZahra.org
  • www.Eminimanli.com
  • www.Gozlerik.biz
  • www.Kovser.az
  • www.İman.ge
  • www.ehlibeytnuru.ucoz.com
  • www.Az.islam-news.ru
  • www.EbediNur.info
  • www.Erfan.ir
  • www.tri.samantarjomeh.ir
  • www.al-Shia.org
  • www.İslam.az
  • www.İnteraztv.com
  • www.BeytuzZehra.com
  • www.kurander.com.tr
  • www.BilgeKadin.com.tr
  • www.Ehlibeyt-aka.com
  • www.Quranevi.az
  • www.Noorsoft.info
  • www.Ahlulbaytportal.com
  • www.Ocaqnejad.net
  • www.Leader.ir/
  • www.Ehlibeyt.ucoz.ru
  • www.Ehlibeytkutuphane.com
  • www.Mascid.com
  • www.Etiqad.net
  • www.Dovodi.ru
  • www.Şiizm.ru
  • www.Nur-org.ru
  • www.Az.baku.icro.ir
  • İmamat-books.ru
  • İsar-television.com
  • www.islamiyyatdotorg.com
  • www.Qurandislam.com
  • www.houseofquran.com
  • *ƏHLİBEYT (ə.s)* SAYTLARI 120-SAYT
  • SAYĞAC
    free counters

    Copyright MyCorp © 2024
    Сайт управляется системой uCoz
    -